Azərbaycan Respublikası adından MƏHKƏMƏ ƏMRİ Şamaxı rayonu İş № 2(074)-1213/2021 01.10.2021 ŞAMAXI RAYON MƏHKƏMƏSİ Şamaxı rayon məhkəməsinin hakimi Hümbətov Etibar Zülfüqar oğlu, kreditor ünvan 1 ünvanda fəaliyyət göstərən X1 Məsuliyyətli Cəmiyyətinin borclu xx xxxxx 1983-cü ildə Şamaxı şəhərində anadan olmuş, Şamaxı şəhəri M.F.Axundov küçəsi 9 saylı evdə yaşayan Borclu qarşı “məhkəmə əmri haqqında” ərizəsini və ərizəyə əlavə olunmuş sənədləri nəzərdən keçirərək, MÜƏYYƏN ETDİM: Təqdim edilmiş sənədlərdən görünür ki, iş üzrə Borclu 25 dekabr 2019-cu il tarixli alqı-satqı müqaviləsinə əsasən ona 12 ay müddətində ümumi qiyməti 588 manat dəyərində olan Honor mobil telefonu satmışdır. Borclu müqavilə üzrə ödənişlər etdikdən sonra, onun kreditora 316 manat borcu qalmışdır. Kreditor X1 Məsuliyyətli Cəmiyyəti məhkəməyə müraciət edərək Borclu 316 manat məbləğində əsas borc və 20 manat məbləğində ödənilmiş dövlət rüsumunun tutulması barədə məhkəmə əmri çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 276.1-ci maddəsinə əsasən Kreditorun tələbi aşkardırsa və ya həmin tələb borclunun mübahisə edilməyən vəzifəsinə əsaslanırsa bu hallarda məhkəmə əmri verilə bilər. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 448.2-ci maddəsinə əsasən, borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz. Ərizəyə əlavə olunmuş sənədlərlə kreditorun tələbinin aşkar olduğu, tələb sadə yazılı formada bağlanmış əqdə və borclunun mübahisə edilməyən vəzifəsinə əsaslandığı təsdiq olunur. Buna görə də həmin tələb üzrə məhkəmə əmrinin verilməsini mümkün hesab edirəm. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanunun 8.3-cü maddəsinə görə məhkəmə əmri haqqında ərizələrdən 20 manat məbləğində dövlət rüsumu tutulur. Kreditor həmin məbləği ödədiyindən hesab edirəm ki, borcludan tələbkarın xeyrinə 20 manat məbləğində pul tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 275, 276, 280 və 281-ci maddələrini rəhbər tutaraq, ƏMR ETDİM: Borclu Yaşar oğlundan Sky Elektroniks MMC-nin xeyrinə 316 manat məbləğində əsas borcun və 20 manat məbləğində ödənilmiş dövlət rüsumu alınaraq Sky Elektroniks MMC-nin hesabına ödənilsin. Borclu məhkəmə əmrini aldıqları gündən 10 gün müddətinə verilmiş tələbə və ya onun hissəsinə qarşı əmri vermiş məhkəməni yazılı xəbərdar etməklə etiraz edə bilərlər. Məhkəmə əmrindən şikayət verilə bilməz. HAKİM ETİBAR HÜMBƏTOV
Məhkəmə qərarları › İş №2(074)-1213/2021
Şamaxı Rayon Məhkəməsi Məhkəmə əmri — İş №2(074)-1213/2021
01.10.2021 · Əmr icraatı - Müqavilə tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver