Azərbaycan Respublikası adından QƏRARDAD Şamaxı rayonu İş № 2(074)-1214/2021 01.10.2021 ŞAMAXI RAYON MƏHKƏMƏSİ Şamaxı Rayon Məhkəməsinin hakimi Hümbətov Etibar Zülfüqar oğlu, kreditor X2 Məsuliyyətli Cəmiyyətinin Borclu qarşı borcun tutulması haqqında məhkəmə əmrinin çıxarılmasına dair ərizəsini və ərizəyə əlavə olunmuş sənədləri nəzərdən keçirərək, MÜƏYYƏN ETDİM: Kreditor – X1 Məsuliyyəti Cəmiyyəti Borclu qarşı borcunun tutulması ilə bağlı məhkəmə əmrinin verilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, məhkəmə əmrinin verilməsini xahiş etmişdir. Ərizəni və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edirəm ki, ərizə əlavə olunmuş sənədlərlə birlikdə ərizəçiyə geri qaytarılmalıdır. Belə ki, kreditor tərəfindən ərizəyə əlavə olunmuş ********* saylı qəbzdən görünür ki, həmun qəbzdən artıq istifadə olunmuş və elektron sistem qəbul etmir. Azərbaycan Respublikası MPM-nin 152.1.5-ci maddəsinə əsasən müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd təqdim edilmədikdə hakim ərizə və ona əlavə edilmiş sənədləri geri qaytarır. Bundan əlavə ərizədən görünür ki, borclu Ərəbşalbaş kəndində yaşayır. Şamaxı rayonunun inzibati ərazisində Ərəbşalbaş kəndi yoxdur. Bu kənd Qobustan rayonuna aiddir. Bu hal iş materiallarında olan MAPS arayışında da aydın görünür. Həmin Məcəllənin 152.1.3-ci maddəsinə əgər iş ərazi və ya məhkəmə aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə hakim ərizə və ona əlavə edilmiş sənədləri geri qaytarır. Hesab edirəm ki, yuxarıda göstərilən nöqsan aradan qaldırıldıqdan sonra yenidən ümumi qaydada aidiyyəti üzrə məhkəməyə müraciət etmək hüququ iddiaçıya izah olunmaqla, ərizə və ona əlavə edilmiş sənədlər ərizəçiyə geri qaytarılmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-in 152, 263-264, və 267-268-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: Kreditor – X1 Məsuliyyəti Cəmiyyəti Borclu qarşı borcunun tutulması ilə bağlı məhkəmə əmrinin verilməsinə dair ərizəsi geri qaytarılsın. Qərardaddan 10 gün müddətində Şamaxı rayon Məhkəməsinə şikayət verilə bilər. HAKİM ETİBAR HÜMBƏTOV
Məhkəmə qərarları › İş №2(074)-1214/2021
Şamaxı Rayon Məhkəməsi Qərardad — İş №2(074)-1214/2021
01.10.2021 · Əmr icraatı - Müqavilə tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver