Məhkəmə qərarları › İş №2(074)-1226/2025

Şamaxı Rayon Məhkəməsi Qətnamə — İş №2(074)-1226/2025

11.09.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şamaxı rayonu İş № 2(074)-1226/2025 11.09.2025 ŞAMAXI RAYON MƏHKƏMƏSİ X13 Murtuza oğlunun sədrliyi, Abdullayev Əsgər Yadigar oğlunun katibliyi, iddiaçı Garayeva (Fətəliyeva) Mərziyyə Şəfaqət qızının iştirakı ilə, iddiaçı Garayeva (Fətəliyeva) Mərziyyə Şəfaqət qızının Cavabdeh qarşı “aliment ödənilməsindən azad olunması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Şamaxı Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı Garayeva (Fətəliyeva) Mərziyyə Şəfaqət qızı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Şamaxı Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarilxi 2(074)-576/2024 saylı qətnaməsi ilə təyin edilmiş alimentin ödənilməsindən azad olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh ilə xx.xx.2005-ci ildə rəsmi nikahla ailə qurmuşdur. Nikahdan xx.xx.2006-cı il təvəllüdlü X7, xx.xx.2008-ci il təvəllüdlü X10 və xx.xx.2011-ci il təvəllüdlü X8 adlı övladları anadan olmuşdur. Şamaxı Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(074)-576/2024 saylı qətnaməsi ilə onunla Cavabdeh arasında xx.xx.2005-ci il tarixdə bağlanmış Şamaxı rayon İHB-nin Qaleybuğurd kənd icra nümayəndəliyinin akt qeyidləri kitabında 14 nömrə ilə qeydə alınmış nikahı pozulmuş, birgə nikahdan doğulmuş xx.xx.2008-ci il təvəllüdlü X10 və xx.xx.2011-ci il təvəllüdlü X8 boşanmadan sonra cavabdehin yanında xx.xx.2006-cı il təvəllüdlü X7 isə onun yanında qalmış, xx.xx.2008-ci il təvəllüdlü X10 və xx.xx.2011-ci il təvəllüdlü X8 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 280 manat sabit pul məbləğində alimentin alınaraq Cavabdeh ödənilməsi qət edilmişdir. Övladı xx.xx.2006-cı il təvəllüdlü X3 18 yaşı tamam olmuş və yetkinlik yaşına çatmışdır O və qızı X7 heç bir yerdə işləmir, işsizdir, yaşayış yeri yoxdur, hər ikisi Bakı şəhərində birlikdə kirayə mənzildə yaşayırlar. Onların yaşamaları üçün kifayət qədər vəsait tələb olunur. Birgə mkuhdan doğulmuş xx.xx.2008-ci il təvəllüdlü X10 atası Fətəliyev ev Əli Mustafa oğlu ilə aralarında daima münaqişə olduğundan, onun yanında qalır. Aralarında olan mübahisənin həlli mediasiya vasitəsil ilə mümkün olmamışdır. Məhkəmə iclasında iddiaçı Garayeva (Fətəliyeva) Mərziyə Şəfaqət qızı iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmış Cavabdeh məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etdi. Məhkəmə iclasında fikri dinlənilən xx.xx.2008-ci il təvəllüdlü X10 3 aydır anasının ynında yaşadığını və bundan sonra da, onunla yaşamaq istədiyini bildirdi. Məhkəmə işdə iştirak edən iddiaçının izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarından görünür ki, Şamaxı Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(074)-576/2024 saylı qətnaməsi ilə Cavabdeh ilə İddiaçı arasında 26 avqust 2005-ci il tarixdə Şamaxı Rayon İcra Hakimiyyəti Başçısının Qaleybuğurd kənd icra nümayəndəliyində 14 nömrəli akt qeydi ilə rəsmiləşdirilmiş nikah pozulması, nikah pozulduqdan sonra tərəflərin birgə nikahından doğulmuş 10 dekabr 2006-cı il təvəllüdlü X7 faktiki vəziyyətə uyğun olaraq iddiaçının (anasının)- İddiaçı himayəsində, 02 yanvar 2008-ci il təvəllüdlü X10 və 28 aprel 2011-ci il təvəllüdlü X8 cavabdehin (atasının)- Cavabdeh himayəsində saxlanılması, 02 yanvar 2008-ci il təvəllüdlü X10 və 28 aprel 2011-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün İddiaçı 18 mart 2024cü il tarixdən başlayaraq hər ay hər uşaq üçün 140 manat olmaqla, ümumilikdə 280 manat sabit pul məbləğində aliment tutularaq Cavabdeh, 10 dekabr 2006-cı il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh 20 fevral 2024-cü il tarixdən başlayaraq hər ay üçün 190 manat sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənilməsi qət edilmişdir. Beləliklə, işin araşdırılmış hallarından müəyyən olundu ki, Şamaxı Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(074)-576/2024 saylı qətnaməsi ilə Cavabdeh ilə İddiaçı arasında 26 avqust 2005-ci il tarixdə Şamaxı Rayon İcra Hakimiyyəti Başçısının Qaleybuğurd kənd icra nümayəndəliyində 14 nömrəli akt qeydi ilə rəsmiləşdirilmiş nikah pozulmuş, nikah pozulduqdan sonra tərəflərin birgə nikahından doğulmuş 10 dekabr 2006-cı il təvəllüdlü X7 faktiki vəziyyətə uyğun olaraq iddiaçının (anasının)- İddiaçı himayəsində, 02 yanvar 2008-ci il təvəllüdlü X10 və 28 aprel 2011-ci il təvəllüdlü X8 cavabdehin (atasının)- Cavabdeh himayəsində saxlanılması, 02 yanvar 2008-ci il təvəllüdlü X10 və 28 aprel 2011-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün İddiaçı 18 mart 2024-cü il tarixdən başlayaraq hər ay hər uşaq üçün 140 manat olmaqla, ümumilikdə 280 manat sabit pul məbləğində aliment tutularaq Cavabdeh, 10 dekabr 2006-cı il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh 20 fevral 2024-cü il tarixdən başlayaraq hər ay üçün 190 manat sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənilməsi qət edilmişdir. Hazırda iddiaçı xx.xx.2008-ci il təvəllüdlü X6 2025-ci ilin iyun ayından onun yanında yaşamasını əsas gətirərək, aliment öhdəliyindən azad olunmasını xahiş edir. Belə ki, “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2016-cı il tarixli qərarında qeyd olunur ki, nikahın pozulması zamanı uşağın valideynlərdən hansının yanında qalması məsələsinin və ya uşaqla bağlı mübahisənin həll olunması, bu barədə məhkəmə qətnaməsi qüvvəyə mindikdən sonra uşaq tələbinə dair yeni əsaslarla iddia qaldırılmasına mane olmur. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 52-ci maddəsinə əsasən, uşaq ailədə onun maraqlarına toxunan istənilən məsələnin həlli zamanı öz fikrini bildirmək, habelə məhkəmə istintaqı və inzibati araşdırmaların gedişində dinlənilmək hüququna malikdir. Onun maraqlarına zidd olan hallar istisna olunmaqla, 10 yaşına çatmış uşağın fikri mütləq nəzərə alınmalıdır. Bu Məcəllə ilə nəzərdə tutulmuş hallarda məhkəmə və ya qəyyumluq və himayə orqanı yalnız 10 yaşına çatmış uşağın razılığı ilə qərar qəbul edə, habelə qərar qəbul edərkən 7 yaşına çatmış uşağın fikrini öyrənə və nəzərə ala bilər. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2016-cı il tarixli qərarında qeyd olunur ki, valideynlərdən hansının yanında qalması ilə bağlı uşağın fikri dinlənilərkən Azərbaycan Respublikası Ailə Məcəlləsinin 52-ci maddəsində qeyd edilən “10 yaşına çatmış uşağın fikri mütləq nəzərə alınmalıdır” yaxud ”qərar qəbul edilərkən 7 yaşına çatmış uşağın fikri öyrənilə və nəzərə alına bilər” ifadələri uşağın bir valideyndən digərinə alınıb verilməsi üçün yeganə əsas deyildir. Məhkəmə hər bir halda uşağın fikrini digər hallarla yanaşı məcmu halında qiymətləndirməli və uşağın üstün maraqlarını nəzərə almaqla mübahisəni həll etməlidir. Eyni zamanda, Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 112.1-ci maddəsinə əsasən, aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Məhkəmə iş üzrə toplanmış sübutlara və araşdırma nəticəsində müəyyən edilmiş faktlara məcmu halında qiymət verərək hesab edir ki, tərəflərin birgə nikahından doğulmuş xx.xx.2008-ci il təvəllüdlü X10 anası X2 himayəsində qaldığından, iddiaçı X5 2025-ci ilin iyun ayından, xx.xx.2008-ci il təvəllüdlü X1 üçün Şamaxı Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qətnaməsi ilə müəyyən olunmuş aliment ödənilməsindən azad edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosesual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: İddia qismən təmin edilsin. İddiaçı X5 2025-ci ilin iyun ayından, xx.xx.2008-ci il təvəlüldlü X1 üçün Şamaxı Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qətnaməsi ilə müəyyən olunmuş aliment ödənilməsindən azad edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətinə Şamaxı Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1(bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Fərid Yaqubov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar