Azərbaycan Respublikası adından MƏHKƏMƏ ƏMRİ Şamaxı rayonu İş № 2(074)-1232/2021 05.10.2021 ŞAMAXI RAYON MƏHKƏMƏSİ Şamaxı rayon məhkəməsinin hakimi Hümbətov Etibar Zülfüqar oğlu, kreditorünvan 1 ünvanda fəaliyyət göstərən İrşad Elektroniks MMC, borclu- xx xxxxxx 1964-cü ildə Şamaxı şəhərində anadan olmuş, Şamaxı şəhəri Təbriz küçəsi 4 saylı evdə yaşayan Borclu qarşı məhkəmə əmri haqqında ərizəsini və ərizəyə əlavə olunmuş sənədləri nəzərdən keçirərək, MÜƏYYƏN ETDİM: Təqdim edilmiş sənədlərdən görünür ki, İrşad Elektriniks MMC ilə X2 arasında bağlanmış 12 noyabr 2020-ci il tarixi ********* saylı müddətli (nisyə) alqı-satqı müqaviləsinə əsasən sonuncu aldığı Apple markalı noutbuka görə 12 ay ərzində ödəniş cədvəli üzrə hər ay 248 manat olmaqla cəmi 2968,73 manat ödəməyi öhdəsinə götürmüşdür. X1 müqavilənin şərtlərini pozaraq sonuncu dəfə heç bir ödəniş etməmiş və qalıq qalmış 29968,73 manat borcu qaytarmamışdır. Dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq borclu borcu ödəməkdən boyun qaçırır. Nisyə alqı-satqı müqaviıəsinin №1 saylı əlavəsinin şərtlərinə uyğun olaraq gecikriilən borc məbləğinin 1 faiz dərəcəsi ilə gündəlik dəbbə hesablanır və alıcı tərəfindən satıcıya ödənilir. Cavabdehin gecikdirdiyi günlərin faktiki cərimə borcu 4453 manat təşkil edir. Cavabdehin müqavilə üzrə hər bir günə görə hesablanmış cərimə məbləğinin miqdarı 4453 manat təşkil etdiyi halda, humanizm prinisipinə əsaslanaraq həmin cərimə məbləğinin 10 faizi yəni 445,3 manat İrşad Elektroniks MMC-yə ödənilməlidir. Kreditor məhkəməyə müraciət edərək borclu 11 noyabr 2020-ci il tarixli ********* saylı müddətli (nisyə) alqı-satqı müqaviləsi üzrə 22.09.2021-ci il tarixinə yaranmış 2968,73 manat əsas, 445,3 manat cərimə, cəmi 3414,03 manat borcun və 20 manat ödənilmiş dövlət rüsumunun Borclu tutularaq İrşad elektroniks MMC-yə ödənilməsi barədə məhkəmə əmri çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 276.1-ci maddəsinə əsasən Kreditorun tələbi aşkardırsa və ya həmin tələb borclunun mübahisə edilməyən vəzifəsinə əsaslanırsa bu hallarda məhkəmə əmri verilə bilər. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 448.2-ci maddəsinə əsasən, borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz. Ərizəyə əlavə olunmuş sənədlərlə kreditorun tələbinin aşkar olduğu, tələb sadə yazılı formada bağlanmış əqdə və borclunun mübahisə edilməyən vəzifəsinə əsaslandığı təsdiq olunur. Buna görə də həmin tələb üzrə məhkəmə əmrinin verilməsini mümkün hesab edirəm. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanunun 8.3-cü maddəsinə görə məhkəmə əmri haqqında ərizələrdən 20 manat məbləğində dövlət rüsumu tutulur. Kreditor həmin məbləği ödədiyindən hesab edirəm ki, borcludan tələbkarın xeyrinə 20 manat məbləğində pul tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 275, 276, 280 və 281-ci maddələrini rəhbər tutaraq, ƏMR ETDİM: Borclu 2968,73 manat əsas, 445,3 manat cərimə, cəmi 3414,03 manat borc və 20 manat ödənilmiş dövlət rüsumu alınaraq kreditor İrşad Elektroniks MMC-nin hesabına ödənilsin. Borclu məhkəmə əmrini aldıqları gündən 10 gün müddətinə verilmiş tələbə və ya onun hissəsinə qarşı əmri vermiş məhkəməni yazılı xəbərdar etməklə etiraz edə bilərlər. Məhkəmə əmrindən şikayət verilə bilməz. HAKİM ETİBAR HÜMBƏTOV
Məhkəmə qərarları › İş №2(074)-1232/2021
Şamaxı Rayon Məhkəməsi Məhkəmə əmri — İş №2(074)-1232/2021
05.10.2021 · Əmr icraatı - Müqavilə tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver