Azərbaycan Respublikası adından QƏTNAMƏ Şamaxı rayonu İş № 2(074)-1287/2025 30.07.2025 ŞAMAXI RAYON MƏHKƏMƏSİ Şamaxı Rayon Məhkəməsinin hakimi İsmayılov Natiq Əvəz oğlunun sədrliyi, Alıyeva Sevinc Ağasəf qızının katibliyi, İddiaçı, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “aliment” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Şamaxı Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ilə onun birgə nikahlarından doğulmuş xx.xx.2022-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay bir uşağa görə ölkə üzrə minimum əmək haqqının 0.80 misli qədər sabit pul məbləğində alimentin cavabdehdən alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, xx.xx.2022-ci ildə Cavabdeh ilə rəsmi nikaha daxil olub və nikahları qeydiyyat kitabında 150 nömrə ilə qeydiyyata alınmışdır. Nikahdan sonra ona “Üsüfova” soyadı verilmişdir. Cavabdeh ilə birgə nikahlarından xx.xx.2022-ci il təvəllüdlü X4 adlı övladları doğulmuşdur. Ailə qurduqdan bir müddət keçdikdən sonra Cavabdeh öz ailəsinə və uşağına biganə və laqeyd yanaşıb maraqlanmadı. Son aylarda cavabdeh ailəsinə və uşağına dolanışıq üçün maddi köməklik göstərmədiyindən nikahları pozulmasa da onlar faktiki olaraq ayrılıblar. Azyaşlı uşağı onunla birgə yaşayır. O, hələlik nikahları pozulmadan cavabdehin hər ay bir uşağa görə ona aliment ödəməsini istəyir. Məlumat üçün məhkəməyə bildirir ki, Cavabdeh maddi imkanı çox yaxşıdır. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizənin məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etdi. Əlavə olaraq bildirdi ki, cavabdeh 2 il müddətinə azadlıqdan məhrum edilmiş, həmin vaxtdan 1 il sonra cavabdehin ailəsi ona və uşağına baxmadığından atasının evinə getmişdir. Hazırda özü də işləyir. Cavabdehlə ailəli olanda cavabdeh usta kimi işləmiş, lakin nə qədər qazancı olduğunu bilmir. Məhkəmə iclasında iştirak edən Cavabdeh izahat verərək bildirdi ki, hazırda o, işləmir. Müharibə veteranıdır və 80 manat pensiya alır. Ailəsinin də köməyi ilə hər ay 150 manat aliment ödəyə bilər. Məhkum olunduğu üçün iş tapmaqda çətinlik çəkir. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan AZ-İİ № 491487 saylı nikah haqqında şəhadətnamədən görünür ki, Cavabdeh ilə X1 arasındakı nikah 22 aprel 2022-ci il tarixdə Şamaxı Regional “ASAN Xidmət” X3 bağlanmış, bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında 22 aprel 2022-ci il tarixdə 150 nömrə ilə qeyd edilmişdir. Nikah bağlandıqdan sonra ərə “ Üsüfov”, arvada “Üsüfova” soyadı verilmişdir. İş materiallarında olan AZ-İV № 704755 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X4 02 iyun 2022-ci il tarixdə Şamaxı şəhərində doğulmuşdur. Atası Cavabdeh, anası İddiaçıdır. Məhkəmə hesab edir ki, Cavabdeh yetkinlik yaşına çatmamış uşağın valideyni olduğundan və yetkinlik yaşına çatmamış uşaq iddiaçının yanında qaldığından, iddiaçı uşağın saxlanması üçün cavabdehdən aliment tutulmasını tələb etməkdə haqlıdır və aliment cavabdehdən hər ay sabit pul məbləği şəklində tutulmalıdır. Belə ki, Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 75.1-ci maddəsinə görə valideyinlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 75.4-cü maddəsinə görə isə uşaqların saxlanması üçün vəsait (aliment) valideyinlərdən məhkəmə qaydasında tutula bilər. Həmin Məcəllənin 78.1-ci maddəsinə görə valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəllənin 78.2-ci maddəsinə əsasən, sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Məhkəmə, tərəflərin maddi və ailə vəziyyətini və diqqətəlayiq olan digər halları, eləcə də iddiaçının da bir valideyn kimi uşağını saxlamaq vəzifəsinin olmasını nəzərə alaraq hesab edir ki, 02 iyun 2022-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün 09 iyul 2025-ci il tarixdən başlayaraq sonrakı artımlar nəzərə alınmaqla hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,50 misli həddində sabit pul məbləğində aliment cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 234.2.1-ci maddəsinə əsasən şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələr dərhal icra olunur. Məhkəmə eyni zamanda hesab edir ki, qətnamə alimentin tutulmasına aid hissədə dərhal icra edilməlidir. Beləliklə də, məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, tərəflərin birgə nikahından doğulmuş 02 iyun 2022-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanması üçün 09 iyul 2025-ci il tarixdən başlayaraq sonrakı artımlar nəzərə alınmaqla hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqının 0,50 misli həddində sabit pul məbləğində aliment Cavabdeh tutularaq İddiaçı ödənilməli, qətnamənin alimentə dair hissəsi dərhal icra edilməli, iddia qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2, 217.4 və 218.3-cü maddələrinə müvafiq olaraq məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdıraraq, onlardan istifadə edərək, yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanaraq, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-in 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia qismən təmin edilsin. 09 iyul 2025-ci il tarixdən başlayaraq 02 iyun 2022-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanması üçün Cavabdeh İddiaçı xeyrinə sonrakı artımlar nəzərə alınmaqla hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,50 misli həddində sabit pul məbləğində aliment tutulsun. İddianın qalan hissəsi təmin edilməsin. Qətnamənin alimentə dair hissəsi dərhal icra edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Şamaxı Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Natiq İsmayılov
Məhkəmə qərarları › İş №2(074)-1287/2025
Şamaxı Rayon Məhkəməsi Qətnamə — İş №2(074)-1287/2025
30.07.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver