Məhkəmə qərarları › İş №2(074)-130/2022

Şamaxı Rayon Məhkəməsi Qətnamə — İş №2(074)-130/2022

13.05.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Torpaq üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şamaxı rayonu İş № 2(074)-130/2022 13.05.2022 ŞAMAXI RAYON MƏHKƏMƏSİ Şamaxı rayon Məhkəməsinin hakimi İsmayılov Natiq Əvəz oğlunun sədrliyi, Tamarova Züleyxa Kamil qızının katibliyi, İddiaçı və onun nümayəndəsi və vəkili Vəkil, Cavabdeh6 nümayəndəsi və vəkili, cavabdehlər Cavabdeh7, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh8 nümayəndəsi X2 iştirakları ilə, İddiaçı cavabdehlər Şamaxı rayonu Dövlət Notariat Kontoru, Cavabdeh2, Cavabdeh3, Cavabdeh6, Cavabdeh7, Cavabdeh4, Cavabdeh5 və Cavabdeh8 qarşı “alqısatqı müqaviləsinin və çıxarışın etibarsız hesab olunması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Şamaxı şəhərində, Şamaxı rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: İddiaçı cavabdehlər Şamaxı rayonu Dövlət Notariat Kontoru, Cavabdeh2, Cavabdeh3, Cavabdeh6, Cavabdeh7, Cavabdeh4, Cavabdeh5 və Cavabdeh8 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh2, Cavabdeh5, Cavabdeh3, Cavabdeh6, Cavabdeh7 və Cavabdeh4 ilə Cavabdeh8 arasında 02 avqust 2021-ci il tarixdə Şamaxı regional “Asan xidmət” mərkəzində notariat ofisində bağlanmış 4ə-1023 və 4ə-1024 nömrəli alqı satqı müqavilələrinin və həmin müqavilələrin əsasında verilmiş AA622746 nömrəli Çıxarışın da etibarsız hesab olunmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırmışdır ki, o, 19 avqust 2005-ci ildə Şəhriyar qəsəbəsinin bir qrup sakinindən alqı-satqı yolu ilə torpaq sahələri almışdır. O cümlədən Cavabdeh2, Cavabdeh5, Cavabdeh3, Cavabdeh6, Cavabdeh7 və Cavabdeh4 JN 1091 saylı mülkiyyət hüququna dair Dövlət Aktına əsasən onlara məxsus olan 4.03 ha sahəni Şamaxı rayon Notariat kontorunda bağlanmış 4ə/4-871 saylı alqı satqı müqaviləsinə əsasən ******* manata almışdır. Həmin torpaq sahələri JN 1293 saylı Mülkiyyət hüququna dair Dövlət aktı ilə qeydiyyata alınmışdır. Həmin vaxtdan indiyə kimi torpaq sahəsi onun istifadəsində olmuşdur. Bu yaxınlarda aldığı torpaq sahələrini qeydiyyata aldırmaq üçün DƏDRX-nin 14 saylı ərazi idarəsinə müraciət etmiş, digər torpaq sahələri üçün çıxarış almış, lakin Cavabdeh2 aldığı torpaq sahəsi üçün çıxarış verməkdən imtina olunmuşdur. Səbəbi ona belə izah olunub ki, həmin torpaq sahəsi Cavabdeh8 mülkiyyətindədir. Məlum olub ki, 02 avqust 2021-ci il tarixdə Cavabdeh2 və ailə üzvləri həmin torpaq sahəsinin ikinci dəfə Cavabdeh8 satmışdır. Onlar da müvafiq olaraq həmin torpaq sahələrinə AA622746 nömrəli Çıxarış almışdır. Ona qarşı dələduzluq etdiyinə görə Cavabdeh2 rayon prokurorluğuna şikayət edib. Ona cavab verilib ki, iş mülki xarakterlidir məhkəməyə müraciət edilməlidir. Cavabdeh8 atası Osmanov Ağaqədirlə görüşmüş, ona bu torpağı onun aldığını bilə-bilə niyə yenidən saxta yollarla sənəd düzəltdirib onun torpağını aldığını irad tutmuş, o, Kamilin torpağı ona icarəyə verdiyini, indi isə satmaq istədiyini bildirdiyini demişdir. İddiaçı daha sonra iddia tələbinin həcminin artırılması və iddia ərizəsinə dəqiqləşdirmə verərək Cavabdeh2, Cavabdeh5, Cavabdeh3, Cavabdeh6, Cavabdeh7 və Cavabdeh4 adlarına verilmiş 17.07.2021-ci il tarixli, qeydiyyat nömrəsi ********** və reyestr nömrəsi **********11 olan DƏDR-dən Çıxarışın və 17.07.2021-ci il tarixli, qeydiyyat nömrəsi ********** və reyestr nömrəsi **********10 olan DƏDR-dən Çıxarışın və onların əsasında Cavabdeh8 ilə Şamaxı regional “Asan xidmət” mərkəzinin notariat ofisində bağlanmış 02 avqust 2021-ci il tarixli 4ə-1023 və 4ə-1024 nömrəli alqı satqı müqavilələrinin etibarsız hesab olunması və həmin müqavilələrin əsasında verilmiş 05 avqust 2021-ci il tarixli, qeydiyyat nömrəsi ********** və reyestr nömrəsi **********10 olan DƏDR-dən Çıxarışın və 05 avqust 2021-ci il tarixli, qeydiyyat nömrəsi ********** və reyestr nömrəsi **********11 olan DƏDR-dən Çıxarışın ləğv olunmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı və onun nümayəndəsi və vəkili Vəkil iddia ərizəsini müdafiə edərək iddia ərizəsinə uyğun izahat verərək iddia tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh6 nümayəndəsi və vəkili, cavabdehlər Cavabdeh7, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh8 nümayəndəsi X3 izahat verərək iddia tələbinin rədd edilməsini xahiş etdi. Eyni zamanda iddiaçı ilə alqı-satqı müqaviləsi qanun pozuntusu ilə aparıldığından həmin müqaviləni rəsmiləşdirmiş notarius barəsində xüsusi qərarad çıxarılmasını xahiş etdi. Əlavə olaraq bildirdi ki, 19 avqust 2005-ci il tarixli alqısatqı müqaviləsi cavabdehlər tərəfindən mübahisələndirməmişdir. Digər cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə heç bir məlumat verməmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən, məhkəmə cavabdehin məhkəmə iclasında iştirak etməməsini üzürsüz hesab edərək mülki işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə proses iştirakçılarının izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan JN-1091 nömrəli kod 41001004 olan torpağa mülkiyyət hüququna dair dövlət aktının surətindən görünür ki, Şamaxı rayonu, Şəhriyar qəsəbəsi sakini Cavabdeh2, X6, X7, Cavabdeh6, Cavabdeh7 və Cavabdeh4 Şamaxı rayon Aqrar İslahat Komissiyasının 16 aprel 2001-ci il tarixli 04 saylı qərarı ilə 4.03 hektar kənd təsərrüfatı məhsulları istehsalı üçün sahəsi verilmişdir. İş materiallarında olan 19 avqust 2005-ci il tarixli 4-871 saylı alqı-satqı müqaviləsindən görünür ki, Cavabdeh2 Azərbaycan Respublikası Dövlət torpaq komitəsi tərəfindən verilmiş JN-1091 nömrəli kod 41001004 olan torpağa mülkiyyət hüququna dair dövlət aktına əsasən Şamaxı rayonu, Şəhriyar qəsəbəsində yerləşən 4.03 hektar torpaq sahəsini İddiaçı ******* manata satmışdır. İş materiallarında olan Şamaxı rayonu Dövlət Notariat Kontoruna ünvanlanan ərizədən görünür ki, Cavabdeh4, Cavabdeh6 və Cavabdeh7 JN-1091 nömrəli kod 41001004 olan torpağa mülkiyyət hüququna dair dövlət aktına əsasən Cavabdeh2 məxsus Şamaxı rayonu, Şəhriyar qəsəbəsində yerləşən 4.03 hektar torpaq sahəsinin satılmasına etiraz etməmişlər. İş materiallarında olan JN-1293 nömrəli kod 41001004 olan torpağa mülkiyyət hüququna dair dövlət aktının surətindən görünür ki, 78.99 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsi İddiaçı adına qeydiyyata alınmışdır. Həmin dövlət aktı ilə Cavabdeh2 məxsus olan torpaq sahələri də İddiaçı mülkiyyətinə keçmişdir. İş materiallarında olan **********11 reyestr nömrəli Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın surətindən görünür ki, Şamaxı rayonu, Şəhriyar qəsəbəsində yerləşən 3.528 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi Cavabdeh2, Cavabdeh5, Cavabdeh3, Cavabdeh6, Cavabdeh7 və Cavabdeh4 mülkiyyətindədir. Qeydiyyat tarixi 17 iyul 2021-ci ildir. İş materiallarında olan **********10 reyestr nömrəli Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın surətindən görünür ki, Şamaxı rayonu, Şəhriyar qəsəbəsində yerləşən 0.5009 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi Cavabdeh2, Cavabdeh5, Cavabdeh3, Cavabdeh6, Cavabdeh7 və Cavabdeh4 mülkiyyətindədir. Qeydiyyat tarixi 17 iyul 2021-ci ildir. İş materiallarında olan 02 avqust 2021-ci il tarixli AN-İ ******* saylı Daşınmaz Əmlakın alqı-satqı müqaviləsinin surətindən görünür ki, Cavabdeh2, Cavabdeh5, Cavabdeh3, Cavabdeh6, Cavabdeh7 və Cavabdeh4 əvəzinə X1 rayonu, Şəhriyar qəsəbəsində yerləşən ümumi sahəsi 3.528 ha torpaq sahəsini Cavabdeh8 5000 manata satmışdır. İş materiallarında olan 02 avqust 2021-ci il tarixli AN-İ ******* saylı Daşınmaz Əmlakın alqı-satqı müqaviləsinin surətindən görünür ki, Cavabdeh2, Cavabdeh5, Cavabdeh3, Cavabdeh6, Cavabdeh7 və Cavabdeh4 əvəzinə X1 rayonu, Şəhriyar qəsəbəsində yerləşən ümumi sahəsi 0.5009 ha torpaq sahəsini Cavabdeh8 3000 manata satmışdır. İş materiallarında olan **********10 reyestr nömrəli Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın surətindən görünür ki, Şamaxı rayonu, Şəhriyar qəsəbəsində yerləşən 0,5009 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi Cavabdeh8 mülkiyyətindədir. Qeydiyyat tarixi 05 avqust 2021-ci ildir. İş materiallarında olan **********11 reyestr nömrəli Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın surətindən görünür ki, Şamaxı rayonu, Şəhriyar qəsəbəsində yerləşən 3,528 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi Cavabdeh8 mülkiyyətindədir. Qeydiyyat tarixi 05 avqust 2021-ci ildir. İş materiallarında olan 12.05.2022-ci il tarixli 247 saylı Şamaxı rayon İHB-nin Şəhriyar qəsəbəsi İƏD üzrə nümayəndəliyinin arayışından görünür ki, İddiaçı Şamaxı rayonu, Şəhriyar qəsəbəsində yerləşən 4.03 ha torpaq sahəsi vardır. Qəsəbə ərazisində olan həmin torpağı İddiaçı vaxtı-vaxtında əkib becərir və dövlət tərəfindən ödənilən subsidiyanı da alır. Məhkəmə iclasında müəyyən olundu ki, İddiaçı 05 avqust 2005-ci il tarixdə Şamaxı rayon Notariat Kontorunda bağlanmış alqı-satqı müqaviləsinə əsasən Cavabdeh2 Şamaxı rayonu, Şəhriyar qəsəbəsi ərazisində yerləşən 4,03 hektar torpaq sahəsini (mülkiyyət hüququna dair dövlət aktı JN 1091 kod ********) qanunvericilikdə nəzərdə tutulmuş qaydada almış və mülkiyyət hüququnu qanunvericilikdə nəzərdə tutulmuş qaydada 23 fevral 2006-cı il tarixdə qeydiyyata aldıraraq kod 41001004 JN 1293 saylı torpağa mülkiyyət hüququna dair Dövlət Aktı əldə etmişdir. Eyni zamanda müəyyən olundu ki, mübahisəli torpaq sahələri İddiaçı mülkiyyətində olduğu halda həmin torpaq sahəsinin Cavabdeh2, Cavabdeh3, Cavabdeh6, Cavabdeh7, Cavabdeh4 və Cavabdeh5 mülkiyyətində olmasına dair Çıxarış verilmiş və torpaq sahəsi Şamaxı regional “ASAN xidmət” mərkəzinin notariat ofisində 02 avqust 2021-ci il tarixdə bağlanmış alqı-satqı müqaviləsinə əsasən Cavabdeh8 satılmışdır. Beləliklə də, məhkəmə iclasında müəyyən olundu ki, mübahisəli torpaq sahələri İddiaçı mülkiyyətində olduğu halda, onun xəbəri olmadan mülkiyyətində olan torpaq sahələri qanunsuz olaraq özgəninkiləşdirilmişdir. Belə olan halda iddia tələbi əsaslıdır və təmin olunmalıdır. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Konstitusiyanın 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikasının tərəfdar olduğu «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Konvensiyanın 20 mart 1952-ci il tarixli Protokolunun (1 saylı Protokolun) 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Yuxarıdakı müddəalar dövlətin ümumi maraqlarına müvafiq olaraq, mülkiyyətdən istifadəyə nəzarəti həyata keçirmək üçün, yaxud vergilərin və ya digər rüsum və ya cərimələrin ödənilməsini təmin etmək üçün zəruri olan qanunları yerinə yetirmək hüququnu məhdudlaşdırmır. Azərbaycan Respublikası Konstitusiyasının 12-ci maddəsinin 2-ci hissəsinə görə Konstitusiyada sadalanan insan və vətəndaş hüquqları və azadlıqlar Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə uyğun tətbiq edilir. X13 Hüquqları Məhkəməsi «X9rşı» işi üzrə 30 noyabr 2004-cü il tarixli qərarında göstərmişdir ki, «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsinin 1-ci hissəsində «mülkiyyət» anlayışı fiziki mallar üzərində mülkiyyətlə məhdudlaşmayan müstəqil mənaya malikdir və daxili qanunvericilikdəki formal təsnifatdan asılı deyil: məsələ bütövlükdə nəzərdən keçirilən işin halları ilə həmin maddə əsasında müdafiə olunan əhəmiyyətli mənafelər üzərində titulun ərizəçiyə təqdim edilib-edilməməsinin müəyyənləşdirilməsindən ibarətdir. Müvafiq olaraq, bu müddəanın məqsədləri üçün fiziki mallarla yanaşı, əmlakı təşkil edən bəzi digər hüquqlar və maraqlar da «əmlak hüquqları» və beləliklə, «mülkiyyət» kimi qiymətləndirilə bilər. «Mülkiyyət» anlayışı «mövcud mülkiyyətlə» məhdudlaşmır və ərizəçinin maraqlarını, o cümlədən mülkiyyət hüququnun səmərəli həyata keçirilməsinin əldə olunmasına ən azı əsaslı və «qanuni gözləntiyə» malik olduğuna dair tələblərini də əhatə edə bilər. «Van Marle və başqaları Niderlanda qarşı» iş üzrə qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, maddi dəyəri olan hər hansı hüquq 1-ci maddədə ifadə olunmuş «əmlak» anlayışı ilə əhatə olunur. Avropa Məhkəməsi «Akimova Azərbaycana qarşı» qərarında eyni mövqedən çıxış edərək, ərizəçinin mənzilə olan hüququnun müvafiq qeydiyyata alınmaması onu mülkiyyət kimi tanınması üçün maneə hesab etməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 5.3-cü maddəsinə əsasən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ–subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur. 324.1-ci maddəsinə əsasən əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çox tərəfli iradə ifadəsidir. 324.4-cü maddəsinə əsasən müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çox tərəfli) zəruridir. 324.5-ci maddəsinə əsasən iradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir. 337.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. 337.4-cü maddəsinə əsasən etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. Azərbaycan Respublikası MP M-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Beləliklə də məhkəmə hesab edir ki, iddia təmin edilməli Cavabdeh2, Cavabdeh5, Cavabdeh3, Cavabdeh6, Cavabdeh7 və Cavabdeh4 adlarına verilmiş 17.07.2021-ci il tarixli, qeydiyyat nömrəsi ********** və reyestr nömrəsi **********11 olan Hüquqların Dövlət qeydiyyatıhaqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarış və 17.07.2021-ci il tarixli, qeydiyyat nömrəsi ********** və reyestr nömrəsi **********10 olan Hüquqların Dövlət qeydiyyatıhaqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarış və onların əsasında Cavabdeh8 ilə Şamaxı regional “Asan xidmət” mərkəzinin notariat ofisində bağlanmış 02 avqust 2021-ci il tarixli 4ə-1023 və 4ə-1024 nömrəli alqı satqı müqavilələri etibarsız hesab edilməli və həmin müqavilələrin əsasında verilmiş 05 avqust 2021-ci il tarixli, qeydiyyat nömrəsi ********** və reyestr nömrəsi **********10 olan Hüquqların Dövlət qeydiyyatıhaqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarış və 05 avqust 2021-ci il tarixli, qeydiyyat nömrəsi ********** və reyestr nömrəsi **********11 olan Hüquqların Dövlət qeydiyyatıhaqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarış ləğv edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh2, Cavabdeh5, Cavabdeh3, Cavabdeh6, Cavabdeh7 və Cavabdeh4 adlarına verilmiş 17.07.2021-ci il tarixli, qeydiyyat nömrəsi ********** və reyestr nömrəsi **********11 olan Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarış və 17.07.2021-ci il tarixli, qeydiyyat nömrəsi ********** və reyestr nömrəsi **********10 olan Hüquqların Dövlət qeydiyyatıhaqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarış və onların əsasında Cavabdeh8 ilə Şamaxı regional “Asan xidmət” mərkəzinin notariat ofisində bağlanmış 02 avqust 2021-ci il tarixli 4ə-1023 və 4ə-1024 nömrəli alqı satqı müqavilələri etibarsız hesab edilsin və həmin müqavilələrin əsasında verilmiş 05 avqust 2021-ci il tarixli, qeydiyyat nömrəsi ********** və reyestr nömrəsi **********10 olan Hüquqların Dövlət qeydiyyatıhaqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarış və 05 avqust 2021-ci il tarixli, qeydiyyat nömrəsi ********** və reyestr nömrəsi **********11 olan Hüquqların Dövlət qeydiyyatıhaqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarış ləğv edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətinə Şamaxı Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Natiq İsmayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar