Azərbaycan Respublikası adından QƏTNAMƏ Şamaxı rayonu İş № 2(074)-134/2025 05.08.2025 ŞAMAXI RAYON MƏHKƏMƏSİ X13 Murtuza oğlunun sədrliyi, Abdullayev Əsgər Yadigar oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı uşağın onun himayəsinə verilməsi və aliment ödənilməsindən azad olunması tələbinə dair iddia ərizəsi üzrə mülki işə Şamaxı Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 19 iyul 2010-cu il təvəllüdlü X5 anası Cavabdeh himayəsindən alınaraq, onun himayəsinə verilməsi və uşağın saxlanılması üçün hər ay 235 manat sabit pul məbləğində alimentin alınıb, ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh ilə 2009-cu ilin iyul ayında qeyri-rəsmi ailə qurmuş, nikahlarını isə 20 aprel 2016-cı il tarixdə rəsmiləşdirmişdirlər. Birgə nikahdan 19 iyul 2010-cu il tarixdə doğulmuş X8 və 19 fevral 2014-cü il tarixdə doğulmuş X6 adlı uşaqları vardır. Aralarında olan nikah Şamaxı Rayon Məhkəmısinin 30 may 2023-cü il tarixli, 2(074)-76/2023 saylı qətnaməsi ilə ləğv edilmiş, uşaqlar Cahid və Reyhanə analarının yanında saxlanmış, onların saxlanması üçün hər ay hər bir uşağa görə 160 manat olmaqla, cəmi 320 manat alimentin tutulması qət edilmişdir. Oğlu Cahid 2024-cü ilin may ayından faktiki olaraq onun yanında yaşayır. Cahid onunla yaşamaq istəyir, anasının yanında qalmaq istəmir. Hal-hazırda da, Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Qamət Abbasov adına 284 saylı tam orta məktəbin 9-cu sinfində təhsil alır. Rəsmi qaydada Cahidin anasının himayəsindən alınaraq, onun himayəsinə verilməsini istəyir. Bu barədə mediasiya təşkilatına müraciət etmiş, lakin cavabdeh mediasiyaya gəlməmişdir. Daha sonra, İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, 19 iyul 2010-cu il təvəllüdlü X5 anası Cavabdeh himayəsindən alınaraq, onun himayəsinə verilməsi və Şamaxı Rayon Məhkəməsinin 2(074)-76/2023 saylı, 30 may 2023-cü il tarixli qətnaməsi ilə müəyyən edilmiş alimentin 2024-cü ilin may ayının 30-dan ödənilməsindən azad olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək, iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq, iş üzrə Cavabdeh məhkəmə iclasına gəlməmişdir. Məhkəmə cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etdi. Məhkəmə iclasında fikri dinlənilən 19 iyul 2010-cu il təvəllüdlü X8 2024-cü ilin may ayından Bakı şəhəri, Biləcəri qəsəbəsində atasının yanında yaşadığını, Bakı şəhərində məktəb və ev şəratinin daha əlverişli olmasını və bundan sonra da, atasının yanında qalmaq istədiyini bildirdi. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan Şamaxı Rayon Məhkəməsinin 30 may 2023-cü il tarixli, 2(074)-76/2023 saylı qətnaməsindən görünür ki, İddiaçı ilə Cavabdeh arasında 20 aprel 2016-ci il tarixdə Bakı şəhəri Binəqədi rayon Qeydiyyat şöbəsində 83 nömrəli akt qeydi ilə rəsmiləşdirilmiş nikahın pozulması, nikah pozulduqdan sonra tərəflərin birgə nikahından doğulmuş 19 iyul 2010-cu il təvəllüdlü X8 və 19 fevral 2014-cü il təvəllüdlü X3 iddiaçının (anasının) Cavabdeh himayəsində saxlanılması, 19 iyul 2010-cu il təvəllüdlü X8 və 19 fevral 2014-cü il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanması üçün, 11 oktyabr 2022-ci il tarixdən başlayaraq, hər ay hər uşaq üçün 160 manat olmaqla, cəmi 320 manat sabit pul məbləğində alimentin cavabdeh İddiaçı tutularaq, iddiaçı Cavabdeh ödənilməsi qət edilmişdir. İş materiallarında olan Bakı şəhər Təhsil İdarəsinin 284 nömrəli tam orta məktəbin 19 dekabr 2024-cü il tarixli, 257 saylı arayışında qeyd olunur ki, X8 2024/2025-ci tədris ilində Binəqədi rayonu, Q.Abbasov adına 284 nömrəli tam orta məktəbin 9-cu sinfində təhsil alır. İş materiallarında olan 19 iyun 2025-ci il tarixdə həyat şəraitinin müayinə aktında göstərilir ki, İddiaçı ailə və mənzil-məişət şəraiti övladının onun yanında saxlanılması üçün əlverişlidir. İş materiallarında olan Bakı şəhəri Binəqədi Rayon İcra Hakimiyyətinin yanında Uşaq hüquqlarının müdafiəsi üzrə komissiyasının 17 iyul 2025-ci il tarixli, 97/2025 saylı rəyində göstərilir ki, tərəflərin rəsmi nikahından anadan olan xx.xx.2010-cu il təvəllüdlü X2 yanında qalmasının uşağın mənafeyinə uyğun olmasının müəyyən edilməsi məqsədilə, mülki iş üzrə tərəflər Komissiya iclasında iştirak etmələri üçün iclasın yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmışlar. Cavabdeh komissiya iclasında iştirak etməmiş, üzrlü səbəblər barədə məlumat verməmiş, mübahisəyə dair yazılı izahat təqdim etməmişdir. Mülki iş üzrə iddiaçı Pirişov X4 olarkən ona verilən suallara cavab olaraq bildirmişdir ki, xx.xx.1986-cı il təvəllüdlüdür, tam orta təhsillidir, bərbər işləyir. Cavabdehlə birgə nikahdan xx.xx.2010-cu il təvəllüdlü X8 və xx.xx.2014-cü il təvəllüdlü X6 anadan olmuşlar. Aralarında bağlanmış rəsmi nikah 2023-cü il tarixdə rəsmi qaydada pozulmuşdur. Uşaqlar ananın himayəsinə verilmişlər. Oğlu Cahid 2024-cü ilin may ayında öz istəyi ilə onun himayəsində gəlmişdir. O, Binəqədi rayonunda yerləşən 284 saylı orta məktəbin 10-cu sinif şagirdidir. Uşağın onun yanma gəlməyinə səbəb, ona qarşı istəyinin çox olması, Şamaxı rayonunda anasının yanında ona yaxşı baxılmaması, yaşayış şəraitinin buradakı kimi olmaması, anasının sosial şəbəkələr vasitəsilə əks cinsin nümayəndəsi ilə ünsiyyətini aşkar etməsidir. Cavabdeh qızı ilə ünsiyyətinə maneə yaradır, qızı da ona bağlıdır. Özünün iş rejimi sərbəst olduğu üçün oğlunun tərbiyəsi ilə məşğul olmağa, onunla ünsiyyətdə olmağa və ona nəzarət etməyə vaxtı olur. O, işdə olanda anası oğluna baxır, onun təmizliyi və qidalanması məsələsinə anası baxır. Bacısı isə oğlunun oxuduğu məktəbdə müəllimə işləyir. Tərəflərin birgə nikahından anadan olan xx.xx.2010-cu il təvəllüdlü X8 ilə aparılan söhbət zamanı müəyyən edilmişdir ki, o, anasının himayəsində qalanda anası və daha çox yaxın qohumları onunla əsəbi davranmış, atası barədə xoşagəlməz sözlər demişlər. Anasının bəzi hərəkətləri ona xoş gəlməmişdir. Dayısı ona işlətdiyi kafenin yanında kiçik qida məhsulları satdırmışdır. Qayğının az olması, çətin həyat şəraiti və atasından ötrü darıxdığı üçün öz istəyi ilə atasının yanına getmişdir. Hazırda ona yaxşı baxılır, məktəbdə, evdə onu narahat edən heç bir hal yoxdur. Qəti şəkildə atasının himayəsində yaşamaq istəyir. Aparılan müşahidələrlə uşağın fikirlərinin kənar psixoloji təsir nəticəsində formalaşmasının əlamətləri müşahidə edilməmişdir. İddiaçının hayat şəraiti müayinə olunmuş və bu barədə akt tərtib edilmişdir (akt rəyə əlavə olunur). Cavabdehin həyat şəraitinin müayinə olunması üçün Şamaxı Rayon İcra Hakimiyyətinə sorğu göndərilmişdir. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının Qanununun 5-ci maddəsində qeyd edilir ki, dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər Öz fəaliyyətində uşaqların mənafeyini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar. Azərbaycan Respublikasının normativ hüquqi aktları və müvafiq orqanların qərarları uşaqlar mənafelərinə zidd olmamalı və onların İcrası uşaqların həyatına, inkişafına və tərbiyəsinə zərər gətirməməlidir. Bakı şəhəri Binəqədi Rayon İcra Hakimiyyəti yanında Uşaq hüquqlarının müdafiəsi üzrə Komissiya yuxarıda qeyd olunanları, uşağm hər bir valideynə olan bağlılıq dərəcəsini, kimin yanında qalmaq istəməsi barədə fikrini, onun fikirlərinin nəzərə alınmaması üçün qanunla qorunan maraqlarına zidd olan halların (həyat şəraitinin müayinə edilməsinin nəticələri, valideynlik bacarıqları) müəyyən edilməməsini, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 52-ci, 58ci və 60-cı maddələrini nəzərə alaraq, uşağm mənafeyinin üstünlüyü baxımından xx.xx.2010-cu il təvəllüdlü X5 İddiaçı himayəsində qalmasını məqsədəmüvafiq hesab edir. Beləliklə, məhkəmə iclasında tədqiq edilmiş sübutlarla müəyyən edildir ki, hazırki iş üzrə tərəflər 2009-cu ilin iyul ayında qeyri-rəsmi ailə qurmuş, nikahları isə 20 aprel 2016-cı il tarixdə rəsmiləşdirilmişdir. Birgə nikahdan 19 iyul 2010-cu il tarixdə X8 və 19 fevral 2014cü il tarixdə X6 doğulmuşdur. Tərəflər arasında ailə münasibətləri pozulduğundan, məhkəmə qətnaməsi ilə onların nikahı pozulmuş və birgə nikahdan doğulmuş uşaqların anasının yanında qalması qət olunmuşdur. Həmçinin, uşaqların saxlanılması üçün, İddiaçı hər ay hər uşağa görə 160 manat alimentin Cavabdeh xeyrinə tutulması qət edilmişdir. Uşaqlardan xx.xx.2010-cu il təvəllüdlü X8 2024-cü ilin may ayının 30-dan atası ilə birlikdə yaşamaq üçün onun yanına gəlmişdir. Hazırda isə iddiaçı uşağın faktiki olaraq onunla yaşamasını əsas gətirərək, uşağın onun himayəsinə verilməsini və aliment ödənilməsindən azad olunmasını xahiş edir. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinə əsasən, uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Həmçinin 34-cü maddədə göstərilmişdir ki, ər ilə arvadın hüquqları bərabərdir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 5-ci maddəsi də belə məsələlərin həllində uşaqların mənafelərinin üstün tutulmalı olmasından bəhs edib. Həmçinin həmin qanunun 8-ci maddəsinə əsasən hər bir uşağın yaşamaq, normal şəraitdə fiziki, əqli və mənəvi cəhətdən inkişaf etmək hüququ vardır. Uşaq Hüquqları Haqqında BMT Konvensiyasının 9-cu maddəsində göstərilmişdir ki, «İştirakçı dövlətlər təmin edirlər ki, uşaq öz valideynlərinin arzusuna zidd olaraq onlardan ayrılmasın, bir şərtlə ki, məhkəmənin qərarına uyğun olaraq səlahiyyətli orqanlar tətbiq edilən qanuna və qaydalara müvafiq surətdə müəyyən etsinlər ki, bu ayrılıq uşağın ən yaxşı mənafeləri naminə labüddür. Belə ayrılıq o halda labüd ola bilər ki, valideynlər biribirindən ayrı yaşasınlar və uşağın yaşayış yeri barədə qərar qəbul etmək lazım gəlsin». İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin mövqeyi də valideynləri ayrı yaşayan uşaqların yaşayış yerinin müəyyən olunması ilə bağlı məsələlərin həlli zamanı uşaqların mənafelərinə üstünlük verilməli olması ideyasına əsaslanır. Avropa Məhkəməsinin İnsan Hüquqları üzrə Avropa Konvensiyasının göstərilən məsələlərdən bəhs edən 8-ci maddəsilə və həmin konvensiyanın 7 saylı prtokolunun 5-ci maddəsilə bağlı formalaşmış hüquqi mövqeyinə diqqət etdikdə görərik ki, Avropa dəyərləri müstəvisində uşaqların saxlanması ilə bağlı atanın və ananın hüquqları fərdi maraq, uşaqların hüquqları isə daha üstün dəyər olan ictimai maraq kimi qiymətləndirilir və tələb olunur ki, belə məsələlərə baxılan zaman ictimai maraqla fərdi maraq arasında tarazlıq yaradılsın. Əgər uşaqların saxlanması ilə bağlı valideynlər arasında fikir ayrılığı yaranırsa dövlət uşaqların hüquqlarını ictimai maraq kimi qiymətləndirərək uşaqların tərəfindən mübahisəyə qarışır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin: 49.2-ci maddəsinə əsasən hər bir uşaq ailədə yaşamaq və tərbiyə almaq, öz valideynlərini tanımaq və onların qayğısından istifadə etmək, uşağın maraqlarına zidd olan hallar istisna olmaqla, onlarla birgə yaşamaq hüququna malikdir. 49.3-cü maddəsinə əsasən uşaq öz valideynləri tərəfindən tərbiyə olunmaq, öz maraqlarının təmin olunması, hərtərəfli inkişafı, onun ləyaqətinə hörmət olunması hüququna malikdir. 60.4-cü maddəsinə əsasən valideynlər ayrı yaşadıqda uşaqların yaşayış yeri onların razılığı ilə həll edilir. Valideynlər arasında razılıq olmadıqda, məhkəmə mübahisəni uşaqların hüquq və mənafelərini, onların rəyini və sair halları (uşaqların qardaş və bacılarına, valideynlərdən hər birinə olan bağlılığı, valideynlərin əxlaqi və digər şəxsi keyfiyyətləri, uşağın yaşı, onun inkişafı və tərbiyəsi üçün şərait yaradılması) nəzərə almaqla həll edir. Məhkəmə, işin hallarını, həmçinin uşaqların valideynləri tərəfindən tərbiyə olunmaq, valideyn qayğısından istifadə etmək və digər mənafelərini nəzərə alaraq hesab edir ki, tərəflərin birgə nikahından doğulmuş X5 iddiaçının yanında yaşaması onun maraqlarının təmin olunması, hərtərəfli inkişafı və digər mənafeləri baxımından daha məqsədəmüvafiqdir. Odur ki, iddia təmin edilməli, tərəflərin birgə nikahından doğulmuş X8 iddiaçının himayəsinə verilməlidir. Həmçinin, məhkəmə hesab edir ki, cavabdeh X7 yetkinlik yaşına çatmamış X5 valideyni olduğundan və yetkinlik yaşına çatmamış X8 30 may 2024-cü il tarixdən iddiaçının yanında qaldığından, İddiaçı Şamaxı Rayon Məhkəməsinin 2(074)-76/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə 19 iyul 2010-cu il təvəllüdlü X1 üçün müəyyən edilmiş alimentin ödənilməsindən 2024-cü ilin may ayının 30-dan azad olunmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia təmin edilsin. 19 iyul 2010-cu il təvəllüdlü X8 Cavabdeh alınıb, İddiaçı himayəsinə verilsin. İddiaçı, Şamaxı Rayon Məhkəməsinin 2(074)-76/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə 19 iyul 2010-cu il təvəllüdlü X1 üçün müəyyən edilmiş alimentin ödənilməsindən 2024-cü ilin may ayının 30-dan azad olunsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətinə Şamaxı Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Fərid Yaqubov
Məhkəmə qərarları › İş №2(074)-134/2025
Şamaxı Rayon Məhkəməsi Qətnamə — İş №2(074)-134/2025
05.08.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver