Məhkəmə qərarları › İş №2(074)-1449/2021

Şamaxı Rayon Məhkəməsi Qərardad — İş №2(074)-1449/2021

20.12.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şamaxı rayonu İş № 2(074)-1449/2021 20.12.2021 ŞAMAXI RAYON MƏHKƏMƏSİ Mən, Şamaxı rayon Məhkəməsinin hakimi Hümbətov Etibar Zülfüqar oğlu, İddiaçı Cavabdeh qarşı “uşaq tələbinə dair” iddia ərizəsi və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “uşaq tələbinə dair” iddia ərizəsi məhkəməyə müraciət etmişdir. İddia ərizəsini və ona əlavə edilmiş sənədləri araşdıraraq məhkəmə hesab edir ki, iddianın yolverilməzliyinə görə iddia ərizəsinin qəbul edilməsindən imtina edilməlidir. Belə ki, iddia ərizəsinə əlavə edilmiş sənədlərdən görünür ki, tərəflər arasında mübahiəs üzrə Mediasiya prosesində 10.12.2021-ci il tarixli barışıq sazişi bağlanmışdır. Həmin sazişə əsasən 29.10.2016-cı il təvəllüdlü X1 və 19.10.2018-ci il təvəllüdlü X2 adlı uşaqlar Cavabdeh razılığı nəticəsində İddiaçı verilməsi barədə barışıq sazişi imzalanmışdır. Hal-hazırda qüvvədə olan barışıq sazişi olduğundan və mübahisə mediasiya prosesində həll olunduğundan eyni mübahisəyə məhkəmədə baxılmalı deyildir. Buna görə də, iddianın yolverilməzliyinə görə iddia ərizəsinin qəbul edilməsindən imtina edilməlidir. Eyni zamanda məhkəmə qeyd edir ki, barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə məhkəməyə xüsusi icraat qaydasında müraciət edə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 153.2.1-ci maddəsinə əsasən, ərizəyə məhkəmə qaydasında baxılmalı deyildirsə, iddianın yolverilməzliyinə görə iddia ərizəsinin qəbul edilməsindən imtina edilir. Həmin Məcəllənin 153.3-cü maddəsinə əsasən, hakim ərizəni qəbul etməkdən imtina barədə əsaslandırılmış qərardad çıxarır. Həmin Məcəllənin 305.1.17-ci maddəsinə əsasən, mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi haqqında işlərə məhkəmə xüsusi icraat qaydasında baxır. Həmin Məcəllənin 355-23.1-ci maddəsinə əsasən, “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. Sadalanan qanunvericilik normalarına əsasən məhkəmə hesab edir ki, İddiaçı Cavabdeh qarşı “uşaq tələbinə dair” iddia ərizəsinə məhkəmədə baxılmalı olmadığından, iddianın yolverilməzliyinə görə iddia ərizəsinin qəbul edilməsindən imtina edilməlidir. İddiaçıya izah edilməlidir ki, barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə məhkəməyə xüsusi icraat qaydasında müraciət etmək hüququ vardır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-in 153, 267 və 268ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı Cavabdeh qarşı “uşaq tələbinə dair” iddia ərizəsinin icraata qəbulundan imtina edilsin. İddiaçıya izah edilsin ki, barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə məhkəməyə xüsusi icraat qaydasında müraciət etmək hüququ vardır. Qərardaddan 10 gün müddətində Şamaxı rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Etibar HÜmbətov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar