Azərbaycan Respublikası adından QƏRARDAD Şamaxı rayonu İş № 2(074)-1485/2023 07.12.2023 ŞAMAXI RAYON MƏHKƏMƏSİ Şamaxı rayon Məhkəməsinin hakimi İsmayılov Natiq Əvəz oğlu, İddiaçı Cavabdeh qarşı “aliment ödənilməsi” tələbinə dair iddia ərizəsinin məhkəmənin icraatına qəbul edilməsinin mümkünlüyünə baxaraq, müəyyənetdi: İddiaçı Cavabdeh qarşı “aliment ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh xx.xx.2018-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatana kimi saxlanılması üçün, müəyyən edilmiş və xx.xx.2023-cü il tarixdən etibarən ödəmədiyi 1600 manat aliment borcunun tutularaq ona ödənilməsi barədə qətnamə qət edilməsini xahiş etmişdir. İddia ərizəsini və ona əlavə edilmiş sənədləri araşdıraraq məhkəmə hesab edir ki, iddianın yolverilməzliyinə görə iddia ərizəsinin qəbul edilməsindən imtina edilməlidir. Belə ki, iş materiallarında olan Şamaxı rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(074)- 63/2022 saylı qətnaməsinin surətindən görünür ki, iddia qismən təmin edilmiş, iddiaçı X4 ilə Cavabdeh arasında 10 mart 2017-ci ildə Şamaxı rayon İHB-nın Məlikçobanlı kənd İƏD üzrə nümayəndəliyində bağlanmış, bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında 10 mart 2017-ci il tarixdə 02 nömrə ilə qeydə alınmış nikah qeydinin pozulması, tərəflərin birgə nikahlarından doğulmuş xx.xx.2018-ci il təvəllüdlü X3 iddiaçının (anasının)- X1 himayəsinə verilməsi, Cavabdeh, xx.xx.2018-ci il təvəllüdlü X5 Cavabdeh alınıb iddiaçı X2 verildiyi tarixdən başlayaraq xx.xx.2018-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 150 manat sabit pul məbləğində aliment alınıb iddiaçı X2 verilməsi qət edilmişdir. İş materiallarında olan Şamaxı rayon Məhkəməsinin 23 iyun 2023-cü il tarixli 2(074)- 584/2023 saylı qətnaməsinin surətindən görünür ki, iddia qismən təmin edilmiş, Şamaxı rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(074)-63/2022 saylı qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarının artırılması və Cavabdeh qətnamə qanuni qüvvəsini aldığı tarixdən başlayaraq, xx.xx.2018-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay 180 manat sabit pul məbləğində aliment alınaraq X2 ödənilməsi qət edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 153.2.2-ci maddəsinin tələbinə görə, eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə mübahisəyə dair məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi və ya iddiaçının iddiadan imtina etməsi ilə əlaqədar iş üzrə icraata xitam edilməsi və ya tərəflərin barışıq sazişinin təsdiq edilməsi haqqında məhkəmənin qərardadı olarsa, hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. Göründüyü kimi, İddiaçı Cavabdeh qarşı “aliment ödənilməsi” tələbi əvvəlki iddia tələbi ilə eynilik təşkil edir və eyni tələb üzrə artıq məhkəmə qətnamə qəbul etmiş və həmin qətnamə qanuni qüvvəsini almışdır. Belə olan halda məhkəmə hesab edir ki, iddia ərizəsinin qəbulundan imtina olunmalıdır. Bununla belə məhkəmə iddiaçıya izah edir ki, iddiaçının Şamaxı rayon Məhkəməsinin qətnaməsi ilə müəyyən edilmiş alimentin ödənilməsi ilə bağlı Şamaxı rayon İcra və Probasiya şöbəsinə müraciət etmək hüququ vardır. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikasının MPM-in 153, 263-264, 267-268-ci maddələrini rəhbər tutaraq qəraraaldı: İddiaçı Cavabdeh qarşı “aliment ödənilməsi” tələbinə dair iddia ərizəsinin iddianın yolverilməzliyinə görə qəbul edilməsindən imtina edilsin. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Şamaxı rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Natiq İsmayılov
Məhkəmə qərarları › İş №2(074)-1485/2023
Şamaxı Rayon Məhkəməsi Qərardad — İş №2(074)-1485/2023
07.12.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver