Azərbaycan Respublikası adından QƏRARDAD Şamaxı rayonu İş № 2(074)-1593/2025 16.09.2025 ŞAMAXI RAYON MƏHKƏMƏSİ Şamaxı Rayon Məhkəməsinin hakimi İsmayılov Natiq Əvəz oğlu, İddiaçı Cavabdeh qarşı “aliment ödənilməsi” tələbinə dair iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib müəyyənetdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, alimentin məbləği dəyişdirilərək “Azərbaycan Respublikasında 2025-ci il üçün yaşayış minimumu haqqında” 16 dekabr 2024-cü il tarixli qanununa əsasən hər uşaq üçün 246 manat məbləğində hesablanması, Ailə Məcəlləsinin 85-ci maddəsinə əsasən kiçik övladının 3 yaşından kiçik olmasını (xx.xx.2023-cü il təvəllüdlü) nəzərə alaraq ona qulluq üçün 150 (bir yüz əlli) manat miqdarında ona aliment ödənilməsi barədə qərar qəbul edilməsi, cavabdeh tərəfindən aliment borcunun ödənilməsinin təmin olunması və cavabdeh aliment borcunun ödənilməsindən boyun qaçırdığı təqdirdə məsuliyyətə cəlb olunmağı barədə qərar qəbul olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri araşdıraraq hesab edir ki, iddia ərizəsi geri qaytarılmalıdır. Belə ki, “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 28.1-ci maddəsinə əsasən ailə və əmək münasibətlərindən irəli gələn mübahisələr üzrə məhkəməyə müraciət etməmişdən əvvəl tərəflər ilkin mediasiya sessiyasında iştirak etməlidirlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 149.2.4-1-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, tərəflərin məhkəməyə müraciət etməzdən əvvəl mediasiya prosesində iştirakı tələb olunduğu halda, həmin tələbə riayət edilməsinə dair məlumat iddia ərizəsində göstərilməlidir. Həmin Məcəllənin 152.1.6-1-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, tərəflərin məhkəməyə müraciət etməzdən əvvəl mediasiya prosesində iştirakı tələb olunduğu halda, həmin tələbə riayət edilməsini təsdiq edən sənəd təqdim edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. İddia ərizəsindən göründüyü kimi iddia tələbi ailə münasibətlərindən irəli gələn mübahisələrə aid olduğundan tərəflərin məhkəməyə müraciət etməzdən əvvəl mediasiya prosesində iştirak etmələri tələb olunur. Lakin iddia ərizəsinə tərəflərin hazırki iddia ərizəsi ilə məhkməyə müraciət etməzdən əvvəl mediasiya prosesində iştirak etməsini təsdiq edən sənədlər əlavə edilməmişdir. İddia ərizəsinin mümkünlüyündən bəhs edən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 151.1-ci maddəsinə əsasən, iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə onun məhkəmə icraatı mümkündür. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.4-cü maddəsinə əsasən iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Məhkəmə hesab edir ki, qanunvericiliyin göstərilən tələblərinə əməl edilmədiyi üçün iddia ərizəsi və ona əlavə olunmuş sənədlər geri qaytarılmalı və göstərilən nöqsanlar aradan qaldırıldıqdan sonra iddiaçıya ikinci dəfə məhkəməyə müraciət etmək hüququ izah olunmalıdır. Bundan əlavə iddiaçı tərəfindən iddia ərizəsinə əlavə edilmiş Şamaxı rayon Məhkəməsinin 2(074)-833/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsinin surətindən görünür ki, iddiaçı daha əvvəl cavabdehə qarşı “nikahın pozulması və aliment” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş və həmin qətnamə ilə “tərəflərin birgə nikahından doğulmuş xx.xx.2015-ci il təvəllüdlü X2, xx.xx.2017-ci il təvəllüdlü X3, xx.xx.2019-cu il təvəllüdlü X4 və xx.xx.2023-cü il təvəllüdlü X1 yetkinlik yaşına çatana kimi saxlanılması üçün, Cavabdeh 18 aprel 2024-cü il tarixdən başlayaraq, hər ay hər uşağa görə 150 (bir yüz əlli) manat olmaqla, cəmi 600 (altı yüz) manat sabit pul məbləğində aliment alınıb, İddiaçı verilməsi qət edilmişdir. Məhkəmə iddiaçıya izah edir ki, tərəflər arasında cavabdehdən alimentin tutulması ilə bağlı məhkəmə qətnaməsi mövcuddur. İddiaçı həmin qətnamə ilə tutulan alimnentin məbləği ilə razı olmadıqda həmin qətnamədən apellyasiya şikayəti verə bilər. Həmçinin cavabdehdən tutulan aliment məbləğinin artırılması və ya indeksasiya olunması ilə bağlı məhkəməyə müraciət etmək hüququna malikdir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 149, 152, 263-264, və 267-268-ci maddələrini rəhbər tutaraq, q ə r a r a a l d ı: İddiaçı Cavabdeh qarşı “aliment ödənilməsi” tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Şamaxı Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Natiq İsmayılov
Məhkəmə qərarları › İş №2(074)-1593/2025
Şamaxı Rayon Məhkəməsi Qərardad — İş №2(074)-1593/2025
16.09.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver