Məhkəmə qərarları › İş №2(074)-1759/2025

Şamaxı Rayon Məhkəməsi Qətnamə — İş №2(074)-1759/2025

22.01.2026 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin azaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şamaxı rayonu İş № 2(074)-1759/2025 22.01.2026 ŞAMAXI RAYON MƏHKƏMƏSİ Şamaxı Rayon Məhkəməsinin hakimi Abasov Qürur Bəybala oğlunun sədrliyi, Tamarova Züleyxa Kamil qızının katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “aliment miqdarının azaldılması” tələbi barədə iddia ərizəsi üzrə mülki işə Şamaxı Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Şamaxı Rayon Məhkəməsinin 2(074)-779/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərarına (məhkəmə əmrinə) əsasən cavabdehin xeyrinə xx.xx.2019-cu il təvəllüdlü X2 və xx.xx.2020-ci il təvəllüdlü oğlu İslamın saxlanılması üçün tutulan alimentin miqdarının azaldılması, cavabdehin xeyrinə ondan xx.xx.2019cu ildə anadan olmuş oğlu Əsgərli İsmayıl və xx.xx.2020-ci ildə anadan olmuş oğlu Əsgərli İslam üçün hər ay qazancının 120-130 manat hər uşağın saxlanması üçün aliment tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Şamaxı Rayon Məhkəməsinin 2(074)-779/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərarına (məhkəmə əmrinə) əsasən xx.xx.2025-ci il tarixindən başlayaraq, ondan cavabdehin xeyrinə xx.xx.2019-cu ildə anadan olmuş oğlu - X4 və xx.xx.2020ci ildə anadan olmuş oğlu - X1 üçün bütün növ qazancının 0,5 misli həddində sabit miqdarında aliment tutulur. Məhkəmə tərəfindən qeyd olunan alimentin miqdarı təyin olunan vaxtı o, əmək haqqı yaxşı olan işdə işləyib. Hal-hazırda həmin işdə işləmir, atası xəstə olduğuna atasına baxır. Başqa işə gedib pul qazana bilmir. Onun ailə həyatı o qədər dəyişib ki, o, əvvəlki miqdarda təyin olunmuş alimenti ödəyəndə ailə üzvlərinə maddi yardım göstərə bilmir. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddia tələbinə etiraz edərək izahat verərək bildirdi ki, iddia tələbinin rədd olunması barədə qətnamə qəbul edilməsini xahiş edir. Əlavə olaraq bildirdi ki, alimentin azaldılmasını istəmir. 2 uşağı var. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımı qaydada məlumatlandırılmış iddiaçı məhkəmə iclasında iştirak etməmiş və iddiaçı gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikasının MPM-nin 185-ci maddəsinə əsasən mülki işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə cavabdehin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, iş materiallarında olan Şamaxı Rayon Məhkəməsinin 2(074)-779/2025 saylı, 05 sentyabr 2025-ci il tarixli qətnaməsindən görünür ki, ərizənin qismən təmin edilməsi, İddiaçı ilə Cavabdeh arasında xx.xx.2018-ci il tarixdə Şamaxı rayon qeydiyyat şöbəsində bağlanmış, bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında həmin tarixdə 144 nömrə ilə qeyd edilmiş nikahın pozulması, tərəflərin birgə nikahından doğulmuş xx.xx.2019-cu il təvəllüdlü X4 və xx.xx.2020-ci il təvəllüdlü X3 anası Cavabdeh yanında qalması, 02 aprel 2025-ci il tarixdən başlayaraq, xx.xx.2019-cu il təvəllüdlü X4 və xx.xx.2020-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatana kimi saxlanılması üçün, cavabdeh İddiaçı Cavabdeh xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər ay hər uşağa görə ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,5 misli həddində sabit pul məbləğində alimentin tutulması, qətnamənin alimentə dair hissəsinin dərhal icra edilməsi qət edilmişdir. İş materiallarında olan xx.xx.2025-ci il tarixli məşğulluq haqqında arayışın surətindən görünür ki, İddiaçı xx.xx.2023-cü il tarixdən işsizdir. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinin İİ hissəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 56.1-ci maddəsinə əsasən valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 75.1-ci maddəsinə görə valideyinlər uşaqlarını saxlamağa borcludurlar. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76.2-ci maddəsinə əsasən alimentin miqdarı məhkəmə tərəfindən tərəflərin ailə və maddi vəziyyəti, eləcə də diqqətəlayiq olan başqa hallar nəzərə alınmaqla azaldıla və artırıla bilər. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Uşaq hüquqları haqqında Azərbaycan Respublikası 19 may 1998-ci il tarixli Qanunun 5-ci maddəsinə əsasən dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdır. Uşaq hüquqları haqqında BMT-nin 12 noyabr 1989-cu il tarixli Konvensiyasının 3-cü maddəsinə əsasən uşaqlar barəsində bütün tədbirlərdə əsas diqqət uşaq mənafelərinin daha yaxşı təmin edilməsinə yönəldilir, istər bu tədbirlər sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr tərəfindən görülsün, istərsə də məhkəmələr, inzibati və ya qanunvericilik orqanları tərəfindən edilsin. İşin araşdırılmış hallarından müəyyən olundu ki, Şamaxı Rayon Məhkəməsinin 2(074)- 779/2025 saylı, 05 sentyabr 2025-ci il tarixli qətnaməsi ilə, İddiaçı ilə Cavabdeh arasında xx.xx.2018-ci il tarixdə Şamaxı rayon qeydiyyat şöbəsində bağlanmış, bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında həmin tarixdə 144 nömrə ilə qeyd edilmiş nikahın pozulması, tərəflərin birgə nikahından doğulmuş xx.xx.2019-cu il təvəllüdlü X4 və xx.xx.2020-ci il təvəllüdlü X3 anası Cavabdeh yanında qalması, 02 aprel 2025-ci il tarixdən başlayaraq, xx.xx.2019-cu il təvəllüdlü X4 və xx.xx.2020-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatana kimi saxlanılması üçün, cavabdeh İddiaçı Cavabdeh xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər ay hər uşağa görə ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,5 misli həddində sabit pul məbləğində alimentin tutulması qət edilmişdir. Şamaxı Rayon Məhkəməsinin icraatında olan zaman 2(074)-779/2025 saylı mülki işin araşdırması zamanı İddiaçı izahat verərək, 120 manat alimentin tutulmasını xahiş etmişdir. Bu hala isə artıq qanuni qüvvəsini almış məhkəmə qətnaməsi ilə hüquqi qiymət verilmişdir. İddiaçının iddia tələbinin digər bir əsası isə xx.xx.2025-ci il tarixli məşğulluq haqqında arayış çıxış edir ki, həmi arayış iddiaçının xx.xx.2025-ci il tarixdən iş olması göstərilmişdir, azaldılması tələb edilən aliment isə Şamaxı Rayon Məhkəməsinin 2(074)-779/2025 saylı, 05 sentyabr 2025-ci il tarixli qətnaməsi əsasında tutulmuşdur. Bu isə o deməkdir ki, Şamaxı Rayon Məhkəməsinin 2(074)-779/2025 saylı, 05 sentyabr 2025-ci il tarixli qətnaməsi qəbul edilən vaxtdan bu günə qədər iddiaçının maddi vəziyyətində hər-hansı dəyişiklik olmamışdır. Məhz bu səbəbdən də, məhkəmə iddiaçının hazırda gəlirinin az olmasına dair dəlillərini əsaslı hesab etmir. Eyni zamanda, məhkəmə qeyd edir ki, valideynin az gəlir əldə etməsi və ya heç bir yerdə işləməməsi valideynləri öz uşaqlarını saxlamaq vəzifəsindən azad etmir. Alimentin ödənilməsi valideynlərə öz şəxsi istehlak tələbatlarının, ehtiyaclarının ödənilməsinə mane olsa belə, valideynlər uşaqlarını saxlamağa borcludurlar. Uşaqların saxlanılması valideynlərin mənəvi borcu olmaqla yanaşı həm də vacib vəzifələridir. Maddi vəziyyətindən, işləyib-işləməməsindən asılı olmayaraq hər bir valideynin borcu övladının maddi və sair ehtiyaclarının ödənilməsini təmin etməkdir. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016-cı il tarixli, 8-2/2016 nömrəli Qərarının 8.2ci bəndində görə, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, qanunvericiliklə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatın aliment kimi digər valideyndən tutulmasına əsas verir. Aliment ödəyən əmək qabiliyyətli valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və qazanca malik olmaması onu uşağı saxlamaq, qanunvericiliklə müəyyən olunmuş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatı ödəmək vəzifəsindən azad etmir. Qeyd edilən qanunvericilik normalarına əsasən məhkəmə uşaqların saxlanılmasının hər iki valideynin üzərinə düşdüyünü nəzərə nəzərə alaraq və uşaqların mənafeyini əsas götürərək hesab edir ki, İddiaçı Cavabdeh qarşı “alimentin məbləğinin azaldılması” tələbinə dair iddiası təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2, 217.4 və 218.3-cü maddələrinə müvafiq olaraq məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdıraraq, onlardan istifadə edərək, yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanaraq, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə qətetdi: İddiaçı Cavabdeh qarşı “aliment məbləğinin azaldılması” barədə iddia tələbi təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Şamaxı Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Qürur Abasov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar