Azərbaycan Respublikası adından QƏRARDAD Şamaxı rayonu İş № 2(074)-1773/2024 27.12.2024 ŞAMAXI RAYON MƏHKƏMƏSİ X12 Murtuza oğlunun sədrliyi, Abdullayev Əsgər Yadigar oğlunun katibliyi, İddiaçı, Cavabdeh və onun nümayəndəsi X3 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı aliment tələbinə dair mülki işə Şamaxı Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh qarşı aliment tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, birgə nikahdan doğulmuş xx.xx.2014-cü il təvəllüdlü X6 yetkinlik yaşına çatanadək saxlanılması üçün, hər ay 235 manat sabit pul məbləğində alimentin Cavabdeh alınaraq, ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, Cavabdeh ilə xx.xx.2015-ci il tarixdə rəsmi nikaha daxil olmaqla, ailə qurmuşdur. Birgə nikahdan xx.xx.2014-cü il təvəllüdlü X9 və xx.xx.2020-ci il təvəllüdlü X7 doğulmuşdur. Şamaxı Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qətnaməsi ilə cavabdehlə aralarında olan nikah pozulmuşdur. Eyni zamanda, həmin qətnamə ilə xx.xx.2020-ci il təvəllüdlü X1 üçün onun xeyrinə alimentin tutulması qət edilmiş, lakin, xx.xx.2014-cü il təvəllüdlü X2 üçün aliment müəyyən olunmamışdır. Cavabdeh övladlarının tərbiyyəsi, sağlamlığı ilə maraqlanmır və ümumiyyətlə onların qayğısına qalmır. O, uşaqların saxlanması üçün xərcləri təkbaşına ödəməkdə çətinlik çəkir. Məhkəmə iclasında İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Cavabdeh və onun nümayəndəsi X4 iddia tələbini əsassız hesab edərək, rədd olunmasını xahiş etdilər. İş materiallarına əlavə edilmiş Şamaxı Rayon Məhkəməsinin 2(074)-521/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qətnaməsindən görünür ki, İddiaçı Cavabdeh qarşı nikahın pozulması və aliment tələbinə dair iddiası qismən təmin edilərək, Cavabdeh ilə İddiaçı arasında 30 sentyabr 2015ci il tarixdə Şamaxı rayon Qeydiyyat Şöbəsində 266 nömrəli akt qeydi ilə rəsmiləşdirilmiş nikahın pozulması, nikah pozulduqdan sonra tərəflərin birgə nikahından doğulmuş 04 dekabr 2014-cü il təvəllüdlü X9 və 10 iyun 2020-ci il təvəllüdlü X5 iddiaçı (anası) İddiaçı himayəsində saxlanılması, 10 iyun 2020-ci il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanması üçün, 14 fevral 2024-cü il tarixdən başlayaraq, 180 manat sabit pul məbləğində alimentin Cavabdeh tutularaq, İddiaçı ödənilməsi, iddianın qalan hissədə təmin olunmaması qət edilmişdir. Həmin qətnamədə göstərilmişdir ki, “tərəflərin birgə nikahından doğulmuş xx.xx.2014-cü il təvəllüdlü X9 4 nömrəli İnternat tipli xüsusi ümumtəhsil məktəbində tam dövlət hesabına təhsil aldığından, onun saxlanılması üçün cavabdehdən iddiaçının xeyrinə aliment tutula bilməz. Buna görə də, iddia həmin hissədə təmin olunmamalıdır”. Həmçinin, iş materiallarında olan arayışlardan görünür ki, xx.xx.2014-cü il təvəllüdlü X9 xx.xx.2021-ci ildən 4 nömrəli İnternat tipli xüsusi ümumtəhsil məktəbində təhsil alır və həmin məktəbdə dövlətin tam təminatındadır (ərzaq, geyim, dərman və s.). Göründüyü kimi, hazırki iş üzrə tərəflər arasında aliment tələbinə dair məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi mövcuddur və hazırda iddiaçı eyni əsasla iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261.0.2-ci maddəsinə əsasən, eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi və ya iddiaçının iddiadan imtina etməsi və ya tərəflərin barışıq sazişinin təsdiq olunması ilə əlaqədar iş üzrə icraata xitam edilməsi haqqında məhkəmənin qərardadı olarsa, hakim iş üzrə icraata xitam verir. Həmin Məcəllənin 262.4-cü maddəsinə əsasən, işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə müraciət edilməsinə yol verilmir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatını dinləyib, iş materiallarını nəzərdən keçirərək hesab edir ki, eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi olduğundan, hazırki işə baxıla bilməz və bu əsasla iş üzrə icraata xitam verilməlidir. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263-264-cü maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: İddiaçı Cavabdeh qarşı birgə nikahdan doğulmuş xx.xx.2014-cü il təvəllüdlü X6 yetkinlik yaşına çatanadək saxlanılması üçün alimentin tutulması tələbinə dair iş üzrə icraata xitam verilsin. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Şamaxı Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Fərid Yaqubov
Məhkəmə qərarları › İş №2(074)-1773/2024
Şamaxı Rayon Məhkəməsi Qərardad — İş №2(074)-1773/2024
27.12.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver