Məhkəmə qərarları › İş №2(074)-1868/2025

Şamaxı Rayon Məhkəməsi Qətnamə — İş №2(074)-1868/2025

16.01.2026 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şamaxı rayonu İş № 2(074)-1868/2025 16.01.2026 ŞAMAXI RAYON MƏHKƏMƏSİ Şamaxı Rayon Məhkəməsinin hakimi Abasov Qürur Bəybala oğlunun sədrliyi, Mənsimova Səbinə Babək qızının katibliyi, İddiaçı nümayəndəsi Nümayəndə, Cavabdeh, Cavabdeh nümayəndəsi və vəkili Vəkil iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “aliment tələbinə” dair iddia ərizəsi üzrə mülki işə Şamaxı Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ona - hamilə arvadına aylıq aliment ödəməyə məcbur edilməsi, alimentin məbləğinin 300 (üç yüz) manat sabit pul məbləğində müəyyən edilməsi və alimentin hamiləlik müddətində və uşağın 3 yaşına qədər davam etməsinin təmin edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o - İddiaçı cavabdeh - Cavabdeh ilə xx.xx.2024-cü il tarixdə rəsmi nikaha daxil olmaqla ailə qurub. Onların nikahı Şamaxı regional “Asan xidmət” mərkəzinin Qeydiyyat Şöbəsinin akt qeyidləri kitabında 397 nömrə ilə qeydə alınmışdır. xx.xx.2024-cü il tarixdə cavabdeh - əri Cavabdeh valideyinlərinə məxsus ünvan 1 ünvanında yerləşən mənzilə köçüb. xx.xx.2025-ci tarixdə o - İddiaçı cavabdeh - əri Cavabdeh hamilə qalıb. Cavabdeh səbəbsiz yerə evdə söz-söhbət yaradıb və bu səbəbdən ər-arvad münasibətləri pisləşmişdir. Münasibətləri get-gedə daha da kəskin surətdə pisləşərək dözülməz həddə çatmışdır. Cavabdeh - əri Cavabdeh onun - İddiaçı hamiləliyinin 4 (dörd) ayının tamamında onu evdən qovmuş və abort etməklə dölü tələf etməyini tələb etmişdir. O, iddiaçı - İddiaçı cavabdeh - əri Cavabdeh bu tələblərinə razı olmadığı üçün ailədə münaqişə davamlı şəkildə get-gedə daha da şiddətlənmişdir. O - İddiaçı, Cavabdeh tələbi ilə razılaşmayaraq məcbur qalaraq valideyinlərinin yanına ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinə qayıdıb və hazırda həmin ünvanda yaşayır. Hamiləliyinin 7 aylıq dövründə olduğundan və mütəmadi həkim müayinələrindən keçməli, habelə uşağın inkişafı üçün vitaminlər və vitaminli qidalar qəbul etmək məcburiyyətində olduğundan və bunları əldə etməyə maddi imkanı olmadığından məhkəməyə müraciət etmək məcburiyyətindədir. Hesab edir ki, onun iddiaçı - İddiaçı hamiləlik dövründə lazımı dərmanları, vitaminləri əldə etmək, mütəmadi həkim müayinələrini keçmək və hamiləliklə bağlı kefıyyətli qidalanmağı üçün, cavabdeh - əri Cavabdeh üzərinə nikahda olan arvadı İddiaçı saxlamaq vəzifəsi qoyulmalı, əmək qabiliyyətli olmadığından və maddi yardıma ehtiyacı olduğu üçün hamiləlik dövründə və birgə nikahlarından doğulacaq uşağın doğulduğu gündən üç il müddətində aliment ödəməlidir. Daha sonra İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, onun hamiləlik dövründə və xx.xx.2025-ci il təvəllüdlü övladı X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün 300 manat sabit pul məbləğində alimentin, eləcə də uşağın üç yaşına qədər baxılması üçün 100 manat verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırmışdır ki, o, iddia qaldırarkən hamilə olub, lakin xx.xx.2025ci il tarixdə övladım dünyaya gəlmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi Nümayəndə iddia tələbini müdafiə edərək və ona uyğun izahat verərək bildirdi ki, qızının uşağı artıq dünyaya gəlib. Cavabdeh tərəf heç bir maddi köməklik etmir. Odur ki, iddia tələbinin təmin edilməsini xahiş edir. Məhkəmə iclasında iştirak edən Cavabdeh izahat verərək bildirdi ki, uşaq alimentin təyin edilməsinə etiraz etmir, uşağın 3 yaşına qədər ödənilməsi tələb olunan 100 manat vəsaitin tutulmasını qəbul etmir. Aliment təyin edilərkən, gəlirinin az olmasını və 250 manat pensiya almasının nəzərə alınmasını xahiş edir. Məhkəmə iclasında iştirak edən Cavabdeh nümayəndəsi və vəkili Vəkil izahat verərək bildirdi ki, cavabdeh 2-ci qrup əlildir, epilepsiya xəstəsidir. Aliment təyin olunarkən bu halın nəzərə alınmasını xahiş edir. Məhkəmə proses iştirakçılarının izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan AZ-V № 153461 nömrəli doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, X2 20 dekabr 2025-ci il tarixdə Şamaxı rayonu, Şamaxı şəhərində doğulmuşdur. Atası Cavabdeh, anası İddiaçıdır. İş materiallarında olan Şamaxı regional “ASAN xidmət” mərkəzi Qeydiyyat şöbəsinin 17 sentyabr 2025-ci il tarixli arayışdan görünür ki, Cavabdeh ilə X3 arasındakı nikah 27 sentyabr 2024-cü il tarixdə Şamaxı regional “ASAN xidmət” mərkəzində Ədliyyə Nazirliyinin qeydiyyat şöbəsində bağlanmış, bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında 27 sentyabr 2024-cü il tarixdə 397 nömrə ilə qeyd edilmişdir. Nikah bağlandıqdan sonra ərə “ Məmmədov”, arvada “ Məmmədova” soyadı verilmişdir. İş materiallarında olan 094169 saylı vəsiqənin surətindən görünür ki, Cavabdeh ümumi xəstəlik səbəbindən İİ qrup əlildir. İş materiallarında olan “Tibbi-Sosial Ekspert Komissiyasında sonuncu müayinəyə dair məlumatın verilməsi” barədə çıxarışın surətindən görünür ki, Cavabdeh dəqiqləşdirilməmiş ensefalopatiya, uşaqlıqda keçirilmiş ensefalopatiyanın davamlı qalıq əlamətləri diaqnozu qoyulmuşdur. O, ikinci dərəcəli əlildir. İş materiallarında olan 06 yanvar 2026-cı il tarixli çıxarışın surətindən görünür ki, Cavabdeh barəsində qüvvədə olan əmək müqaviləsi ilə bağlı məlumat mövcud deyildir. İş materiallarında olan Şamaxı Rayon Məhkəməsinin 16(074)-63/2025 saylı, 03 dekabr 2025-ci il tarixli qərardadının surətindən görünür ki, ərizənin qismən təmin edilməsi, 03 dekabr 2025-ci il tarixdən başlayaraq, Cavabdeh İddiaçı ilə ümumi uşaqları doğulan günədək hər ay sonrakı artımlar nəzərə alınmaqla, ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,30 misli həddində sabit pul məbləğində müvəqqəti alimentin tutularaq, İddiaçı ödənilməsi, ərizənin qalan hissəsinin təmin edilməməsi və qərardadın dərhal icra edilməsi qərara alınmışdır. Məhkəmə hesab edir ki, Cavabdeh yetkinlik yaşına çatmamış uşağın valideyni olduğundan və yetkinlik yaşına çatmamış uşaq iddiaçının yanında qaldığından, iddiaçı uşağın saxlanması üçün cavabdehdən aliment tutulmasını tələb etməkdə haqlıdır və aliment cavabdehdən hər ay sabit pul məbləği şəklində tutulmalıdır. Belə ki, Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 75.1-ci maddəsinə görə valideyinlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 75.4-cü maddəsinə görə isə uşaqların saxlanması üçün vəsait (aliment) valideyinlərdən məhkəmə qaydasında tutula bilər. Həmin Məcəllənin 78.1-ci maddəsinə görə valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəllənin 78.2-ci maddəsinə əsasən, sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Həmin Məcəllənin 84.2.2-ci maddəsinə əsasən, hamiləliyi dövründə və ümumi uşaqlarının doğulduğu gündən üç il ərzində arvad buna zəruri vəsaitə malik olan digər tərəfin aliment ödəməsini məhkəmə qaydasında tələb etmək hüququna malikdir. Məhkəmə, tərəflərin maddi və ailə vəziyyətini və diqqətəlayiq olan digər halları, eləcə də iddiaçının da bir valideyn kimi uşağını saxlamaq vəzifəsinin olmasını nəzərə alaraq hesab edir ki, 20 dekabr 2025-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün 07 noyabr 2025-ci il tarixdən başlayaraq sonrakı artımlar nəzərə alınmaqla hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,50 misli həddində sabit pul məbləğində aliment cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 234.2.1-ci maddəsinə əsasən şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələr dərhal icra olunur. Məhkəmə eyni zamanda hesab edir ki, qətnamə alimentin tutulmasına aid hissədə dərhal icra edilməlidir. Beləliklə də, məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, tərəflərin birgə nikahından doğulmuş 20 dekabr 2025-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanması üçün 07 noyabr 2025-ci il tarixdən başlayaraq sonrakı artımlar nəzərə alınmaqla hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqının 0,50 misli həddində sabit pul məbləğində aliment Cavabdeh tutularaq, İddiaçı ödənilməli, qətnamənin alimentə dair hissəsi dərhal icra edilməli, iddia qalan hissədə təmin edilməməlidir. Məhkəmə həmçinin hesab edir ki, məhkəmə xərcinə daxil olan dövlət rüsumu da cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Belə ki, “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.2-ci maddəsinə əsasən, məhkəməyə verilən iddia ərizələrindən iddia qiyməti 1000 manatdan 10000 manatadək olduqda 30 manat + 1000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi məbləğində dövlət rüsumu tutulur. Həmin Qanunun 9.1.2-ci maddəsinə əsasən, aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Həmin Qanunun 9.4-cü maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövtət rüsümu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq, dövlət büdcəsinə köçürülür. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 112.1.3-cü maddəsinə əsasən, iddianın qiyməti, aliment alınması haqqındakı iddialarda - bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,5 misli 200 manat (400 x 0.5 misli = 200 manat) təşkil etdiyindən tutulan aliment üzrə ödəmənin bir illik məcmusu 2400 manat müəyyən edilir. (hesablama qaydası: 200 manat x 1 uşaq = 200; 200 x 12 ay = 2400 manat). Belə olan halda, ödənilməli olan dövlət rüsumu 44 manat təşkil edir. Göstərilən qanunvericilik normalarına əsasən məhkəmə hesab edir ki, məhkəmə xərcinə daxil olan dövlət rüsumu cavabdehə aid edilməli və buna görə də, 44 manat məbləğində dövlət rüsumu cavabdehdən alınaraq, dövlət büdcəsinə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2, 217.4 və 218.3-cü maddələrinə müvafiq olaraq məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdıraraq, onlardan istifadə edərək, yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanaraq, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-in 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia qismən təmin edilsin. 07 noyabr 2025-ci il tarixdən başlayaraq, 20 dekabr 2025-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanması üçün Cavabdeh İddiaçı xeyrinə sonrakı artımlar nəzərə alınmaqla hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,50 misli həddində sabit pul məbləğində aliment tutulsun. İddianın qalan hissəsi təmin edilməsin. Cavabdeh 44 manat məbləğində dövlət rüsumu tutularaq, dövlət büdcəsinə ödənilsin. Qətnamənin alimentə dair hissəsi dərhal icra edilsin. Cavabdeh məhkəmə icraatı zamanı xx.xx.2026-cı il tarixədək göstərdiyi 5 saat hüquqi yardıma görə 55 manat pulun Azərbaycan Respublikasının dövlət büdcəsinin vəsaiti hesabından Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, fərdi qaydada fəaliyyət göstərən vəkil - Vəkil ödənilməsi Azərbaycan Respublikasının Vəkillər Kollegiyasına həvalə edilsin. Alimentin hesablanması zamanı Şamaxı Rayon Məhkəməsinin 03 dekabr 2025-ci il tarixli, 16(074)-63/2025 saylı qərardadına əsasən tutulan müvəqqəti alimentin məbləği nəzərə alınsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Şamaxı Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Qürur Abasov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar