Azərbaycan Respublikası adından QƏTNAMƏ Şamaxı rayonu İş № 2(074)-194/2021 20.09.2021 ŞAMAXI RAYON MƏHKƏMƏSİ Şamaxı Rayon Məhkəməsinin hakimi Hümbətov Etibar Zülfüqar oğlunun sədrliyi, Abdullayev Əsgər Yadigar oğlunun katibliyi, iddiaçılar İddiaçı5, İddiaçı4, İddiaçı6, İddiaçı7, İddiaçı1, iddiaçılar İddiaçı7, İddiaçı1 nümayəndəsi-vəkil X1, cavabdehlər X16 Xidmət Mərkəzinin Notariat Ofisinin notariusu X8, Cavabdeh3, Cavabdeh4, Bakı Şampan Zavodları ASC-nin nümayəndəsi vəkil-X9 iştirakı ilə, İddiaçılar İddiaçı1, İddiaçı7, İddiaçı8, İddiaçı6, İddiaçı5, İddiaçı4, İddiaçı3, İddiaçı2 cavabdehlər Bakı Şamran Şərabları ASC-yə, X16 xidmət Mərkəzinin notariat ofisinə, Cavabdeh3 və Cavabdeh4 qarşı alqı-satqı müqaviləsinin etibarsız hesab olunması və bunun əsasında verilmiş DƏDRX-dən çıxarışların etibarsız hesab olunmasına dair iddia ərizəsi üzrə mülki işə Şamaxı Rayon Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçılar İddiaçı1, İddiaçı7, İddiaçı8, İddiaçı6 Balolan oğlu, İddiaçı5, İddiaçı4, İddiaçı3, İddiaçı2 cavabdehlər Bakı Şamran Şərabları ASC-yə, X16 xidmət Mərkəzinin notariat ofisinə, Cavabdeh3 və Cavabdeh4 qarşı alqı-satqı müqaviləsinin etibarsız hesab olunması və bunun əsasında verilmiş DƏDRX-dən çıxarışların etibarsız hesab olunmasına dair iddia ərizəsi ərizəsi ilə məhkəməyə müraciət edərək, Şamaxı rayon Notariat Kontorunda balanmış 19 dekabr 2005-ci il tarixli 4ə-6-1294 saylı alqı-satqı müqaviləsinin etibarsız hesab olunması və torpaq sahəsi üzərində hüquqlarının bərpa olunmasına dair qətnamə qət edilməsini məhkəmədən xahiş etmişlər. Məhkəmə iclasında iştirak edən İddiaçı7 iddia ərizəsini müdafiə edərək izahat verib göstərdi ki, Şamaxı Aqrar islahat komissiyasının 21 avqust 1999-cu il tarixli 10 saylı qərarına əsasən ona və ailə üzvlərinə 6.23 ha torpaq sahəsi verilmişdir. Müvafiq olaraq həmin torpaq sahəsinə dair “Torpaq üzərində mülkiyyət hüququna dair JN-188 saylı 41015018 kodlu Dövlət Aktı alınmışdır. Torpaq sahəsi birgə mülkiyyət hüququ əsasında 10 nəfər ailə üzvünün mülkiyyətində olmuşdur. Həmin vaxtlar onlar ailəlikcə çobançılıq etdiyindən torpağın əkib becərilməsini rəhmətlik Vaqif müəllimə həvalə etmişlər. Keçən ildən heyvandarlıqla məşğul olmurlar. Bu ilin sentyabr ayında torpaqlarını özləri əkmək qərarına gəlmişlər. Yeri şumlatmaq istəyəndə görmüşlər ki, torpaq sahəsi şumlanıb. Öyrənmişlər ki, Yavər adlı şəxs şumlayıb. Yavər əslən gürcüstanlıdır. Amma Şamaxı ərazisində Saqiyan kəndinin üstündə yer alıb ev tikib orada yaşayır. Hal-hazırda da ordadır. Onunla görüşmüşlər, torpağı niyə şumladığını soruşduqda demişdir ki, torpaq sahəsini Şampan zavod üçün Şükürdən almışdır. Şükürlə görüşmüşdür, Şükür demişdir ki, xəbəri yoxdur. 08 sentyabr 2020-ci il tarixdə Baş notariat idarəsinə sorğu verdirib Notariat işinin surətini almışlar. Görmüşlər ki, alqı satqıda Şükür müəllim tərəfindən atasının nümayəndəsi kimi həmin alqı-satqı müqaviləsinə imza edilib. Etibarnaməyə baxmışlar, atasının imzası olmamasını müəyyən etmişlər. Çünki, açıq aydin görünürdü ki, etibarnamədə Bəhrəmov sözünü yazan adam özü imza etmişdir. Atasının isə savadı olmamış, ömrü boyu çobançılıq etmiş, məktəb görməmişdir. Yazı isə hiss olunmuşdur ki, savadlı adamın yazısıdır. Sonra işdə olan digər ailə üzvlərinin razılıq ərizələrinə baxmışlar. Oradakı imzalar da onların deyil. Cavabdeh4 19 dekabr 2005-ci il tarixdə saxta etibarnamə və saxta ərizələrlə onların torpaqlarını onlardan xəbərsiz X15 ASC-yə satmışdır. Məhkəmədən Şamaxı rayon Notariat kontorunda bağlanmış 19 dekabr 2005-ci il tarixli 4ə-6- 1294 saylı alqı satqı müqaviləsinin etibarsız olunması və torpaq sahəsi üzərində hüquqlarının bərpa olunmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçılar İddiaçı1, İddiaçı5, İddiaçı4, İddiaçı6, İddiaçı1 izahat verib İddiaçı7 izahatını təsdiq etdilər və iddianın təmin olunmasını məhkəmədən xahiş etdilər. Məhkəmə iclasında iştirak edən iddiaçılar İddiaçı7 və İddiaçı1 nümayəndəsi-vəkil X5 iddianın müdafiə edərək, iddianın əsaslı olduğunu bildirərək təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh3 iddianın qəbul etməyərək izahat verib göstərdi ki, iddia tələbi ilə razı deyil, Şamaxı rayonu Saqiyan kəndində 200 ha torpaq sahəsini cavabdeh Bakı Şampan Şərabları ASC tərəfindən qanuni şəkildə alınmışdır. Bu alqı-satqı rəsmi qaydada Şamaxı rayon Dövlət Notariat Kontorunda həyata keçirilmişdir. Ona görə də iddia tələbinin rədd olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Cavabdeh4 iddianı qəbul etməyərək izahat verib göstərdi ki, mübahisəli torpaq sahəsi o vaxt Bakı Şampan Şərabları ASC tərəfindən icarəyə götürülmüşdür. Sonra isə zavod o torpaq sahəsini almışdır. Bu əməliyyatda o da iştirak etmişdir. İddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən X16 Xidmət Mərkəzinin Notariat Ofisinin notariusu X11 iddianı qəbul etməyərək izahat verib göstərdi ki, 2004-cü ildə mərhum Baloğlan Bəhrəmovla etibarnaməni o, təsdiq etmişdir. Baloğlan şəxsən notariusda iştirak edib, mülkiyyətçi kimi şəxsin özünü birinci qəbul edib, digərlərinin isə razılıq ərizələri olub. Məhkəmə iclasında iştirak edən Bakı Şampan Zavodları ASC-nin nümayəndəsi vəkil-X12 iddia tələbi ilə razı olmadığını bildirib izahat verib göstərdi ki, sözügedən müqavilə 2005-ci ildə notariat qaydasında bağlanmış, qanunvericiliyə uyğun olaraq etibarnamə əsasında çıxış edən şəxs tərəfindən imzalanmış, buna uyğun olaraq müvafiq ödənişlər indiki iddiaçıların hər birinə verilmişdir. Eyni zamanda, iddiaçılar bu tələbə imkan verən iddia müddətini də buraxmışdır. Tərəflər arasında alqı-satqı müqaviləsi 2005-ci ildə bağlanmış, iddia tələbi isə 15 ildən sonra 2020ci ildə verilmişdir. Bu müddət ərzində iddiaçılar bu barədə məlumatlı olmuş, torpaq sahəsinin vəziyyəti haqqında daim məlumat almışlar. Məhkəmədən iddia müddətinin tətbiq edərək iddia tələbinin rədd edlməsini xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq iş üzrə iddiaçılar İddiaçı8, İddiaçı3, İddiaçı2 məhkəməyə gəlməmişlər. Məhkəmə onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etdi. İş materiallarında olan torpağa mülkiyyət hüquuqna dair JN 188 kod 41015018 saylı Dövlət Aktından görünür ki, X6 və onun ailə üzvləri Bəhrəmova Nazilə Mehbalı qızı, İddiaçı8, İddiaçı7, İddiaçı6, İddiaçı5, X4, İddiaçı4, İddiaçı3, İddiaçı2 Şamaxı rayonu Aqrar İslahat Komissiyasının 1999-cu il 21 avqust tarixli 10 saylı qərarı ilə 6,23 ha kənd təsərrüfatı məhsulları istehsalı məqsədilə torpaq sahəsi verilmişdir. İş materiallarında olan torpaq sahəsinin alqı-satqısına dair 19 dekabr 2005-ci il tarixli müqavilənin surətindən görünür ki, X6 tərəfindən verilmiş vəkalətnaməyə əsasən onlara məxsus olan torpağa sərəncam vermək hüququ ilə onların adından çıxış edən Şamaxı rayon Saqiyan kənd sakini Cavabdeh4 JN 88 kod 41015005 saylı torpağa mülkiyyət hüququna dair dövlət aktına əsasən X3 məxsus olan Şamaxı rayonu Günəşli kənd ərazisində yerləşən Dağ-Şirvan torpaq sahəsinə aid olan 72 ballı İİ keyfiyyət qruöuna, əkinə aid olmaqla cəmi 6,23 ha torpaq sahəsini Bakı şəhər Şamran şərabları ASC-nin adından çıxış edən Cavabdeh3 ******* manata satmışdır. İş materiallarında olan Şamaxı rayon Dövlət Notariat Kontoruna ünvanlanmış ərizədən görünür ki, Bəhrəmova Nazilə Mehbalı qızı, İddiaçı8, İddiaçı7, İddiaçı6, İddiaçı5, X4, İddiaçı4, İddiaçı3, İddiaçı2 Şamaxı rayonu Saqiyan kəndində yerləşən JN 188 kod ********* saylı Dövlət Aktına əsasən X3 məxsus 6,23 ha torpaq sahəsindən 6,23 ha torpaq sahəsinin satılmasına etiraz etməmişlər. İş materiallarında olan Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 20 avqust 2021-ci il tarixli 4/978 saylı ekspert rəyindən görünür ki, “ekspertizaya təqdim edilmiş 4ə-6-1294 nömrəli notariat işinin 13-cü vərəqində olan 13 oktyabr 2004-cü il tarixli ƏN-1 № 038411 nömrəli etibrnamədə “imza” qrafasındakı imza və “Bəhpəmov B” əlyazması ilə həmin etibarnamənin qeydiyyatdan keçdiyi 7E-6 nömrəli reyestr jurnalının 39-cu vərəqində 2472-ci sırada “X6” əlyazmaları qarşısında “Notariat hərəkətlərinin aparılmasında iştirak edən şəxslərin imzaları” qrafasındakı imza və “Бəhpəмоv” əlyazması-eyni şəxs tərəfindən icra olunmuşdur. İddiaçılar tələblərini ailəlikcə çobançılıq etdiklərindən torpağın əkib becərilməsini mərhum Vaqif müəllimə həvalə etmələri, keçən ildən heyvandarlıqla qurtarmaları ilə əsaslandırsalar da, Vaqif adlı şəxsin əkin işlərini onların adından icra etməsi, icranın şərtləri barədə sübut təqdim etməmişlər. İddiaçılar keçən dövr ərzində həmin torpağa dair dövlət büdcəsinin vəsaiti hesabına nəzərdə tutulan maliyyə vəsaitinin kənd təsərrüfatı məhsullarının istehsalçısı olaraq özlərinə verilməsi barədə də sübut təqdim etməmişdir. Bu hal isə mübahisəli müqavilənin bağlandığı tarixdən sonrakı dövrdə dövlət büdcəsinin vəsaiti hesabına kənd təsərrüfatı məhsullarının istehsalçılarına əvəzsiz verilən maliyyə vəsaitinin (subsidiya) onlara deyil, yeni mülkiyyətçiyə ödənildiyini təsdiq edir. İddiaçıların əvəzsiz maliyyə vəsaitinin (subsidiya) özlərinə verilməsini tələb etməmələri isə, mübahisəli müqavilənin bağlandığı tarixdən sonra torpaq mülkiyyətçilərinə verilən ilk subsidiyanın ödənildiyi tarixdən torpaq sahəsinə dair alqı-satqı müqaviləsinin mövcudluğunun onlara bəlli olduğunu təsdiq edir. Göründüyü kimi iddiaçılar 19 dekabr 2005-ci il tarixli alqı-satqı müqaviləsinin mübahisələndirilməsinə dair hazırkı iddia ilə 30 noyabr 2020-ci il tarixdə məhkəməyə müraciət etməklə hazırkı tələb üzrə iddia müddətini keçirmişlər. Cavabdeh tərəf ərizə ilə müraciət edərək hazırkı tələbə iddia müddətinin tətbiq edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair 03 iyun 2013-cü il tarixli qərarında qeyd etmişdir ki, iddia müddəti institutu mülki dövriyyənin, hüquq münasibətlərinin müəyyənliyini və sabitliyini yaratmaq, onların iştirakçılarını intizamlandırmaq, hüquq münasibətlərinin subyektlərinin hüquq və qanuni maraqlarının müddət baxımından vaxtında müdafiəsini və bərpasınıtəmin etmək məqsədi daşıyır. Belə ki, pozulmuş hüquqların məcburi müdafiəsi üçün ağlabatan müddət məhdudiyyətlərinin olmaması işin baxılması üçün əhəmiyyət kəsb edən sübutların toplanmasının və saxlanmasının lazım olduğunu nəzərə almayan cavabdehlərin və üçüncü şəxslərin qanunla qorunan hüquq və maraqlarının pozulmasına gətirib çıxarardı. Mübahisə tərəfinin ərizəsi əsasında məhkəmə tərəfindən iddia müddətinin tətbiqi mülki mübahisə tərəflərini əsaslandırılmamış çəkişmələrdən qoruyur və eyni zamanda, onları öz hüquqlarını vaxtında həyata keçirmələrinə və müdafiəsinə məcbur edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair 27 dekabr 2001-ci il tarixli qərarında qeyd etmişdir ki, Qanunda başqa qayda nəzərdə tutulmayıbsa bütün tələblər üzrə iddia müddəti şamil edilir. İddia müddətlərinin müəyyən edilməməsi yaranmış münasibətlərin daim mübahisələndirilməsinə zəmin yaradardı. İddia müddətləri iki növə bölünür – ümumi və xüsusi. Ümumi iddia müddəti nə hüquq münasibəti subyektlərinin hüquqi statusundan, nə də mülkiyyətin formasından və növündən asılı deyil. İddia müddətinin əhəmiyyəti aşağıdakılardan ibarətdir: birinci, o, hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını vaxtında müdafiə etməyə məcbur edir, müqavilə və maliyyə intizamının nizamlanmasına kömək edir; ikinci, iddia müddəti institutu mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət göstərir; üçüncü, iddia müddəti tərəflərə üzərindən çox vaxt ötmüş mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır. Avropa İnsan Hüquqları Məhkəməsi Miraqall Eskolano və digərlərinin İspaniyaya qarşı iş üzrə 25 yanvar 2000-ci il tarixli qərarında belə nəticəyə gəlmişdir ki, atılmalı olan formal addımları və şikayətlərin verilməsi üçün riayət edilməli olan müddət məhdudiyyətlərini tənzimləyən qaydalar ədalət mühakiməsinin lazımi qaydada həyata keçirilməsinin və xüsusi ilə hüquqi müəyyənlik prinsipi ilə uyğunluğunun təmin edilməsi məqsədini daşıyır. Məhkəmə mübahisəsi üzrə tərəflər bu qaydaların tətbiq edilməsini nəzərə almalıdırlar. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 375.2-ci maddəsinə əsasən məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Həmin Məcəllənin 354.2-ci maddəsinə əsasən bu Məcəllənin 347.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, maraqlı şəxs əqdin bağlanmasına təsir etmiş zorakılığa və ya hədəyə son qoyulduğu gündən və ya əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər. Vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmış əqd mübahisəyə əsasən məlum olduğu andan bir ay ərzində mübahisə edilə bilər. Məhkəmə işdə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halında qiymət verərək hesab edir ki, iddiaçılar tərəfindən hazırkı tələb üzrə iddia müddəti keçirildiyindən və cavabdeh iddia müddətinin tətbiq edilməsini xahiş etdiyindən iddia tələbi rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 115-ci maddəsinə əsasən şahidlərə, ekspertlərə, mütəxəssislərə, tərcüməçilərə verilməli olan məbləğlər işə baxılması ilə əlaqədar məsrəflərə daxildir. Həmin Məcəllənin 124.2-ci maddəsinə əsasən iddia rədd edildikdə işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər dövlət mədaxilinə məhkəmə xərclərindən azad edilməyən iddiaçılardan alınır. Məhkəmə eyni zamanda hesab edir ki, iddia rədd edildiyindən keçirilmiş ekspertiza üzrə xərc iddiaçılardan tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçılar İddiaçı1, İddiaçı7, İddiaçı8, İddiaçı6 Balolan oğlu, İddiaçı5, İddiaçı4, İddiaçı3, İddiaçı2 cavabdehlər Bakı Şamran Şərabları ASC, X16 xidmət Mərkəzinin notariat ofisi, Cavabdeh3 və Cavabdeh4 qarşı alqı-satqı müqaviləsinin etibarsız hesab olunması və bunun əsasında verilmiş DƏDRX-dən çıxarışların etibarsız hesab olunmasına dair iddiası iddia müddəti ötürüldüyündən rədd edilsin. İddiaçı1, İddiaçı7, İddiaçı8, İddiaçı6, İddiaçı5, İddiaçı4, İddiaçı3, İddiaçı2 138 manat ekspertiza xərci alınıb X2, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SFİFT BİK CTREAZ 22, Məhkəmə Ekspertiza Mərkəzi, VÖEN **********, AZ34CTRE******************** hesabına köçürülsün. Qətnamədən rəsmi qaydada alındığı gündən bir ay müddətində Şamaxı rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. HAKİM ETİBAR HÜMBƏTOV
Məhkəmə qərarları › İş №2(074)-194/2021
Şamaxı Rayon Məhkəməsi Qətnamə — İş №2(074)-194/2021
20.09.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Torpaq üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver