Azərbaycan Respublikası adından QƏTNAMƏ Şamaxı rayonu İş № 2(074)-2035/2025 12.02.2026 ŞAMAXI RAYON MƏHKƏMƏSİ Şamaxı Rayon Məhkəməsinin hakimi Abasov Qürur Bəybala oğlunun sədrliyi, Alıyeva Sevinc Ağasəf qızının katibliyi, İddiaçı, Cavabdeh direktoru Nümayəndə iştirakları ilə, İddiaçı Cavabdehnə qarşı “məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməsi tələbi” dair iddia ərizəsi üzrə mülki işə Şamaxı Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdehndən məburi iş buraxma müddəti üçün, xx.xx.2024-cü il tarixindən xx.xx.2025-ci il tarxinədək olan dövr üçün 13 ay müddətində əmək haqqımın ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, Şamaxı Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(074)-317/2025 saylı qətnaməsi ilə Cavabdeh 13 sentyabr 2025-i il tarixli 45 saylı əmri ləğv edilərək, həmin məktəbdə kiçik xidməçti (xadimə) vəzifəsinə bərpa edilib. İşdən azad edildiyi xx.xx.2024-cü il tarixindən xx.xx.2025-ci il tarxinədək olan dövr üçün 13 ay müddətində əmək haqqını cavabdeh ödəmir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinə uyğun izahat verərək, iddia tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Əlavə olaraq bildirdi ki, o, qanunsuz işdən çıxarılıb. xx.xx.2024-cü il tarixdə işdən çıxarılıb. xx.xx.2025-ci il tarixində işə bərpa olunub. Əmək haqqının ödənilməsini istəyir. Məhkəmə iclasında iştirak edən Cavabdeh direktoru Nümayəndə izahat verib bildirdi ki, məhkəmə qətnaməsi əsasında işə bərpa edilib. Müqavilə müddətsiz bağlanılıb, yeni əmək müqaviləsi olmayıb. Yaşa görə işdən azad olunub. Apellyasiyada qərar qüvvədə qalıb. Kassasiya şikayəti verə bilməyib. Buna görə də, iddia tələbinin təmin edilməməsini xahiş etdi. Məhkəmə tərəflərin izahatlarını diləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin olunmalıdır. Belə ki, iş materiallarında olan Şamaxı Rayon Məhkəməsinin 06 fevral 2025-ci il tarixli, 2(074)-317/2025 saylı qətnaməsindən görünür ki, iddianın təmin edilməsi, İddiaçı tutduğu vəzifədən azad edilməsi haqqında Cavabdeh 13 sentyabr 2024-cü il tarixli, 45 saylı əmrinin ləğv edilməsi və İddiaçı Cavabdehndə kiçik xidmətçi (xadimə) vəzifəsinə bərpa edilməsi, mediasiya xərci kimi ödənilmiş 50 manat məbləğində pul vəsaitinin Cavabdehndən tutularaq, İddiaçı ödənilməsi qət edilmişdir. İş materiallarında olan Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2025ci il tarixli, 2(105)-877/2025 saylı qətnaməsindən görünür ki, Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməməsi, Şamaxı Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(074)-317/2025 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanılması qət edilmişdir. İş materiallarında olan Şamaxı rayonu Nüydü kənd tam orta ümumitəhsil məktəbinin “əmək müqaviləsinin bağlanması” barədə xx.xx.2025-ci il tarixli, 49 nömrəli əmrindən çıxarışdan görünür ki, Şamaxı Rayon Məhkəməsinin 06 fevral 2025-ci il tarixli, 2(074)-317/2025 saylı qətnaməsinə əsasən İddiaçı xx.xx.2025-ci il tarixdən Nüydü kənd tam orta ümumitəhsil məktəbində 0,5 (yarım) aklad kiçik xidmətedici vəzifəsinə təyin edilmiş, onunla əmək müqaviləsi bağlanmışdır. İş materiallarında olan Şamaxı rayonu Nüydü kənd tam orta ümumitəhsil məktəbinin “əmək müqaviləsinə xitam verilməsi” barədə xx.xx.2025-ci il tarixli, 69 nömrəli əmrindən çıxarışdan görünür ki, Əmək Məcəlləsinin 70-ci maddəsinin “e” bəndinə əsasən İddiaçı – xx.xx.2025-ci il tarixdə Nüydü kənd tam orta ümumitəhsil məktəbində kiçik xidmətedici vəzifəsindən azad edilmiş, onunla bağlanmış əmək müqaviləsinə xitam verilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəllənin 14.2, 217.4 və 218.3-cü maddələrinə müvafiq olaraq məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdıraraq, onlardan istifadə edərək, yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanaraq, iddia tələbinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. İşin müəyyən edilmiş hallarından görünür ki, İddiaçı xx.xx.2024-cü il tarixdə xx.xx.2010-cu il tarixdən etibarən işlədiyi Şamaxı rayonu Nüydü kənd tam orta ümumitəhsil məktəbində “ocaqçı” vəzifəsindən azad edilmişdir. O, xx.xx.2024-cü il tarixdə “əmək müqaviləsinə xitam verilməsi” barədə Cavabdeh 13 sentyabr 2024-cü il tarixli, 45 saylı əmrinin ləğv olunması və işə bərpa olunması barədə Cavabdehnə qarşı Şamaxı Rayon Məhkəməsinə iddia ərizə ilə müraciət etmiş, Şamaxı Rayon Məhkəməsinin 06 fevral 2025-ci il tarixli, 2(074)-317/2025 saylı qətnaməsi ilə, iddianın təmin edilməsi, İddiaçı tutduğu vəzifədən azad edilməsi haqqında Cavabdeh 13 sentyabr 2024-cü il tarixli, 45 saylı əmrinin ləğv edilməsi və İddiaçı Cavabdehndə kiçik xidmətçi (xadimə) vəzifəsinə bərpa edilməsi, mediasiya xərci kimi ödənilmiş 50 manat məbləğində pul vəsaitinin Cavabdehndən tutularaq İddiaçı ödənilməsi qət edilmişdir. Cavabdeh Şamaxı rayon Nüydü kənd orta məktəbin tərəfindən apellyasiya şikayəti verilərək, Şamaxı Rayon Məhkəməsinin xx.xx.2025ci il tarixli, 2(074)-317/2025 nömrəli qətnaməsinin ləğv edilməsini və iddianın təmin olunmamasına dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2025-ci il tarixli, 2(105)-877/2025 saylı qətnaməsi ilə Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməməsi, Şamaxı Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(074)-317/2025 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanılması qət edilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2025-ci il tarixli, 2(105)-877/2025 saylı qətnaməsindən isə kassasiya şikayəti verilməmişdir. Şamaxı Rayon Məhkəməsinin 06 fevral 2025-ci il tarixli, 2(074)-317/2025 saylı qətnaməsi xx.xx.2025-ci il tarixdə icra edilməsi Şamaxı Rayon İcra və Probasiya Şöbəsinə göndərilmiş, xx.xx.2025-ci il tarixdə Şamaxı Rayon İcra və Probasiya Şöbəsinin “icraata başlamaq” haqqına qərarı məhkəmənin ünvanına daxil olmuşdur. Şamaxı rayonu Nüydü kənd tam orta ümumitəhsil məktəbinin xx.xx.2025-ci il tarixli, 49 nömrəli əmri ilə Şamaxı Rayon Məhkəməsinin 06 fevral 2025-ci il tarixli, 2(074)-317/2025 saylı qətnaməsinə əsasən İddiaçı xx.xx.2025-ci il tarixdən Nüydü kənd tam orta ümumitəhsil məktəbində 0,5 (yarım) aklad kiçik xidmətedici vəzifəsinə təyin edilmiş, onunla əmək müqaviləsi bağlanmışdır. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 300.1-ci maddəsinə əsasən əgər, işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktik hallarını araşdıraraq, məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə və ya bu maddənin ikinci hissəsinə müvafiq olaraq tərəflərin barışıq sazişinin təsdiq edilməsi barədə qətnamə çıxarır. Məhkəmə qətnamədə işçiyə iddiası üzrə dəymiş zərərin məbləğinin işəgötürən tərəfindən ödənilməsini də nəzərdə tuta bilər. Bu maddənin birinci hissəsində nəzərdə tutulmuş “dəymiş zərərin məbləği” dedikdə işçinin işdən çıxarılması ilə əlaqədar işləmədiyi müddətin orta əmək haqqı, fərdi əmək mübahisəsinə məhkəmədə baxılması ilə əlaqədar məhkəmədə hüququnun müdafiəsi üçün vəkil (müdafiəçi) tutması ilə əlaqədar çəkdiyi xərclərin məbləği, eləcə də işçinin iddia ərizəsi ilə tələb etdiyi mənəvi ziyanın, işsiz qalması ilə əlaqədar borc alması, şəxsi əşyalarının satılması nəticəsində çəkdiyi, habelə digər xərclərin məcmusu başa düşülməlidir. Beləliklə məhkəmə hesab edir ki, əmək müqaviləsinin ləğv edilməsi qanunvericiliklə müəyyən edilmiş qaydalara əməl olunmadan aparıldığından, iddia təmin edilməli, Cavabdeh tərəfindən İddiaçı məcburi iş buraxmaya görə əmək haqqı hesablanaraq ödənilməlidir. Eyni zamanda, qeyd edilməlidir ki, məhkəmə Cavabdeh direktoru Nümayəndə 1 aylıq və 1 illik iddia müddətinin keçməsi ilə bağlı dəlilini əsassız hesab edir. Belə ki, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 296-cı maddəsinin 4-cü bəndinə əsasən, pul və digər əmlak tələbləri ilə əlaqədar, həmçinin ziyan vurulmaqla bağlı yaranmış əmək mübahisələrinin həlli üçün işçi, hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 il ərzində məhkəməyə müraciət edə bilər. Nəzərə alınmalıdır ki, iddiaçının işə bərpa olunması ilə bağlı iddiası üzrə məhkəmə aktı qanuni qüvvəsini alaraq, xx.xx.2025-ci il tarixdə icra edilməsi Şamaxı Rayon İcra və Probasiya Şöbəsinə göndərilmişdir. İddiaçı tutduğu vəzifəyə xx.xx.2025-ci il tarixdə bərpa olunmuşdur. Məhkəmə hesab edir ki, iddia müddətinin axımının başlanğıcı Şamaxı Rayon Məhkəməsinin 06 fevral 2025-ci il tarixli, 2(074)-317/2025 saylı qətnaməsinin qanuni qüvvəsini aldığı gündən, yəni xx.xx.2025-ci il tarixdən hesablanmalıdır. Belə ki, qətnamə qanuni qüvvəsini alanadək işə bərpa edilmiş hesab edilə bilməz, bununla da, məcburi iş buraxmaya görə əmək haqqının ödənilməsi də təmin edilə bilməz. Qətnamə qanuni qüvvəsini aldıqdan sonra iddiaçı işə bərpa edilmiş və bunun nəticəsi olaraq, məcburi iş buraxmaya görə əmək haqqının ödənilməsini tələb etmək hüququ olan iddiaçının həmin hüququdan istifadə etmək imkanları itirilməmiş olur. Üstəlik qeyd edilməlidir ki, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 300.1-ci maddəsinə əsasən, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktik hallarını araşdıraraq, məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə çıxarır. Məcburi iş buraxmaya görə əmək haqqının ödənilməsi ilə bağlı tədbirlərin görülməsi işə bərpa edilmə ilə bağlı mübahisəyə baxan məhkəmənin vəzifəsi olaraq müəyyən edilmişdir. Qeyd edilənlərə əsasən, məhkəmə hesab edir ki, hazırki iddia tələbi Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 296-cı maddəsində nəzərədə tutulmuş iddia müddəti ötürülmədən verilmişdir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.1-ci maddəsinə əsasən əməyin ödənilməsi və əmək fəaliyyəti ilə bağlı digər tələblər üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.1-ci madəsinə əsasən, iddia qiyməti 1.000 manatadək olduqda 30 manat məbləğində dövlət rüsumu tutulur. Məhkəmə eyni zamanda hesab edir ki, iddiaçı dövlət rüsumu ödəməkdən azad olunduğu üçün rüsum cavabdehdən tutularaq dövlət gəlirlərinə alınmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 195-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia təmin edilsin. Cavabdeh tərəfindən İddiaçı məcburi iş buraxmaya görə xx.xx.2024-cü il tarixindən xx.xx.2025-ci il tarxinədək olan dövr üçün əmək haqqı hesablanaraq ödənilsin. Cavabdehndən 30 manat məbləğində dövlət rüsumu tutularaq, dövlət büdcəsinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Şamaxı Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Qürur Abasov
Məhkəmə qərarları › İş №2(074)-2035/2025
Şamaxı Rayon Məhkəməsi Qətnamə — İş №2(074)-2035/2025
12.02.2026 · Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver