Məhkəmə qərarları › İş №2(074)-205/2025

Şamaxı Rayon Məhkəməsi Qətnamə — İş №2(074)-205/2025

08.04.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Torpaq üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şamaxı rayonu İş № 2(074)-205/2025 08.04.2025 ŞAMAXI RAYON MƏHKƏMƏSİ X83 Murtuza oğlunun sədrliyi, Abdullayev Əsgər Yadigar oğlunun katibliyi, iddiaçı, eyni zamanda digər iddiaçıların nümayəndəsi İddiaçı1 və Cavabdeh2 iştirakı ilə, iddiaçılar İddiaçı1, X13 və İddiaçı3 cavabdehlər Cavabdeh4, Cavabdeh1, Cavabdeh2 və X21 qarşı alqı-satqı müqavilələrinin və daşınmaz əmlakın dövlət reyestrindən çıxarışların etibarsız hesab edilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə Şamaxı Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçılar İddiaçı1, X13 və İddiaçı3 cavabdehlər Cavabdeh4, Cavabdeh1, Cavabdeh2 və X21 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Şamaxı rayon Notariat Kontorunda bağlanmış 18 may 2015-ci il tarixli AN-1 ******* nömrəli və 18 may 2015-ci il tarixli AN-İ ******* nömrəli alqı-satqı müqavilələrinin bağlandığı adan etibarsız sayılması və həmin müqavillər əsasında verilmiş xx.xx.2015-ci il tarixli ********** və xx.xx.2015-ci il tarixli ********** qeydiyyat nömrəli çıxarışların, xx.xx.2014-cü il tarixli, 4Ə-27 reyestr nömrəli alqı-satqı müqaviləsinin bağlandığı andan etibarsız sayılması və onun əsasında verilmiş xx.xx.2014-cü il tarixli ********** qeydiyyat nömrəli çıxarışın və xx.xx.2015-ci il tarixli 2V-437 nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə və həmin şəhadətnamə əsasında verilmiş xx.xx.2015-ci il tarixli ********** qeydiyyat nömrəli çıxarışın və həmin çıxarış əsasında xx.xx.2015-ci il tarixli 4Ə-2510 nömrəli Daşınmaz əmlakın bağışlanma müqaviləsi və həmin bağışlanma müqaviləsi əsasında verilmiş xx.xx.2018-ci il tarixli, ********** qeydiyyat nömrəli çıxarışların etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, cavabdehlər Cavabdeh4 və Cavabdeh2 Şamaxı rayonu Qızmeydan kəndi üzrə İcra nümayəndəliyində təsdiq edilmiş 08 yanvar 2014-cü il tarixli saxta etibarnamə və razılıq ərizələri əsasında, sonradan Şamaxı rayonu Notariat Kontorunda bağlanmış 4Ə-27 nömrəli 22 yanvar 2014-cü il tarixli alqı-satqı müqaviləsini əldə etdikdən sonra, onlara məxsus Şamaxı rayonu Nağaraxana kəndində yerləşən ümumi sahəsi 3.73 ha torpaq sahəsinə dair 0.12 ha və 0.24 ha torpaq sahəsinin hissələrinə dair **********98 və **********95 nömrə ilə qeydiyyata alınmış çıxarış aldıqdan sonra, Şamaxı rayonu Notarial kontorunda bağlanmış xx.xx.2015-ci il tarixli 314 və 315 nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən, həmin torpaq sahəsini Cavabdeh1 adına keçirmişlər. Cavabdeh1 da, qeyd olunun müqavilə əsasında xx.xx.2015ci il tarixdə **********98 və **********95 reyster nömrəsi ilə DƏDRX-nin 14 saylı ərazi idarəsindən çıxarış əldə etmişdir. Bundan başqa, müqavilə üzrə digər alıcı X55 vəfat etdiyinə görə, onun adına qeydiyyata alınmış xx.xx.2014-cü il tarixli **********90 nömrəli çıxarış əldə edilmişdir. X55 da vəfat etdiyinə görə, 0.11 ha torpaq sahəsi əsasında Bakı şəhər 2 saylı Asan Xidmət mərkəzində şəhadətnamə nömrə 127, xx.xx.1015-ci il tarixli, 2V-437 nömrəli Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə əsasında, vərəsəsi X56 və üç övladının adına keçmişdir. X27 və üç övladının mülkiyyət hüququ 03 iyul 2015ci il tarixdə reyestrdə qeydiyyata alınmış və ona ********** qeydiyyat nömrəli reyestrdən çıxarış verilmişdir. Daha sonra, X56 9 avqust 2015-ci il tarixli 4Ə-2510 nömrəli daşınmaz əmlakın bağışlanması müqaviləsi əsasında hazırkı iş üzrə cavabdeh olan Cavabdeh3 0.11 ha torpaq sahəsini bağışlamış və Cavabdeh3 da, öz adına **********90 nömrəli daşınmaz əmlakın dövlət reyestri xidmətindən çıxarış əldə etmiş və əldə etmiş olduğu 0.11 ha torpağa mülkiyyət hüququnu təsdiq edən çıxarışı da, onun özünə təqdim edərək, təhvil vermişdir. Mülki iş məhkəmə icraatında olan zaman, xx.xx.2015-ci il tarixdə DƏDRX-nin 14 saylı ərazi idarəsinə sorğu verərək, DƏDRX-nin 14 saylı Ərazi İdarəsi tərəfindən xx.xx.2013-cü il tarixdə verilmiş RX ******* nömrəli onlara məxsus çıxarışa əsasən, Şamaxı rayonu DNK-nın xx.xx.2014-cü il tarixli, 4Ə-27 nömrəli alqı-satqı müqaviləsinə və 3.73 ha torpaq sahəsinin bölgüsü planına əsasən, X16 iddiaçılar X34, İddiaçı2, İddiaçı3 və İddiaçı1 məxsus Şamaxı rayonu, Nağaraxana kəndində yerləşən torpaq sahəsini X22, Cavabdeh4, X43, X35, X57, X44, X36, X28, X14, X10, X17, X45, X55, Cavabdeh2 və X2, torpaq sahələrinin çıxarışlarının surətlərini qısa müddət ərzində Şamaxı Rayon Məhkəməsinə göndərilməsini xahiş etmişdir. DƏDRX-nin 14 saylı Ərazi İdarəsinin cavabında isə bildirilir ki, “sorğuda göstərilən şəxslərin əmlaklarına aid çıxarışların surətlərini sizə göndərilir”. Çıxarışı olmayan şəxslər reyestr xidmətində qeydiyyatda olmadığı üçün onlara çıxarış verilməmişdir. DƏDRX-nin 14 saylı ərazi idarəsi 17 nəfər şəxsdən 12 şəxsin adına çıxarış çıxarılmasına baxmayaraq, hakimin sorğusuna verilən cavabda isə cəmi 6 şəxsin adına çıxan çıxarışların surətini göndərmişdir. Reyestr Xidmətinin məhkəməyə göndərmədiyi 2 nəfər şəxsin adına olan çıxarışın surəti isə fakt onun özündə var idi. Hətta adları qeyd edilən şəxslərin bir qismi həmin çıxarışları addanada keçirilmiş və DƏDRX-nin 14 saylı Ərazi İdarəsi bunu hakimin verdiyi sorğuda bilə-bilə cavablandırmamışdır. Hesab edir ki, mübahisələndirilən əqd hüquq normalarının pozulması nəticəsində həyata keçirilmişdir. Buna görə də, həmin əqd bağlandığı andan etibarsız hesab edilməli, alqı-satqı, bağışlama müqavilələri və həmin müqavilələrdən irəli gələn mülkiyyət hüquqlarını təsdiq edən çıxarışlar etibarsız hesab olunmalıdır. Məhkəmə iclasında iddiaçı, eyni zamanda digər iddiaçıların nümayəndəsi İddiaçı1 iddia tələbini müdafiə edərək, təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Cavabdeh2 iddianı qəbul etməyərək, rədd olunmasını məhkəmədən xahiş etdi. Məhkəmənin əvvəlki iclasında 3-cü şəxs Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 14 saylı Şamaxı Ərazi İdarəsinin nümayəndəsi X17 iddianın təmin olunub-olunmamasını məhkəmənin mülahizəsinə buraxdığını bildirmişdir. Eyni zamanda, məhkəməyə təqdim olunmuş arayışında göstərmişdir ki, torpaq islahatı zamanı, Şamaxı rayon Aqrar islahat Komissiyası tərəfindən İddiaçı1 Qoçəli oğlunun atası X6 5 nəfərdən ibarət olan ailəsinin hər bir üzvünə 1.5 ha olmaqla, cəmi 7.5 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi verilmiş və DTXK tərəfindən onların adlarına JN-144, kod 41011018 nömrəli Dövlət aktı hazırlanmışdır. Torpaqların bir hissəsi Kürdəmir rayonun “Karlar” adlanan ərazidə yerləşdiyinə görə, Nağaraxana kəndindən torpaq payı almaq hüququ olan sakinlərin bir qismi tərəfindən satılmışdır. Alqı-satqı müqaviləsi Abşeron rayon dövlət notariat kontorunda təsdiq olunmuşdur. X7 ailəsi də, Kürdəmir rayonunun “Karlar" adlanan ərazidə yerləşən torpaq sahəsini satmışlar. Həmin torpağın alqı-satqısına dair müqavilə 30 noyabr 2004-cü il tarixdə Abşeron rayon dövlət notariat kontorunda 3M/817 nömrə ilə təsdiq olunmuşdur. X18 torpaq sahəsinin Kürdəmir rayonunun “Karlar” adlanan ərazidə yerləşən hissəsini satdıqdan sonra, DTXK tərəfindən yerdə qalan 5.75 ha torpaq sahəsinə 27 dekabr 2004-cü ildə JN- 608 nömrəli Dövlət aktı tərtib olunmuşdur. Lakin, DTXK-nın Şamaxı rayon şöbəsi tərəfindən həmin Dövlət aktının kadastr göstəriciləri baza məlumatlarına daxil edilmədiyinə görə, 2006-cı ildə Reyestr Xidmətinə rəsmi təqdim olunan baza xəritəsində X11 məxsus torpaq sahələrinin nömrələri 144 kimi qalmışdır. 2013-cü ilin iyul ayında X18 14 saylı Ərazi İdarəsinə müraciət edərək, JN-608 nömrəli Dövlət aktının itirdiyini bildirmiş və dublikatının hazırlanmasını xahiş etmişdir. Ərazi İdarəsinə verdiyi ərizəsinə, JN-608 nömrəli Dövlət aktının etibarsız hesab edilməsinə dair qəzetdə dərc olunmuş elanı və Şamaxı Rayon Polis Şöbəsi tərəfindən verilmiş itirilmiş dövlət aktının axtarılıb tapılmamasına dair arayışı əlavə etmişdir. Həmin sənədlər əsasında JN-608 nömrəli Dövlət aktında göstərilən torpaq sahələrinə Q.Cəbiyevin ailəsinin adlarına reyestrdən çıxarışlar verilmişdir. Qeyd olunan torpaq sahələrinə reyestrdən çıxarışlar verildikdən sonra həmin torpaqların 3.73 ha hissəsindən 3.42 hektarı Şamaxı rayon DNK-da 22 yanvar 2014-cü il tarixdə təsdiq olunmuş 4ə-27 nömrəli alqı-satqı müqaviləsinə əsasən 12 nəfərə satılmışdır. Yerdə qalan 0.18 ha torpaq sahəsi Q.Cəbiyevin ailəsinin adlarına qeydiyyata alınmışdır (reyestr nömrəsi **********64, xx.xx.2014). Şamaxı rayon DNK-da 22 yanvar 2014-cü il tarixdə təsdiq olunmuş 4ə-27 nömrəli alqı-satqı müqaviləsində göstərilən torpaq sahəsinin alıcısı X55 vəfat etdiyinə görə, onun adına olan 0.11 ha torpaq sahəsi Bakı şəhəri 2 saylı “ASAN” Xidmət Mərkəzində xx.xx.2015-ci il tarixdə təsdiq olunmuş 2v-437 nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən onun həyat yoldaşı X56 və üç övladlarının adlarına qeydiyyata alınmışdır (reyestr nömrəsi **********90,xx.xx.2014). X4 həmin torpaq sahəsini Sumqayıt “ASAN xidmət” Mərkəzində xx.xx.2015-ci il tarixdə təsdiq olunmuş 4ə- 2510 nömrəli bağışlama müqaviləsi əsasında Cavabdeh3 bağışlamışdır. Şamaxı rayon DNK-da 22 yanvar 2014-cü il tarixdə təsdiq olunmuş 4ə-27 nömrəli alqı-satqı müqaviləsində iştirak edən digər alıcılar Cavabdeh2 və Cavabdeh4 özlərinə məxsus olan 0.24 ha və 0.12 ha torpaq sahələrini Şamaxı rayon dövlət notariat kontorunda xx.xx.2015ci il tarixdə təsdiq olunmuş 4ə-314 və 4ə- 315 nömrəli alqı-satqı müqavilələrinə əsasən Cavabdeh1 satmışdır (reyestr nömrələri **********98, **********95, xx.xx.2015). Şamaxı rayon DNK-da 22 yanvar 2014-cü il tarixdə təsdiq olunmuş 4ə-27 nömrəli alqı-satqı müqaviləsi Şamaxı rayon məhkəməsinin 03 fevral 2016-cı il tarixli 2(074)- 173/2016 saylı qətnaməsinə əsasən ləğv edildiyinə görə, qeyd olunan müqavilə üzrə qeydiyyata alınmış hüquqlar ləğv edilmişdir və torpaq sahəsi 3.08 hissədə yenidən X7 ailəsinin adına qeydiyyata alınmışdır (reyestr nömrəsi **********51 xx.xx.2016). Şamaxı rayon məhkəməsinin 03 fevral 2016-cı il tarixli 2(074)-173/2016 saylı qətnaməsində Cavabdeh1 və Cavabdeh3 məxsus torpaq sahələrinin mülkiyyət sənədlərinin ləğvinə dair münasibət bildirilmədiyinə görə onların mülkiyyyət hüquqları ləğv edilməmişdir. Şamaxı rayon məhkəməsi müqavilə iştirakçılarını maraqlı şəxs qismində 2(074)-173/2016 saylı məhkəmə prosesinə cəlb etməmişdir. Buna görə də, Cavabdeh1 Şamaxı rayon məhkəməsinin 03 fevral 2016-cı il tarixli 2(074)-173/2016 saylı qətnaməsindən apellyasiya şikayəti vermişdir. Hal-hazırda onun adına olan çıxarışlar qüvvədədir və üzərində Şamaxı Rayon Məhkəməsinin xx.xx.2017 tarixli, 2(074)-470/2017 saylı Qərardadı ilə qoyulmuş qadağa var. Sonradan aparılmış araşdırma zamanı məlum olmuşdur ki, X1 rayonunun “Karlar” adlanan ərazidə yerləşən torpaq sahəsini 30 noyabr 2004-cü il tarixdə Abşeron rayon dövlət notariat kontorunda 3M/817 nömrəli müqavilə əsasında satdıqdan sonra, yerdə qalan 0.5051 ha, 0.6121 ha, 3.72 ha torpaq sahələrini Şamaxı rayon DNK-da 20 dekabr 2004-cü il tarixdə təsdiq olunmuş 4ə/3/519 alqı-satqı müqavilələsinə əsasən X3. DTXK tərəfindən həmin torpaqlara JN-632 nömrəli Dövlət aktı hazırlanmışdır. Ləğv edilmiş DTXK-dan təhvil götürülmüş sənədlərdə dövlət aktının ikinci nüsxəsi var, kitabda qeydə alınmışdır. X58 əlində olan JN-632 nömrəli Dövlət aktını reyestrdə qeydiyyata alınması üçün Ərazi İdarəsinə təqdim etdikdə, onun ərizəsinin icrasına **********39 nömrəli məktubla imtina verilmişdir. Bu səbəbdən R.Qafarov məhkəməyə müraciət edərək, ona məxsus olan torpaq sahələrinin üzərində aparılmış bütün əməliyyatları ləğv etdirmişdir. Lakin sonradan, Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(105)- 701/2022 saylı qətnaməsi ilə Şamaxı Rayon Məhkəməsinin 01 aprel 2019-cu il tarixli, 2(074)-110/2019 nömrəli qətnaməsi ləğv edilmiş və iddia tələbi düzgün qoyulmadığına görə baxılmamış saxlanılmışdır. Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(105)-701/2022 saylı qətnaməsi ilə Şamaxı Rayon Məhkəməsinin 01 aprel 2019cu il tarixli, 2(074)-110/2019 nömrəli qətnaməsi ilə ləğv edildiyi və iddia tələbi düzgün qoyulmadığına görə baxılmamış saxlandığı üçün torpaq sahəsinin üzərində X58 ilə olan mübahisə bu vaxta kimi həll olunmamışdır. Məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq, iş üzrə digər cavabdehlər və 3-cü şəxs Şamaxı Regional “ASAN Xidmət” Mərkəzinin notariat ofisinin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, işə qeyd olunan şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə işdə iştirak edən şəxslərin izahatını dinləyib və iş materiallarını araşdıraraq, hesab edir ki, iddia təmin olunmalıdır. İş materiallarında olan JN-0608 kod 41011018 nömrəli torpağa mülkiyyət hüququna dair Dövlət aktının surətindən görünür ki, X18 və onun ailə üzvləri Abşeron rayon 1 saylı DNK-nun 30 noyabr 2004-cü il 3M\817 saylı alıq-satqı müqaviləsi ilə 5,76 hektar kənd təsərrüfatı məhsulları istehsalları üçün torpaq sahəsi almışdır. İş materiallarında olan JN144 kod ********* nömrəli torpağa mülkiyyət hüququna dair Dövlət aktının surətindən görünür ki, X18 və onun ailə üzvlərinə Şamaxı rayonu Aqrar İslahat Komissiyasının 1998-ci il 29 may tarixli 08 nömrəli qərarı ilə 7,75 hektar torpaq sahəsi verilmişdir. İş materiallarında olan ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X16 xx.xx.2020-ci ildə vəfat etmişdir. İş materiallarında olan ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X34 xx.xx.2018-ci ildə vəfat etmişdir. İş materiallarında olan qanun üzrə vərəsəlik hüququ haqqında xx.xx.2022-ci il tarixli şəhadətnamənin surətindən görünür ki, xx.xx.2020-ci il tarixdə vəfat etmiş X8 vərəsələri ünvan 1 ünvanında yaşayan İddiaçı2, Şamaxı rayonu Nağaraxan kəndində yaşayan İddiaçı3, Şamaxı rayonu Nğaraxana kəndində yaşayan İddiaçı1 və onların hər biri miras əmlakdan 1/3 irs almalıdır. İş materiallarında olan qanun üzrə vərəsəlik hüququ haqqında xx.xx.2022-ci il tarixli şəhadətnamənin surətindən görünür ki, xx.xx.2018-ci il tarixdə vəfat etmiş X19 vərəsələri ünvan 1 ünvanında yaşayan İddiaçı2, Şamaxı rayonu Nağaraxana kəndində yaşayan İddiaçı3, Şamaxı rayonu Nağaraxana kəndində yaşayan İddiaçı1 və onların hər biri miras əmlakdan 1/3 irs almalıdır. İş materiallarında olan 08 yanvar 2014-cü il tarixli etibarnamənin surətindən görünür ki, Abşeron rayonunun Məmmədli kəndində yaşayan X24, Şamaxı şəhəri, S.Ə.Şirvani küçəsi, ev 47-də yaşayan X25, Şamaxı şəhəri, S.Ə.Şirvani küçəsi, ev 13-də yaşayanlar X67iu, X44, Şamaxı şəhəri, S.Mümtaz küçəsi, ev 24-də yaşayan X29, Bakı şəhəri, Böyük Şor d/к, ev 75 A-da yaşayan Bədəlov Soltanəli Vəkil oğlu, Şamaxı rayonunun Qızmeydan kəndində yaşayan X38, Şamaxı rayonunun Nağaraxana kəndində yaşayan X57, Bakı şəhəri, Ə.Vahid küçəsi, ev 12, m. 20-də yaşayan X59, Şamaxı şəhəri, 28 May küçəsi, ev 47-də yaşayan X17, Şamaxı şəhəri, S.M.Əfəndiyev küçəsi, ev 58 B-də yaşayan X35, Bakı şəhəri Mərdəkan qəsəbəsi, 1740 Ə saylı evdə yaşayan X36, Bakı şəhəri, Azadlıq pr-ti, ev 80, m. 68-də yaşayanlar X15, X10, Bakı şəhəri, A.Neymətulla küçəsi, ev 33, m. 178-də yaşayan X45, Şamaxı şəhəri, Q.Namazəliyev küçəsində yaşayan Cavabdeh4 Şamaxı rayonunun Nağaraxana kəndində qeydiyyatda olan X30 həmin etibarnamə ilə daşınmaz əmlakın alqı-satqısı ilə əlaqədar, müqavilələri imzalamağı, DƏDRX-nin 14 saylı Ərazi İdarəsinə təqdim etməyi, çıxarışı, kadastr planını almağı, bölgü planını imzalamağı, adlarından ərizə verməyi, imza etməyi və digər hərəkətləri etməyi etibar etmişdir. Həmin etibarnamə üzrə səlahiyyətlər başqa şəxslərə verilə bilər. İş materiallarında olan hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən ******* saylı çıxarışdan görünür ki, X31 Şamaxı rayonu Nağaraxana kəndində xüsusi mülkiyyətində 0,11 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi vardır. İş materiallarında olan xx.xx.2015-ci il tarixli daşınmaz əmlakın bağlanması müqaviləsindən görünür ki, X56, X39, X32 və X9 rayonu Nağaraxana kəndində yerləşən 0,11 ha torpaq sahəsini Cavabdeh3 bağışlamışlar. İş materiallarında olan hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən ******* saylı çıxarışdan görünür ki, Cavabdeh1 Şamaxı rayonu Nağaraxana kəndində xüsusi mülkiyyətində 0,24 ha kənd təsərrüfat təyinatlı torpaq sahəsi vardır. İş materiallarında olan hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən ******* saylı çıxarışdan görünür ki, Cavabdeh1 Şamaxı rayonu Nağaraxana kəndində xüsusi mülkiyyətində 0,12 ha kənd təsərrüfat təyinatlı torpaq sahəsi vardır. İş materiallarından görünür ki, hazırki iş üzrə Cavabdeh3 notarial qaydada təsdiq edilmiş ərizəsində göstərmişdir ki, xx.xx.2018-ci il tarixdə DƏDRX-nin 14 saylı ərazi idarəsi tərəfindən qeyd edilmiş ********** qeydiyyat və **********90 reyestr nömrəli çıxarışın ləğv olunmasına və bu məqsədlə müvafiq məhkəmə qərarının verilməsinə etiraz etmir. Gələcəkdə həmin alqı-satqı müqaviləsi üzrə ilkin mülkiyyətçilər olan İddiaçı1 və digər şəxslərə qarşı hər hansı şikayəti, tələbi olmayacaqdır. İş materiallarından görünür ki, hazırki iş üzrə Cavabdeh4 notarial qaydada təsdiq edilmiş ərizəsində göstərmişdir ki, xx.xx.2018-ci il tarixdə DƏDRX-nin 14 saylı ərazi idarəsi tərəfindən qeyd edilmiş ********** qeydiyyat və **********90 reyestr nömrəli çıxarışın ləğv olunmasına və bu məqsədlə müvafiq məhkəmə qərarının verilməsinə etiraz etmir. Gələcəkdə həmin alqı-satqı müqaviləsi üzrə ilkin mülkiyyətçilər olan İddiaçı1 və digər şəxslərə qarşı hər hansı şikayəti, tələbi olmayacaqdır. İş materiallarından görünür ki, Şamaxı Rayon Məhkəməsinin 06 iyul 2017-ci il tarixli, 2(074)-922/2017 saylı qətnaməsi ilə iddiaçılar X20 və X26 cavabdehlər X46 və Şamaxı rayon İcra Hakimiyyəti Başçısının Qızmeydan kəndi üzrə icra nümayəndələyinə qarşı “razılıq ərizələrinin etibarsız sayılması barədə” iddia ərizəsi təmin edilməmişdir. İş materiallarında olan Sumqayıt Apellyasiya Məhkəməsinin 20 iyun 2018-ci il tarixli, 2(105)-365/2018 saylı qətnaməsinin surətindən görünür ki, Şamaxı Rayon Məhkəməsinin 06 iyul 2017-ci il tarixli 2(074)-992/2017 saylı qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə qəbul edilmiş, iddia təmin edilərək, Şamaxı RİHB-nın Qızmeydan kəndi üzrə icra nümayəndəliyində X20 və X26 adlarından xx.xx.2013-cü il tarixdə təsdiq edilmiş razılıq ərizələri etibarsız hesab edilmişdir. İş materiallarından görünür ki, Şamaxı Rayon Məhkəməsinin 14 mart 2017-ci il tarixli, 2(074)-216/2017 saylı qətnaməsi ilə iddiaçı X8 cavabdehlər X24, X25, X43, X44, X29, Cavabdeh2, X38, X57, X55, X17, X35, X40, X14, X10, X45, Cavabdeh4, X46, müstəqil tələblər irəli sürməyən 3-cü şəxslər Qızmeydan kənd icra nümayəndəliyi, Şamaxı rayon Notariat Kontoruna qarşı “Şamaxı rayon Notariat Kontorunda bağlanmış 22 yanvar 2014-cü il tarixli 4.Ə 27 nömrəli reyestrlə qeydə alınmış alqı-satqı müqaviləsinin təsdiq edilməsinə əsas olmuş Şamaxı RİH-i başçısının Qızmeydan kəndi üzrə icra nümayəndəliyində təsdiq edilmiş 08 yanvar 2014-cü il tarixli 02 nömrəli reyestrlə qeydə alınmış etibarnamənin etibarsız sayılması barədə” iddiası təmin edilməmişdir. İş materiallarında olan Sumqayıt Apellyasiya Məhkəməsinin 21 sentyabr 2017-ci il tarixli, 2(105)-2201/2017 saylı qətnaməsinin surətindən görünür ki, Şamaxı Rayon Məhkəməsinin 14 mart 2017-ci il tarixli, 2(074)-216/2017 saylı qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə qəbul edilmiş, iddia təmin edilərək, Şamaxı Rayon İcra Hakimiyyəti başçısının Qızmeydan kəndi üzrə icra nümayəndəliyində təsdiq edilmiş 08 yanvar 2014-cü il tarixli 02 nömrəli reyestrlə qeydə alınmış etibarnamə etibarsız sayılmışdır. İş materiallarında olan hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən ******* nömrəli çıxarışın surətindən görünür ki, X6 Şamaxı rayonu Nağaraxana kəndində xüsusi mülkiyyətində 3,73 ha kənd təsərrüfat təyinatlı torpaq sahəsi vardır. İş materiallarında olan hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən ******* nömrəli çıxarışın surətindən görünür ki, Cavabdeh2 Şamaxı rayonu Nağaraxana kəndində xüsusi mülkiyyətində 0,24 ha kənd təsərrüfat təyinatlı torpaq sahəsi vardır. İş materiallarında olan hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən ******* nömrəli çıxarışın surətindən görünür ki, Cavabdeh4 Şamaxı rayonu Nağaraxana kəndində xüsusi mülkiyyətində 0,12 ha kənd təsərrüfat təyinatlı torpaq sahəsi vardır. İş materiallarında olan hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən ******* saylı çıxarışdan görünür ki, X27 Şamaxı rayonu Nağaraxana kəndində xüsusi mülkiyyətində 0,11 ha kənd təsərrüfat təyinatlı torpaq sahəsi vardır. İş materiallarında olan hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən ******* saylı çıxarışdan görünür ki, Cavabdeh3 Şamaxı rayonu Nağaraxana kəndində xüsusi mülkiyyətində 0,11 ha kənd təsərrüfat təyinatlı torpaq sahəsi vardır. İş materiallarında olan hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən 12616877 saylı çıxarışdan görünür ki, Cavabdeh1 Şamaxı rayonu Nağaraxana kəndində xüsusi mülkiyyətində 0,24 ha kənd təsərrüfat təyinatlı torpaq sahəsi vardır. İş materiallarında olan AN-İ ******* nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsindən görünür ki, Cavabdeh2 nümayəndəsi X5 rayonu Nağaraxana kəndində yerləşən 2400 kv.metr torpaq sahəsini Cavabdeh1 satmışdır. İş materiallarında olan AN-İ ******* nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsindən görünür ki, Cavabdeh4 nümayəndəsi X5 rayonu Nağaraxana kəndində yerləşən 1200 kv.metr torpaq sahəsini Cavabdeh1 satmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 324.1-ci maddəsinə əsasən, əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Həmin Məcəllənin 324.3-ci maddəsinə əsasən, bu Məcəlləyə və ya tərəflərin razılaşmasına uyğun olaraq bağlanması üçün bir tərəfin iradə ifadəsinin zəruri və yetərli olduğu əqd birtərəfli əqddir. Həmin Məcəllənin 331.1-ci maddəsinə əsasən, yazılı əqd onun məzmununu ifadə edən və əqdi bağlayan şəxs və ya şəxslər və ya onların lazımınca vəkil etdikləri şəxslər tərəfindən imzalanmış sənədin tərtibi yolu ilə bağlanmalıdır. Həmin Məcəllənin 334.1-ci maddəsinə əsasən, əqdin notariat qaydasında təsdiqlənməsi bu Məcəllənin 331-ci maddəsinin tələblərinə uyğun gələn sənəddə notariusun və ya bu cür notarial hərəkəti yerinə yetirməyə hüququ çatan digər vəzifəli şəxsin təsdiqləyici qeyd etməsi yolu ilə həyata keçirilir. Həmin Məcəllənin 337.1-ci maddəsinə əsasən, bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Həmin Məcəllənin 337.4-cü maddəsinə əsasən, etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. Həmin Məcəllənin 352-ci maddəsinə əsasən, əqdin bir hissəsinin etibarsızlığı onun qalan hissələrinin etibarsızlığına o halda səbəb olmur ki, əqd onun etibarsız hissəsi daxil edilmədən də bağlana bilərdi. Göründüyü kimi, qanuni qüvvəyə minmiş məhkəmə qətnamələri ilə X11 məxsus olmuş və hazırki iş üzrə mübahisə predmeti olan Şamaxı rayonu, Nağaraxana kəndində yerləşən 3,73 ha ölçüdə kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə dair verilmiş etibarnamə və razılıq ərizələri etibarsız hesab edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinə əsasən, bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Məhkəmə iş materiallarını tədqiq edərək, araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək və qanunvericiliyin tələblərini rəhbər tutaraq hesab edir ki, qanuni qüvvəyə minmiş məhkəmə qətnamələri ilə mübahisə predmeti olan torpaq sahəsinə dair verilmiş etibarnamə və razılıq ərizələri etibarsız hesab edildiyindən, həmin əqdlər əsasında qeydə alınan hüquqi nəticələr də aradan qaldırılmalıdır. Odur ki, iddia əsaslı olduğundan təmin olunmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə müvafiq olaraq məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: İddia təmin edisin. Şamaxı rayon Notariat Kontorunda bağlanmış 18 may 2015-ci il tarixli AN-İ ******* nömrəli və 18 may 2015-ci il tarixli AN-İ ******* nömrəli alqı-satqı müqavilələri, həmin müqavillər əsasında verilmiş xx.xx.2015-ci il tarixli ********** və xx.xx.2015-ci il tarixli ********** qeydiyyat nömrəli daşınmaz əmlakın dövlət reyestrindən çıxarışlar, xx.xx.2014-cü il tarixli, 4Ə-27 reyestr nömrəli alqı-satqı müqaviləsi, onun əsasında verilmiş xx.xx.2014-cü il tarixli ********** qeydiyyat nömrəli daşınmaz əmlakın dövlət reyestrindən çıxarış, xx.xx.2015-ci il tarixli 2V-437 nömrəli Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə və həmin şəhadətnamə əsasında verilmiş xx.xx.2015-ci il tarixli ********** qeydiyyat nömrəli daşınmaz əmlakın dövlət reyestrindən çıxarış, həmin çıxarış əsasında bağlanmış xx.xx.2015-ci il tarixli 4Ə-2510 nömrəli Daşınmaz əmlakın bağışlanma müqaviləsi və həmin bağışlanma müqaviləsi əsasında verilmiş xx.xx.2018-ci il tarixli, ********** qeydiyyat nömrəli daşınmaz əmlakın dövlət reyestrindən çıxarış etibarsız hesab edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Şamaxı Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Fərid Yaqubov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar