Məhkəmə qərarları › İş №2(074)-214/2023

Şamaxı Rayon Məhkəməsi Qərardad — İş №2(074)-214/2023

13.02.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şamaxı rayonu İş № 2(074)-214/2023 13.02.2023 ŞAMAXI RAYON MƏHKƏMƏSİ X4 Murtuza oğlunun sədrliyi, Abdullayev Əsgər Yadigar oğlunun katibliyi, İddiaçı və Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı aliment tələbinə dair mülki işə Şamaxı Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh qarşı aliment tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh ilə birgə nikahdan doğulmuş xx.xx.2016-cı il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay hər uşağa görə 135 manat sabit pul məbləğində alimentin cavabdehdən alınaraq, ona verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, Cavabdeh ilə qeyri-rəsmi nikaha daxil olaraq, ailə qurmuşdur. Cavabdehlə faktiki nikah münasibətlərindən xx.xx.2016-cı il tarixdə Aygün adlı övladları dünyaya gəlmişdir. Övladı onun yanındadır. Mediasiyada baş tutmuş barışıq sazişinə əsasən, Cavabdeh birgə nikahdan olan xx.xx.2016-cı il təvəllüdlü X2 yetkinlik yaşınadək saxlanması üçün hər ay 135 manat aliment ödəməyə razıdır. O da, həmin barışıq sazişində cavabdehin alimentlə bağlı bu təklifi ilə razılaşdığını bildirmişdir. Lakin, bu razılaşmanın davamlı olacağına əsaslı şübhəsi vardır. Belə ki, cavabdeh ilk gündən könüllü olaraq övladlarının saxlanması üçün alimenti ona ödəsəydi, o, heç vaxt nə mediasiyaya, nədə ki, məhkəməyə müraciət etməzdir. Odur ki, alimentin təyin edilməsinin qəti olması və hər ay vaxtında icra edilməsi üçün məhkəmə qətnaməsinə ehtiyacı vardır. Məhkəmə iclasında İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında Cavabdeh iddia tələbini əsassız hesab edərək bildirdi ki, mediasiyada tərtib edilmiş barışıq sazişinə əsasən, İddiaçı azyaşlı övladları olan xx.xx.2016-cı il təvəllüdlü X1 görə 135 manata razılığını bildirmiş, o isə, hər ay uşağın saxlanması üçün həmin məbləğdə aliment ödəməyi öhdəsinə götürmüşdür. O, barışıq sazişinin şərtlərinə əməl etmək niyyətindədir, alimentin ödənilməsində heç bir etirazı yoxdur. Bu səbəbdən, hazırda məhkəməyə müraciət olunmasına və məhkəmə araşdırılmasına zərurət görmür. Məhkəmə işdə iştirak edən şəxsləri dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, hazırki iş üzrə icraata xitam verilməlidir. Belə ki, iddia ərizəsinə əlavə edilmiş sənədlərdən görünür ki, hazırki iş üzrə tərəflər arasında mübahisə üzrə mediasiya prosesində xx.xx.2022-ci il tarixdə barışıq sazişi bağlanmışdır. Həmin sazişə əsasən, İddiaçı azyaşlı övladları olan xx.xx.2016-cı il təvəllüdlü X1 görə 135 manata razılığını bildirmiş, Cavabdeh isə hər ay uşağın saxlanması üçün 135 manat aliment ödəməyi öhdəsinə götürmüşdür. Göründüyü kimi, tərəflər mübahisəni mediasiya prosesində barışıqla həll etmişlər və hazırda İddiaçı barışığın davamlı olacağına şübhə etdiyini əsas gətirərək, alimentin hər ay vaxtında icra edilməsi üçün məhkəmə qətnaməsinə ehtiyac olduğunu göstərmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 305.1.17-ci maddəsinə əsasən, məhkəmə xüsusi icraat qaydasında mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi haqqında işlərə baxır. Həmin Məcəllənin 355-23.1-ci maddəsinə əsasən, “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. Məhkəmə qeyd edir ki, İddiaçı barışıq sazişinin könüllü icrasından imtina olunduğu təqdirdə, barışıq sazişinin təsdiq edilməsi barədə ərizə ilə xüsusi icraat qaydasında məhkəməyə müraciət etmək hüququna malikdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261.0.1-ci maddəsinə əsasən, iş məhkəmədə və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə, hakim iş üzrə icraata xitam verir. Sadalanan qanunvericilik normalarına əsasən məhkəmə hesab edir ki, İddiaçı Cavabdeh qarşı aliment tələbinə dair iddia ərizəsi üzrə işə məhkəmədə baxılmalı olmadığından, iş üzrə icraata xitam verilməli, İddiaçı barışıq sazişinin könüllü icrasından imtina olunduğu təqdirdə, barışıq sazişinin təsdiq edilməsi barədə ərizə ilə xüsusi icraat qaydasında məhkəməyə müraciət etmək hüququnun olması izah edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-in 267 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: İddiaçı Cavabdeh qarşı aliment tələbinə dair iddia ərizəsi üzrə icraata xitam verilsin. İddiaçı barışıq sazişinin könüllü icrasından imtina olunduğu təqdirdə, barışıq sazişinin təsdiq edilməsi barədə ərizə ilə xüsusi icraat qaydasında məhkəməyə müraciət etmək hüququnun olması izah edilsin. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Şamaxı Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Fərid Yaqubov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar