Məhkəmə qərarları › İş №2(074)-217/2025

Şamaxı Rayon Məhkəməsi Qətnamə — İş №2(074)-217/2025

07.04.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şamaxı rayonu İş № 2(074)-217/2025 07.04.2025 ŞAMAXI RAYON MƏHKƏMƏSİ Şamaxı Rayon Məhkəməsinin hakimi İsmayılov Natiq Əvəz oğlunun sədrliyi, Alıyeva Sevinc Ağasəf qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “atalığın mübahisələndirilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Şamaxı Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 330/2015-MTBŞ nömrəli DNT ekpertiza rəyini rəhbər tutaraq 29 may 2014-cü il tarixində X3 verilmiş doğum şəhadətnaməsinin ləğv edilməsi, həmin şəhadətnamənin ata qrafasından adının və soyadının silinməsi ilə həmin uşağın atası olmaması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, Cavabdeh ilə 07 sentyabr 2010-cu il tarixində ailə qurub və Ağsu Rayon Qeydiyyat Şöbəsində 262 nömrəli nikahın bağlanması haqqında akt qeydlər kitabında qeyd edilmiş və şəhadətnamə verilmişdir. Cavabdehlə 2010-cu ildə ilk övladı dünyaya gəlmişdir. Lakin həmin uşaq 2013-cü ilin mart ayında güclü yanğından dünyasını dəyişmişdir. Həmin hadisədən qısa zaman keçməmiş cavabdehlə ayrılıb. Belə ki, cavabdeh atasının evinə - Şamaxı rayonu Mərzəndiyə kəndinə köçmüş və xx.xx.2014-cü ildə Ceyhunə adlı qız övladı dünyaya gətirmişdir. Həmin ərəfədə nikahları pozulmadığından onun soyadını və ata kimi adını doğum şəhadətnaməsində qeyd etmişdilər. O, 20 sentyabr 2013-cü ildə cavabdehlə nikahın pozulması üçün iddia tələbi qaldırıb. Lakin, cavabdeh hamiləlik barədə tibbi sənəd təqdim etdiyi üçün iddiası baxılmamış saxlanılmış, daha sonra Ağsu Rayon Məhkəməsinin 02 dekabr 2015-ci il tarixli 2(016)-837/2015 saylı qətnaməsi ilə nikahları pozulmuşdur. Onun nikahın pozulması tələbi üzrə iddiasından sonra cavabdeh aliment tələbi ilə bağlı Ağsu Rayon Məhkəməsinə iddia qaldırmışdır. O, həmin uşağın onun uşağı olmadığını bildirərək iddianı qəbul etməyib. Belə ki, etiraz ərizəsində bunu iddiaçının onun evindən atasının evinə gedəndə hamilə olmaması, ər-arvad münasibətlərinin olmaması və uşağın dünyaya gəlməsi - atası evinə getməsi tarixində uyğunsuzluq ilə əsaslandırıb. Proses zamanı vəsatət qaldıraraq D.N.T analizi üzrə eskpertiza təyin edilməsini xahiş edib. Ağsu Rayon Məhkəməsi 03 avqust 2015-ci il tarixli, 2(016)-983/15 saylı mülki iş üzrə qərardadı ilə atalığın müəyyən edilməsi üçün Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Tibbi Ekspertiza və Pataloji Anatomiya ETT-nin məhkəmə tibbi-biologiya şöbəsində Məhkəmə-tibb DNT ekspertizası keçirilmişdir. 330/2015-MTBŞ saylı DNT ekpertiza rəyinə əsasən onun həmin uşaqla övlad-valideyn səviyyəsində qohumluq əlaqəsinin olmadığını göstərilmişdir. Həmin analiz üzrə 2 000 (iki min) manat ekspertiza xərcini özü qarşılayıb. Daha sonra İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, 15 may 2014-cü il təvəllüdlü X2 atasının o olmaması və onun doğum akt qeydində ata qrafasından onun soyadı, adı və ata adının silinməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasında iştirak etməmiş və iştirak etməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən, məhkəmə mülki işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan Ağsu Rayon Məhkəməsinin 2(016)-837/2015 saylı, 02 dekabr 2015-ci il tarixli qətnaməsinin surətindən görünür ki, İddiaçı Cavabdeh qarşı nikahın pozulması tələbinə dair iddiasının təmin edilməsi, İddiaçı və Cavabdeh arasında Ağsu Rayon Qeydiyyat Şöbəsində 07 sentyabr 2010-cu il tarixdə bağlanmış və 262 nömrə ilə qeyd edilmiş nikahın pozulması, tərəflər arasında nikah ləğv edildikdən sonra 15 may 2014-cü il tarixdə anadan olmuş X1 cavabdehin - Cavabdeh yanında saxlanılması qət edilmişdir. İş materiallarında olan AZ-İ 465294 nömrəli nikahın pozulması haqqında şəhadətnamədən görünür ki, İddiaçı ilə Cavabdeh arasındakı nikah Ağsu Rayon Məhkəməsinin 2(016)-837/2015 saylı, 02 dekabr 2015-ci il tarixli qətnaməsinə əsasən pozulmuş, bu barədə nikahın pozulması haqqında akt qeydləri kitabında xx.xx.2016-cı il tarixdə 13 nömrə ilə qeyd edilmişdir. Nikah pozulduqdan sonra ərə “Mütəllimov”, arvada “Mütəllimova” soyadı verilmişdir ilə pozulmuşdur. İş materiallarında olan AZ-İİİ 209623 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X5 xx.xx.2014-cü il tarixdə Şamaxı şəhərində anadan olmuşdur. Atası İddiaçı, anası Cavabdehdır. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya ETT Birliyinin xx.xx.2015-ci il tarixli, 330/2015-MTBŞ saylı rəyindən görünür ki, ilə qəbul olunmuş müvafiq beynəlxalq normalara əsasən və alınmış nəticələr nəzərə alınaraq İddiaçı ekspertizaya təqdim olunmuş X5 adlı uşağın atası olması inkar olundu. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 46.1-ci maddəsinə əsasən öz aralarında nikahda olan ata və ana doğum haqqında şəhadətnamədə uşağın valideynləri kimi qeyd olunurlar. Həmin Məcəllənin 46.2-ci maddəsinə əsasən valideynlər öz aralarında nikahda olmadıqda uşağın anası haqqında qeyd ananın ərizəsi, atası haqqında qeyd isə uşağın atasının və anasının birgə ərizəsi və ya atanın ərizəsi əsasında, habelə məhkəmənin qərarı əsasında aparılır. Həmin Məcəllənin 46.3-cü maddəsinə əsasən uşaq nikahı olmayan anadan olduqda və atalığın müəyyən olunması barədə valideynlərin birgə ərizəsi və ya məhkəmənin qətnaməsi olmadıqda, doğum haqqında şəhadətnamədə uşağın atasının soyadının əvəzinə ananın soyadı yazılır. Uşağın atasının və babasının adı uşağın anasının göstərişi üzrə yazılır. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 47.1-ci maddəsinə əsasən bu Məcəllənin 46.1-ci və 46.2-ci maddələrinə uyğun olaraq doğum haqqında şəhadətnamədə valideynlər barədə qeyd haqqında mübahisə yalnız məhkəmə yolu ilə, uşağın valideyni qismində yazılmış şəxsin və ya onun həqiqi valideyninin, habelə uşaq yetkinlik yaşına çatandan sonra onun özünün və ya uşağın qəyyumunun, eləcə də məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan hesab edilən valideynin qəyyumunun tələbi ilə açıla bilər. İşin araşdırılmış hallarından müəyyən olunur ki, İddiaçı ilə Cavabdeh Ağanəzər qızı xx.xx.2010-cu il tarixdə rəsmi nikaha girməklə ailə qurmuşlar. Daha sonra birgə nikahda olduqları dövrdə xx.xx.2014-cü ildə Cavabdeh Ağanəzər qızı bir qız uşağı dünyaya gətirmişdir. Onların nikahı xx.xx.2015-ci il tarixdə Ağsu rayon Məhkəməsinin qətnaməsi ilə pozulmuşdur. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya ETT Birliyinin xx.xx.2015-ci il tarixli, 330/2015-MTBŞ saylı rəyi ilə təsdiq olunmuşdur ki, İddiaçı ekspertizaya təqdim olunmuş X5 adlı uşağın atası deyildir. Beləliklə də, məhkəmə hesab edir ki, iddia təmin edilməli, İddiaçı Cavabdeh doğulmuş 15 may 2014-cü il təvəllüdlü X2 atası olmaması müəyyən edilməli, 15 may 2014-cü il təvəllüdlü X2 doğum akt qeydində ata haqqında məlumat qrafasından İddiaçı adı, soyadı və atasının adı silinməlidir. Məhkəmə həmçinin izah edir ki, 15 may 2014-cü il təvəllüdlü X2 atası barədə məlumatlar onun anasının məlumatı əsasında yazıla bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-in 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia təmin edilsin. İddiaçı Cavabdeh doğulmuş 15 may 2014-cü il təvəllüdlü X2 atası olmaması müəyyən edilsin. 15 may 2014-cü il təvəllüdlü X2 doğum akt qeydində ata haqqında məlumat qrafasından İddiaçı adı, soyadı və atasının adı silinsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Şamaxı Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Natiq İsmayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar