Məhkəmə qərarları › İş №2(074)-218/2025

Şamaxı Rayon Məhkəməsi Qərardad — İş №2(074)-218/2025

02.06.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şamaxı rayonu İş № 2(074)-218/2025 02.06.2025 ŞAMAXI RAYON MƏHKƏMƏSİ Şamaxı Rayon Məhkəməsinin hakimi İsmayılov Natiq Əvəz oğlunun sədrliyi, Alıyeva Sevinc Ağasəf qızının katibliyi İddiaçı və Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “mediasiya şöbəsində imzalanmış barışıq sazişinin etibarsız hesab edilməsi, uşaq və aliment” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Şamaxı şəhərində, Şamaxı Rayon Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, birgə nikahlarından doğulmuş xx.xx.2014-cü il təvəllüdlü X2 və xx.xx.2019-cu il təvəllüdlü X1 Cavabdeh alınaraq ona verilməsi, uşaqların himayəsində saxlanılması, cavabdehdən hər uşaq üçün ayda 180 manat olmaqla, cəmi 360 manat alimentin alınıb ona verilməsi, mediasiyada imzalanmış xx.xx.2024-cü il tarixli, MŞS/MT030/2024/01511 saylı barışıq sazişinin aldadılma yolu ilə imzalandığından etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı izahat verərək bildirdi ki, 11 aydır uşaqlar atasındadır. Cavabdeh uşaqları ilə görüşə maneə yaradır. Ekspert rəyi ilə razı deyil. Hazırki mülki işin məhkəmənin icraatında olan Cavabdeh ona qarşı olan nikahın pozulmasına dair işlə birləşdirilməsinə razı deyil. Məhkəmə iclasında iştirak edən Cavabdeh bildirdi ki, iddiaçının dedikləri yanlışdır. Uşaqlarla görüşə hər hansı maneə yaratmır. Hazırki mülki işin məhkəmənin icraatında olan onun cavabdeh İddiaçı qarşı olan nikahın pozulmasına dair işlə birləşdirilməsinə etirazı yoxdur. İş materiallarından görünür ki, Şamaxı Rayon Məhkəməsinin icraatında iddiaçı Cavabdeh İddiaçı qarşı “nikahın pozulması” tələbinə dair 2(074)-100/2025 nömrəli mülki iş vardır. Azərbaycan Respublikasının Mülki Prosesual Məcəlləsinin: 169.3-cü maddəsinə əsasən, hakim həmin məhkəmənin icraatında eyni tərəflərin iştirak etdiyi eyni növlü bir neçə işin, yaxud bir iddiaçının müxtəlif cavabdehlərə, yaxud müxtəlif iddiaçıların eyni cavabdehə iddiaları üzrə bir neçə işin olduğunu müəyyən etdikdə, bu işlərin birləşdirilməsini məqsədəmüvafiq hesab edərsə, onları birlikdə baxılmaq üçün bir icraatda birləşdirməyə haqlıdır. 169.4-cü maddəsinə əsasən, bu Məcəllənin 169.1-169.3-cü maddələrində göstərilən hərəkətləri hakim çəkişmə prinsipinə əməl etməklə, həmin məsələ üzrə işdə iştirak edən şəxsləri dinlədikdən sonra edə bilər. Məhkəmənin icraatında eyni tərəflərin iştirak etdiyi eyni növlü bir neçə işin olması müəyyən edildiyindən və bu işlərin birləşdirilməsi məqsədəmüvafiq hesab olunduğundan, məhkəmə hesab edir ki, İddiaçı Cavabdeh qarşı “mediasiya şöbəsində imzalanmış barışıq sazişinin etibarsız hesab edilməsi, uşaq və aliment” tələbinə dair iddia üzrə 2(074)- 218/2025 nömrəli mülki işlə iddiaçı Cavabdeh İddiaçı qarşı “nikahın pozulması” tələbinə dair iddia üzrə 2(074)-100/2025 nömrəli mülki iş bir icraatda birləşdirilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosesual Məcəlləsinin 263-264-cü maddələrini rəhbər tutub, məhkəmə qəraraaldı: İddiaçı Cavabdeh qarşı “mediasiya şöbəsində imzalanmış barışıq sazişinin etibarsız hesab edilməsi, uşaq və aliment” tələbinə dair iddia üzrə 2(074)-218/2025 nömrəli mülki işlə Şamaxı rayon Məhkəməsinin icraatında olan iddiaçı Cavabdeh İddiaçı qarşı “nikahın pozulması” tələbinə dair iddia üzrə 2(074)-100/2025 nömrəli mülki iş bir icraatda birləşdirilsin. Həmin işlərə eyni vaxtda 2(074)-100/2025 qeydiyyat nömrəsi ilə baxılsın. Hakim: Natiq İsmayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar