Azərbaycan Respublikası adından QƏTNAMƏ Şamaxı rayonu İş № 2(074)-238/2024 09.02.2024 ŞAMAXI RAYON MƏHKƏMƏSİ Şamaxı rayon Məhkəməsinin hakimi İsmayılov Natiq Əvəz oğlunun sədrliyi, Fətaliyeva Fidan Adil qızının katibliyi, İddiaçı X1 və Cavabdeh iştirakları ilə, İddiaçı X1 Cavabdeh qarşı “aliment” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Şamaxı rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: İddiaçı X5 Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, övladları xx.xx.2019-cu il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanması üçün Cavabdeh hər ay bir uşaq üçün 220 manat sabit pul məbləğində alimentin tutularaq ona ödənilməsi barədə qətnamə qət edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, Cavabdeh ilə aralarında olan nikah Şamaxı Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qətnaməsinə əsasən pozulmuşdur. Nikaha xx.xx.2023-cü il tarixdə xitam verilmişdir. Bu barədə nikahın pozulması haqqında akt qeydləri kitabında 2023-cü ilin avqust ayının 31-i günündə 116 nömrə ilə qeyd edilmişdir. Cavabdeh hazırda rəsmi işləmir, aylıq gəliri dəyişkəndir. Buna görə də aliment sabit pul məbləğində tutulmalıdır. İddiaçı daha sonra ərizə ilə məhkəməyə müraciət edərək, Şamaxı Rayon Məhkəməsinin 2(074)-727/2021 saylı, 14 oktyabr 2021-ci il tarixli qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı dəyişdirilərək xx.xx.2019-cu il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanması üçün Cavabdeh hər ay bir uşaq üçün 220 manat sabit pul məbləğində alimentin tutulub onun xeyrinə ödənilməsi barədə qətnamə qət edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı X5 iddia tələbini müdafiə edərək və ona uyğun izahat verib bildirdi ki, Şamaxı Rayon Məhkəməsinin 2(074)-727/2021 saylı, 14 oktyabr 2021-ci il tarixli qətnaməsi ilə xx.xx.2019-cu il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanması üçün Cavabdeh hər ay qazancının (başqa gəlirlərinin) 1/4 hissəsi miqdarında alimentin tutulması qət edilmişdir. Lakin cavabdeh sonra işdən çıxdığından ümumiyyətlə aliment ödəməmişdir. Buna görə də alimentin sabit pul məbləğində tutulması barədə qətnamə qəbul edilməsini xahiş edir. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddia tələbini qəbul etməyərək izahat verib bildirdi ki, hazırda rəsmi olaraq heç bir yerdə işləmir. Tanıdığı bir şəxsin bağına baxır və aylıq gəliri 180-200 manat olur. Buna görə də o, 100 manat aliment ödəyə bilər. Məhkəmə proses iştirakçılarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan Şamaxı Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(074)-727/2021 saylı qətnaməsindən görünür ki, İddiaçı ilə Cavabdeh arasında 18 dekabr 2019-cu il tarixdə Şamaxı rayon Qeydiyyat şöbəsində bağlanmış, nikahın bağlanması haqqında akt qeydləri kitabında 18 dekabr 2019-cu il tarixdə, 337 nömrə ilə qeydə alınmış nikahın pozulması, tərəflərin birgə nikahında doğulmuş 30 dekabr 2019-cu il təvəllüdlü X4 Cavabdeh alınaraq İddiaçı himayəsinə verilməsi, 30 dekabr 2019-cu il təvəllüdlü X2 Cavabdeh alınaraq İddiaçı himayəsinə verildiyi tarixdən başlayaraq onun yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh hər ay qazancının (başqa gəlirlərinin) ¼ (dörddə bir) hissəsi miqdarında aliment tutularaq X7 ödənilməsi qət edilmişdir. İş materiallarında olan AZ-İ 450347 saylı nikahın pozulması haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh ilə İddiaçı arasında nikah Şamaxı Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qətnaməsinə əsasən Şamaxı rayon Qeydiyyat şöbəsi tərəfindən pozulmuşdur. Nikaha xx.xx.2023-cü il tarixdə xitam verilmişdir. Bu barədə nikahın pozulması haqqında akt qeydləri kitabında xx.xx.2023-cü il tarixdə, 116 nömrə ilə qeyd edilmişdir. Nikah pozulduqdan sonra kişiyə “Ömərov”, arvada “Cəbrayılova” soyadı verilmişdir. İş materiallarında olan AZ-T № 228542 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X6 xx.xx.2019-cu il tarixdə Şamaxı şəhərində anadan olmuşdur. Atası Cavabdeh, anası İddiaçıdır. İş materiallarında olan Şamaxı rayon İcra və Probasiya Şöbəsinin xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, xx.xx.2019-cu il təvəllüdlü X6 xx.xx.2023-cü il tarixdə Cavabdeh alınaraq İddiaçı himayəsinə verilmişdir. Cavabdeh hər ay qazancının (başqa gəlirlərinin) ¼ (dörddə bir) hissəsi miqdarında aliment tutularaq X7 ödənilməsi üçün borclunun gəlirinə yönəldilməsi mümkün olmamışdır, belə ki, borclu xx.xx.2022-ci il tarixli əmr ilə xidmətdən xaric edilmişdir. İşin araşdırılmış hallarından müəyyən olunur ki, Şamaxı Rayon Məhkəməsinin 14 oktyabr 2021-ci il tarixli 2(074)-727/2021 saylı qətnaməsi ilə İddiaçı ilə Cavabdeh arasında 18 dekabr 2019-cu il tarixdə Şamaxı rayon Qeydiyyat şöbəsində bağlanmış, nikahın bağlanması haqqında akt qeydləri kitabında 18 dekabr 2019-cu il tarixdə, 337 nömrə ilə qeydə alınmış nikahın pozulması, tərəflərin birgə nikahında doğulmuş 30 dekabr 2019-cu il təvəllüdlü X4 Cavabdeh alınaraq İddiaçı himayəsinə verilməsi, 30 dekabr 2019-cu il təvəllüdlü X2 Cavabdeh alınaraq İddiaçı himayəsinə verildiyi tarixdən başlayaraq onun yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh hər ay qazancının (başqa gəlirlərinin) ¼ (dörddə bir) hissəsi miqdarında aliment tutularaq X7 ödənilməsi qət edilmişdir. Hal-hazırda isə iddiaçı X5 cavabdehin gəlirlərinin dəyişkən olmasını əsas gətirərək müəyyən edilmiş aliment məbləğinin sabit pul məbləğində ödənilməsini xahiş etmişdir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 75.1-ci maddəsinə görə valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 75.4-cü maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Həmin Məcəllənin 76.2-ci maddəsinə görə, alimentin miqdarı məhkəmə tərəfindən tərəflərin ailə və maddi vəziyyəti, eləcə də diqqətəlayiq olan başqa hallar nəzərə alınmaqla azaldıla və artırıla bilər. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 78.1-ci maddəsinə görə, valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də, aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəllənin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Məhkəmə qeyd edir ki, valideynin az gəlir əldə etməsi və ya başqa uşaqlarının olması valideynləri öz uşaqlarını saxlamaq vəzifəsindən azad etmir. Alimentin ödənilməsi valideynlərə öz şəxsi istehlak tələbatlarının, ehtiyaclarının ödənilməsinə mane olsa belə, valideynlər uşaqlarını saxlamağa borcludurlar. Uşaqların saxlanılması valideynlərin mənəvi borcu olmaqla yanaşı həm də vacib vəzifələridir. Maddi vəziyyətindən, işləyibişləməməsindən asılı olmayaraq hər bir valideynin borcu övladının maddi və sair ehtiyaclarının ödənilməsini təmin etməkdir. “Uşaq hüquqları haqqında” Konvensiyanın müddəalarında da qeyd olunur ki, yetkinlik yaşına çatmayanlarla bağlı məsələlər məhkəmə tərəfindən həll edilərkən ilk növbədə uşaqların layiqli həyat səviyyəsinin təmin edilməsi təmin edilməlidir. Bundan başqa, məhkəmə alimentin tutulma müddətini araşdıraraq, hesab edir ki, alimentin tutulma müddəti iddiaçının iddia ərizəsi ilə məhkəməyə müraciət etdiyi vaxtdan deyil, artıq mövcud məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən hesablanmalıdır. Belə ki, “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərindən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Ali Məhkəmənin Plenumunun 28 mart 2016-cı il tarixli 8-2 №-li Qərarının 8.14-cü bəndində də qeyd olunmuşdur ki, məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs alimenti ödəməkdən azad edilir. Beləliklə də uşağın saxlanmasının hər iki valideynin borcu olmasını, cavabdehin aliment verməsinə dair maddi imkanlarını, cavabdehin hazırda işləməməsini və onun aylıq gəlirinin dəyişkən olmasını, tərəflərin maddi və ailə vəziyyətini və diqqətəlayiq olan digər halları nəzərə alaraq məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, Şamaxı rayon Məhkəməsinin 14 oktaybr 2021-ci il tarixli, 2(074)-727/2021 saylı qətnaməsi ilə qət edilmiş alimentin tutulma üsulu dəyişdirilməli və Cavabdeh qətnamə qanuni qüvvəsini aldığı tarixdən başlayaraq xx.xx.2019-cu il təvəllüdlü X4 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay 180 manat sabit pul məbləğində aliment alınaraq iddiaçı Ömərova (Cəbrayılova) Lalə Mirağa qızına ödənilməli, iddianın qalan hissəsi təmin edilməməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-in 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia qismən təmin edilsin. Şamaxı rayon Məhkəməsinin 14 oktyabr 2021-ci il tarixli, 2(074)-727/2021 saylı qətnaməsi ilə Cavabdeh tutulan alimentin tutulma qaydası dəyişdirilsin və Cavabdeh qətnamə qanuni qüvvəsini aldığı tarixdən başlayaraq xx.xx.2019-cu il təvəllüdlü X4 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay 180 manat sabit pul məbləğində aliment alınaraq iddiaçı X3 ödənilsin. İddianın qalan hissəsi təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Şamaxı rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Natiq İsmayılov
Məhkəmə qərarları › İş №2(074)-238/2024
Şamaxı Rayon Məhkəməsi Qətnamə — İş №2(074)-238/2024
09.02.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver