Məhkəmə qərarları › İş №2(074)-243/2022

Şamaxı Rayon Məhkəməsi Qətnamə — İş №2(074)-243/2022

18.02.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Sığorta ödənişinin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şamaxı rayonu İş № 2(074)-243/2022 18.02.2022 ŞAMAXI RAYON MƏHKƏMƏSİ Şamaxı rayon Məhkəməsinin hakimi İsmayılov Natiq Əvəz oğlu, İddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı “pul tələbi” barədə kiçik iddialara dair işlər üzrə ərizəsinə baxaraq, müəyyən etdi : İddiaçı "xxxx" ASC Cavabdeh qarşı ərizə ilə məhkəməyə müraciət edərək, 1700,00 manat məbləğində sığorta ödənişinin, 37,40 manat məbləğində dövlət rüsumunun, cəmi 1737,40 manat məbləğində pulun Cavabdeh tutulub iddiaçı "xxxx" ASC-nin hesabına ödənilməsi haqqında qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, 16.07.2021 -ci il tarixində Şamaxı rayonu, S.Ə.Şirvani küçəsində "xxxx" ASC-də “Nəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası” növü ilə sığortalanmış “VAZ 2106 minik” markalı, ** GN *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi Cavabdeh tərəfindən idarə edilərkən, yol nəqliyyat hadisəsi törədilmiş və nəticədə X4 idarə etdiyi “X10 yük” markalı, ** BY *** dövlət qeydiyyat nişanlı avtomobilə zərər dəymişdir. Şamaxı RPİ-nin YPX-nin “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta hadisəsi hesab edilə bilən halın təfərrüfatları barədə” arayışına, İXP ******* saylı inzibati xəta haqqında protokola və TP saylı ******* saylı inzibati tənbeh vermə haqqında qərara əsasən, “VAZ 2106 minik” markalı, ** GN *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Cavabdeh yol-nəqliyyat hadisəsinin baş verməsində təqsirli şəxs olaraq müəyyən edilmiş və ona Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci, 332.2-ci (nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan nəqliyyat vasitəsinin idarə edilməsinə görə) maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib 100 (bir yüz manat) məbləğində cərimə edilmə haqqında tənbeh növü tətbiq edilmişdir. Göründüy kimi X2 “VAZ 2106 minik” markalı, ** GN *** dövlət qeydiyyat nişanlı avtomobili sürücülük hüququ olmadan idarə etmişdir. İddia ərizəsinə əlavə edilmiş, “VAZ 2106 minik” markalı, **-GN-*** dövlət qeydiyyat nişanlı avtomobilin PBA********** saylı sığorta şəhadətnaməsindən (müqavilə) göründüyü kimi, həmin avtomobil “Nəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası” növü üzrə "xxxx" ASC tərəfindən sığortalanmışdır. İddia ərizəsinə əlavə edilmiş, 10.08.2021 -ci il tarixli, 413/21 saylı sığorta aktına və 11.08.2021ci il tarixli, №AZ0010108 saylı ödəniş tapşırığına əsasən 1700 manat məbləğində sığorta ödənişi hadisə nəticəsində zərər dəymiş “X10 yük” markalı, ** BY *** dövlət qeydiyyat nişanlı avtomobilin sahibi X3 "Kapital” ASC-də olan hesabına köçürülmüşdür. Məhkəmə təqdim olunmuş sübutları araşdıraraq hesab edir ki, iddia təmin olunmalıdır. Belə ki, iş materiallarında olan BD seriyalı, 006492 nömrəli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, “VAZ 2106 minik” markalı, ** GN *** dövlət nömrə nişanlı avtomobilin mülkiyyətçisi Cavabdehdur. İş materiallarında olan AD seriyalı, 870827 nömrəli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, " X10 yük” markalı, ** BY *** dövlət nömrə nişanlı avtomobilin mülkiyyətçisi X5r. İş materiallarında olan ƏN seriyalı, 552278 nömrəli nəqliyyat vasitəsinin istifadə edilməsi haqqında etibarnamədən görünür ki, "X10 yük” markalı, ** BY *** dövlət nömrə nişanlı avtomobili mülkiyyətçi X8 idarə etməyi X7 etibar etmişdir. Etibarnamə 29.03.2022-ci il tarixədək qüvvədədir. İş materiallarında olan AD seriyalı, 308701 nömrəli sürücülük vəsiqəsinin surətindən görünür ki, 09.10.1999-cu il təvəllüdlü X1 vəsiqəsi mövcuddur. İş materiallarında olan avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icabari sığortası üzrə sığorta hadisəsi hesab edilə bilən halın təfərrüatları barədə arayışdan görünür ki, 16.07.2021-ci il tarixdə saat 11:30 dəqiqədə Şamaxı rayonu, S.Ə.Şirvani küçəsi yol-nəqliyyat hadisəsi baş vermişdir. İş materiallarında olan 16.07.2021-ci il tarixli İXP seriyalı, ******* nömrəli inzibati xəta haqqında iş üzrə protokoldan və həmin protokol əsasında qəbul edilmiş 16.07.2021-ci il tarixli TP seriyalı, ******* nömrəli qərarın surətindən görünür ki, Cavabdeh Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.2 və 332.2-ci maddələri ilə təqsirli bilinərək, 100 manat məbləğində cərimə olunmuşdur. İş materiallarına olan əmlaka dəymiş zərərin qiymətləndirməsinə dair 20.07.2021-ci il tarixli aktdan görünür ki, “Ford Transit” markalı, **-BY-*** dövlət qeydiyyat nişanlı avtomobilə vurulmuş ziyan üzrə ehtiyat hissələrinin və təmir işlərinin ümumi dəyəri 1700 manat təşkil edir. İş materiallarında olan 10.08.2021-ci il 413/21 sığorta aktından görünür ki, “VAZ 2106 minik” markalı, ** GN *** dövlət nömrə nişanlı avtomobilin sahibinin mülki məsuliyyəti "xxxx" ASC Sığorta Şirkəti tərəfindən qədər icbari sığorta ilə sığortalanmış, sığorta müqaviləsinin qüvvədə olma müddəti 03.05.2021-ci il tarixdən 03.05.2022-ci il tarixə kimi müəyyən edilmişdir. Dəymiş zərərin məbləği 1700 manat təşkil edir. İş materiallarına olan "xxxx" ASC-nin 11.08.2021-ci il tarixli AZ0010108 saylı ödəniş tapşırığından görünür ki, "xxxx" ASC tərəfindən Kapital ASC-yə 1700 manat köçürülmüşdür. İş materiallarında olan 12.11.2021-ci il tarixli BS-S-21/4410 xəbərdarlıq məktubundan görünür ki, Cavabdeh borclarının olması barədə xəbərdarlıq edilmiş və borcun ödənilməsi tələb olunmuş, əks təqdirdə məhkəmədə ona qarşı iddia qaldırılacağı barədə məlumat verilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommerisya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. 284-5.1-ci maddəsinə əsasən ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir. 284-5.2-ci maddəsinə əsasən cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. 284-5.3-ci maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Cavabdeh X6 yazılı məhkəmə bildirişi göndərilməklə, bildirişdə iddiaçının tələbinə dair əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilmişdir. Lakin, cavabdeh iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədlərini məhkəməyə təqdim etməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 883.1-ci maddəsinə əsasən sığorta müqaviləsi sığortalının müvafiq sığorta haqqı ödəməsi müqabilində sığorta obyektinin məruz qala biləcəyi risklərlə bağlı itkilərin, dəyən zərərin əvəzinin və ya razılaşdırılan pul məbləğinin müəyyən bir hadisənin baş verməsi əsasında ödənilməsinin sığortaçı tərəfindən öhdəlik kimi götürülməsi şərtlərinin təsbit edildiyi razılaşmadır. 936.1-ci maddəsinə əsasən subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan üçüncü şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. 936.2-ci maddəsinə əsasən faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. 936.5-ci maddəsinə əsasən sığortaçı subroqasiya hüququndan zərərvuran şəxsin özünə və (və ya) müvafiq sığorta hadisəsi ilə bağlı risklər üzrə həmin şəxsin məsuliyyətini sığortalamış sığortaçıya, həmçinin qanunvericiliyə əsasən, dəyən zərərə görə sığortalı və ya faydalanan şəxs qarşısında maddi məsuliyyət daşıya bilən digər şəxsə qarşı istifadə edə bilər. 1096.1 və 1096.2-ci maddələrinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və ya işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. “İcbari Sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun 25.1.3-cü maddəsinə əsasən icbari sığorta şəhadətnaməsində göstərilən əmlakın onu istifadə etməyə, idarə etməyə, işlətməyə və digər qaydada istismar etməyə hüququ olmayan şəxs tərəfindən istismar edilməsi; bu zaman, müvafiq əmlak buna hüququ olmayan şəxs tərəfindən sığortalının və ya sığorta olunanın, bu barədə məlumatlı olmağa borclu olduğu hallar istisna olmaqla, xəbəri olmadan istismar edilərsə, subroqasiya hüququ həmin şəxsə qarşı yaranır Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.2-ci maddəsi nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan nəqliyyat vasitəsinin idarə edilməsinə görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. Beləliklə, məhkəmə tərəfindən müəyyən edilmiş işin faktiki hallarından görünür ki, Cavabdeh sürücülük hüququ olmadan 16 iyul 2021-ci il tarixdə idarə etdiyi VAZ 2106 minik” markalı, ** GN *** dövlət nömrə nişanlı avtomobillə Şamaxı şəhəri, S.Ə.Şirvani küçəsi ilə hərəkət edən zaman əks istiqamətli hərəkət zolağına çıxmaqla manevretmə qaydasını pozmuş və nəticədə, “X10 yük” markalı, ** BY *** dövlət nömrə nişanlı avtomobillə toqquşaraq yol-nəqliyyat hadisəsi törətmişdir. Yol nəqliyyat hadisəsinin baş verməsinə görə Cavabdeh barəsində İnzibati tənbeh vermə haqqında qərar qəbul olunmuş, həmin qərara əsasən o İnzibati Xətalar Məcəlləsinin 327.2 və 332.2-ci maddələri ilə ilə təqsirli bilinmişdir. "xxxx" ASC tərəfindən “X10 yük” markalı, ** BY *** dövlət nömrə nişanlı dəymiş ziyana görə 1700 manat zərər məbləği ödənilmişdir. Bununla da iddiaçının icbari sığorta müqaviləsi üzrə hadisənin baş verməsində təqsiri olan Cavabdeh qarşı, nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan nəqliyyat vasitəsinin idarə edilməsinə görə subroqasiya hüququ yaranmışdır. Beləliklə, Cavabdeh 1700 manat sığorta ödənişi məbləği tutularaq, "xxxx" ASC-yə ödənilməlidir. Məhkəmə həmçinin xərclərlə bağlı məsələni müzakirə edərək hesab edir ki, iddia təmin olunduğundan, Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, iddiaçı tərəfindən ödənilmiş 37,40 manat dövlət rüsumu da cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2, 217.4 və 218.3-cü maddələrinə müvafiq olaraq məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdıraraq, onlardan istifadə edərək, yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanaraq, iddia tələbinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 284-6.1 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh 1700 manat pul və ödənilmiş dövlət rüsumunun əvəzi kimi 37,40 manat pul alınaraq "xxxx" ASC -yə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Şamaxı rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxılmış işlər üzrə çıxarılmış məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Natiq İsmayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar