Məhkəmə qərarları › İş №2(074)-25/2024

Şamaxı Rayon Məhkəməsi Qətnamə — İş №2(074)-25/2024

02.04.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şamaxı rayonu İş № 2(074)-25/2024 02.04.2024 ŞAMAXI RAYON MƏHKƏMƏSİ X19 Murtuza oğlunun sədrliyi, Abdullayev Əsgər Yadigar oğlunun katibliyi, İddiaçı nümayəndəsi X10, cavabdeh Təvəkgülova (Alıyeva) Ulduz Müşviq qızının nümayəndəsi X4 və Şamaxı RİH yanında qəyyumluq və himayəçilik üzrə komissiyasının sədri X2 iştirakı ilə, İddiaçı cavabdeh Təvəkgülova (Alıyeva) Ulduz Müşviq qızına qarşı “uşaq tələbi” barədə iddiası üzrə mülki işə Şamaxı Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı cavabdeh Təvəkgülova (Alıyeva) Ulduz Müşviq qızına qarşı uşaq tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2019-cu il təvəllüdlü X5 cavabdehdən alınaraq, onun himayəsinə verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, cavabdeh X9 ilə 30 noyabr 2018-ciil tarixdə ailə qurmuşdur. Birgə nikahdan xx.xx.2019-cu il təvəllüdlü X11 adlı bir qız övladı dünyaya gəlmişdir. Nikahları Şamaxı Rayon Məhkəməsi tərəfindən 2022-ci ildə pozulmuşdur. Nikahları pozulan zaman, azyaşlı övladı X11 anası - Təvəkgülova (Alıyeva) Ulduz Müşviq qızının himayəsinə verilmişdir. Hal-hazırda cavabdeh yenidən ailə qurubdur. Ərə gedən zaman, uşağı öz anasının himayəsinə verərək, çıxıb getmişdir. Şamaxı Rayon Məhkəməsinin qərarı ilə, ona həftənin iki günü ünsiyyət hüququ verilmişdir. Axırıncı dəfə 2023-cü ilin mart ayının 17-də uşağı görmək üçün götürmüşdür. İki gündən sonra uşağı qaytarmaq üçün aparmış, lakin cavabdehin valideynləri ona demişlər ki, onlara uşaq lazım deyil. Həmin vaxtdan da, azyaşlı övladı X11 onun yanında qalmışdır. Ona görə də, uşağın rəsmi qaydada ananın himayəsindən alınaraq, onun himayəsinə verilməsi üçün məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında İddiaçı nümayəndəsi X10 iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında cavabdeh Təvəkgülova (Alıyeva) Uduz Müşviq qızının nümayəndəsi X4 izahatında bildirdi ki, həqiqətən qızı Təvəkgülova (Alıyeva) Ulduz Müşviq qızı yenidən ailə qurmuş və hazırda hamilə olduğundan, azyaşlı X7 himayəsində saxlaya bilmədiyindən, uşaq onun yanında qalırmış. Lakin, təxminən bir il olar ki, uşaq sonuncu görüşdən sonra, atası İddiaçı yanında qalır. O, iddianın təmin olunaraq, xx.xx.2019-cu il təvəllüdlü X5 İddiaçı himayəsinə verilməsinə etiraz etmir, sadəcə qızı Təvəkgülova (Alıyeva) Ulduz Müşviq qızı azyaşlı övladı ilə ünsiyyətdə olmaq istəyir. Məhkəmə iclasında Şamaxı rayon İcra Hakimiyyəti yanında qəyyumluq və himayəçilik üzrə komissyanın sədri X3 göstərdi ki, 01 mart 2023-cü il tarixdə İddiaçı qızı İlahəni cavabdehin ünvanına aparmış, lakin cavabdehin qohumları uşağı qəbul etməkdən imtina etdikləri üçün, özü ilə yaşadığı evə gətirmişdir. Həmin vaxtdan azyaşlı İlahə Qasımlı atası İddiaçı himayəsində qalır. X18 rayon İcra Hakimiyyəti yanında Qəyyumluq və Himayəçilik üzrə Komissiya tərəfindən dəvət olunmasına baxmayaraq, müzakirələrə gəlməmiş və işlə bağlı öz mövqeyini bildirməmişdir. Həmçinin o, Komissiyanın və Şamaxı rayon icra və probasiya şöbəsinin müvafiq müraciətlərinə əsasən, uşaqla ünsiyyətinə şərait yaradılması və uşağa bağlılığının müəyyən olunması məqsədilə, Şamaxı rayon mərkəzi xəstəxanasının psixoloqu Elnarə Yaralıyeva tərəfindən də, dəfələrlə dəvət edilmiş, hamilə olduğunu əsas gətirərək, həmin dəvətlərdən də, imtina etmişdir. Göstərilənlərə əsasən, 02 dekabr 2019-cu il təvəllüdlü X6 atası İddiaçı yanında qalmasını məqsədəmüvafiq hesab edir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatını dinləyərək, mülki işin materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan Şamaxı rayon qeydiyyat şöbəsinin xx.xx.2022-ci il tarixli arayışından görünür ki, hazırki iş üzrə tərəflərin birgə nikahından xx.xx.2019-cu il tarixdə X12 doğulmuşdur. İş materiallarında olan Şamaxı Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(074)- 586/2022 saylı qətnaməsindən görünür ki, İddiaçı ilə Cavabdeh arasında Şamaxı rayon qeydiyyat şöbəsində xx.xx.2018-ci il tarixdə 254 nömrəli akt qeydi ilə rəsmiləşdirilmiş nikah pozulmuş, nikah pozulduqdan sonra, xx.xx.2019-cu il təvəllüdlü X5 iddiaçı Cavabdeh himayəsində saxlanılması qət edilmişdir. İş materiallarında olan Şamaxı Rayon İHB-nın Şamaxı şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin xx.xx.2023-cü il tarixli arayışından görünür ki, xx.xx.2019-cu il təvəllüdlü X1 şəhəri, 28 May küçəsi 30 ünvanında atası İddiaçı himayəsində yaşayır. İş materiallarında olan Şamaxı rayonu İcra Hakimiyyəti yanında qəyyumluq və himayəçilik üzrə komissiyasının rəyində göstərilir ki, Komissiya tərəfindən müəyyən edilmişdir ki, İddiaçı ilə X9 arasında bağlanmış nikah akt qeydi Şamaxı rayon Məhkəməsinin 26 sentyabr 2022-ci il tarixli, 2(074)-586/2022 saylı qətnaməsinə əsasən ləğv olunmuş, onların birgə nikahlarından doğulmuş 02 dekabr 2019-cu il təvəllüdlü X11 anası Ulduz Alıyevanın himayəsində saxlanılmışdır. Şamaxı rayon Məhkəməsinin 26 sentyabr 2023-ci il tarixli, 2(074)-586/2022 saylı qətnaməsinə əsasən İddiaçı hər həftənin cümə günü saat 17-dən bazar günü saat 17-ə kimi 02 dekabr 2019-cu il təvəllüdlü X11 ilə ünsiyyət hüququ verilmiş, bundan sonra hər həftə İddiaçı qızı İlahəni cavabdeh Ulduz Alıyevanın yaşayış yeri üzrə qeydiyyatda olduğu Meysəri kəndindən götürərək, həftənin bir-neçə günü öz evində saxlamış, sonra apararaq azyaşlını təhvil vermişdir. 01 mart 2023-cü il tarixdə İddiaçı qızı İlahəni cavabdehin ünvanına aparmış, lakin cavabdehin qohumları uşağı qəbul etməkdən imtina etdikləri üçün, özü ilə yaşadığı evə gətirmişdir. Həmin vaxtdan azyaşlı İlahə Qasımlı atası İddiaçı yanında qalır. İddiaçı bir neçə ay keçdikdən sonra, Ulduz Alıyevanın başqa bir şəxslə ailə qurduğunu və həmin şəxslə birlikdə Bakı şəhərində yaşadığını əsas gətirərək, ona qarşı “azyaşlının himayəsinə verilməsi tələbinə dair” iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. X18 rayon İcra Hakimiyyəti yanında Qəyyumluq və Himayəçilik üzrə Komissiya tərəfindən dəvət olunmasına baxmayaraq, müzakirələrə gəlməmiş və işlə bağlı öz mövqeyini bildirməmişdir. Həmçinin o, Komissiyanın və Şamaxı rayon icra və probasiya şöbəsinin müvafiq müraciətlərinə əsasən, uşaqla ünsiyyətinə şərait yaradılması və uşağa bağlılığının müəyyən olunması məqsədilə, Şamaxı rayon mərkəzi xəstəxanasının psixoloqu Elnarə Yaralıyeva tərəfindən də, dəfələrlə dəvət edilmiş, hamilə olduğunu əsas gətirərək, həmin dəvətlərdən də imtina etmişdir. Bakı şəhəri Xətai rayonu İcra Hakimiyyəti yanında Qəyyumluq və Himayəçilik üzrə Komissiyanın üzvləri tərəfindən tərtib olunmuş müvafiq aktlardan aydın olunur ki, X9 ikinci əri X8 ilə birlikdə əvvəlcə ünvan 1 ünvanında, sonradan isə, ünvan 2 kirayədə yaşayır. İddiaçı isə ünvan 3ərdi yaşayış evində anası və qızı İlahə Qasımlı ilə birlikdə yaşayır. Ev 4 otaqdan ibarətdir, elektrik, su və təbii qazla təchiz olunmuşdur, təmirlidir, mebel və lazımi məişət əşyaları ilə təchiz edilmişdir. Ailənin maddi təminatı normaldır. Evdəki mövcud şərait azyaşlının orada yaşaması üçün əlverişlidir. İddiaçı komissiya tərəfindən dəvət olunmuş, onunla müvafiq söhbət aparılmışdır. Qızı İlahənin onun yanında psixoloji cəhətdən çox rahat olduğunu bildirmiş, onun anasına verilməsinin uşaqda psixoloji sarsıntılara səbəb olacağını iddia etmişdir. Komissiya üzvləri təqdim olunan sənədləri, iddiaçının izahatını, müvafiq aktları, psixoloq rəyini, fotoşəkilləri və videogörüntüləri nəzərdən keçirərək, azyaşlı İlahə Qasımlının atası İddiaçı, eləcə də, İddiaçı qızı İlahə Qasımlıya daha sıx bağlı olduqları, İddiaçı valideynlik vəzifələrini layiqincə yerinə yetirdiyi, onun uşağı daha yaxşı şəraitdə və sağlam şəkildə böyütmək iqtidarında olduğu, həmçinin azyaşlının atasının yanında qalmasının onun mənafelərinə tam uyğun olduğu qənaətinə gəlmişlər. Qeyd olunanları nəzərə alan Şamaxı rayon icra Hakimiyyəti yanında Qəyyumluq və Himayəçilik üzrə Komissiya, xx.xx.2019-cu il təvəllüdlü X5 atası İddiaçı yanında qalmasını məqsədəmüvafiq hesab etmişdir. Beləliklə, məhkəmə iclasında tədqiq edilmiş sübutlarla müəyyən edildir ki, hazırki iş üzrə tərəflər xx.xx.2018-ci il tarixdə rəsmi nikaha daxil olmaqla, ailə qurmuşlar, onların birgə nikahından xx.xx.2019-cu il təvəllüdlü X11 doğulmuşdur. Tərəflər arasında ailə münasibətləri kəsildiyindən, Şamaxı Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(074)-586/2022 saylı qətnaməsi ilə tərəflər arasındakı nikah pozulmuş, nikah pozulduqdan sonra xx.xx.2019-cu il təvəllüdlü X5 anası Cavabdeh himayəsində saxlanılmışdır. xx.xx.2023-cü il tarixdən azyaşlı İlahə Qasımlı atası İddiaçı yanında qalır. İddiaçı hazırki tələbində cavabdehin artıq yeni ailə qurduğunu, hamilə olduğunu, İlahənin cavabdehin valideynlərinin yanında qalmasını əsas gətirərək, uşağın cavabdehdən alınaraq, ona verilməsini tələb edir. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Həmçinin 34-cü maddədə göstərilmişdir ki, ər ilə arvadın hüquqları bərabərdir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 5-ci maddəsi də belə məsələlərin həllində uşaqların mənafelərinin üstün tutulmalı olmasından bəhs edib. Həmçinin həmin qanunun 8-ci maddəsinə əsasən hər bir uşağın yaşamaq, normal şəraitdə fiziki, əqli və mənəvi cəhətdən inkişaf etmək hüququ vardır. Uşaq Hüquqları Haqqında BMT Konvensiyasının 9-cu maddəsində göstərilmişdir ki, «İştirakçı dövlətlər təmin edirlər ki, uşaq öz valideynlərinin arzusuna zidd olaraq onlardan ayrılmasın, bir şərtlə ki, məhkəmənin qərarına uyğun olaraq səlahiyyətli orqanlar tətbiq edilən qanuna və qaydalara müvafiq surətdə müəyyən etsinlər ki, bu ayrılıq uşağın ən yaxşı mənafeləri naminə labüddür. Belə ayrılıq o halda labüd ola bilər ki, valideynlər biri-birindən ayrı yaşasınlar və uşağın yaşayış yeri barədə qərar qəbul etmək lazım gəlsin». İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin mövqeyi də valideynləri ayrı yaşayan uşaqların yaşayış yerinin müəyyən olunması ilə bağlı məsələlərin həlli zamanı uşaqların mənafelərinə üstünlük verilməli olması ideyasına əsaslanır. Avropa Məhkəməsinin İnsan Hüquqları üzrə Avropa Konvensiyasının göstərilən məsələlərdən bəhs edən 8-ci maddəsilə və həmin konvensiyanın 7 saylı prtokolunun 5-ci maddəsilə bağlı formalaşmış hüquqi mövqeyinə diqqət etdikdə görərik ki, Avropa dəyərləri müstəvisində uşaqların saxlanması ilə bağlı atanın və ananın hüquqları fərdi maraq, uşaqların hüquqları isə daha üstün dəyər olan ictimai maraq kimi qiymətləndirilir və tələb olunur ki, belə məsələlərə baxılan zaman ictimai maraqla fərdi maraq arasında tarazlıq yaradılsın. Əgər uşaqların saxlanması ilə bağlı valideynlər arasında fikir ayrılığı yaranırsa dövlət uşaqların hüquqlarını ictimai maraq kimi qiymətləndirərək uşaqların tərəfindən mübahisəyə qarışır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin: 49.2-ci maddəsinə əsasən hər bir uşaq ailədə yaşamaq və tərbiyə almaq, öz valideynlərini tanımaq və onların qayğısından istifadə etmək, uşağın maraqlarına zidd olan hallar istisna olmaqla, onlarla birgə yaşamaq hüququna malikdir. 49.3-cü maddəsinə əsasən uşaq öz valideynləri tərəfindən tərbiyə olunmaq, öz maraqlarının təmin olunması, hərtərəfli inkişafı, onun ləyaqətinə hörmət olunması hüququna malikdir. 60.4-cü maddəsinə əsasən valideynlər ayrı yaşadıqda uşaqların yaşayış yeri onların razılığı ilə həll edilir. Valideynlər arasında razılıq olmadıqda, məhkəmə mübahisəni uşaqların hüquq və mənafelərini, onların rəyini və sair halları (uşaqların qardaş və bacılarına, valideynlərdən hər birinə olan bağlılığı, valideynlərin əxlaqi və digər şəxsi keyfiyyətləri, uşağın yaşı, onun inkişafı və tərbiyəsi üçün şərait yaradılması) nəzərə almaqla həll edir. Məhkəmə xx.xx.2019-cu il təvəllüdlü İlahə Qasımlının valideyn qayğısına daha çox ehtiyacının olmasını, uzun müddətdir ki, atası İddiaçı yanında yaşadığını, uşağın digər mənafelərini və qəyyumluq və himayəçilik komissiyasının rəyini nəzərə alaraq, hesab edir ki, tərəflərin birgə nikahından doğulmuş azyaşlı uşağın iddiaçının yanında yaşaması onun maraqlarının təmin olunması, hərtərəfli inkişafı və digər mənafeləri baxımından daha məqsədəmüvafiqdir. Odur ki, iddia təmin edilməli, tərəflərin birgə nikahından doğulmuş xx.xx.2019-cu il təvəllüdlü X11 cavabdehdən alınaraq, iddiaçının himayəsinə verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 217.4 və 218.3-cü maddələrinə müvafiq olaraq, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdıraraq, onlardan istifadə edərək, yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanaraq, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Yuxarıda göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası MPM-in 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia təmin edilsin. Tərəflərin birgə nikahından doğulmuş xx.xx.20219-cu il təvəllüdlü X11 cavabdeh Təvəkgülova (Alıyeva) Ulduz Müşviq qızından alınaraq, İddiaçı himayəsinə verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Şamaxı Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1(bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Fərid Yaqubov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar