Məhkəmə qərarları › İş №2(074)-257/2021

Şamaxı Rayon Məhkəməsi Qətnamə — İş №2(074)-257/2021

06.05.2021 · Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şamaxı rayonu İş № 2(074)-257/2021 06.05.2021 ŞAMAXI RAYON MƏHKƏMƏSİ Şamaxı rayon Məhkəməsinin hakimi İsmayılov Natiq Əvəz oğlunun sədrliyi, Dəmirov Eyyub Teyyub oğlunun katibliyi, İddiaçı və Şamaxı rayon Dəmirçi Bələdiyyəsinin nümayəndəsi X5 iştirakları ilə, İddiaçı cavabdeh Şamaxı rayon Dəmirçi Bələdiyyəsinə qarşı “əmək haqqı” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Şamaxı Rayon Məhkəməsinin binasında, açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Şamaxı rayon Dəmirçi Bələdiyyəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh Dəmirçi Bələdiyyəsinin üzərinə ona çatası 3225,60 manat məbləğində 2 illik əmək haqqının onun Kapital bankdakı hesabıma köçürülməsi vəzifəsinin qoyulması ilə 2 illik əmək haqqının ona ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, 2015-ci ilin yanvar ayının 27-dən 2020-ci ilin yanvar ayının 15-nə qədər Dəmirçi bələdiyyəsinin mühasibi vəzifəsində işləmişdir. 2019-cu ildə keçirilən seçkilərdən sonra yeni seçilmiş bələdiyyə sədri onunla olan əmək müqaviləsini ləğv etmişdir. Təhvil təslim zamanı 2018-2019-cu illər üzrə ödənilməmiş əmək haqlarına dair cədvəllərini də yeni bələdiyyə sədri X6 təqdim etmişlər. Həmin əmək haqlarının üzərindən bir il keçməsinə baxmayaraq hələ də ona ödənilməmişdir. Bələdiyyə sədri müxtəlif bəhanələrlə vaxt uzatmış, əmək haqlarını vermək istəməmişdir. Məqsədi əmək haqqına hesablanmış pul vəsaitlərini müxtəlif yollarla özü üçün mənimsəməkdir. Maaşları hesablanıb, 2018-ci il üzrə 1323.20 manat, 2019-cu il üzrə 1832,40 manat əmək haqqı ona ödənilməmiş qalır. Heç kimin əmək haqlarını saxlamaöa haqqı yoxdur. Əmək haqqı ödənilməlidir. Dəfələrlə bələdiyyə sədrinə müraciət etmiş, amma bir nəticəsi yoxdur. O Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə müdafiə edərək və ona uyğun izahat verərək bildirdi ki, işlər 2020-ci ilin yanvar ayının 1-dən təhvil verilmişdir. Buna görə də iddianın təmin olunmasını məhkəmədən xahiş edir. Məhkəmə iclasında iştirak edən Şamaxı rayon Dəmirçi Bələdiyyəsinin nümayəndəsi X7 iddia tələbini qəbul etməyərək və etiraz ərizəsini müdafiə edərək izahat verib bildirdi ki, İddiaçı iddia ərizəsindəki imzanın özünə aid olması şübhəlidir. Belə ki, Ş.Fəxrəddinin əmək haqqı cədvəllərindəki imzası ilə heç bir oxşarlığı yoxdur. Bunu araşdirmağı xahiş edir. Ərizədə 2(iki) illik əmək haqqının iddia edilməsinə baxmayaraq, 1 il 9 ayın əmək haqqısını almadığı məlum olmuşdur. 05.10.2020-ci il tarixdə bələdiyyəyə keçmiş bələdiyyə qulluqçularının qalıq əmək haqqı ilə bağlı ərizələri daxıl olmuşdur. Mühasibatlıqda araşdırma aparılarkən, əmək haqqının alınmaması məlum olmuşdur. Bələdiyyə iclasında bu barədə müzakirə aparılmış və 07.10.2020-ci il tarixli 18 saylı iclas protokolunda əmək haqqlarının hissə-hissə verilməsi barədə qərar qəbul edilmişdir. İlk növbədə 2 il öncə işdən ayrılmış X3 qalıq əmək haqqısı əmək müqaviləsinə uyğun olaraq ödənilmişdir. Şükürov X1 sonra, onunla işləmək istəmədiyini bildirmiş və işə gəlməmişdir. Buna görə də bələdiyyə ilə olan əmək müqaviləsinə xitam verilmişdir. Dəmirçi bələdiyyəsi ilə olan əmək müqaviləsi bildirişində, İddiaçı aylıq 110 (yüz on) manat əməkhaqqı ilə qeydiyyata alındığı məlum olmuşdur. Əlavə əmək haqqının hesablanması barədə Dəmirçi bələdiyyəsində heç bir əmr, protokol və ya hüquqi akta rast gəlinməmişdir. Əgər Ş.Fəxrəddində digər əmək müqaviləsi varsa, təqdim etsin. İddiaçı bu məsələləri bildiyi halda, onu pul mənimsəməkdə günahlandırmışdır. Bələdiyyə büdcəsindəki vəsait onun deyil, bələdiyyəyə aiddir və bələdiyyənin kollegial qərarları ilə istifadə edilir. Lakin İddiaçı işlədiyi dövrdə bələdiyyə sədri ilə əlbir olaraq, büdcəni qeyri-qanuni yollarla mənimsəmiş, buna görə də hətta işdən ayrılmış xadimənin belə qalıq əmək haqqısını ödəməmişlər. Vəzifəsindən sui-istifadə edərək əmək müqaviləsindən artıq əmək haqqının yazılaraq götürülməsi, qeyri-qanunidir. Bütün bunları nəzərə alınmasını, ona qarşı olan iddianı ləğv etməyi, İddiaçı 1 il 9 ay üçün qalıq əmək haqqısını, əmək müqaviləsinə uyğun olaraq aylıq 110 (yüz on) manatdan ödənilməsini və Dəmirçi bələdiyyəsinin hesablarından həbsin götürülməsini xahiş edir. Məhkəmə proses iştirakçılarını dinləyib və iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin olunmalıdır. Belə ki, iş materiallarında olan ИТ-İ № ******* saylı əmək kitabçasının surətindən görünür ki, İddiaçı 01.05.2007-ci il tarixdə Şamaxı rayonu Dəmirçi Bələdiyyəsinə mühasib təyin edilmiş, 16.01.2020-ci il tarixdə öz xahişi ilə həmin vəzifədən azad edilmişdir. İş materiallarında olan Şamaxı rayon Dəmirçi Bələdiyyəsinin 07.10.2020-ci il tarixli 18 saylı protokolundan görünür ki, keçmiş bələdiyyə qulluqçularının əmək haqqlarının hesablanması və bələdiyyə büdcəsinin nəzərə alınaraq hissə-hissə ödənilməsi qərara alınmışdır. İş materiallarında olan Şamaxı rayon Dəmirçi kənd Bələdiyyəsinin işə davamiyyət tabellərinin surətindən görünür ki, İddiaçı 2018-ci ilin yanvar ayından 2019-cu ilin dekabr ayına kimi işləmişdir. İş materiallarında olan 3163EWP000201 saylı əmək müqaviləsi bildirişinin surətindən görünür ki, İddiaçı Şamaxı rayonu Dəmirçi Bələdiyyəsində mühasib vəzifəsində çalışmışdır. İşçinin aylıq əmək haqqı 110 manat təşkil edir. İşin araşdırılmış hallarından müəyyən olundu ki, İddiaçı Şamaxı rayon Dəmirçi Bələdiyyəsinin mühasib vəzifəsində işlədiyi 2018-2019-cu illər üzrə yəni yəni 24 ay müddət ərzində əmək haqqı almamışdır. Cavabdeh tərəf iddiaçının əmək haqqı almamasını onun aylıq 110 manat əmək haqqı alaraq 1 il 9 ay işləməsi ilə əsaslandırmışdır. İş materiallarına əlavə olunmuş sənədlərdən müəyyən olunur ki, 2018- 2019-cu illər üzrə yəni yəni 24 ay müddət ərzində işə davamiyyət tabelinə imza atmışdır. Belə olan halda o 24 ay müddətində orada işləmiş, lakin onun əmək haqqı almasına dair hər hansı bir sübut cavabdeh tərəfindən məhkəməyə təqdim edilməmişdir. Ona görədə iddia qismən əsaslıdır və qismən təmin edilməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1 və 77.3-ci maddələrinin tələbinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 83-cü maddəsinin 2-ci hissəsinə əsasən əmək müqaviləsinə xitam verilməsi barədə işəgötürənin əmri təsdiqlənməlidir. Bu əmrin surəti, işçinin əmək kitabçası və işəgötürənin son haqq-hesabı (istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi, işçiyə ödənilməli əmək haqı və digər ödəmələr) ilə birlikdə sonuncu iş günü işçiyə verilməlidir. Beləliklə də məhkəmə iş üzrə toplanmış sübutlara məcmu halında qiymət verərək və qanunvericiliyin yuxarıda göstərilən müddəalarını rəhbər tutaraq hesab edir ki, cavabdeh Şamaxı rayon Dəmirçi Bələdiyyəsindən 24 ay hər ay 110 manat hesablanmaqla ümumilikdə 2640 manat məbləğində əmək haqqı alınıb İddiaçı verilməli, iddianın qalan hissəsi təmin edilməməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-in 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Şamaxı rayon Dəmirçi kənd Bələdiyyəsindən cavabdeh İddiaçı xeyrinə 2640 manat məbləğində ödənilməmiş əmək haqqı tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətinə Şamaxı Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Natiq İsmayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar