Azərbaycan Respublikası adından QƏTNAMƏ Şamaxı rayonu İş № 2(074)-316/2020 23.06.2020 ŞAMAXI RAYON MƏHKƏMƏSİ Şamaxı rayon Məhkəməsinin hakimi Hümbətov Etibar Zülfüqar oğlunun sədrliyi, x12 katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh x5 qarşı “alimentin sabit pul məbləğində müəyyən olunmasına dair” iddia ərizəsi üzrə mülki işə Şamaxı rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh x5 qarşı “alimentin sabit pul məbləğində müəyyən olunmasına dair” iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh x3 01 iyun 2016-cı il tarixdə doğulmuş x1 üçün hər ay 300 manat sabit pul məbləğində alimentin alınaraq ona verilməsinə dair qətnamə qət edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək cavabdeh x3 hər ay 01 iyun 2016-cı il təvəllüdlü x6 yetkinlik yaşma çatana kimi saxlanılması üçün qazancın və başqa gəlirlərinin 1/4 hissəsi miqdarında alimentin alınıb ona verilməsi barədə qətnamə qət edilməsini xahiş etmişdir. Azərbaycan Respublikasının Mülki Prosesual Məcəlləsinin 53-cü maddəsinə əsasən iddiaçı məhkəmə tərəfindən qətnamə qəbul edilənə kimi iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa haqlıdır. Məhkəmə iclasında iştirak edən İddiaçı izahat verib bildirdi ki, o, cavabdehlə 23.08.2014-cü il tarixdə qeyri-rəsmi, 15.03.2015-ci il tarixdə isə rəsmi nikaha daxil olmuş, 2015-ci ilin oktyabr ayında cavabdehdən ayrılmış, 10.02.2016-cı ildə isə onun xəbəri olmadan nikahları ləğv olunmuşdur. 01.06.2016-cı il tarixdə qızları Gülər anadan olmuşdur. Qızının dünyaya gəlməsindən xəbəri olsa da cavabdeh könüllü olaraq indiyə kimi qızına heç bir maddi yardım göstərməmişdir.Yalnız məktubla uşağın adına bank hesabı açmağı bildirmiş, bank hesabı açıldıqdan isə sonra heç bir maddi yardım göndərməmişdir. Hansı ki, cavabdeh sahibkarlıq fəaliyyəti ilə məşğuldur.Tikinti şirkəti var. Odur ki, iddiaçı, iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımı qaydada məlumatlandırılmış cavabdeh məhkəmə iclasında iştirak etməmiş, lakin iş yeri və aldığı maaş barədə məhkəməyə məlumat göndərmişdir. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinəəsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə proses iştirakçılarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin olunmalıdır. İş materiallarında olan AZ-İİİ № 762901 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, x901.06.2016-cıildə Bakı şəhəri Nəsimi rayonunda anadan olmuşdur. Atası x7, anası İddiaçıdır. İş materiallarında olan 14.05.2020-ci il tarixli 1 saylı arayışın surətindən görünür ki, x7 OOO ЗЛИТСТРОЙ şirkətində usta kimi işləyir. İş materiallarında olan çıxarışın surətindən görünür ki, x7 26800 rubl maaş alır. İşin araşdırılmış hallarından müəyyən edildi ki, tərəflər 23.08.2014-cü il tarixdə qeyrirəsmi, 15.03.2015-ci il tarixdə isə rəsmi nikaha daxil olmuş, birgə nikhdan 01.06.2016-cı il təvəllüdlü x4 olmuş, tərəflər faktiki olaraq ayrılmışlar. Birgə nikahdan doğulmuş uşaq iddiaçının yanında yaşayır. Cavabdeh isə Rusiya Federasiyasında işləyir, daimi iş yeri vardır və aylıq əmək haqqı 26800 rubl təşkil edir. Məhkəmə iclasında müəyyən olundu ki, cavabdeh x2 Federasiyasında işləməklə aylıq 26800 rubl məbləğində maaş alır. Buna görə də məhkəmə hesab edir ki, Ailə Məcəlləsinin 76.1.1 maddəsi ilə müəyyən olunmuş miqdarda, yəni cavabdehin qazancından və başqa gəlirlərindən 1/4 hissəsi miqdarında tutulmalıdır. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 75.1-ci maddəsinə görə valideyinlər uşaqlarını saxlamağa borcludurlar. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 75.4-cü maddəsinə görə isə uşaqların saxlanması üçün vəsait valideyinlərdən məhkəmə qaydasında tutula bilər. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda, həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 100.2-ci maddəsinə görə aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. Azərbaycan Respublikasının MPM-in 234.2-ci maddəsinə əsasən şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələr dərhal icra olunur. Beləliklə məhkəmə hesab edir ki, iddia təmin olunmalı, cavabdeh x3 19 fevral 2020-ci il tarixdən başlayaraq birgə nikahdan doğulmuş 01.06.2016-cı il təvəllüdlü x6 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay qazancın və başqa gəlirlərinin 1/4 hissəsi miqdarında aliment tutulub İddiaçı verilməli, qətnamə dərhal icra edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-in 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh x3 19 fevral 2020-ci il tarixdən başlayaraq birgə nikahdan doğulmuş 01.06.2016-cı il təvəllüdlü x6 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay qazancın və başqa gəlirlərinin 1/4 hissəsi miqdarında aliment tutulub İddiaçı verilsin. Qətnamə dərhal icra edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Şamaxı rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. SƏDRLİK EDƏN: ETİBAR HÜMBƏTOV
Məhkəmə qərarları › İş №2(074)-316/2020
Şamaxı Rayon Məhkəməsi Qətnamə — İş №2(074)-316/2020
23.06.2020 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver