Azərbaycan Respublikası adından QƏTNAMƏ Şamaxı rayonu İş № 2(074)-380/2023 23.06.2023 ŞAMAXI RAYON MƏHKƏMƏSİ Hakim İsmayılov Natiq Əvəz oğlunun sədrliyi, Babayeva Günel Pərvin qzının katibliyi, İddiaçı və onun nümayəndəsi X3 və cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “uşağın ananın himayəsindən alınaraq, ona verilməsi və aliment öhdəliyinə xitam verilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Şamaxı Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı Cavabdeh qarşı “uşağın ananın himayəsindən alınaraq, ona verilməsi və aliment öhdəliyinə xitam verilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ilə birgə nikahlarından doğulmuş övladı xx.xx.2009-cu il təvəllüdlü X9 anasının (cavabdehin) himayəsindən alınaraq onun himayəsinə verilməsi, övladı X9 yetkinlik yaşınadək saxlanması üçün Cavabdeh hər ay bir uşaq üçün eyni 110 (yüz on) manat sabit pul məbləğində alimentin alınaraq ona ödənilməsi barədə qətnamə qət edilməsini və bu əsasda qarşılıqlı olaraq aliment öhdəliklərinə xitam verilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Şamaxı rayon məhkəməsinin 2(074)- 1274/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə onunla Cavabdeh arasında bağlanmış nikah pozulmuş, birgə nikahlarından doğulmuş xx.xx.2009-cu il təvəllüdlü X12 və xx.xx.2007-ci il təvəllüdlü X10 anasının himayəsində saxlanılmaqla, hər uşaq üçün hər ay 110 (yüz on) manat olmaqla, cəmi 220 (iki yüz iyirmi) manat sabit pul məbləğində alimentin ondan alınıb uşaqların anası Cavabdeh verilməsi qət edilmişdir. Həmin qətnamə qanuni qüvvəyə minmişdir. Heç üstündən 1 (bir) ay keçməmiş övladlarından biri - xx.xx.02009-cu il təvəllüdlü X12 anası ilə birgə yaşamaqdan imtina edərək onun yanına gəlmişdir. Şamaxı Rayon İcra Hakimiyyəti Başçısının Bağırlı kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyindən verilmiş arayışdan görünür ki, 2009-cu il təvəllüdlü qızı X12 hal-hazırda onun himayəsində yaşayır. Cavabdeh qarşı Mediasiya Təşkilatına "uşağın ananın himayəsindən alınaraq himayəsinə verilməsi və aliment öhdəliklərinə xitam verilməsi tələbinə dair” ərizə ilə müraciət etmiş, lakin cavabdeh Azayeva X6 prosesində iştirak etməmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi X5 iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X4 izahat verib bildirdi ki, həqiqətən də X12 bir müddət anası ilə yaşadıqdan sonra atası ilə yaşamaq üçün onun yanına getmişdir. X2 atasının yanında qalmasına etiraz etmirlər. Qızı Cavabdeh faktiki olaraq heç bir yerdə işləmir. Buna görə də ondan aliment tutulmamasını xahiş edir. Məhkəmə proses iştirakçılarının izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan Şamaxı Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(074)-1274/2022 saylı qətnaməsindən görünür ki, iddiaçı Cavabdeh ilə cavabdeh İddiaçı arasında xx.xx.2005-ci il tarixdə Şamaxı rayon İHB-nın Bağırlı kəndi üzrə nümayəndəliyində bağlanmış, bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında xx.xx.2005-ci il tarixdə 25 nömrə ilə qeyd edilmiş nikah qeydinin pozulması, tərəflərin birgə nikahlarından doğulmuş xx.xx.2009-cu il təvəllüdlü X12 və xx.xx.2007-ci il təvəllüdlü X7 iddiaçı Cavabdeh himayəsində saxlanılması, cavabdeh İddiaçı 04 noyabr 2022-ci il tarixdən başlayaraq xx.xx.2009-cu il təvəllüdlü X12 və xx.xx.2007-ci il təvəllüdlü X7 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay hər uşaq üçün 110 manat olmaqla cəmi 220 manat aliment alınıb iddiaçı Cavabdeh verilməsi qət edilmişdir. İş materiallarında olan AZ-İ № 865970 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X10 xx.xx.2007-ci il tarixdə Şamaxı rayonu Bağırlı kəndində doğulmuşdur. Atası İddiaçı, anası Cavabdehdır. İş materiallarında olan AZ-İİ № 374069 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X12 xx.xx.2009-cu il tarixdə Şamaxı rayonu Bağırlı kəndində doğulmuşdur. Atası İddiaçı, anası Cavabdehdır. İş materiallarında olan Şamaxı rayon İcra və Probasiya Şöbəsinin 01 may 2023-cü il tarixli məktubundan görünür ki, icra sənədi xx.xx.2023-cü il tarixdən şöbənin icraatındadır. İcra sənədi üzrə borclu İddiaçı şöbəyə xx.xx.2023-cü il tarixdə ərizə ilə müraciət edərək icra sənədi üzrə azyaşlı xx.xx.2009-cu il təvəllüdlü X9 xx.xx.2023-cü il tarixdən onun himayəsində olduğunu bildirmişdir. Beləliklə, məhkəmə iclasında tədqiq edilmiş sübutlarla müəyyən edildir ki, hazırki iş üzrə tərəflər 23 dekabr 2005-ci il tarixdə rəsmi nikaha daxil olmaqla ailə qurmuşlar, onların birgə nikahından 02 yanvar 2007-ci il təvəllüdlü X10 və 02 noyabr 2009-cu il təvəllüdlü X12 doğulmuşdur. Tərəflər arasında ailə münasibətləri baş tutmadığından məhkəmə tərəfindən onlar arasında bağlanmış nikah pozulmuş və birgə nikahdan doğulmuş uşaqlar cavabdehin yanında saxlanılmışdır. Bundan sonra uşaqlardan 02 noyabr 2009-cu il təvəllüdlü X12 atası ilə birlikdı yaşamaq üçün onun yanına gəlmişdir. İddiaçı hazırki tələbində uşaqların faktiki onunla yaşamasını əsas gətirərək, uşaqların onun himayəsində saxlanılmasını tələb edir. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Həmçinin 34-cü maddədə göstərilmişdir ki, ər ilə arvadın hüquqları bərabərdir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 5-ci maddəsi də belə məsələlərin həllində uşaqların mənafelərinin üstün tutulmalı olmasından bəhs edib. Həmçinin həmin qanunun 8-ci maddəsinə əsasən hər bir uşağın yaşamaq, normal şəraitdə fiziki, əqli və mənəvi cəhətdən inkişaf etmək hüququ vardır. Uşaq Hüquqları Haqqında BMT Konvensiyasının 9-cu maddəsində göstərilmişdir ki, «İştirakçı dövlətlər təmin edirlər ki, uşaq öz valideynlərinin arzusuna zidd olaraq onlardan ayrılmasın, bir şərtlə ki, məhkəmənin qərarına uyğun olaraq səlahiyyətli orqanlar tətbiq edilən qanuna və qaydalara müvafiq surətdə müəyyən etsinlər ki, bu ayrılıq uşağın ən yaxşı mənafeləri naminə labüddür. Belə ayrılıq o halda labüd ola bilər ki, valideynlər biri-birindən ayrı yaşasınlar və uşağın yaşayış yeri barədə qərar qəbul etmək lazım gəlsin». İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin mövqeyi də valideynləri ayrı yaşayan uşaqların yaşayış yerinin müəyyən olunması ilə bağlı məsələlərin həlli zamanı uşaqların mənafelərinə üstünlük verilməli olması ideyasına əsaslanır. Avropa Məhkəməsinin İnsan Hüquqları üzrə Avropa Konvensiyasının göstərilən məsələlərdən bəhs edən 8-ci maddəsilə və həmin konvensiyanın 7 saylı prtokolunun 5-ci maddəsilə bağlı formalaşmış hüquqi mövqeyinə diqqət etdikdə görərik ki, Avropa dəyərləri müstəvisində uşaqların saxlanması ilə bağlı atanın və ananın hüquqları fərdi maraq, uşaqların hüquqları isə daha üstün dəyər olan ictimai maraq kimi qiymətləndirilir və tələb olunur ki, belə məsələlərə baxılan zaman ictimai maraqla fərdi maraq arasında tarazlıq yaradılsın. Əgər uşaqların saxlanması ilə bağlı valideynlər arasında fikir ayrılığı yaranırsa dövlət uşaqların hüquqlarını ictimai maraq kimi qiymətləndirərək uşaqların tərəfindən mübahisəyə qarışır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin: 49.2-ci maddəsinə əsasən hər bir uşaq ailədə yaşamaq və tərbiyə almaq, öz valideynlərini tanımaq və onların qayğısından istifadə etmək, uşağın maraqlarına zidd olan hallar istisna olmaqla, onlarla birgə yaşamaq hüququna malikdir. 49.3-cü maddəsinə əsasən uşaq öz valideynləri tərəfindən tərbiyə olunmaq, öz maraqlarının təmin olunması, hərtərəfli inkişafı, onun ləyaqətinə hörmət olunması hüququna malikdir. 60.4-cü maddəsinə əsasən valideynlər ayrı yaşadıqda uşaqların yaşayış yeri onların razılığı ilə həll edilir. Valideynlər arasında razılıq olmadıqda, məhkəmə mübahisəni uşaqların hüquq və mənafelərini, onların rəyini və sair halları (uşaqların qardaş və bacılarına, valideynlərdən hər birinə olan bağlılığı, valideynlərin əxlaqi və digər şəxsi keyfiyyətləri, uşağın yaşı, onun inkişafı və tərbiyəsi üçün şərait yaradılması) nəzərə almaqla həll edir. Məhkəmə, işin hallarını, eləcə də cavabdehin nümayəndəsinin fikrini, həmçinin uşaqların valideynləri tərəfindən tərbiyə olunmaq, valideyn qayğısından istifadə etmək və digər mənafelərini nəzərə alaraq, məhkəmə hesab edir ki, tərəflərin birgə nikahından doğulmuş X9 iddiaçının yanında yaşaması onun maraqlarının təmin olunması, hərtərəfli inkişafı və digər mənafeləri baxımından daha məqsədəmüvafiqdir. Odur ki, iddia təmin edilməli, tərəflərin birgə nikahından doğulmuş X12 iddiaçının himayəsinə verilməlidir. Məhkəmə hesab edir ki, Cavabdeh yetkinlik yaşına çatmamış X9 valideyni olduğundan və yetkinlik yaşına çatmamış uşaq iddiaçının yanında qaldığından, iddiaçı uşağın saxlanması üçün cavabdehdən aliment tutulmasını tələb etməkdə haqlıdır və aliment cavabdehdən hər ay sabit pul məbləği şəklində tutulmalıdır. Belə ki, Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 75.1-ci maddəsinə görə valideyinlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 75.4-cü maddəsinə görə isə uşaqların saxlanması üçün vəsait (aliment) valideyinlərdən məhkəmə qaydasında tutula bilər. Həmin Məcəllənin 78.1-ci maddəsinə görə valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Məhkəmə, tərəflərin maddi və ailə vəziyyətini, iddiaçının uşağın valideyni olaraq onu saxlamaq vəzifəsinin olmasını, bununla belə sözügedən uşağın saxlanılması ilə bağlı gündəlik qayğıların iddiaçının üzərinə düşməsini və diqqətəlayiq olan digər halları nəzərə alaraq hesab edir ki, cavabdehdən uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün tutulacaq alimentin məbləği hər ay 90 manat sabit pul məbləğində müəyyən edilməli, alimentin tutulma müddətinin əvvəli Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən iddia ərizəsinin məhkəməyə verildiyi 02 mart 2023-cü il tarixdən hesablanmalıdır. Məhkəmə eyni zamanda hesab edir ki, qətnamə alimentin tutulmasına aid hissədə dərhal icra edilməlidir. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 234.2.1-ci maddəsinə əsasən şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələr dərhal icra olunur. Məhkəmə iddia tələbinin aliment öhdəliyinə xitam verilməsi hissəsini araşdıraraq hesab edir ki, iddia həmin hissədə təmin edilməməlidir. Belə ki, qanunvericilikdə məhkəmə qaydasında tutulan alimentin ödənilməsinə xitam verilməsi əsasları dəqiq göstərilmişdir. Tərəflərin qarşılıqlı aliment öhdəliklərinin olması həmin əsaslar sırasında göstərilməmişdir. Beləliklə də, məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, xx.xx.2009-cu il təvəllüdlü X12 atası İddiaçı yanında saxlanılmalı, xx.xx.2009-cu il təvəllüdlü X9 yetkinlik yaşına çatanadək saxlanması üçün, xx.xx.2023-cü il tarixdən başlayaraq, hər ay 90 manat sabit pul məbləğində aliment Cavabdeh tutularaq, İddiaçı ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: İddia qismən təmin edilsin. Tərəflərin birgə nikahlarından doğulmuş 02 noyabr 2009-cu il təvəllüdlü X12 atası İddiaçı himayəsində saxlanılsın. 02 noyabr 2009-cu il təvəllüdlü X9 yetkinlik yaşına çatanadək saxlanması üçün, xx.xx.2023-cü il tarixdən başlayaraq, hər ay 90 manat sabit pul məbləğində aliment Cavabdeh tutularaq, İddiaçı ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamənin alimentə dair hissəsi dərhal icra edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətinə Şamaxı Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1(bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Natiq İsmayılov
Məhkəmə qərarları › İş №2(074)-380/2023
Şamaxı Rayon Məhkəməsi Qətnamə — İş №2(074)-380/2023
23.06.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver