Məhkəmə qərarları › İş №2(074)-393/2022

Şamaxı Rayon Məhkəməsi Qətnamə — İş №2(074)-393/2022

05.05.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Torpaq üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şamaxı rayonu İş № 2(074)-393/2022 05.05.2022 ŞAMAXI RAYON MƏHKƏMƏSİ Şamaxı rayon Məhkəməsinin hakimi İsmayılov Natiq Əvəz oğlunun sədrliyi, Tamarova Züleyxa Kamil qızının katibliyi, İddiaçı və Cavabdeh2 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və DƏDRX-nin 14 saylı Şamaxı Ərazi İdarəsinənə qarşı “DƏDRX-də qeydiyyatın ləğv olunması və torpağa dair alqı-satqı müqaviləsinin bağlanmış hesab olunması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Şamaxı rayon Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı cavabdehlər Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və DƏDRX-nin 14 saylı Şamaxı Ərazi İdarəsinənə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, DƏDRX-də Şamaxı rayon Dağ Bağırlı kəndində 0,15 ha həyətyanı torpaq sahəsinə dair X5 adına aparılmış qeydiyyatın ləğv olunması və həmin 0,15 ha torpağa dair X11 ilə X13 arasında 04 avqust 2005-ci il tarixli 4 Ə/4/ nömrəli alqı-satqı müqaviləsi bağlanmış hesab olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, anası X13 04 avqust 2005-ci il tarixli alqısatqı müqaviləsinə əsasən 0,15 ha torpaq sahəsi üzərində yerləşən X8 məxsus evi bütövlükdə almışdır. Hazırda anası da, atası da vəfat etmişlər. Evə həyətyanı torpaq sahəsinə vərəsəlik açdırıb, Çıxarış almaq üçün Reyestrə müraciət etmiş, orada torpaq sahəsi əvvəlki sahibi X5 adına qeyd olunduğu məlum olmuşdur və bu qeyd alqı satqıdan 2 gün əvvəl Dağ Bağırlı İcra nümayəndəsinn arayışı əsasında aparılmışdır. Bu əsasdan da torpaq sahəsinə dair Çıxarış verməkdən imtina edilmişdir. Anası evi torpaq sahəsi ilə birlikdə almışdır. Çünki torpaq sahəsi olmadan evi almaq ağlabatan hal deyil. Kənd yerlərində isə əslində bu əhəmiyyətsiz bir şeydir və torpaqsız ev heç kəsə lazım deyil. Anası əslində bu evi 04.08.2005-ci il tarixində X4 0,15 ha torpaq sahəsi ilə birlikdə almışdır. Evə dair alqı-satqı müqaviləsi bağlandığı andan həmin torpaq sahəsinin əvvəlki sahibinin adı qeydiyyatdan silinməli idi və torpaq sahəsi də anası X9 adına qeydiyyata alınmalı idi. Daha sonra iddiaçı iddia ərizəsinə dəqiqləşdirmə təqdim edərək Şamaxı rayon Dağ Bağırlı kəndində 0,15 ha həyətyanı torpaq sahəsinin X11 ilə X13 arasında 04 avqust 2005ci il tarixli 4 Ə/4/ nömrəli alqı-satqı müqaviləsi bağlanmış hesab olunmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsini müdafiə edərək və ona uyğun izahat verərək bildirdi ki, 2005-ci ildə alqı-satqı müqaviləsi bağlanmış və anası X13 həmin torpaq sahəsini üzərində yerləşən evlə birlikdə almış, lakin torpaq sahəsinə dair sənədləşmə aparılmamışdır. Hal-hazırda torpaq sahəsindən evlə birlikdə o və ailə üzvləri istifadə edirlər. Buna görə də iddianın təmin olunmasını məhkəmədən xahiş edir. Məhkəmə iclasında iştirak edən Cavabdeh2 izahat verərək bildirdi ki, Şamaxı rayon Dağ Bağırlı kəndində 0,15 ha həyətyanı torpaq sahəsi X10 evlə birlikdə satılmışdır. 2005ci ildən həmin torpaq sahəsi və ev X13 və onun ailə üzvlərinin istifadəsindədir. Həmin torpaq sahəsi ilə bağlı heç bir iddiası yoxdu. Buna görə də iddianın təmin edilməsinə etiraz etmədiyini bildirdi. Digər cavabdehlər məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmişlər və gəlməmələrinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişlər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsasən, məhkəmə mülki işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə proses iştirakçısının izahatını diləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. İş materiallarında olan Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın reyestrindən çıxarışından görünür ki, Şamaxı rayon Dağ Bağırlı kəndində 0,0447 ha torpaq sahəsi İddiaçı mülkiyyətindədir. İş materiallarında olan Azərbaycan Respublikası Dövlət Tikinti və Arxitektura Komitəsi Baş X7, Mülkiyyət Hüquqlarının Qeydiyyatı və Şəhərsalma Kadastr İdarəsinin 171 saylı Qeydiyyat Vəsiqəsinin surətindən görünür ki, Şamaxı rayon Dağ Bağırlı kəndində yerləşən ümümi sahəsi 338.8 kv/m yaşayış sahəsi 122 m2 olan ev alqı-satqı müqaviləsi ilə X9 mülkiyyətinə verilmişdir. İş materiallarında olan 03.12.2021-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin surətindən görünür ki, X9 vərəsələri X14 və İddiaçıdur və onların hər biri miras əmlakdan ½ irs almalıdır. Şəhadətnamədə verilən miras əmlakı X10 verilmiş 171 inventar iş nömrəsi ilə 01 nömrəli kitabında qeyd edilmiş qeydiyyat vəsiqəsinə əsasən Şamaxı rayon Dağ Bağırlı kəndində yerləşən ümümi sahəsi 338.8 kv/m yaşayış sahəsi 122 kv/m, 4 otaqlı olan fərdi yaşayış evindən ibarətdir. İş materiallarında olan 03.12.2021-ci il tarixli miras payın bağışlanması müqaviləsinin surətindən görünür ki, X14 Bakı şəhəri 23 saylı notariat ofisi tərəfindən 03.12.2021-ci il tarixdə verilmiş 2V/369 reystr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən 26.09.2013-cü ildə ölmüş anası X6 ona çatan ½ miras payını qardaşı İddiaçı İnqilab oğluna bağışlamışdır. İş materiallarında olan Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 14 saylı Şamaxı Ərazi İdarəsinin İddiaçı Abuturab oğluna ünvanladığı 25.11.2021-ci il tarixli № **********30 saylı məktundan görünür ki, Şamaxı rayon dövlət notariat kontorunda bağlanmış 04.08.2005-ci il tarixli 4ə-4-839 nömrəli alqı-satqı müqaviləsinə əsasən mərhumə X13 tərəfindən əldə olunmuş Şamaxı rayonun Dağ Bağırlı kəndində yerləşən fərdi yaşayış evinin yerləşdiyi 0.15 ha həyətyanı torpaq sahəsi Torpaq İslahatı zamanı evin əvvəlki mülkiyyətçisi X5 dörd nəfərdən ibarət olan ailəsinin mülkiyyətinə verilmişdir. Evin yerləşdiyi 0.15 ha həyətyanı torpaq sahəsi başqa şəxslərin mülkiyyətində olduğu üçün həmin torpaq sahəsinin üzərində mülkiyyət hüquqununun daşınmaz əmlakın dövlət restrində qeydiyyata alınması mümkün olmamışdır. İş materiallarında olan 02.08.2005-ci il tarixli 238 saylı Şamaxı rayon İHB-nın Dağ Bağırlı İƏD-si üzrə nümayəndiliyinin arayışından görünür ki, X5 Dağ Bağırlı kəndində 0.15 ha həyətyanı torpaq sahəsi və yaşayış evi vardır. İş materiallarında olan 171 inventar nömrəli fərdi yaşayış fonduna daxil olan yaşayış evinin texniki pasportun surətindən görünür ki, Şamaxı rayon Dağ Bağırlı kəndində yerləşən ümümi sahəsi 338.8 kv/m yaşayış sahəsi 122 m2 olan ev X9 mülkiyyətindədir. İş materiallarında olan 04 avqust 2005-ci il tarixli 244915 saylı müqavilənin surətindən görünür ki, X11 ilə X13 arasında müqavilə bağlanmışdır. Müqaviləyə görə X11 04 avqust 2005-ci il tarixli 07/171 nömrəli qeydə alma vəsiqəsi və şamaxı rayonlararası texnikiinvertarlaşdırma bürosunun 04 avqust 2005-ci il tarixli 35 nömrəli arayışına əsasən ona məxsus Şamaxı rayon Dağ Bağırlı kəndində yerləşən 1500 kv/m torpaq sahəsində yerləşən 1970-ci ildə tikilmiş ümümi sahəsi 338.8 kv/m yaşayış sahəsi 122 kv/m olan dörd otaqlı, divarı daş üstü dəmirdən ibarət yaşayış evini X1. Beləliklə, məhkəmə araşdırması zamanı tədqiq edilmiş sübutlarla müəyyən edilmişdir ki, Şamaxı rayon Dağ Bağırlı kəndində yerləşən 0.15 ha torpaq sahəsində yerləşən ümümi sahəsi 338.8 kv/m yaşayış sahəsi 122 kv/m olan dörd otaqlı fərdi yaşayış evi X8 məxsus olmuşdur. X11 04 avqust 2005-ci il tarixli 244915 saylı müqaviləyə əsasən 0.15 hektar torpaq sahəsində yerləşən ümümi sahəsi 338.8 kv/m yaşayış sahəsi 122 kv/m olan dörd otaqlı yaşayış evini 18.000.000 (on səkkiz milyon) manata iddiaçının anası X2, torpaq sahəsini və üzərindəki tikilini iddiaçıya təhvil verərək, başqa ünvana köçüb getmişdir. Lakin, tərəflər torpağa dair alqı-satqı müqaviləsini notarial qaydada yazılı müqavilə imzalamaqla rəsmiləşdirməmişlər. Həmin dövrdən hal-hazıradək qeyd olunan torpaq və üzərində yerləşən evdə fasiləsiz olaraq iddiaçı və onun ailə üzvləri yaşamış və sahiblik etmişlər. Başqa sözlə, tərəflərin hər ikisi alqı-satqı müqaviləsini faktiki olaraq icra etmişlər. Lakin, onlar əqdin notarial qaydada təsdiq edilməsindən boyun qaçırmışlar. Qeyd edilənlər səbəbindən alqı-satqı müqaviləsi qanunla müəyyən edilmiş qaydada bağlanmadığından, iddiaçı torpağın mülkiyyətçisi kimi həmin torpağa dair müvafiq sənədləşdirmə işlərini apara bilmir. Bu səbəbdən o, hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 324.4-cü maddəsinə əsasən müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir. Həmin Məcəllənin 324.5-ci maddəsinə əsasən iradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir. Bütün yuxarıda göstərilən işin faktiki hallarının məcmusunu nəzərə almaqla, həmçinin onlara tətbiq ediləcək şərh olunan hüquq normalarını rəhbər tutmaqla məhkəmə belə qənaətə gəlir ki, X3 rayonu Dağ Bağırlı kəndində 0.15 hektar həyətyanı torpaq sahəsində yerləşən fərdi yaşayış evini 04 avqust 2005-ci iİ tarixdə X10 faktiki olaraq satmışdır. Lakin, tərəflər torpaq sahəsinə dair alqı-satqı müqaviləsini notarial qaydada yazılı müqavilə imzalamaqla rəsmiləşdirməmişlər. Odur ki, məhkəmə hesab edir ki, Şamaxı rayonu Dağ Bağırlı kəndində 0.15 hektar həyətyanı torpaq sahəsinə dair X11 ilə X13 arasında 04 avqust 2005-ci il tarixdə alqı-satqı müqaviləsi bağlanmış hesab edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 217.4 və 218.3-cü maddələrinə müvafiq olaraq məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdıraraq, onlardan istifadə edərək, yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanaraq, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-in 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Şamaxı rayonu Dağ Bağırlı kəndində 0.15 hektar həyətyanı torpaq sahəsinə dair X11 ilə X13 arasında 04 avqust 2005-ci il tarixdə alqı-satqı müqaviləsi bağlanmış hesab edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Şamaxı Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Natiq İsmayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar