Azərbaycan Respublikası adından QƏRARDAD Şamaxı rayonu İş № 2(074)-405/2023 13.03.2023 ŞAMAXI RAYON MƏHKƏMƏSİ Şamaxı rayon Məhkəməsinin hakimi İsmayılov Natiq Əvəz oğlu, İddiaçı Cavabdeh qarşı “sabit pul məbləğində aliment” tələbinə dair iddia ərizəsinin məhkəmənin icraatına qəbul edilməsinin mümkünlüyünə baxaraq, müəyyənetdi: İddiaçı Cavabdeh qarşı “sabit pul məbləğində aliment” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 02 iyul 2011-ci il tarixdə doğulmuş oğlu X1 üçün atası Cavabdeh hər ay 200 manat sabit pul məbləğində alimentin alınaraq ona verilməsinə dair qətnamə qət edilməsini xahiş etmişdir. İddia ərizəsini və ona əlavə edilmiş sənədləri araşdıraraq məhkəmə hesab edir ki, iddianın yolverilməzliyinə görə iddia ərizəsinin qəbul edilməsindən imtina edilməlidir. Belə ki, iş materiallarında olan Şamaxı rayon Məhkəməsinin 22 avqust 2019-cu il tarixli 2(074)-772/2019 saylı qətnaməsinin surətindən görünür ki, iddiaçı X6 ilə Cavabdeh arasında xx.xx.2001-ci ildə Şamaxı rayon Qeydiyyat Şöbəsində bağlanmış, bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında xx.xx.2001-ci il tarixdə 213 nömrə ilə qeydə alınmış nikah qeydinin pozulması, tərəflərin birgə nikahlarından doğulmuş xx.xx.2003-cü il təvəllüdlü X4 və xx.xx.2011-ci il təvəllüdlü X7 iddiaçının (anasının)-X3 yanında qalması, Cavabdeh 07 iyun 2019-cu il tarixdən başlayaraq birgə nikahlarından doğulmuş xx.xx.2003-cü il təvəllüdlü X4 və xx.xx.2011-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər ay hər uşağa görə 100 manat olmaqla, cəmi 200 manat sabit pul məbləğində alimentin alınıb iddiaçı X5 verilməsi qət edilmişdir. İş materiallarında olan icra edilməyən və qismən icra edilən icra sənədinin məhkəməyə və ya digər orqana qaytarılması haqqında 13 may 2020-ci il tarixli qərardan görünür ki, tələbkar Hörmət (Heybətova) Günel Heybət qızı şöbəyə ərizə ilə müraciət edərək tələbkar olduğu aliment tələbinə dair Şamaxı rayon Məhkəməsinin 22 avqust 2019-cu il tarixli 2(074)- 772/2019 saylı icra sənədinin məhkəməyə qaytarılmasını xahiş etdiyindən icra sənədi Şamaxı rayon Məhkəməsinə qaytarılmışdır. “İcra Haqqında” Azərbaycan Respublikası Qanununun 23.1.1-ci maddəsinə əsasən tələbin icra edilmədiyi və ya qismən icra edildiyi icra sənədi tələbkarın ərizəsi əsasında icra sənədini vermiş məhkəməyə və ya digər orqana (notariusun icra qeydi isə tələbkara) qaytarılır. Həmin Qanunun 23.3-cü maddəsinə əsasən icra sənədinin qaytarılması bu Qanunun 23.1-ci maddəsində nəzərdə tutulan əsaslar aradan qalxdıqdan sonra tələbkar müraciət etdikdə sənəd yenidən icraya yönəldilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 153.2.2-ci maddəsinin tələbinə görə, eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə mübahisəyə dair məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi və ya iddiaçının iddiadan imtina etməsi ilə əlaqədar iş üzrə icraata xitam edilməsi və ya tərəflərin barışıq sazişinin təsdiq edilməsi haqqında məhkəmənin qərardadı olarsa, hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. Göründüyü kimi, İddiaçı Cavabdeh qarşı “sabit pul məbləğində aliment” tələbi əvvəlki iddia tələbi ilə eynilik təşkil edir və eyni tələb üzrə artıq məhkəmə qətnamə qəbul etmiş və həmin qətnamə qanuni qüvvəsini almışdır. Belə olan halda məhkəmə hesab edir ki, iddia ərizəsinin qəbulundan imtina olunmalıdır. Bununla belə məhkəmə iddiaçıya izah edir ki, iddiaçının Şamaxı rayon Məhkəməsinin 22 avqust 2019-cu il tarixli 2(074)-772/2019 saylı icra sənədinin icraya yönəldilməsi barədə Şamaxı rayon Məhkəməsinə müraciət etmək hüququ vardır. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikasının MPM-in 153, 263-264, 267-268-ci maddələrini rəhbər tutaraq qəraraaldı: İddiaçı Cavabdeh qarşı “sabit pul məbləğində aliment” tələbinə dair iddia ərizəsinin qəbul edilməsindən imtina edilsin. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Şamaxı rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Natiq İsmayılov
Məhkəmə qərarları › İş №2(074)-405/2023
Şamaxı Rayon Məhkəməsi Qərardad — İş №2(074)-405/2023
13.03.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver