Məhkəmə qərarları › İş №2(074)-417/2023

Şamaxı Rayon Məhkəməsi Qətnamə — İş №2(074)-417/2023

17.08.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şamaxı rayonu İş № 2(074)-417/2023 17.08.2023 ŞAMAXI RAYON MƏHKƏMƏSİ X12 Murtuza oğlunun sədrliyi, Abdullayev Əsgər Yadigar oğlunun katibliyi, İddiaçı və müstəqil tələb irəli sürməyən üçüncü şəxs Şamaxı Rayon İcra Hakimiyyətinin Qəyyumluq və Himayəçilik üzrə Komissiyasının üzvü X3 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “nikahın pozulması, uşağın ananın yanında saxlanması və aliment” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Şamaxı Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı Cavabdeh qarşı “nikahın pozulması, uşağın ananın yanında saxlanması və aliment” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ilə xx.xx.2013-cü il tarixdə bağlanmış və bu barədə Qobustan rayon Təklə Mirzəbaba kəndi üzrə nümayəndəliyində qeydə alınmış 15 nömrəli nikah qeydinin pozulması, birgə nikahdan xx.xx.2014-cü ildə doğulmuş Sənan və xx.xx.2015-ci ildə doğulmuş Samirə adlı övladlarının onun yanında qalması və uşaqların yetkinlik yaşına çatana kimi saxlanması üçün hər ay hər uşağa görə 200 manat sabit pul məbləğində alimentin cavabdehdən onun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh ilə xx.xx.2013-cü ildə rəsmi nikaha daxil olub, ailə qurmuşdur. Birgə nikahdan xx.xx.2014-cü ildə Sənan və xx.xx.2015-ci ildə Samirə adlı övladları doğulmuşdur. Son vaxtlar aralarında yaranmış bəzi gərginliklər ayrılmaqlarına səbəb olmuşdur. Baş vermiş mübahisələrə görə, dəfələrlə ayrılıb, sonra barışmışlar. Artıq boşanmaq fikri qətidir. Hazırda övladları ilə birlikdə valideynlərinin evində yaşayır. Bundan başqa, uşaqların saxlanması üçün cavabdehdən hər ay hər uşağa görə 200 manat alimentin tutulmasını istəyir. Məhkəmə iclasında İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək, məhkəmə tərəfindən verilmiş 3 aylıq müddət ərzində cavabdehlə aralarında barışıq əldə olunmadığını nəzərə alıb, iddia tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında Şamaxı Rayon İcra Hakimiyyətinin Qəyyumluq və Himayəçilik Komissiyasının üzvü X7 göstərdi ki, hazırki iş üzrə tərəflər arasında mübahisə ilə bağlı Qəyyumluq və Himayəçilik Komissiyası tərəfindən müvafiq rəy tərtib edilərək, məhkəməyə təqdim edilmişdir. Tərəflərin birgə nikahından olan azyaşlılarla müvafiq söhbət aparılmış, söhbət zamanı uşaqlar anaları ilə yaşadıqlarını və gələcəkdə də, anaları ilə yaşamaq istədiklərini bildirmişdirlər. Uşaqların anaya bağlılığını və ana qayğısına daha çox ehtiyaclarının olması nəzərə alınaraq, xx.xx.2014-cü ildə doğulmuş X5 və xx.xx.2015-ci ildə doğulmuş X1 anası İddiaçı yanında saxlanılması məqsədəmüvafiq hesab edilmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasında iştirak etməmiş və iştirak etməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən, məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan nikah haqqında şəhadətnamədən görünür ki, Cavabdeh ilə X6 arasında xx.xx.2013-cü il tarixdə Qobustan rayon Təklə Mirzəbaba kəndi üzrə ərazi nümayəndəliyində nikah bağlanmış, bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında həmin tarixdə 15 nömrə ilə qeyd edilmişdir. Nikah bağlandıqdan sonra ərə “Şaqavatov”, arvada “Şaqavatova” soyadı verilmişdir. İş materiallarında olan doğum haqqında şəhadətnamələrin təsdiq edilmiş surətindən görünür ki, hazırki iş üzrə tərəflərin birgə nikahından xx.xx.2014-cü il tarixdə X5 və xx.xx.2015-ci il tarixdə X4 doğulmuşdur. İş materiallarından görünür ki, məhkəmənin xx.xx.2023-cü il tarixli qərardadı ilə tərəflərə barışıq üçün 3 ay vaxt verilməklə, məhkəmə iclası təxirə salınmış, eyni zamanda, tərəflərin birgə nikahından olan xx.xx.2014-cü il təvəllüdlü X5 və xx.xx.2015-ci il təvəllüdlü X1 valideynlərindən hansının yanında qalmasının müəyyən edilməsi üçün, yerli icra hakimiyyətinin qəyyumluq və himayə orqanı işə cəlb edilmişdir. Məhkəməyə təqdim olunmuş rəydə göstərilir ki, “Komissiya tərəfindən müəyyən edilmişdir ki, İddiaçı azyaşlı uşaqları ilə birlikdə ünvan 1 ünvanında kirayədə yaşayır, ev bir mərtəbəli, üç otaqdan ibarətdir, təbii qaz, su və elektrik enerjisi ilə təmin olunub, mənzil-məişət şəraiti əlverişlidir, ev azyaşlıların orada yaşaması və sağlam böyüməsi üçün normal vəziyyətdədir, ailənin maddi təminatı normaldır. Şaqavatov X2 rayonunun Nəvahi qəsəbəsində özünə məxsus bir mərtəbəli, dörd otaqlı fərdi yaşayış evində yaşayır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 52-ci maddəsinin tələblərinə görə, xx.xx.2014-cü il təvəllüdlü X5 və xx.xx.2015-ci il təvəllüdlü X4 ilə müvafiq söhbət aparılmış, söhbət zamanı uşaqlar anaları ilə yaşadıqlarını və gələcəkdə də, anaları ilə yaşamaq istədiklərini bildirmişdirlər. Qeyd olunanlara əsasən, Şamaxı Rayon İcra Hakimiyyətinin yanında Qəyyumluq və Himayəçilik Komissiyası xx.xx.2014-cü il təvəllüdlü X5 və xx.xx.2015-ci il təvəllüdlü X1 anaları İddiaçı yanında qalmalarını məqsədəmüvafiq hesab etmişdir. İş materiallarından və məhkəmə iclasında verilmiş izahatdan müəyyən olunur ki, iddiaçı ilə cavabdeh uzun müddətdir faktiki olaraq ayrılmışlar və onların barışması qeyri-mümkündür. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 19.1-ci maddəsinə əsasən, bu Məcəllənin 17.2-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla ər-arvadın yetkinlik yaşına çatmayan ümumi uşaqları olduqda və ya ər (arvad) nikahın pozulmasına razı olmadıqda nikah məhkəmə qaydasında pozulur. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 20.1-ci maddəsinə əsasən, ər-arvadın birgə yaşamasının və ailənin saxlanmasının qeyri-mümkünlüyü məhkəmə tərəfindən müəyyən edildikdə, nikah məhkəmə qaydasında pozulur. Məhkəmə qeyd edir ki, tərəflər ayrı yaşadıqlarından, birgə təsərrüfat aparmadıqlarından, artıq onlar biri-digəri qarşısında nikahdan irəli gələn ər-arvadın bir-birini saxlamaq, onun qayğısına qalmaq kimi vəzifələrin daşıyıcıları deyildirlər. Buna görə də, hər hansı əhəmiyyətə malik olmayan, formal olaraq zahiri görünüş cəhətdən mövcud olan tərəflərin nikahının mövcud olmaqda davam etməsinə hər hansı bir zərurət yoxdur. Həmçinin, müəyyən olundu ki, tərəflərin birgə nikahından olan xx.xx.2014-cü il təvəllüdlü X5 və xx.xx.2015-ci il təvəllüdlü X4 hazırda anaları İddiaçı yanında qalır və qəyyumluq və himayəçilik orqanı birgə nikahdan olan uşaqların analarının yanında qalmasını məqsədəmüvafiq hesab etmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 22.2.1 və 22.2.2-ci maddələrinə əsasən, məhkəmə nikah pozulduqdan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərindən hansının yanında qaldığını, uşaqlar üçün alimentin hansı valideyndən və hansı miqdarda tutulduğunu müəyyən etməlidir. Göstərilən qanunvericilik normasına əsasən, məhkəmə hesab edir ki, birgə nikahdan doğulmuş yetkinlik yaşına çatmayan uşaqların hazırda analarının yanında qalması və ana qayğısına daha çox ehtiyacının olması və digər mənafeləri nəzərə alınaraq, tərəflərin nikahları pozulduqdan sonra, xx.xx.2014-cü il təvəllüdlü X5 və xx.xx.2015-ci il təvəllüdlü X4 iddiaçının (anası) İddiaçı yanında qalmalı və uşaqların saxlanılması üçün cavabdehdən hər ay sabit pul məbləğində aliment tutulmalıdır. Belə ki, Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 75.1-ci maddəsinə görə valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 75.4-cü maddəsinə görə, uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutula bilər. Həmin Məcəllənin 78.1-ci maddəsinə görə, valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2016-cı il tarixli qərarında qeyd olunur ki, qətnamənin nəticə hissəsində uşağın kimin yanında qalması məsələsi həll edilərkən, uşaq həmin valideynin yanında deyildirsə, onda gələcəkdə qətnamənin icrasında yaranacaq qeyri-müəyyənliyi aradan qaldırmaq, eləcə də yetkinlik yaşına çatmamışın hüquqlarının müdafiəsini təmin etmək üçün, onun digər valideyndən alınıb yanında qalması müəyyən edilən valideynə verilməsi məsələsi də həll edilməlidir. Məhkəmə tərəflərin maddi və ailə vəziyyətini, cavabdehin də, uşağın valideyni olaraq onu saxlamaq vəzifəsinin olmasını, bununla belə, uşağın saxlanılması ilə bağlı gündəlik qayğıların iddiaçının üzərinə düşməsini və diqqətəlayiq olan digər halları nəzərə alaraq hesab edir ki, xx.xx.2014-cü il təvəllüdlü X5 və xx.xx.2015-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün, hər ay hər uşağa görə 160 manat sabit pul məbləğində aliment cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Beləliklə də, məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, iddiaçı ilə cavabdeh arasında xx.xx.2013-cü il tarixdə Qobustan rayon Təklə Mirzəbaba kəndi üzrə ərazi nümayəndəliyində bağlanmış, bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında xx.xx.2013-cü il tarixdə 15 nömrə ilə qeyd edilmiş nikah pozulmalı, tərəflərin birgə nikahından doğulmuş xx.xx.2014-cü il təvəllüdlü X5 və xx.xx.2015-ci il təvəllüdlü X4 anaları İddiaçı yanında qalmalı, xx.xx.2014-cü il təvəllüdlü X5 və xx.xx.2015-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanması üçün, xx.xx.2023-cü il tarixdən başlayaraq, hər ay hər uşağa görə 160 manat olmaqla, cəmi 320 manat sabit pul məbləğində aliment Cavabdeh tutularaq, İddiaçı ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia qismən təmin edilsin. Cavabdeh ilə İddiaçı arasında xx.xx.2013-cü il tarixdə Qobustan rayon Təklə Mirzəbaba kəndi üzrə ərazi nümayəndəliyində bağlanmış, bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında xx.xx.2013-cü il tarixdə 15 nömrə ilə qeyd edilmiş nikah pozulsun. Tərəflərin birgə nikahından doğulmuş xx.xx.2014-cü il təvəllüdlü X5 və xx.xx.2015-ci il təvəllüdlü X4 anaları İddiaçı yanında qalsın. xx.xx.2014-cü il təvəllüdlü X5 və xx.xx.2015-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanması üçün, xx.xx.2023-cü il tarixdən başlayaraq, hər ay hər uşağa görə 160 manat olmaqla, cəmi 320 (üç yüz iyirmi) manat sabit pul məbləğində aliment Cavabdeh tutularaq, İddiaçı ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətinə Şamaxı Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1(bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Fərid Yaqubov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar