Məhkəmə qərarları › İş №2(074)-447/2020

Şamaxı Rayon Məhkəməsi Qətnamə — İş №2(074)-447/2020

29.07.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Torpaq üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şamaxı rayonu İş № 2(074)-447/2020 29.07.2020 ŞAMAXI RAYON MƏHKƏMƏSİ Şamaxı Rayon Məhkəməsinin hakimi Hümbətov Etibar Zülfüqar oğlunun sədrliyi, Abdullayev Əsgər Yadigar oğlunun katibliyi, İddiaçı iştirakı ilə İddiaçı cavabdehlər Şamaxı rayon Notariat Kontoru, DƏDRX-nin 14 saylı X30, X12, 3-cü şəxslər X13, X29, X17, X14, Maraqlı şəxs1, Maraqlı şəxs2, Maraqlı şəxs3, Maraqlı şəxs4 qarşı “torpaq sahəsinin və ya onun pulla dəyərinin alınmasına dair” iddia ərizəsi üzrə mülki işə Şamaxı Rayon Məhkəməsinin binasında, açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Şamaxı rayon Notariat Kontoru, DƏDRX-nin 14 saylı X30, 3-cü şəxslər X12, X13, X29, X17, X14, Maraqlı şəxs1, Maraqlı şəxs2, Maraqlı şəxs3, Maraqlı şəxs4 qarşı “etibarnamələrin, alqı-satqı müqavilələrinin və çıxarışların etibarsızılığına dair” iddia qaldıraraq, Şamaxı rayon Çıraqlı kənd ərazisində yerləşən JN 0040 ,KOD 41014038 nömrəli Torpağa Mülkiyyət Hüququna Dair Dövlət Aktı sənədi əsasında alınmış AN-İ № ******* Daşınmaz Əmlakın Alqı-satqı müqaviləsinin və AN-İ № ******* X31-satqı müqaviləsinin etibarsızlığı və onun əsasında verilmiş, ******* nömrəli Daşınmaz Əmlakın Dövlət Reyster Xidməti tərəfindən verilmiş Çıxarışın, ******* nömrəli Daşınmaz Əmlakın Dövlət Reyster. Xidməti tərəfindən verilmiş Çıxarışın və ******* nömrəli Daşmmaz Əmlakın Dövlət Reyster Xidməti tərəfindən verilmiş Çıxarışın və Şamaxı rayon DNK-nun xx.xx.2006-cı il tarixli 7E-1944 nömrəli Etibarnamənin ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbin həcminin artırılmasına dair məhkəməyə ərizə təqdim edərək, cavabdeh X6, ona məxsus 2,40 ha pay torpağının istifadəsinə qaytarılması, torpaq olmadığı halda bu günki, bazar qiyməti olan 7200 manat dəyərinin alınıb verilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Azərbycan Respublikası Mülki Prosesual Məcəlləsinin 53-cü maddəsinə əsasən, iddiaçı məhkəmə tərəfindən qətnamə qəbul edilənə kimi iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa haqlıdır. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsini müdafiə edərək izahat verib bildirdi ki, Şamaxı rayon X19 15 12.1997-ci il tarixli 32 nömrəli qərarı ilə Torpağa Mülkiyyət Hüququna Dair JN-0040 nömrəli və 41014038 Kodlu Dövlət Aktına əsasən 8 nəfərdən ibarət ailə üzvünə 19,16 ha pay torpağı verilmişdir. Anası Maraqlı şəxs1 ilə atası X12 rəsmi olaraq boşanmış və anasına məxsus pay torpağını atası cavabdeh Qəhrəmanov Əzizağa əkib-becərirdi, 2013-cü il tarixdən ailə qurmuş, ailəlidir və 1 övladı vardır. Heç bir yerdə işləmir, evdar qadındır. Dövlət tərəfindən verilən pay torpaqdan istifadə edə bilmir, dəfələrlə torpağın öz istifadəsinə qaytarılmasını bildirsədə cavabdeh torpağı başqasına satdığını bildirmişdir. Odur ki, payına düşən pay torpağının istifadəsinə qayıtması üçün məcburiyyət qarşısında qalıb məhkəməyə müraciət etmiş və məlum olmuşdur ki, atası həmin torpaqları xəbərləri olmadan 3 nəfərlə alqı-satqı etmiş və nəticədə alqı-satqı-müqaviləsi əsasında çıxarışda almışlar, hətta atasının verdiyi etibarnamə əsasında da torpaqlar alqı-satqı olmuşdur və Şamaxı rayon xüsusi Notoriat kontoru tərəfindən əsassız olaraq alqı-satqı müqaviləsi bağlanmışdır. Odur ki, cavabdeh X6, ona məxsus 2,40 ha pay torpağının istifadəsinə qaytarılması, torpaq olmadığı halda bu günki, bazar qiyməti olan 7200 manat dəyərinin alınıb verilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımı qaydada məlumatlandırılmış cavabdehlər və 3-cü şəxslər məhkəmə iclasında iştirak etməmişdirlər. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə, iddiaçının izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təminedilməlidir. İş materiallarında olan torpağa mülkiyyət hüququna dair JN-00xx xxx 41014038 saylı dövlət aktının surətindən görünür ki, İddiaçı Ağaşirin qızı, X12, X15, Maraqlı şəxs1, Maraqlı şəxs2, Maraqlı şəxs3, Maraqlı şəxs4, İddiaçı Şamaxı rayon AİK-nın xx xxxxxx 1997-ci il tarixli 15 nömrəli qərarı ilə 19,16 ha torpaq sahəsi verilmişdir. İş materiallarında olan Şamaxı rayon Notariat Kontorunda xx.xx.2015-ci il tarixdə 4Ə-652 nömrə ilə reyestrdə qeyd edilmiş X16 ilə X13 arasında bağlanmış AN-İ № ******* saylı daşınmaz əmlakın alqı-satqı müqaviləsindən görünür ki, X5 rayonu Çıraqlı kəndi ünvanında yerləşən 90877 kv/m torpaq sahəsini 9000 manat qarşılığında X1. İş materiallarında olan Hüquqların dövlət qeydiyyatı haqqında DƏDR-dən Seriya RX № ******* saylı Çıxarışın surətindən görünür ki, ünvan 1ində yerləşən 9,0877 ha torpaq sahəsi X7 məxsusdur. İş materiallarında olan AN-İ № ******* saylı daşınmaz əmlakın alqı-satqı müqaviləsinin surətindən görünür ki, X16 tərəfindən verilmiş etibarnaməyə əsasən onun adından çıxış edən Şamaxı rayonunun Çıraqlı kəndində yaşayan xx.xx.1967-ci ildə doğulmuş X3 İsrəfıl Xubyar oğlu tərəfindən verilmiş etibarnaməyə əsasən onun və eləcədə öz adından çıxış edən Mingəçevir şəhəri, Ş.İ.Xətai küçəsi, ev 14 A, m. 39-da yaşayan xx.xx.1978-ci ildə doğulmuş X26 Azərbaycan Respublikası Dövlət Torpaq komitəsi tərəfindən verilmiş JN 01xx xxx 41004038 nömrəli torpağa mülkiyyət hüququna dair Dövlət aktına əsasən Şamaxı rayonunun Çıraqlı kəndi ərazisində yerləşən 19,16 hektar torpaq sahəsindən 32444,00 kv.m torpaq sahəsini X26, 68308,37 kv.m torpaq sahəsini X2. İş materiallarında olan Hüquqların dövlət qeydiyyatı haqqında DƏDR-dən Seriya MH № ******* saylı Çıxarışın surətindən görünür ki, ünvan 1ində yerləşən 3,2444 ha torpaq sahəsi X26 məxsusdur. İş materiallarında olan Hüquqların dövlət qeydiyyatı haqqında DƏDR-dən Seriya MH № ******* saylı Çıxarışın surətindən görünür ki, ünvan 1ində yerləşən 3,552033 ha torpaq sahəsi X11 məxsusdur. İş materiallarında olan Hüquqların dövlət qeydiyyatı haqqında DƏDR-dən Seriya MH № ******* saylı Çıxarışın surətindən görünür ki, ünvan 1ində yerləşən 3,278804 ha torpaq sahəsi X11 məxsusdur. İş materiallarında olan Şamaxı rayon Məhkəməsinin 2(074)-246/2020 saylı, xx xxxx 2020ci il tarixli qətnaməsinin surətindən görünür ki, İddiaçı cavabdeh X8 qarşı “torpağın naturada bölünməsinə dair” iddia tələbi rədd edilməsi qət edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinin tələbinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. İşin müəyyən edilmiş hallarından görünür ki, Şamaxı rayon X19 xx.xx.1997-ci il tarixli 15 saylı qərarına əsasən 19,16 ha torpaq sahəsi iddiaçının, eləcə də X12, X15, Maraqlı şəxs1, Maraqlı şəxs2, Maraqlı şəxs3, Maraqlı şəxs4 mülkiyyətlərinə ayrılmış, bu barədə dövlət aktı qeydiyyat kitabında qeydiyyat aparılaraq, torpağa mülkiyyət hüququna dair JN-00xx xxx 41014038 saylı Dövlət aktı verilmişdir. Cavabdeh tərəfin və digərlərinin birgə mülkiyyətində olan 19,16 ha torpaq sahəsinin 90877 m2 hissəsini AN-İ № ******* saylı müqaviləyə əsasən X7, AN-İ № ******* saylı müqaviləyə əsasən isə 32444,00 m2 hissəsini X26, 68308,37 m2 hissəsini X4 bununla da, İddiaçı Ağaşirin qızı, X12, X15, Maraqlı şəxs1, Maraqlı şəxs2, Maraqlı şəxs3, Maraqlı şəxs4 eləcə də iddiaçının birgə mülkiyyətlərində olan 19,16 ha torpaq sahəsinə mülkiyyətçi hüquqlarına xitam verilmişdir. İddiaçı ona məxsus 2,40 ha pay torpağının istifadəsinə qaytarılması, torpaq olmadığı halda bu günki bazar qiyməti olan 7200 manat dəyərinin alınıb verilməsini tələb etsə də, iş üzrə olan sübutlarla müəyyən edilmişdir ki, onun birgə mülkiyyətdə olan torpaq sahəsindəki payı 2,395 (19,16 ha:8=2,395 ha) ha təşkil edir. İddiaçı eyni zamanda torpağın bazar qiymətinin 7200 manat olmasına dair də hər hansı sübutu təqdim etməmişdir. Məhkəmə iddiaçının həmin dəlili üzrə onu da qeyd etməyi zəruri sayır ki, torpağın bazar qiymətinin hazıda 7200 manat təşkil etməsi iddianın həmin hissədə tam təmin edilməsinə əsas ola bilməz. Belə ki, yanaşı yoxlanılmış sübutlarla müəyyən edilmişdir ki, iddiaçının digər mülkiyyətçilərlə birgə mülkiyyətində olan 19,16 ha torpaq sahəsinin özgəninkiləşdirilməsindən ümumilikdə 14940 manat pul əldə edilmişdir ki, həmin pulun yalnız 1867,50 (14940 manat:8=1867,50 manat) manatı iddiaçının birgə mülkiyyətdə olan torpaq sahəsinin dəyərini təşkil edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 213.2-ci maddəsinə əsasən əşya mülkiyyət hüququnda mülkiyyətçilərin hər birinin payı müəyyənləşdirilməklə (paylı mülkiyyət) və ya belə paylar müəyyənləşdirilmədən (birgə mülkiyyət) ümumi mülkiyyətdə ola bilər. Həmin Məcəllənin 223.1-ci maddəsinə əsasən birgə mülkiyyət hüququna əşyanın özgəninkiləşdirilməsi və ya birgə mülkiyyətin əmələ gəlməsinə əsas vermiş ümumiliyin mövcudluğuna son qoyulması ilə xitam verilir. Həmin Məcəllənin 223.3-ci maddəsinə əsasən ümumi əşya bölünərkən və ondan pay ayrılarkən mülkiyyətçilərin payları, əgər onların razılaşmasında ayrı qayda nəzərdə tutulmayıbsa, bərabər sayılır. Həmin Məcəllənin 203.1-ci maddəsinə əsasən daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat yazısı ləğv edildikdə, habelə daşınmaz əmlak tamamilə məhv olduqda, daşınmaz əmlaka mülkiyyət hüququ itirilir. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını tələb edə bilər. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə iş materiallarını araşdırıaraq hesab edir ki, iddiaçının digər mülkiyyətçilərlə birgə mülkiyyətində olmuş 19,16 ha torpaq sahəsinin özgəninkiləşdirilməsindən əldə edilmiş pul vəsaitindəki payının ayrılmasını tələb etmək hüququ olduğundan, 19,16 ha torpaq sahəsinin özgəninkiləşdirilməsindən əldə edilmiş 14940 manat pulun 1/8 hissəsi yəni 14940:8=1867,50 manat cavabdeh Əzizağa Qəhrəmanovdan alınıb iddiaçıya verilməli, iddia tələbi həmin hissədə qismən təmin edilməlidir. Məhkəmə bununla yanaşı hesab edir ki, iddiaçı digər mülkiyyətçilərlə birgə mülkiyyətində olmuş 19,16 ha torpaq sahəsinin 2,395 ha hissəsinə mülkiyyət hüququnu, o cümlədən onu istifadəsinə qaytarılmasını tələb etmək hüququnu itirdiyindən, iddia tələbi həmin hissədə təmin edilə bilməz. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216, 220, 230-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. İddiaçı JN-0040 saylı 41014038 kodlu Torpağa Mülkiyyət hüququna dair Dövlət Aktına əsasən 19,16 ha torpaq sahəsindən 2,395 hektarının payının qarşılığında 1867,50 manat pul cavabdeh X6 alınıb İddiaçı verilsin. İddia qalan hissədə rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Şamaxı Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. SƏDRLİK EDƏN: ETİBAR HÜMBƏTOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar