Azərbaycan Respublikası adından MƏHKƏMƏ ƏMRİ Şamaxı rayonu İş № 2(074)-454/2021 05.03.2021 ŞAMAXI RAYON MƏHKƏMƏSİ Şamaxı Rayon Məhkəməsinin hakimi İsmayılov Natiq Əvəz oğlu, Kreditor Soliton LTD MMC-nin Borclu qarşı “məhkəmə əmrinin çıxarılması barədə” ərizəsini və ərizəyə əlavə olunmuş sənədləri nəzərdən keçirərək, MÜƏYYƏN ETDİ: Təqdim edilmiş sənədlərdən görünür ki, Şirinov X1 LTD MMC-dən dəyəri 660 manat olan məişət əşyası əldə etmişdir. Borclunun müqavilə üzrə ödənişlər etdikdən sonra kreditora 450 manat borcu qalmışdır. Kreditor Soliton LTD MMC məhkəməyə müraciət edərək Borclu onun xeyrinə 450 manat əsas borc və 20 manat məbləğində ödənilmiş dövlət rüsumunun tutulması barədə məhkəmə əmri çıxarılmasını xahiş etmişdir. İş materiallarında olan 03.05.2019-cu il tarixli ********** nömrəli müqavilədən görünür ki, Şirinov X1 LTD MMC-dən dəyəri 660 manat olan məişət əşyası almış, ilkin ödəniş olaraq 60 manat ödədikdən sonra qalan 600 manat məbləğində pulu 12 ay müddətinə ayda 50 manat olmaqla ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan 25.11.2020-ci il tarixli 3173 nömrəli maliyyə arayışından görünür ki, Borclu 03.05.2019-cu il tarixli müqavilə üzrə 450 manat borcu vardır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 276.1-ci maddəsinə əsasən Kreditorun tələbi aşkardırsa və ya həmin tələb borclunun mübahisə edilməyən vəzifəsinə əsaslanırsa bu hallarda məhkəmə əmri verilə bilər. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 448.2-ci maddəsinə əsasən, borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz. Ərizəyə əlavə olunmuş sənədlərlə kreditorun tələbinin aşkar olduğu, tələb sadə yazılı formada bağlanmış əqdə və borclunun mübahisə edilməyən vəzifəsinə əsaslandığı təsdiq olunur. Buna görə də həmin tələb üzrə məhkəmə əmrinin verilməsini mümkün hesab edirəm. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanunun 8.3-cü maddəsinə görə məhkəmə əmri haqqında ərizələrdən 20 manat məbləğində dövlət rüsumu tutulur. Kreditor həmin məbləği ödədiyindən hesab edirəm ki, borcludan tələbkarın xeyrinə 20 manat məbləğində pul tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 275, 276, 280 və 281-ci maddələrini rəhbər tutaraq, ƏMR ETDİ: Borclu (xx.xx.1999-cu ildə Şamaxı rayonu, Bağırlı kəndində anadan olmuş, Şamaxı rayonu, Bağırlı kəndində qeydiyyatda olan) 450 manat məbləğində əsas borc və 20 manat məbləğində ödənilmiş dövlət rüsumu olmaqla, cəmi 470 manat məbləğində borc alınaraq kreditor Soliton LTD MMC-yə (Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti bina 24) ödənilsin. Borclu məhkəmə əmrini aldığı gündən 10 gün müddətinə verilmiş tələbə və ya onun hissəsinə qarşı əmri vermiş məhkəməni yazılı xəbərdar etməklə etiraz edə bilər. Məhkəmə əmrindən şikayət verilə bilməz. Sədrlik edən: Natiq İsmayılov
Məhkəmə qərarları › İş №2(074)-454/2021
Şamaxı Rayon Məhkəməsi Məhkəmə əmri — İş №2(074)-454/2021
05.03.2021 · Əmr icraatı - Müqavilə tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver