Məhkəmə qərarları › İş №2(074)-51/2025

Şamaxı Rayon Məhkəməsi Qətnamə — İş №2(074)-51/2025

24.02.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şamaxı rayonu İş № 2(074)-51/2025 24.02.2025 ŞAMAXI RAYON MƏHKƏMƏSİ Hakim İsmayılov Natiq Əvəz oğlunun sədrliyi, Alıyeva Sevinc Ağasəf qızının katibliyi, İddiaçı nümayəndəsi X2 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “uşağın onun yanında qalmasının müəyyən edilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Şamaxı Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun Cavabdeh ilə birgə nikahlarından doğulmuş 09 iyul 2014-cü il təvəllüdlü X6 və 14 sentyabr 2015-ci il təvəllüdlü X8 adlı uşaqlarının onun yanında qalmasının müəyyən edilməsi barədə qətnamə qətedilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, Cavabdeh ilə 20 avqust 2013-cü il tarixdə ailə qurmuşdur. Birgə nikahdan 09 iyul 2014-cü il təvəllüdlü X6 və 14 sentyabr 2015-ci il təvəllüdlü X8 adlı uşaqları anadan olub. Şamaxı Rayon Məhkəməsinin xx.xx.2021-ci tarixli qətnaməsi ilə onunla Cavabdeh arasında bağlanmış nikah pozulub. Bu barədə akt qeydləri kitabında xx.xx.2022-ci il tarixdə 77 nömrə ilə qeyd edilmişdir. Birgə nikahdan doğulmuş 09 iyul 2014-cü il təvəllüdlü X6 və 14 sentyabr 2015-ci il təvəllüdlü X8 anaları Cavabdeh Ağaməhəmmməd qızının yanında saxlanmış, uşaqların saxlanması üçün hər ay hər uşağa görə 100 manat olmaqla 200 manat aliment alınıb Cavabdeh verilməsi qət edilmişdir. Uşaqların saxlanması üçün aliment ödəyir. Cavabdeh tüfeyli həyat tərzi keçirir, hər gün ayrı-ayrı kafelərdə, restoranlarda, mehmanxanalarda və barlarda ayrı-ayrı adamlarla yüngül həyat tərzi keçirir, əxlaqsızlıqla məşğul olur, uşaqların təlimtərbiyəsi və təhsili ilə məşğul olmamaqla onlara qayğı göstərmir. Uşaqların inkişafına ciddi şəkildə maneçilik törədir. Təhsildən yayındıraraq uşaqları Bakı şəhərində sahibsiz buraxmışdır. Uşaqlar bir neçə gün tapılmadığından onları axtarıb Bakı şəhəri Sabunçu rayonunda zibillikdə sahibsiz halda aliminum metal bankalar topladıqları zaman tapıb. 02 may 2024-cü il tarixdə onları öz himayəsinə alaraq ünvan 1 ünvanına gətirib. Həkim müayinəsindən keçirib, müalicələrini təmin edib hal-hazıra kimi yanında saxlayır. Qeyd edir ki, hazırda uşaqları onun yanındadır. Onların bütün xərcləri onun tərəfindən ödənilir. Buna görə də məhkəmə qaydasında onların onun yanında qalmasının müəyyən edilməsinə zərurət var. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi X3 iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Əlavə olaraq bildirdi ki, cavabdeh uşaqlara baxa bilmir. Qonşuların dediyinə görə uşaqlara qonşular yemək verir ya da özləri gedib zibillikdən çörək tapıb yeyirlər. Cavabdeh işləyir uşaqlar isə evdə sahibsiz qalırlar. Cavabdehin qardaşı özü Vüsala zəng edib ki, uşaqlar çox baxımsızdır gəl onları apar. Vüsal da gedib onları həqiqətən də pis vəziyyətdə görüb gətirib. Hətta cavabdeh bir dəfə atası ilə danışıb əsəbləşən zaman bıçağı Aysun tərəfə atıb, bıçaq uşağın ayağından dəyib. Deyilənlərə bağlı görüntülər, fotoşəkillər və səs yazıları məhkməyə təqdim edilmişdir. Əvvəlki məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi və vəkili Vəkil qızı iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Əlavə olaraq ərizə təqdim edərək bildirdi ki, İddiaçı Cavabdeh qarşı hər hansı aliment tələbi yoxdur və gələcəkdə də olmayacaqdır. Əvvəlki məhkəmə iclasında iştirak edən Cavabdeh iddia ərizəsinə etiraz edərək təmin edilməməsini xahiş etdi. Əlavə olaraq bildirdi ki, o, uşaqlarını çox istəyir və onların Vüsala verilməsini istəmir. O, uşaqlara baxmaq üçün işləmiş, boş vaxtlarında isə özünə də zaman ayıraraq sosial şəbəklərə girmişdir. Aysuna bilmədən bıçaq atmış və təsadüfən bıçaq Aysuna dəymişdir. Vüsal yığılmış aliment borcunu ödəməmək məqəsdi ilə uşaları ondan almaq istəyir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasında iştirak etməmiş və iştirak etməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən, məhkəmə mülki işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan AZ-İ 472942 nömrəli nikahın pozulması haqqında şəhadətnamədən görünür ki, İddiaçı ilə Cavabdeh arasındakı nikah Şamaxı Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qətnaməsinə əsasən xx.xx.2021-ci il tarixdə pozulmuş, bu barədə nikahın pozulması haqqında akt qeydləri kitabında xx.xx.2022-ci il tarixdə 77 nömrə ilə qeyd edilmişdir. Nikah pozulduqdan sonra ərə “Ələkbərov”, arvada “Ələkbərova” soyadı verilmişdir ilə pozulmuşdur. İş materiallarında olan AZ-İİİ 334823 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X6 xx.xx.2014-cü il tarixdə Şamaxı şəhərində anadan olmuşdur. Atası İddiaçı, anası Cavabdehdır. İş materiallarında olan AZ-İİİ 642552 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X8 xx.xx.2015-ci il tarixdə Göyçay şəhərində anadan olmuşdur. Atası İddiaçı, anası Cavabdehdır. İş materiallarında olan Şamaxı Rayon Məhkəməsinin 2(074)-72/2021 saylı, 22 iyun 2021-ci il tarixli qətnaməsinin surətindən görünür ki, iddianın qismən təmin edilməsi, iddiaçı Cavabdeh ilə cavabdeh İddiaçı arasında 20 avqust 2013-cü ildə bağlanmış, bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında 274 nömrə ilə qeydə alınmış nikah qeydinin pozulması, tərəflərin birgə nikahlarından doğulmuş xx.xx.2014-cü il təvəllüdlü X6 və xx.xx.2015-ci il təvəllüdlü X5 iddiaçının (anasının) Cavabdeh yanında qalması, cavabdeh İddiaçı 28 iyul 2020-ci il tarixdən başlayaraq, birgə nikahlarından doğulmuş xx.xx.2014-cü il təvəllüdlü X6 və xx.xx.2015-ci il təvəllüdlü X1 üçün hər ay hər uşaq üçün 100 manat olmaqla, ümumlikdə 200 manat aliment alınıb iddiaçı Cavabdeh verilməsi qət edilmişdir. İş materiallarında olan Şamaxı Rayon İcra Hakimiyyəti yanında Qəyyumluq və Himayəçilik üzrə Komissiyanın 03 sentyabr 2024-cü il tarixli, 5-75/2-480/2024 nömrəli rəyindən görünür ki, Komissiya 09 iyul 2014-cü il təvəllüdlü X6 və 14 sentyabr 2015-ci il təvəllüdlü X5 ataları İddiaçı yanında qalmalarını məqsədəmüvafiq hesab edir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 21 oktyabr 2024-cü il tarixli, 11/540 nömrəli rəyindən görünür ki, xx.xx.2014-cü il təvəllüdlü X6 və xx.xx.2015-ci il təvəllüdlü X5 hal-hazırda ataları İddiaçı bağlılıqları (qarşılıqlı əlaqə zamanı müsbət emosiyalar keçirmək, vasitəsiz münasibət qurmaq arzusu, müntəzəm ünsiyyətə can atmaq, əlaqələrin azalması ilə əlaqədar narahat olmaq) müəyyən olunmaqla, anaları Cavabdeh bağlılıqları üzə çıxmır. xx.xx.2014-cü il təvəllüdlü X6 və xx.xx.2015-ci il təvəllüdlü X5 birbirlərinə hissi-emosional tələbatları yüksək olmaqla, uzun müddət ərzində ünsiyyətdə olmamaları emosional-iradi sferalarına neqativ təsir göstərə bilər. xx.xx.2014-cü il təvəllüdlü X6 və xx.xx.2015ci il təvəllüdlü X8 psixi inkişaflarına, yaş və fərdi-psixoloji xüsusiyyətlərinə görə ailədaxili qarşılıqlı münasibətlərlə bağlı fikirlərini müstəqil olaraq formalaşdırmaq qabiliyyətinə malik olmaqla, halhazırda onların psixikasında və davranışlarında hansı valideynin himayəsində yaşamalarını seçmələri ilə bağlı kənar psixoloji təsir əlamətləri müəyyən olunmur. İddiaçı hal-hazırda fərdipsixoloji xüsusiyyətlərində azyaşlı övladlarının emosional-iradi sferasına neqativ təsir göstərə biləcək aqressivlik əlamətləri müəyyən olunmur. Cavabdeh məhkəmə-psixoloji müayinəyə təqdim olunmadığından barəsində ekspert qarşısında qoyulan suala cavab verilməmişdir. Boşanmadan sonra uşağın hansı valideyninin himayəsinə verilməsinin məqsədəuyğun olmasının müəyyən olunması və həmin halın gələcəkdə uşağın psixi inkişafına və psixoloji vəziyyətinə necə təsir göstərəcəyinin proqnozlaşdırılması məhkəmə-psixoloji ekspertizasının səlahiyyətlərinə aid deyildir. İş materiallarında olan Şamaxı rayon icra və probasiya şöbəsinin 16 yanvar 2025-cü il tarixli məktubundan görünür ki, İddiaçı xx.xx.2024-cü il tarixdə 200 manat, xx.xx.2024-cü il tarixdə 460 manat ümumilikdə 660 manat ödəmişdir. Qalıq borc 4 manat təşkil edir. İş materiallarında olan iddiaçı tərəfindən təqdim edilmiş diskdə olan video görüntülərə baxış keçirilmiş və müəyyən edilmişdir ki, Cavabdeh günün müxtəlif vaxtlarında (hətta gecə vaxtı restorana bənzəyən məkanlardan) sosial şəbəklərdə canlı yayım açaraq başqa şəxslərlə söhbət edir. Beləliklə, məhkəmə iclasında tədqiq edilmiş sübutlarla müəyyən edildir ki, hazırki iş üzrə tərəflər 20 avqust 2013-cü il tarixdə rəsmi nikaha daxil olmaqla ailə qurmuşlar. Onların birgə nikahından 09 iyul 2014-cü il təvəllüdlü X6 və 14 sentyabr 2015-ci il təvəllüdlü X8 doğulmuşdur. Tərəflər arasında ailə münasibətləri baş tutmadığından məhkəmə tərəfindən onlar arasında bağlanmış nikah pozulmuş və birgə nikahdan doğulmuş uşaqlar cavabdehin yanında saxlanılmışdır Daha sonra uşaqlar 09 iyul 2014-cü il təvəllüdlü X6 və 14 sentyabr 2015-ci il təvəllüdlü X8 atası ilə birlikdə yaşamaq üçün onun yanına gəlmişdir. İddiaçı hazırki tələbində uşağın faktiki onunla yaşamasını əsas gətirərək, uşaqların onun himayəsində saxlanılmasını tələb edir. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Həmçinin 34-cü maddədə göstərilmişdir ki, ər ilə arvadın hüquqları bərabərdir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 5-ci maddəsi də belə məsələlərin həllində uşaqların mənafelərinin üstün tutulmalı olmasından bəhs edib. Həmçinin həmin qanunun 8-ci maddəsinə əsasən hər bir uşağın yaşamaq, normal şəraitdə fiziki, əqli və mənəvi cəhətdən inkişaf etmək hüququ vardır. Uşaq Hüquqları Haqqında BMT Konvensiyasının 9-cu maddəsində göstərilmişdir ki, «İştirakçı dövlətlər təmin edirlər ki, uşaq öz valideynlərinin arzusuna zidd olaraq onlardan ayrılmasın, bir şərtlə ki, məhkəmənin qərarına uyğun olaraq səlahiyyətli orqanlar tətbiq edilən qanuna və qaydalara müvafiq surətdə müəyyən etsinlər ki, bu ayrılıq uşağın ən yaxşı mənafeləri naminə labüddür. Belə ayrılıq o halda labüd ola bilər ki, valideynlər biri-birindən ayrı yaşasınlar və uşağın yaşayış yeri barədə qərar qəbul etmək lazım gəlsin». İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin mövqeyi də valideynləri ayrı yaşayan uşaqların yaşayış yerinin müəyyən olunması ilə bağlı məsələlərin həlli zamanı uşaqların mənafelərinə üstünlük verilməli olması ideyasına əsaslanır. Avropa Məhkəməsinin İnsan Hüquqları üzrə Avropa Konvensiyasının göstərilən məsələlərdən bəhs edən 8-ci maddəsilə və həmin konvensiyanın 7 saylı prtokolunun 5-ci maddəsilə bağlı formalaşmış hüquqi mövqeyinə diqqət etdikdə görərik ki, Avropa dəyərləri müstəvisində uşaqların saxlanması ilə bağlı atanın və ananın hüquqları fərdi maraq, uşaqların hüquqları isə daha üstün dəyər olan ictimai maraq kimi qiymətləndirilir və tələb olunur ki, belə məsələlərə baxılan zaman ictimai maraqla fərdi maraq arasında tarazlıq yaradılsın. Əgər uşaqların saxlanması ilə bağlı valideynlər arasında fikir ayrılığı yaranırsa dövlət uşaqların hüquqlarını ictimai maraq kimi qiymətləndirərək uşaqların tərəfindən mübahisəyə qarışır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin: 49.2-ci maddəsinə əsasən hər bir uşaq ailədə yaşamaq və tərbiyə almaq, öz valideynlərini tanımaq və onların qayğısından istifadə etmək, uşağın maraqlarına zidd olan hallar istisna olmaqla, onlarla birgə yaşamaq hüququna malikdir. 49.3-cü maddəsinə əsasən uşaq öz valideynləri tərəfindən tərbiyə olunmaq, öz maraqlarının təmin olunması, hərtərəfli inkişafı, onun ləyaqətinə hörmət olunması hüququna malikdir. 60.4-cü maddəsinə əsasən valideynlər ayrı yaşadıqda uşaqların yaşayış yeri onların razılığı ilə həll edilir. Valideynlər arasında razılıq olmadıqda, məhkəmə mübahisəni uşaqların hüquq və mənafelərini, onların rəyini və sair halları (uşaqların qardaş və bacılarına, valideynlərdən hər birinə olan bağlılığı, valideynlərin əxlaqi və digər şəxsi keyfiyyətləri, uşağın yaşı, onun inkişafı və tərbiyəsi üçün şərait yaradılması) nəzərə almaqla həll edir. Məhkəmə, işin hallarını, eləcə də Şamaxı Rayon İcra Hakimiyyəti yanında Qəyyumluq və Himayəçilik üzrə Komissiya və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi rəylərini, həmçinin uşaqların valideynləri tərəfindən tərbiyə olunmaq, valideyn qayğısından istifadə etmək və digər mənafelərini nəzərə alaraq, məhkəmə hesab edir ki, tərəflərin birgə nikahından doğulmuş 09 iyul 2014-cü il təvəllüdlü X6 və 14 sentyabr 2015-ci il təvəllüdlü X5 iddiaçının yanında yaşaması onun maraqlarının təmin olunması, hərtərəfli inkişafı və digər mənafeləri baxımından daha məqsədəmüvafiqdir. Odur ki, iddia təmin edilməli, tərəflərin birgə nikahından doğulmuş 09 iyul 2014-cü il təvəllüdlü X6 və 14 sentyabr 2015-ci il təvəllüdlü X8 iddiaçının himayəsinə verilməlidir. Məhkəmə həmçinin hesab edir ki, iddiaçının aliment tələbi olmadığından cavabdehdən iddiaçının xeyrinə aliment tutulması məsələsi həll edilməməlidir. Bununla yanaşı məhkəmə izah etməyi zəruri hesab edir ki, uşaq yetkinlik yaşına çatanadək iddiaçı istənilən vaxt aliment tələbi ilə bağlı məhkəməyə müraciət etmək hüququna malikdir. Bununla yanaşı məhkəmə hesab edir ki, məhkəmə xərclərinin ödənilməsi məsələsi də həll olunmalıdır. Belə ki, Mülki Prosessual Məcəllənin 107-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 115.0 və 115.0.1-ci maddələrində göstərilmişdir ki, ekspertlərə verilməli olan məbləğlər işə baxılması ilə əlaqədar məsrəflərə daxildir. Həmin Məcəllənin 119.1-ci maddəsində isə təsbit olunmuşdur ki, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Buna görə iş üzrə məhkəmə xərcinə daxil olan 100 manat məbləğində ekspertiza xərcinin 50 manatı İddiaçı, 50 manatı isə Cavabdeh tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin hesabına köçürülməlidir. Beləliklə də, məhkəmə hesab edir ki, iddia təmin edilməli, 09 iyul 2014-cü il təvəllüdlü X6 və 14 sentyabr 2015-ci il təvəllüdlü X8 atası İddiaçı yanında saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: İddia təmin edilsin. Tərəflərin birgə nikahlarından doğulmuş 09 iyul 2014-cü il təvəllüdlü X6 və 14 sentyabr 2015-ci il təvəllüdlü X8 atası İddiaçı himayəsində saxlanılsın. İş üzrə keçirilmiş ekspertizanın xərcini təşkil edən 100 manat pulun 50 manatı İddiaçı, 50 manatı isə Cavabdeh tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin (X4 kod 210005 VÖEN **********, m/h AZ41NABZ********************, S.W.İ.F.T. BİK CTREAZ22 Məhkəmə Ekspertiza Mərkəzi VÖEN: **********, Hesab: AZ34CTRE********************) hesabına köçürülsün. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Şamaxı Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Natiq İsmayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar