Azərbaycan Respublikası adından QƏTNAMƏ Şamaxı rayonu İş № 2(074)-512/2024 29.04.2024 ŞAMAXI RAYON MƏHKƏMƏSİ X8 Murtuza oğlunun sədrliyi, Tamarova Züleyxa Kamil qızının katibliyi ilə, İddiaçı Cavabdeh qarşı həqiqətə uyğun olmayan məlumatların təkzib edilməsi və işgüzar nüfuza vurulmuş zərərin əvəzinin ödənilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə Şamaxı Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı nüfuzdan salmağa, şəhid ailələri ilə icra hakimiyyəti arasında narazılıq yaratmağa, rayonda ictimai asayişin pozulmasına istiqamətlənmiş məlumatların cavabdeh tərəfindən təkzib olunması, icra hakimiyyətinin rəhbərliyi və kollektivinin nüfuzunun aşağı salınmasına yönəlmiş mənəvi zərərin əvəzi olaraq 100.000 manat dəyərində təzminatın ödənilməsi və ödəniləcək təzminatın rayonda yaşayan şəhid ailələrinin sosial müdafiəsinə yönəldilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Daha sonra, İddiaçı tərəfindən iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edilərək, Cavabdeh hazırki mülki iş üzrə qəbul olunmuş yekun məhkəmə qərarı qanuni qüvvəsini aldıqdan sonra 1 (bir) ay ərzində, kütləvi informasiya vasitələrində “Təkzib” başlığı altında, mətnində heç bir dəyişiklik edilmədən, “Cavabdeh adından İddiaçı barəsində yayımlanan məlumatların həqiqəti əks etdirmədiyini etiraf etməsi” məzmunlu təkzib verməsi və işgüzar nüfuza vurulmuş zərərin əvəzi olaraq 100.000 manat məbləğində pulun Cavabdeh tutularaq, İddiaçınə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Adil Məmmədov xx.xx.2011-ci il tarixdən Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə İddiaçı başçısı təyin edilmişdir. İşlədiyi rayonda onun ən böyük qazancı, əldə etdiyi nailiyyəti - ictimaiyyət arasında çalışqanlığı, zəhməti, bacarığı ilə qazandığı hörmət və özünə qarşı yaratdığı müsbət rəydir. Qobustan şəhər sakini Cavabdeh özünün “İnstagram” səhifəsində (“_qobustan_mereze” Qobustan şəhəri (Mərəzə)), eyni zamanda Qobustan Şəhəri” “Facebook” səhifəsində paylaşım edərək, rayonun şəhid bulağına, şəhid parkına göz dikilməsi, şəhid tədbirinə 500 manat xərcləyib, 1500 manat büdcədən pul silinməsi ilə bağlı iddialar səsləndirmiş, belə halların Qobustan rayonunda olmasını bildirmişdir. Qobustan rayonunda şəhid ailələrinə maddi yardımların əsasən İcra Hakimiyyəti tərəfindən göstərildiyindən, yerli büdcənin sərəmcamçısı İcra Hakimiyyəti olduğundan, Cavabdeh şəhid tədbirinə 500 manat xərcləyib, 1500 manat büdcədən pul silinməsi ilə bağlı iddialarının İddiaçınə yönəldiyi aşkar şəkildə başa düşülür. İddiaçı olaraq bu məsələnin Cavabdeh tərəfindən düşünülmüş şəkildə, İcra Hakimiyyəti ilə həssas təbəqə olan şəhid ailələri arasında uçurum yaratmaq və sonda rayonda pozuculuq yaratmağa yönəldilmiş bir addımdır. İddiaçı şəhid ailələrinə edilən bütün maddi yardımları şəffaf şəkildə, yalnız xəzinədarlıqla onların banklarda açılan hesablarına köçürməklə etmişdir. Burada hər hansı bir qanunsuzluq hallarının baş verməsi mümkün deyildir. İddiaçı tərəfindən hər hansı bir şəhid bulağının, şəhid parkının tikintisi üçün dövlət vəsaiti xərclənməmişdir. Yalnız Qobustan şəhərində mövcud olan parka Vətən müharibəsi şəhidi Fədail Nadirovun adı verilmiş, eyni zamanda Qobustan şəhəri, Heydər Əliyev prospektində Vətən müharibəsi şəhidi Sərxan Hacıyevin adına park salınmış və bulaq inşa edilmişdir. Cavabdeh sosial şəbəkədəki bu çıxışı İcra Hakimiyyətinin rəhbərliyi və kollektivinin nüfuzuna zərər vurmaqla yanaşı, eyni zamanda, şəhid ailələri arasında narazılıq yaratmaq, onları dövlətə qarşı qaldırmağa cəhd etməklə, böhtan xarakterli məlumat yaymaqla, nüfuzlarına ciddi zərər vurmuşdur. xx.xx.2024-cü il tarixə təyin edilmiş məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmış proses iştirakçıları məhkəmə iclasında iştirak etməmişdir. Eyni zamanda, İddiaçı nümayəndəsi Vəkil2 və Cavabdeh nümayəndəsi Vəkil1 məhkəməyə ünvanladıqları müraciətlərində, təyin olunmuş məhkəmə iclasında üzrlü səbəbdən iştirak edə bilməyəcəklərini göstərərək, iş üzrə yekun məhkəmə qərarının qəbul edilməsini xahiş etmişdirlər. Məhkəmənin xx.xx.2024-cü il tarixli iclasında İddiaçı nümayəndəsi – Bakı şəhəri 14 saylı Vəkil Bürosunun vəkili Vəkil2 iddia ərizəsinin məzmununa uyğun izahat verərək və iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizəni müdafiə edərək, iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmənin xx.xx.2024-cü il tarixli iclasında Cavabdeh nümayəndəsi – Bakı şəhəri 20 saylı Vəkil Bürosunun vəkili Vəkil1 iddia tələbini əsassız hesab edərək, təmin olunmamasını xahiş etmişdir. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan videogörüntü əks olunmuş diskdən görünür ki, Cavabdeh özünün sosial şəbəkədə olan səhifəsində paylaşım edərək, “Qobustan rayonunda yerləşən şəhid bulağına, şəhid parkına göz dikilməsi, şəhid tədbirinə 500 manat xərcləyib, 1500 manat büdcədən pul silinməsi, belə halların Qobustan rayonunda olması” ilə bağlı fikirlər səsləndirmişdir. İddia ərizəsinə əlavə edilmiş sənədlər: İddiaçı xx.xx.2022-ci il tarixli 113 saylı sərəncamı ilə X5 X2 büstünün son tamamlama işlərinin başa çatdırılması və il mərasiminin keçirilməsi məqsədilə əlavə 1100 manat, xx.xx.2023-cü il tarixli 77 saylı sərəncamı ilə il dönümü tədbirlərin keçirilməsi ilə əlaqədar, 16 X3 ailələrinə maddi yardım verilməsi üçün hər ailəyə 500 manat olmaqla, 8000 manat, xx.xx.2023-cü il tarixli 16 saylı sərəncam ilə Xocalı soyqırımının il dönümü ilə əlaqədar, Şəhid ailəsi X1 birdəfəlik yardım verilməsi məqsədilə, 600 manat, xx.xx.2022-ci il tarixli 99 saylı sərənsamı ilə Qobustan rayon Sündü kənd sakini şəhid X7 ailəsinə 1500 manat, xx.xx.2022-ci il tarixli 105 saylı sərəmcamı ilə X5 X2 büstünün qoyulması məqsədilə 4500 manat, xx.xx.2022-ci il tarixli 103 saylı sərəncamla 27 sentyabr Anım günü və ildönümü tədbirlərinin keçirilməsi ilə əlaqədar, 12 şəhid ailələrinə hər birinə 300 manat olmaqla, 3600 manat, xx.xx.2022-ci il tarixli 20 saylı sərəncamla Xocalı soyqırımının 30-cü ildönümünü yaxınlaşması ilə əlaqədar, şəhid ailəsi X1 600 manat vəsait ayrılması qərara alınmışdır. İş materiallarında olan ödəniş sənədlərindən görünür ki, İddiaçı tərəfindən ayrılmış bütün vəsaitlər aidiyyəti üzrə köçürülmüşdür. “Şərəf və ləyaqətin müdafiəsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında” Ali Məhkəmə Plenumunun xx.xx.1999-cu il tarixli Qərarının 1-ci bəndində göstərilir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 7-ci maddəsinə müvafiq olaraq, vətəndaşlar onların şərəf və ləyaqətlərini ləkələyən, həqiqətə uyğun olmayan məlumatların təkzib edilməsini məhkəmə yolu ilə tələb edə bilərlər. Məhkəmələrə izah edilsin ki, Mülki Məcəllənin 7-ci maddəsində müəyyən olunmuş qaydada təşkilatların və vətəndaşların işgüzar nüfuzu da müdafiə oluna bilər. Həmin Qərarın 3-cü bəndinə görə, məhkəmələr şərəf və ləyaqətin müdafiəsi barədə işlərə baxarkən üç halı aydınlaşdırmalı və onlara məcmu halında hüquqi qiymət verməlidir: məlumatın vətəndaşların və təşkilatların şərəf və ləyaqətini ləkələməsi; həmin məlumatların doğru olmaması; bu məlumatların yayılması. Məhkəmələrə izah edilsin ki, məlumat əxlaqi prinsiplər, istehsal-təsərrüfat, xidmət və ictimai fəaliyyətlə əlaqədar cəmiyyət, kollektiv və yaxud ayrı-ayrı şəxslər arasında vətəndaş barəsində mənfi rəy yaradırsa, o, şərəf və ləyaqəti ləkələyən məlumat hesab edilir. Məlumatın doğru olmaması dedikdə onun həqiqətə uyğun olmaması, yəni yalan olması anlaşılır. Məlumat başqa şəxsə, bir neçə şəxsə və yaxud qeyri-müəyyən şəxslər dairəsinə bildirildikdə yayılmış hesab edilir. Məlumat mətbuatda dərc edilməklə, radio və televiziya verilişlərində səsləndirilməklə, kinoxronikal proqramlarda nümayiş etdirilməklə, əsərlərdə təsvir edilməklə, yığıncaq və toplantılarda deyilməklə, məktub, ərizə və şikayətlərdə göstərilməklə, idarə, müəssisə və təşkilatlardan çıxan sənədlərdə qeyd edilməklə və s. üsullarla yayıla bilər. Həmin Qərarın 6-cı bəndinə görə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 7-ci maddəsinə müvafiq olaraq, başqasının şərəf və ləyaqətini ləkələyən məlumatların doğruluğunu sübut etmək vəzifəsi iddiaçının deyil, cavabdehin üzərinə düşür. Həmin Qərarın 7-ci bəndinə görə, vətəndaşın şərəf və ləyaqətini ləkələyən məlumatlar kütləvi informasiya vasitəsilə yayıldıqda, onların həqiqətə uyğun olmaması sübut edildikdə bu, kütləvi informasiya vasitəsində təkzib edilməlidir. Məhkəmə qeyd edir ki, iddiaçının barəsində yayılmış məlumatın doğru olduğunu sübut etmə vəzifəsi məlumatı yayan şəxsin, yəni cavabdehin üzərinə düşür. Cavabdeh isə məlumatın doğru olduğunu təsdiq edən heç bir sübutu məhkəməyə təqdim etməmişdir. Həmçinin, cavabdeh tərəfindən iddiaçı barəsində edilən müraciət (məlumat) elektron informasiya saytında əks olunduğundan, həmin məlumat yayılmış hesab olunur. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, cavabdeh yaydığı məlumatların doğruluğunu sübut edə bilmədiyindən, iddiaçı bu məlumatların həqiqətə uyğun olmayan məlumat hesab olunmasını tələb etməkdə haqlıdır. Məhkəmə həmçşinin, iddia tələbinin “işgüzar nüfuza vurulmuş zərərin əvəzinin ödənilməsi”nə dair hissəsinin hüquqi əsasını nəzərdən keçirərək hesab edir ki, iddiaçı Azərbaycan Respublikası Mülki Məcəlləsinin 23.1, 23.4, 1096.1 və 1097.1-ci maddələrinə əsasən, cavabdehdən zərərin əvəzinin ödənilməsini tələb etməkdə haqlıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 23.1-ci maddəsinə əsasən, fiziki şəxs onun şərəfini, ləyaqətini və ya işgüzar nüfuzunu ləkələyən, şəxsi və ailə həyatının sirrini və ya şəxsi və ailə toxunulmazlığını pozan məlumatların məhkəmə qaydasında təkzib olunmasını tələb edə bilər, bu şərtlə ki, həmin məlumatları yaymış şəxs onların həqiqətə uyğun olduğunu sübuta yetirməsin. Faktik məlumatlar natamam dərc edildikdə də, əgər bununla şəxsin şərəfinə, ləyaqətinə və ya işgüzar nüfuzuna toxunulursa, eyni qayda tətbiq edilir. Marağı olan şəxslərin tələbi ilə fiziki şəxsin şərəf və ləyaqətinin müdafiəsinə onun ölümündən sonra da yol verilir. 23.4-cü maddəsinə əsasən, şərəfini, ləyaqətini və ya işgüzar nüfuzunu ləkələyən məlumatlar yayılmış fiziki şəxsin həmin məlumatların təkzibi ilə yanaşı, onların yayılması nəticəsində vurulmuş zərərin əvəzinin ödənilməsini tələb etmək hüququ vardır. 23.6-cı maddəsinə əsasən, bu maddənin fiziki şəxsin işgüzar nüfuzunun müdafiəsinə dair qaydaları müvafiq olaraq hüquqi şəxsin işgüzar nüfuzunun müdafiəsinə də tətbiq edilir. 1096.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1096.2-ci maddəsinə əsasən, delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. 1097.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Göründüyü kimi, MM-in 1096.1-ci və 1097.1-ci maddələrinin tətbiqi üçün aşağıdakı şərtlər mövcud olmalıdır: əməl (hərəkət və ya hərəkətsizlik), həmin əməlin hüquqazidd (qeyri-hüquqi) olması, şəxsiyyətə və ya əmlaka dəymiş zərər, əməl ilə zərər arasında səbəbli əlaqə və təqsir. Mülki hüquq pozuntusundan irəli gələn tələbin təmin edilməsi üçün sadalanan şərtlərin hər biri məhkəmə tərəfindən müəyyən edilməlidir. Qeyd edilən elementlərdən birinin olmaması delikt öhdəliyinin yaranmasını istisna edir. Məhkəmə hazırkı mülki işin məhkəmə tərəfindən müəyyən edilmiş hallarına mülki hüquq pozuntusu (delikt) aspektindən yanaşaraq qeyd edir ki, cavabdehin iddiaçı qarşısında delikt normaları çərçivəsində mülki-hüquqi məsuliyyət daşıması üçün zəruri olan bütün şərtlər mövcuddur. Belə ki, cavabdehin iddiaçı barəsində onun şərəf və ləyaqətini ləkələyən həqiqətə uyğun olmayan məlumatları yayması yuxarıda göstərilən sübutlarla təsdiqlənmişdir. Bundan əlavə, cavabdeh həmin əməli törətməkdə təqsirlidir. Çünki, cavabdeh həmin məlumatı yayarkən iddiaçının şərəf və ləyaqətini ləkələdiyini dərk etmiş, bunu arzu edərək, mülki hüquq pozuntusuna şüurlu şəkildə yol vermişdir. Digər tərəfdən, cavabdeh iddiaçıya yönəlmiş ifadələrlə iddiaçının şərəf və ləyaqətini alçaldaraq, sonuncuya zərər yetirmişdir. Məhkəmə bu qənaətə gələrkən onu da nəzərə almışdır ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2002-ci il tarixli Qərarında göstərilmişdir ki, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri-əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərər çəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O, həm vurulmuş əmlak zərəri ilə birlikdə, yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Bununla yanaşı, məhkəmə qeyd edir ki, bəzi hallarda baş vermiş faktın özü mənəvi zərərin vurulmasının dəlili kimi qəbul edilir və bu faktın başqa dəlillərlə sübuta ehtiyacı olmur. Hazırki halda, cavabdeh tərəfindən iddiaçı barəsində yayılmış məlumat yalan və həqiqətə uyğun olmayan məlumat olmaqla, həmin məlumatın yayılması nəticəsində iddiaçının işgüzar nüfuzuna zərər vurulması mübahisəsizdir. Beləliklə, məhkəmə bu qənaətə gəlir ki, tələb üzrə mülki hüquq pozuntusunun bütün şərtləri müəyyən edildiyindən, iddiaçı qanunvericilikdə nəzərdə tutulmuş müdafiə vasitələrdən, o cümlədən, işgüzar nüfuza vurulmuş zərərin əvəzinin ödənilməsini tələb etməkdə haqlıdır. Məhkəmə, vurulmuş zərərin hansı miqdarda tutulması ilə bağlı qeyd edir ki, Ali Məhkəmənin Plenumunun xx.xx.2008-ci il tarixli “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi haqqında” Qərarının 10-cu bəndində qeyd edilmişdir ki, mənəvi zərərin miqdarı işin konkret hallarından asılı olaraq məhkəmə tərəfindən müəyyən edilir. Bu zaman mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətin və ya hərəkətsizliyin təhlükəlilik dərəcəsi, bunun nəticəsində zərərçəkənin keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlığı, zərərvuran şəxsin təqsiri (qəsd və yaxud ehtiyatsızlıq) və əmlak vəziyyəti, zərərçəkən şəxsin fərdi xüsusiyyətləri (azyaşlı və yaxud qadın olması, səhhəti ilə əlaqədar mənəvi sarsıntı və iztirablara dözümü, peşə və sənəti, cəmiyyətdə nüfuzu və s.), habelə işin sair diqqətəlayiq halları nəzərə alınmalıdır. Zərərin məbləği ağlabatan və ədalətli olmalıdır. Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23cü maddələrinin şərh edilməsinə dair” xx.xx.2002-ci il tarixli Qərarına görə, mənəvi zərərin ödənilməsi, habelə qanunvericilikdə nəzərdə tutulmuş başqa məhdudiyyətlərin tətbiq edilməsi Azərbaycan Respublikasının Konstitusiyası ilə qorunan digər əsas hüquq və azadlıqlarla mütənasib olmaqla, hər bir konkret halda məhkəmənin mülahizəsindən asılıdır. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 23-cü maddəsinin şərh edilməsinə dair” Konstitusiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli Qərarında qeyd olunur ki, mənəvi zərərin əvəzinin ödənilməsi tələbi maddi zərərin ödənilməsi tələbindən fərqləndirilməlidir. Maddi zərərin həcmi vurulmuş ziyanın həcmi ilə şərtlənsə də, mənəvi zərərin həcmi zərərçəkmiş şəxsin mülahizəsinə əsasən iddiada müəyyən edilir və məhkəmələr tərəfindən mənəvi zərərin həcmi (miqdarı) ədalətlilik və mütənasiblik meyarları baxımından qiymətləndirilməlidir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 41-ci maddəsinə, habelə digər normalarına əsaslanaraq, mənəvi zərərin müəyyən edilməsinə dair müvafiq təcrübə formalaşdırmışdır. Belə ki, Avropa Məhkəməsi mənəvi zərəri “nigarançılıq, ruhi sarsıntı və iztirab”, “həyəcan, acizlik və sarsıntı”, “məyusluq, ədalətsizlik hissi və uzunmüddətli qeyrimüəyyənlik” kimi səciyyələndirmişdir (Luluyev və digərləri Rusiyaya qarşı iş üzrə 2006-cı il 9 noyabr tarixli, Pelipenko Rusiyaya qarşı iş üzrə 2014-cü il 16 yanvar tarixli, Şiborş və Kuzmina Rusiyaya qarşı iş üzrə 2014-cü il 16 yanvar tarixli Qərarlar). Avropa Məhkəməsi Varnava və digərləri Türkiyəyə qarşı iş üzrə 2009-cu il 18 sentyabr tarixli Qərarında mənəvi zərəri şəxsin fiziki və ya psixoloji ağrı və əzabı, sıxıntı, narahatlıq, məyusluq, ədalətsizlik və ya alçalma hissi, uzun müddət davam edən qeyrimüəyyənlik, həyatın pozulması və ya real imkansızlıqdan əziyyət çəkən vəziyyəti kimi müəyyən etmiş və qeyd etmişdir ki, maddi zərərin müəyyən edilməsi zamanı məhkəmənin əsaslandığı obyektiv hallardan fərqli olaraq, mənəvi zərərin müəyyən edilməsində subyektiv və hissi ünsürlərə əsaslanaraq qərar qəbul edildiyindən, məhkəmə təcrübəsi baxımından nəzərə alınmalı olan ümumi qiymətləndirmə meyarlarının müəyyən edilməsi vacibdir. Mənəvi zərər müəyyən edildikdə, məhkəmələr tərəfindən hüquqa zidd əməlin növü, dərəcəsi, şiddəti, davam etdiyi müddət nəzərə alınmalıdır. Bu zaman hüquqa zidd hərəkətin hansı şəraitdə, mühitdə baş verməsinin müəyyən edilməsi də zəruridir. Məhkəmə, cavabdeh tərəfindən iddiaçı barəsində yayılmış məlumatların onun işgüzar nüfuzuna xələl gətirməsini, cavabdehin təqsirinin dərəcəsini və əmlak vəziyyətini, ədalətlilik və mütənasiblik prinsiplərini, habelə işin sair diqqətəlayiq hallarını nəzərə alıb hesab edir ki, cavabdehdən iddiaçının xeyrinə işgüzar nüfuza vurulmuş zərərin əvəzi olaraq 2000 manat məbləğində pulun tutulması məqsədəmüvafiqdir. Məhkəmə həmin məbləği ağlabatan və ədalətli hesab edir. Beləliklə, məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməli, hazırki iş üzrə qəbul olunmuş qətnamə qanuni qüvvəsini aldıqdan sonra, bir ay ərzində Cavabdeh “İnstagram” və ya “Facebook” sosial şəbəkədə olan səhifəsində “Təkzib” başlığı altında, “Cavabdeh adından İddiaçı barəsində yayımlanan məlumatların həqiqəti əks etdirmədiyini etiraf etməsi” məzmunlu təkzib verilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmalı, işgüzar nüfuza vurulmuş zərərin əvəzi olaraq 2000 manat məbləğində pul Cavabdeh tutularaq, İddiaçınə ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Qeyd edilən Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə və MPM-in 216-220-ci və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia qismən təmin edilsin. Hazırki iş üzrə qəbul olunmuş qətnamə qanuni qüvvəsini aldıqdan sonra, bir ay ərzində Cavabdeh “İnstagram” və ya “Facebook” sosial şəbəkədə olan səhifəsində “Təkzib” başlığı altında, “Cavabdeh adından İddiaçı barəsində yayımlanan məlumatların həqiqəti əks etdirmədiyini etiraf etməsi” məzmunlu təkzib verilməsi öhdəliyi cavabdehin üzərinə qoyulsun. İşgüzar nüfuza vurulmuş zərərin əvəzi olaraq 2000 (iki min) manat məbləğində pul Cavabdeh tutularaq, İddiaçınə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Şamaxı Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Fərid Yaqubov
Məhkəmə qərarları › İş №2(074)-512/2024
Şamaxı Rayon Məhkəməsi Qətnamə — İş №2(074)-512/2024
29.04.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver