Azərbaycan Respublikası adından QƏTNAMƏ Şamaxı rayonu İş № 2(074)-516/2022 24.05.2022 ŞAMAXI RAYON MƏHKƏMƏSİ Şamaxı rayon Məhkəməsinin hakimi İsmayılov Natiq Əvəz oğlunun sədrliyi, Tamarova Züleyxa Kamil qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “aliment” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Şamaxı şəhərində, Şamaxı rayon Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən e t d i: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, azyaşlı övladlarının X5 -25.09.2012-ci il təvəllüdlü, X7 -14.11.2013-cü il təvəllüdlü, X6- 21.01.2021-ci il təvəllüdlünün saxlanması üçün Cavabdeh hər ay hər uşağa 80 manat, ümumilikdə 240 manat sabit pul məbləğində aliment alınaraq ona verilməsi barədə qətnamə qət edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh ilə aralarında bağlanmış nikah qeydi 01.04.2021-ci il tarixdə 2(074) -384/2021 saylı qətnamə ilə Şamaxı rayon məhkəməsində pozulmuşdur. Birgə nigahda doğulmuş üç az yaşlı övladları onun himayəsində qalır. Birinci övladları - 25.09.2012-ci il təvəllüdlü X5, ikinci övladları - 14.11.2013-cü il təvəllüdlü X7, üçüncü övladları - 21.01.2021-ci il təvəllüdlü X2r. O, övladları ilə birlikdə valideynlərinin himayəsində qalır. Özü heç bir yerdə işləmir, övladlarının saxlanmasında çətinlik çəkir, onların tələbatını ödəyə bilmir. İki övladı məktəbə gedir, onlara gündəlik məktəb ləvazimatı lazım olur, o onu ödəyə bilmir. Cavabdehə dəfələrlə müraciət etmiş, ona övladlarının saxlanmasına maddi köməklik göstərsin. Hər uşağa 80 manat, ümumilikdə 240 manat aliment verməsinə aralarında razılaşmışlar. Lakin o istəyir ki, bu rəsmi qaydada olsun. Ona görədə o az yaşlı övladlarının saxlanması üçün “aliment tələbi” ilə məhkəməyə müraciət etməyi qərara almışdır. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edərək və ona uyğun izahat verərək bildirdi ki, cavabdeh uşaqlarla maraqlanmır. Buna görə də iddianın təmin olunmasını xahiş edir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən, məhkəmə mülki işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan AZ-İİ № 913347 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X5 25.09.2012-ci ildə Şamaxı şəhərində anadan olmuşdur. Atası Cavabdeh, anası X4r. İş materiallarında olan AZ-İİİ № 153349 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X7 14.11.2013-cü ildə Bakı şəhəri Yasamal rayonunda anadan olmuşdur. Atası Cavabdeh, anası X4r. İş materiallarında olan AZ-İV № 538086 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X6 21.01.2021-ci ildə Ağsu şəhərində anadan olmuşdur. Atası Cavabdeh, anası X4r. İş materiallarında olan Şamaxı rayon Məhkəməsinin 01.04.2021-ci il tarixli 2(074)- 384/2021 saylı qətnaməsindən görünür ki, X8 ilə Cavabdeh arasında 16.02.2012-ci il tarixdə Şamaxı rayon İHB-nin Göylər kənd nümayəndəliyində bağlanmış, nikahın bağlanması haqqında akt qeydləri kitabında 16.02.2012-ci il tarixdə 02 nömrəli akt qeydi ilə rəsmiləşdirilmiş nikah pozulmuş. Tərəflərin birgə nikahlarından doğuluş 25.09.2012-ci il təvəllüdlü X5, 14.11.2013-cü il təvəllüdlü X7 və 21.01.2021-ci il təvəllüdlü X6 iddiaçının (anasının)- X3 yanında qalmaları qət edilmişdir.. Məhkəmə hesab edir ki, Cavabdeh yetkinlik yaşına çatmamış uşaqların valideyni olduğundan və yetkinlik yaşına çatmamış uşaqlar iddiaçının yanında qaldığından, iddiaçı uşağın saxlanması üçün cavabdehdən aliment tutulmasını tələb etməkdə haqlıdır və aliment cavabdehdən hər ay sabit pul məbləği şəklində tutulmalıdır. Belə ki, Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 75.1-ci maddəsinə görə valideyinlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 75.4-cü maddəsinə görə isə uşaqların saxlanması üçün vəsait (aliment) valideyinlərdən məhkəmə qaydasında tutula bilər. Həmin Məcəllənin 78.1-ci maddəsinə görə valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Məhkəmə, tərəflərin maddi və ailə vəziyyətini, iddiaçının uşaqların valideyni olaraq onları saxlamaq vəzifəsinin olmasını, bununla belə sözügedən uşaqların saxlanılması ilə bağlı gündəlik qayğıların iddiaçının üzərinə düşməsini və diqqətəlayiq olan digər halları nəzərə alaraq hesab edir ki, uşaqların yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay hər uşağa görə 80 manat olmaqla, cəmi 240 manat sabit pul məbləğində aliment cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Bundan başqa, məhkəmə alimentin tutulma müddətini araşdıraraq hesab edir ki, alimentin tutulma müddəti İddiaçı aliment tələbi ilə məhkəməyə müraciət etdiyi vaxtdan, yəni 28 mart 2022-ci il tarixdən hesablanmalıdır. Belə ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. Məhkəmə eyni zamanda hesab edir ki, qətnamə dərhal icra edilməlidir. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 234.2.1-ci maddəsinə əsasən şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələr dərhal icra olunur. Beləliklə məhkəmə hesab edir ki, iddia təmin olunmalı, Cavabdeh 28 mart 2022-ci il tarixdən başlayaraq birgə nikahdan doğulmuş 25.09.2012-cı il təvəllüdlü X5, 14.11.2013cü il təvəllüdlü X7 və 21.01.2021-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay hər uşağa görə 80 manat olmaqla, cəmi 240 manat sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənilməli, qətnamənin alimentə dair hissəsi dərhal icra edilməli, iddianın qalan hissəsi təmin edilməməlidir. Məhkəmə həmçinin hesab edir ki, məhkəmə xərcinə daxil olan dövlət rüsumu da cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Belə ki, “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.2-ci maddəsinə əsasən, məhkəməyə verilən iddia ərizələrindən iddia qiyməti 1000 manatdan 10000 manatadək olduqda 30manat + 1000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi məbləğində dövlət rüsumu tutulur. Həmin Qanunun 9.1.2-ci maddəsinə əsasən, aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 112.1.3-cü maddəsinə əsasən, iddianın qiyməti, aliment alınması haqqındakı iddialarda - bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilən qanunvericilik normalarına əsasən məhkəmə hesab edir ki, məhkəmə xərcinə daxil olan dövlət rüsumu cavabdehə aid edilməli və buna görə də 48.8 manat məbləğində dövlət rüsumu cavabdehdən alınaraq dövlət büdcəsinə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2, 217.4 və 218.3-cü maddələrinə müvafiq olaraq məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdıraraq, onlardan istifadə edərək, yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanaraq, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-in 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. 25.09.2012-cı il təvəllüdlü X5, 14.11.2013-cü il təvəllüdlü X7 və 21.01.2021-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh 28 mart 2022-ci il tarixdən başlayaraq, hər ay hər uşağa görə 80 manat olmaqla, cəmi 240 manat sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənilsin. Cavabdeh 48,8 (qırx səkkiz manat səksən qəpik) manat məbləğində dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamənin alimentin tutulmasına dair hissəsi dərhal icra edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətinə Şamaxı Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Natiq İsmayılov
Məhkəmə qərarları › İş №2(074)-516/2022
Şamaxı Rayon Məhkəməsi Qətnamə — İş №2(074)-516/2022
24.05.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver