Məhkəmə qərarları › İş №2(074)-537/2023

Şamaxı Rayon Məhkəməsi Qətnamə — İş №2(074)-537/2023

04.07.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şamaxı rayonu İş № 2(074)-537/2023 04.07.2023 ŞAMAXI RAYON MƏHKƏMƏSİ X16 Murtuza oğlunun sədrliyi, Abdullayev Əsgər Yadigar oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “uşağın onun himayəsinə verilməsi və aliment öhdəliyindən azad olunması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Şamaxı Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı Cavabdeh qarşı “uşağın onun himayəsinə verilməsi və aliment öhdəliyindən azad olunması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2009-cu il tarixdə doğulmuş X3 Cavabdeh himayəsindən alınaraq, ona verilməsi və Şamaxı Rayon Məhkəməsinin xx.xx.2014-cü il tarixli, 2(074)-115/2014 saylı qətnaməsi ilə müəyyən olunmuş aliment öhdəliyindən azad olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, cavabdehlə xx.xx.2011-ci il tarixdə rəsmi nikaha daxil olmuşdur. Birgə nikahdan xx.xx.2009-cu il tarixdə Zibeyir adlı və xx.xx.2011-ci il tarixdə Nəzrin adlı övladları doğulmuşdur. Şamaxı Rayon Məhkəməsinin xx.xx.2014-cü il tarixli, 2(074)- 275/2014 saylı qətnaməsi ilə nikahları pozulmuş, uşaqlar cavabdehin himayəsində saxlanılmış və uşaqların saxlanması üçün ondan sabit pul məbləğində alimentin alınaraq, cavabdehə verilməsi qət olunmuşdur. Hazırda bir ildir ki, oğlu Zibeyir yanındadır və anasının yanına getmək istəmir. Belə ki, cavabdeh uşağı 3-cü sinifdən təhsildən yayındırıbdır. Uşaq indi onunla qalmaq istəyir. Məhkəmə iclasında İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmış Cavabdeh məhkəmə iclasında iştirak etməmişdir. Eyni zamanda, cavabdeh iddia ərizəsinə münasibətini məhkəməyə ünvanladığı ərizəsində bildirərək göstərmişdir ki, xx.xx.2009-cu il təvəllüdlü övladı Zibeyir 5-6 aydır ki, atasının yanındadır. Ora gedib-gəlməsinə, atası ilə ünsiyyətdə olmalarına mane olmamış, indi də olmaq istəmir. Lakin, övladlarını indiyə kimi əzab-əziyyətlə böyütmüşdür. İddiaçı isə neçə illərdir alimentin ödənilməsindən boyun qaçırır. Oğlu Zibeyir atasının yanında qalmaq istəyir və o, buna etiraz etmir. Amma iddiaçının indiyə kimi olan aliment borclarını ödəməsini tələb edir. Məhkəməyə gəlməməsinin səbəbi isə iddiaçını görmək istəməməsidir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185-ci maddəsinə əsasən, cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etdi. Məhkəmə iclasında fikri dinlənilən xx.xx.2009-cu il təvəllüdlü X5 2022-ci ilin iyul ayında anasının razılığı ilə atasının yanına getdiyini, həmin vaxtdan hal-hazıradək atası İddiaçılə qaldığını və bundan sonra da, atasının yanında qalmaq istədiyini bildirdi. Məhkəmə işdə iştirak edən şəxslərin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarından görünür ki, Şamaxı Rayon Məhkəməsinin xx.xx.2014-cü il tarixli, 2(074)-115/2014 saylı qətnaməsi ilə iddiaçı X6 cavabdeh İddiaçı qarşı aliment tələbinə dair iddiası qismən təmin edilərək, cavabdeh X2 xx.xx.2013-cü il tarixdən başlayaraq, xx.xx.2009-cu il təvəllüdlü X5 və xx.xx.2011-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay hər uşağa 75 manat sabit pul məbləğində pul alınıb, iddiaçı X9 verilməsi qət edilmişdir. İş materiallarından görünür ki, Şamaxı Rayon Məhkəməsinin xx.xx.2014-cü il tarixli, 2(074)- 275/2014 saylı qətnaməsi ilə İddiaçı cavabdeh X9 qarşı nikahın pozulması tələbinə dair iddiası təmin edilərək, İddiaçı ilə X10 arasında Şamaxı Rayon İcra Hakimiyyətinin Göylər kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyində xx.xx.2011-ci il tarixdə bağlanmış nikah qeydinin pozulması və birgə nikahdan doğulmuş xx.xx.2011-ci il təvəllüdlü X7 və xx.xx.2009-cu il təvəllüdlü X3 anası X6 himayəsində qalması qət edilmişdir. Beləliklə, işin araşdırılmış hallarından müəyyən olundu ki, İddiaçı ilə Cavabdeh arasında olan nikah məhkəmə qətnaməsi ilə pozulmuş, nikah pozularkən, birgə nikahdan olan xx.xx.2011ci il təvəllüdlü X7 və xx.xx.2009-cu il təvəllüdlü X3 hazırki iş üzrə Cavabdeh himayəsində qalması qət edilmiş, eyni zamanda, məhkəmə qətnaməsi ilə birgə nikahdan olan uşaqların saxlanılması üçün İddiaçı alimentin tutularaq, Cavabdeh ödənilməsi qət edilmişdir. 2022-ci ilin iyul ayından xx.xx.2009-cu il təvəllüdlü X5 atası İddiaçılə qalır və məhkəmə iclasında dinlənilən zaman, Zibeyir Hacıyev bundan sonra da, atasının yanında qalmaq istədiyini bildirmişdir. Hazırda isə İddiaçı xx.xx.2009-cu il təvəllüdlü X3 onun himayəsinə verilməsini və uşağın saxlanması üçün müəyyən olunmuş aliment öhdəliyinin icrasından azad edilməsini xahiş edir. Həmçinin, Cavabdeh hazırda xx.xx.2009-cu il təvəllüdlü X3 atasının himayəsinə verilməsinə etiraz etmir. Belə olan halda məhkəmə iddia tələbini əsaslı hesab edir. Belə ki, “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2016-cı il tarixli qərarında qeyd olunur ki, nikahın pozulması zamanı uşağın valideynlərdən hansının yanında qalması məsələsinin və ya uşaqla bağlı mübahisənin həll olunması, bu barədə məhkəmə qətnaməsi qüvvəyə mindikdən sonra uşaq tələbinə dair yeni əsaslarla iddia qaldırılmasına mane olmur. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 52-ci maddəsinə əsasən, uşaq ailədə onun maraqlarına toxunan istənilən məsələnin həlli zamanı öz fikrini bildirmək, habelə məhkəmə istintaqı və inzibati araşdırmaların gedişində dinlənilmək hüququna malikdir. Onun maraqlarına zidd olan hallar istisna olunmaqla, 10 yaşına çatmış uşağın fikri mütləq nəzərə alınmalıdır. Bu Məcəllə ilə nəzərdə tutulmuş hallarda məhkəmə və ya qəyyumluq və himayə orqanı yalnız 10 yaşına çatmış uşağın razılığı ilə qərar qəbul edə, habelə qərar qəbul edərkən 7 yaşına çatmış uşağın fikrini öyrənə və nəzərə ala bilər. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2016-cı il tarixli qərarında qeyd olunur ki, valideynlərdən hansının yanında qalması ilə bağlı uşağın fikri dinlənilərkən Azərbaycan Respublikası Ailə Məcəlləsinin 52-ci maddəsində qeyd edilən “10 yaşına çatmış uşağın fikri mütləq nəzərə alınmalıdır” yaxud ”qərar qəbul edilərkən 7 yaşına çatmış uşağın fikri öyrənilə və nəzərə alına bilər” ifadələri uşağın bir valideyndən digərinə alınıb verilməsi üçün yeganə əsas deyildir. Məhkəmə hər bir halda uşağın fikrini digər hallarla yanaşı məcmu halında qiymətləndirməli və uşağın üstün maraqlarını nəzərə almaqla mübahisəni həll etməlidir. Eyni zamanda, Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 112.1-ci maddəsinə əsasən, aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Məhkəmə iş üzrə toplanmış sübutlara və araşdırma nəticəsində müəyyən edilmiş faktlara məcmu halında qiymət verərək hesab edir ki, tərəflərin birgə nikahından doğulmuş xx.xx.2009-cu il təvəllüdlü X5 atası İddiaçı himayəsində qalmalı, iddiaçı X8 2022-ci ilin iyul ayından xx.xx.2009cu il təvəllüdlü X1 üçün Şamaxı Rayon Məhkəməsinin xx.xx.2014-cü il tarixli, 2(074)-115/2014 saylı qətnaməsi ilə müəyyən olunmuş aliment öhdəliyinin icrasından azad edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosesual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: İddia təmin edilsin. Tərəflərin birgə nikahından doğulmuş xx.xx.2009-cu il təvəllüdlü X5 atası İddiaçı himayəsində qalsın. İddiaçı X8 2022-ci ilin iyul ayından xx.xx.2009-cu il təvəllüdlü X1 üçün Şamaxı Rayon Məhkəməsinin xx.xx.2014-cü il tarixli, 2(074)-115/2014 saylı qətnaməsi ilə müəyyən olunmuş aliment öhdəliyinin icrasından azad edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətinə Şamaxı Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1(bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Fərid Yaqubov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar