Azərbaycan Respublikası adından QƏTNAMƏ Şamaxı rayonu İş № 2(074)-550/2020 30.06.2020 ŞAMAXI RAYON MƏHKƏMƏSİ Şamaxı rayon Məhkəməsinin hakimi Hümbətov Etibar Zülfüqar oğlunun sədrliyi, x10 katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “alimentin tutulması barədə” iddia ərizəsi üzrə mülki işə Şamaxı rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “alimentin tutulması barədə” iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 04 may 2020-cı il tarixdən başlayaraq 14 iyul 2003-cü il təvəllüdlü x5 və 07 sentyabr 2006-cı il təvəllüdlü x1 üçün hər uşaq üçün 170 manat olmaqla ümumlikdə 340 manat sabit pul məbləğində alimentin cavadeh Cavabdeh tutularaq ona verilməsi barədə qətnamə qət edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı izahat verib bildirdi ki, o, Cavabdeh ilə 10.01.2002-ci il tarixdə rəsmi nikah daxil olmuş, 14.07.2003-cü il təvəllüdlü x6 və 07.09.2006-cı il təvəllüdlü x7 anadan olmuş, cavabdeh 2009-cu ildə cinayət məsuliyyətəinə cəlb olunmuş, ona cəza təyin edilmiş, 2008-ci ildən isə cavabdehdən ayrılmış, həmin vaxtdan indiyədək cavabdeh uşaqların saxlanılması üçün ona maddi yardım göstərməmişdir. İddiaçı həmçinin özünün 450 manat maaş aldığını, kirayədə qaldığını, uşaqlarının aylıq xərcinin 500-600 manat təşkil etdiyini bildirdi. Odur ki, iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımı qaydada məlumatlandırılmış cavabdeh məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinəəsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə iddiaçını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin olunmalıdır. İş materiallarında olan AZ-İ № 296260 saylı atalığın müəyyən edilməsi haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh İddiaçı doğulmuş 14.07.2003-cü il təvəllüdlü x2 atası heaab edilmiş, bu barədə Şamaxı rayon Qeydiyyat Şöbəsində atalığın müəyyən edilməsi haqqında akt qeydləri kitabında 17.05.2016-cı il tarixdə 112 nömrə ilə qeyd aparılmışdır. İş materiallarında olan AZ-İ № 296261 saylı atalığın müəyyən edilməsi haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh İddiaçı doğulmuş 07.09.2006-cı il təvəllüdlü x4 atası heaab edilmiş, bu barədə Şamaxı rayon Qeydiyyat Şöbəsində atalığın müəyyən edilməsi haqqında akt qeydləri kitabında 17.05.2016-cı il tarixdə 113 nömrə ilə qeyd aparılmışdır. İş materiallarında olan AA0644173 saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, x6 14.07.2003-cü ildə anadan olmuşdur. İş materiallarında olan AZE № 12951044 saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki x7 07.09.2006-cı ildə Şamaxı şəhərində anadan olmuşdur. Atası Cavabdeh, anası İddiaçıdir. İşin araşdırılmış hallarından müəyyən edildi ki, tərəflər 10.01.2002-ci il tarixdə faktiki nikaha daxil olmuş, faktiki nikahdan 14.07.2003-cü il təvəllüdlü x6 və 07.09.2006-cı il təvəllüdlü x3 olmuş, tərəflər faktiki olaraq ayrılmışlar. Uşaqlar iddiaçının yanında yaşayırlar. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 75.1-ci maddəsinə görə valideyinlər uşaqlarını saxlamağa borcludurlar. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 75.4-cü maddəsinə görə isə uşaqların saxlanması üçün vəsait valideyinlərdən məhkəmə qaydasında tutula bilər. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda, həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 100.2-ci maddəsinə görə aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. Azərbaycan Respublikasının MPM-in 234.2-ci maddəsinə əsasən şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələr dərhal icra olunur. Beləliklə məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin olunmalı, Cavabdeh 31 may 2020-ci il tarixdən başlayaraq birgə nikahdan doğulmuş 14.07.2003-cü il təvəllüdlü x6 və 07.09.2006-cı il təvəllüdlü x4 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay hər uşağa görə 85 manat olmaqla, cəmi 170 manat sabit pul məbləğində aliment tutulub İddiaçı verilməli, iddianın qalan hissəsi rədd edilməli, qətnamə dərhal icra edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-in 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh 31 may 2020-ci il tarixdən başlayaraq birgə nikahdan doğulmuş 14.07.2003-cü il təvəllüdlü x6 və 07.09.2006-cı il təvəllüdlü x4 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay hər uşağa görə 85 manat olmaqla, cəmi 170 manat sabit pul məbləğində aliment tutulub İddiaçı verilsin. İddianın qalan hissəsi rədd edilsin. Qətnamə dərhal icra edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Şamaxı rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. SƏDRLİK EDƏN: ETİBAR HÜMBƏTOV
Məhkəmə qərarları › İş №2(074)-550/2020
Şamaxı Rayon Məhkəməsi Qətnamə — İş №2(074)-550/2020
30.06.2020 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver