Azərbaycan Respublikası adından QƏTNAMƏ Şamaxı rayonu İş № 2(074)-554/2023 25.09.2023 ŞAMAXI RAYON MƏHKƏMƏSİ Şamaxı rayon Məhkəməsinin hakimi İsmayılov Natiq Əvəz oğlunun sədrliyi, Məmmədli İsmayıl Elşən oğlunun katibliyi, Cavabdeh1 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Şamaxı rayon Dövlət Notariat Kontoruna qarşı “alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi” tələbi barədə iddiasına dair mülki işə Şamaxı şəhərində, Şamaxı rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Şamaxı rayon Dövlət Notariat Kontoruna qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Şamaxı Rayon dövlət Notariat Kontorunda xx.xx.2008-ci ildə 42-2/263 reyestrlə təsdiq olunmuş, alqı-satqı müqaviləsinin və bunun əsasında verilmiş sənədlərin etibarsız hesab olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, 2022-ci ilin yayında X2 miras qalmış, onunla birgə mülkiyyətdə DTXK-nin 0492 saylı akt əsasında olmuş 40059.83 kv.m otorpaq sahəsindən V.İ.Karpaçeva məxsus ½ hissəyə vərəsəlik hüququ haqqında şəhadətnamə almaq istəmişdir. Digər 2.2568 ha torpaq sahəsi tərəfindən satıldığından o, yalnız 40059,83 kv.m torpaq sahəsinin sənədləşməsində maraqlı olmuşdur. Həmin 2.2568 ha torpaq sahəsinin alqı-satqı müqaviləsinin bağlanması üçün o Şamaxı rayon Nağaraxana kənd sakini X1 etibarnamə vermişdi. Alqı-satqı müqaviləsinin bağlanıb-bağlanmamasından onun xəbəri yox idi. X14 alqı-satqı müqaviləsinin nüsxəsini ona verməmişdir. Bununla maraqlanmamışdı da. Çünki 2.2568 ha torpaq sahəsinin pulunu Şücayətdən etibarnaməni verəndə almışdır. Həmin vaxtdan, yəni 2008-ci ildən 2022-ci ilə qədər o heç bir mane olmadan 4.005998 ha torpaq sahəsini əkib becərmişdir. Vərəsəlik işi ilə əlaqədar sənədləri toplayarkən məlum olub ki, Şamaxı rayon Notariat kontorunda alqı-satqı müqaviləsi bağlanarkən onun adından Şücayət Əkbərov yox, Cavabdeh1 satıcı qismində, Cavabdeh2 əvəzinə Həsənov Ağacan alıcı qismində iştirak ediblər və bu zaman 2.2568 ha əvəzinə onun xəbəri olmadan 4.005983 ha torpaq sahəsi alqı-satqı əməliyyatının predmeti olub. Bu barədə o, 2022-ci ildə məlumat alıb. Əlində isə DTXK-nin 0492 saylı torpağa mülkiyyət hüququna dair dövlət aktı olduğundan başqa sənədin olduğunu bilməmiş və əkdiyi torpaq 4.005983 ha torpaq sahəsi olub. Heç kimdə ona bu torpağın alqı-satqı olduğunu deməyib, çünki o, 2.2568 ha torpağı satıb. 2022-ci ildə DƏDRX-də araşdırma apararkən xx.xx.2009cu il tarixli **********068 reyestr nömrəli çıxarışın onun və X3 adına olduğu üzə çıxıb. Bu sənəd əslində ona lazım deyil, çünki həmin torpağın pulunu Şücayət Əkbərovdan alıb. Sadəcə o həmin sənədi 2023-cü ildə reyestrdən ona görə götürüb ki, sənədi sübut növü kimi məhkəməyə təqdim etsin. X5 etibarından sui-istifadə edərək, onu aldatmış, həcmi az olan torpağı onlara saxlayıb, həcmi çox olan torpağı çox pul müqabilində Cavabdeh2 satmağa nail olmuşdur. Bu səbəbdən müqavilə onun iradəsinin ifadəsi olmadığından, aldadıldığından etibarsız hesab edilməlidir. Əgər subsidiyaların əkinçilərə, mülkiyyətçilərə ödənilməsi zamanı sənədlərdə vəfat etmiş şəxslərin adları olduğuna görə dövlət aktlarının dəyişdirilməsi zərurəti ortaya çıxmasaydı və mərhum X4 vərəsəlik işi ortaya çıxmasaydı onun bu işlərdən, aldadılmağından xəbəri olmayacaqdı. Şamaxı rayon Məhkəməsinin 25 sentyabr 2023-cü il tarixli, 2(074)-554/2023 saylı qətnaməsi ilə iddia tələbi təmin edilmişdir. Məhkəmə araşdırması zamanı tədqiq edilmiş və aşağıdakı sübutlarla müəyyən edilmişdir ki; İş materiallarında olan Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən MH ******* satlı çıxarışdan görünür ki, Şamaxı rayonu, Qızmeydan kəndində yerləşən 2.2568 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi xx.xx.2009-cu il tarixdə İddiaçı və X3 adına qeydiyyata alınmışdır. İş materiallarında olan 23 may 2008-ci il tarixli AN-İ, ******* saylı Daşınmaz Əmlakın alqı-satqı müqaviləsinin surətindən görünür ki, X9, X10 tərəfindən verilmiş etibarnaməyə əsasən onların adlarından çıxış edən Cavabdeh1 X13 tərəfindən verilmiş JN 0492 kod 41003018 nömrəli torpağa mülkiyyət hüququna dair Dövlət aktına əsasən Şamaxı rayonunun Qızmeydan kəndi ərazisində yerləşən ümumi sahəsi 6.26 ha torpaq sahəsindən 40059.83 kv.m torpaq sahəsini Cavabdeh2 4050 manata satmışdır. Məhkəmənin sorğusu əsasında alınmış Notariat işində olan xx.xx.2008-ci il tarixli etibarnamədən görünür ki, X9, X11 və digər şəxslər Cavabdeh1 onlara məxsus torpaq sahəsini satmaq üçün 3 il müddətinə etibarnamə vermişlər. İş materiallarında olan ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X11 xx.xx.2006-cı il tarixdə ölmüşdür. İş materiallarında olan Şamaxı Regional “Asan Xidmət” mərkəzinin notariat ofisinin xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, xx.xx.2006-cı ildə vəfat etmiş X8 adına vərəsəlik işi açılmamış və vərəsələrin dairəsi barədə məlumat aşkar olunmamışdır. Məhkəmə iclasında müəyyən olunmuşdur ki, JN 0492 saylı, KOD 41003018 Torpağa mülkiyyət hüququna dair dövlət aktına əsasən Şamaxı rayonu, Qızmeydan kəndində yerləşən 6,26 hektar torpaq sahəsi İddiaçı və X4 mülkiyyətində olmuşdur. X10 xx.xx.2006-cı ildə ölmüşdür. xx.xx.2008-ci il tarixdə Qobustan rayon Dövlət notariat kontorunun notariusu tərəfindən İddiaçı və X4 özlərinə məxsus torpaq sahəsi ilə bağlı müəyyən hərəkətlərin edilməsini Cavabdeh1 həvalə etmələrinə dair etibarnamə verilmişdir. xx.xx.2008-ci il tarixdə isə həmin torpaq sahəsinin 40059,83 kv.m. hissəsi satılmışdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 265.4-cü maddəsinə əsasən, məhkəmə işə baxarkən, proses iştirakçılarının və ya digər şəxslərin əməllərində cinayətin əlamətlərini aşkara çıxararsa, o, bu barədə xüsusi qərardad çıxarmaqla prokurora xəbər verir. Belə olan halda məhkəmə hesab edir ki, Qobustan rayon Dövlət notariat kontorunun notariusunun əməllərində cinayətin əlamətlərinin olub-olmaması müvafiq qaydada araşdırılması üçün bu barədə xüsusi qərardad çıxarılmaqla Azərbaycan Respublikası Baş Prokurorluğuna xəbər verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 265.4-cü maddəsini rəhbər tutaraq, məhkəmə qəraraaldı: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Şamaxı rayon Dövlət Notariat Kontoruna qarşı “alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi” tələbinə dair 2(074)- 554/2023 saylı mülki işin məhkəmə baxışı zamanı cinayətin əlamətlərinin olub-olmaması araşdırılması və müvafiq tədbirlər görülməsi üçün Azərbaycan Respublikası Baş Prokurorluğuna xəbər verilsin. Görülmüş tədbirlər barəsində 1 (bir) ay müddətində Şamaxı Rayon Məhkəməsinə məlumat verilsin Hakim: Natiq İsmayılov
Məhkəmə qərarları › İş №2(074)-554/2023
Şamaxı Rayon Məhkəməsi Qətnamə — İş №2(074)-554/2023
25.09.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Torpaq üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver