Məhkəmə qərarları › İş №2(074)-562/2020

Şamaxı Rayon Məhkəməsi Qətnamə — İş №2(074)-562/2020

29.06.2020 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şamaxı rayonu İş № 2(074)-562/2020 29.06.2020 ŞAMAXI RAYON MƏHKƏMƏSİ Şamaxı rayon Məhkəməsinin hakimi Hümbətov Etibar Zülfüqar oğlunun sədrliyi, x13 katibliyi, İddiaçı və Cavabdeh nümayəndəsi və vəkili x1 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “sabit pul məbləğində aliment tələbi barədə” iddia ərizəsi üzrə mülki işə Şamaxı rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı qarşı “sabit pul məbləğində aliment tələbi barədə” iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh övladları 12 mart 2018-ci təvəllüdlü x11 və 29 yanvar 2020-ci il təvəllüdlü x5 yetkinlik yaşma çatana kimi saxlanılmaları üçün hər ay hər uşağa görə 200 manat sabit pul məbləğində aliment tutulub ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı izahat verib bildirdi ki, o, cavabdehlə 28.03.2017-ci il tarixdə rəsmi nikaha daxil olmuş, birgə nikahdan 12.03.2018-ci il təvəllüdlü x11 və 29.01.2020-ci il təvəllüdlü x8 anadan olmuş, cavabdehlə əvvəllər mehriban olsaq da, sonradan ailə münasibətləri pozulmuş və faktiki ayrılmış, artıq 4-5 aydır ki, uşaqları birlikdə ayrı yaşamış, uşaqlarını valideynlərinin köməkliyi ilə saxlamış, keçən müddət ərzində cavabdeh onlarla maraqlanmamış və heç bir maddi köməklik göstərməmişdir. Halbuki cavabdeh sahibkarlıq fəaliyyəti ilə məşğul olur qazancı isə kifayət qədər yaxşıdır. İddiaçı həmçinin uşağın xəstə olduğunu, müalicəsinin davam etdiyini bildirdi. Odur iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Cavabdeh məhkəməyə etiraz və mülahizələrinə dair ərizə ilə müraciət edərək, iddiaçının iddia ərizəsində qeyd etdiyi halların yalan və iftiradan başqa bir şey olmadığını, belə ki, iddiaçı qeyd etdiyi kimi əvvələr münasibətlərinin normal olduğunu, sonradan iddiaçının anasının ailəsinə müdaxiləsi nəticəsində sonunda 2-ci uşaq doğulduqdan sonra anasının onun evinə gəldiyini, evdə söz-söhbət yaradaraq iki yaşlı övladı x11 və yeni doğulmuş x6 özü ilə götürərək evlərinə apardığını, keçən müddət ərzində dəfələrlə uşaqları ilə maraqlandığını, 12.03.2020-ci il tarixdə oğlu Azərin ad günündə hədiyyə və maddi yardımla ad günündə iştirak etdiyini, dəfələrlə uşaqlarına maddi yardım göstərdiyini, eyni zamanda sahibkarlıq fəaliyyətilə məşğul olmadığını, faktiki olaraq heç bir yedə işləmədiyini, vergi orqanlarında qeydiyyatda olmadığını, onurğa sütununda disk yırtığı olduğu üçün heç bir yerdə işləmədiyini, yüngül işlər olduqda isə işləyib övladlarının ehtiyaclarını ödədiyini, xəstəliyi ilə bağlı “x14” tərəfindən verilmiş 10.02.2020-cı il tarixli sənədidə etiraz ərizəsinə əlavə etdiyini, uşaqlara köməklik etmək vəzifəsini başa düşərək iddianı qismən qəbul etdiyini. onurğa disk yırtığından əziyyət çəkməyinin, ağır işlərdə işləyə bilmədiyinin və faktiki olaraq heç bir yerdə işləmədiyinin nəzərə alınmağını, hər uşağa 80 manat sabit pul məbləğinin aliment ödəməyə razı oduğunu bildirmişdir. Odur ki, 29.01.2020-ei il təvəllüdlü x8 və 12.03.2018-ci il təvəllüdlü x7 yetkinlik yaşma çatana kimi saxlanılmaları üçün hər bir uşağa görə 80 manat olmaqla, ümumilikdə 160 manat sabit pul məbləğində alimentin ondan tutularaq İddiaçı verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh nümayəndəsi və vəkili x4 iddianı qismən qəbul edərək izahat verib bildirdi ki, cavabdehin rəsmi iş yeri yoxdur. Həmçinin sağlamlığında olan problemlər səbəbindən ağır işlərdə işləyə bilmir. Vəkil eyni zamanda cavabdehin hər uşağa görə 80 manat aliment ödəməyə razı olduğunu bildirərək iddianı qismən qəbul etdiklərini bildirdi. Məhkəmə proses iştirakçılarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin olunmalıdır. İş materiallarında olan AZ-İİ № 159675 saylı nikah haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh ilə İddiaçı arasındakı nikah 28.03.2017-ci ildə Şamaxı rayon İHB-nin Göylər kənd nümayəndəliyində bağlanmış, bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında 28.03.2017-ci ildə 4 nömrə ilə qeyd edilmişdir. Nikah bağlandıqdan sonra ərə Abzərov, arvada Abzərova soyadı verilmişdir. İş materiallarında olan AZ-İV № 103083 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, x1112.03.2018-ci iltarixdə Bakı şəhərində anadan olmuşdur. Atası Cavabdeh, anası İddiaçıdır. İş materiallarında olan AZ-İV № 392629 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, x8 29.01.2020-ci il tarixdə Bakı şəhəri Xəzər rayonunda anadan olmuşdur. Atası Cavabdeh, anası İddiaçıdır. İş materiallarında olan Azərbaycan respublikası Əmək və Əhalinin Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidmətinin Şamaxı rayon Məşğulluq Mərkəzinin 29 iyun 2020-ci il tarixli № **********7 saylı arayışından görünür ki, Cavabdeh 17.04.2020-ci il tarixdə mərkəzdə işaxtaran kimi qeydiyyat alınmışdır. Hal-hazıradək o, işsizlik müavinəti almamış və adına Əmək və Əhalinin Müdafiəsi Nazirliyinin x10 üzrə x3 əmək müqaviləsi qeydə alınmamışdır. İşin araşdırılmış hallarından müəyyən edildi ki, tərəflər 28.03.2017-ci il tarixdə isə rəsmi nikaha daxil olmuş, birgə nikhdan 12.03.2018-ci il təvəllüdlü x11 və 29.01.2020-ci il təvəllüdlü x2 olmuş, tərəflər faktiki olaraq ayrılmışlar. Birgə nikahdan doğulmuş uşaqlar iddiaçının yanında yaşayırlar. Cavabdeh isə məhkəməyə müraciət edərək hər uşağa görə 80 manat aliment ödəməyə razı olduğunu bildirmiş, eyni zamanda məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi və vəkili hər uşağa görə 80 manat aliment ödəməyə razı olduqlarını bildirmişdir. Həmçinin məhkəmə iclasında cavabdehin rəsmi iş yerinin olmadığı müəyyən olunmuşdur. Məhkəmə hesab edir ki, birgə nikahdan doğulmuş uşaqların saxlanması üçün alimentin məbləği tərəflərin təklif etdiyi məbləğdə deyil, uşaqların mənafeyi, maddi təminatı əsas götürülməklə hər uşağa görə hər ay 110 manat olmaqla cəmi 220 manat aliment tutulmalıdır. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 75.1-ci maddəsinə görə valideyinlər uşaqlarını saxlamağa borcludurlar. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 75.4-cü maddəsinə görə isə uşaqların saxlanması üçün vəsait valideyinlərdən məhkəmə qaydasında tutula bilər. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda, həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 100.2-ci maddəsinə görə aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. Azərbaycan Respublikasının MPM-in 234.2-ci maddəsinə əsasən şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələr dərhal icra olunur. Beləliklə məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin olunmalı, Cavabdeh 02 iyun 2020-ci il tarixdən başlayaraq birgə nikahdan doğulmuş 12.03.2018-ci il təvəllüdlü x11 və 29.01.2020-ci il təvəllüdlü x5 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay hər uşağa görə 110 manat olmaqla, cəmi 220 manat sabit pul məbləğində aliment tutulub İddiaçı verilməli, iddianın qalan hissəsi rədd edilməli, qətnamə dərhal icra edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-in 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh 02 iyun 2020-ci il tarixdən başlayaraq birgə nikahdan doğulmuş 12.03.2018-ci il təvəllüdlü x11 və 29.01.2020-ci il təvəllüdlü x5 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay hər uşağa görə 110 manat olmaqla, cəmi 220 manat sabit pul məbləğində aliment tutulub İddiaçıverilsin. İddianın qalan hissəsi rədd edilsin. Qətnamə dərhal icra edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Şamaxı rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. SƏDRLİK EDƏN: ETİBAR HÜMBƏTOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar