Azərbaycan Respublikası adından QƏTNAMƏ Şamaxı rayonu İş № 2(074)-597/2022 09.06.2022 ŞAMAXI RAYON MƏHKƏMƏSİ Şamaxı rayon Məhkəməsinin hakimi İsmayılov Natiq Əvəz oğlunun sədrliyi, Əliyeva Fatimə Fərəc qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 qarşı “alqı-satqı müqaviləsinin bağlanmış hesab edilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Şamaxı rayon Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5nə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, DTXK tərəfindən xx.xx.1999-cu il tarixdə Dövlət Aktı qeydiyyatı kitabında 7096 nömrə ilə Cavabdeh1 adına qeydə alınmış JN:128 saylı 41009028 kodlu Torpağa Mülkiyyət Hüququna dair Dövlət Aktda 4.72 ha torpağa dair onunla cavabdehlər arasında alqı satqı müqaviləsinin bağlanmış hesab olunmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, 2004-ci ilin əvvəllərində ona demişlər ki, Kalmıkovlar ailəsi özlərinə məxsus torpaq sahələrini təcili sataraq Rusiyaya getmək istəyirdilər. O, Cavabdeh1lə görüşmüş, hektarına 1000 ABŞ dolları olmaqla 4,72 ha torpaq sahəsini almağa razılaşmışlar. Ailə üzvlərinin, bir neçə kənd sakininin yanında ona pulunun çox hissəsini ödəmişdir. Həmin vaxtı torpağın tam pulunu ödəməyə pulu düzəlməmiş, 3500 dollarını ödəmiş 1220 ABŞ dolları qalmışdır. Kalmıkov ona indi təcili getməli olduğunu, sonra qayıdanda, qalanını da onda alacağını bildirmişdir. Hətta etibarnamə də vermişdir. Hazırda həmin etibarnaməni heç yerdə tapa bilmir. Haradasa 8-9 il keçəndən sonra 2012-ci ildə Cavabdeh1 yenidən qayıtmış və hesablaşmışlar. Ona etibarnamə də vermişdir ki, torpağı özü rəsmiləşdirər. Lakin sonradan onu notariusa təqdim edəndə demişlər ki, etibarnamədə digər ailə üzvlərinin adları yoxdur. Bu səbəbdən də indiyə kimi həmin torpaqları dövlət qeydiyyatına aldıra bilmir. Lakin bütün kənd camatı bilir ki, o bu torpağı Cavabdeh1 faktiki olaraq pul verib almış və həmin vaxtdan bu torpaqlardan o istifadə edir və vergisini də o ödəyir. Hazırda da bu şəxslərin harada yaşadıqlarını bilmir. Cavabdehlərlə aralarında 4,72 ha torpaq sahəsinə dəir alqı- satqı müqaviləsi bağlanmış hesab edilməlidir. Daha sonra iddiaçı iddia ərizəsinə dəqiqləşdirmə verərək DTXK tərəfindən xx.xx.1999-cu il tarixdə Dövlət Aktı qeydiyyatı kitabında 7096 nömrə ilə Cavabdeh1 adına qeydə alınmış JN:128 saylı 41009028 kodlu Torpağa Mülkiyyət Hüququna dair Dövlət Aktda 4.72 ha torpağa dair onunla cavabdehlər arasında alqı satqı müqaviləsinin xx.xx.2004-cü il tarixdə bağlanmış hesab olunmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsini müdafiə edərək və ona uyğun izahat verərək bildirdi ki, həmin torpaq sahəsini cavabdehlərdən almış və daha sonra isə onun istifadəsində olmuşdur. Buna görə də iddianın təmin olunmasını məhkəmədən xahiş edir. Cavabdehlər məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmişlər və gəlməmələrinin səbəbi barədə məhkəməyə heç bir məlumat verməmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsasən, məhkəmə mülki işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X5 məhkəməyə ifadə verib bildirdi ki, Şamaxı rayonu Cabanı kəndində yaşayır. İddiaçı və cavabdehləri tanıyır. Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 torpağı İddiaçı satıb sonra köçmüşlər. 2004-cü ildən o torpaq sahəsindən Arif istifadə edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X3 məhkəməyə ifadə verib bildirdi ki, İddiaçı Şamaxı rayonu Cabanı kəndində torpaq sahəsi var. Torpaq sahəsini Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 almışdır. Sonradan cavabdehlər kənddən köçmüşlər. 2004-cü ildən torpaq sahəsi İddiaçı istifadəsindədir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X6 məhkəməyə ifadə verib bildirdi ki, İddiaçı qonşusudur. Həmin torpaq sahəsini Arif Kalmıkovlardan almışdır və aldığı vaxtdan onun istifadəsində olmuşdur. Məhkəmə iddiaçının izahatı və şahidlərin ifadələrini dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan ƏN-İ 149682 saylı etibarnamədən görünür ki, X1 İvan Vasilyeviçın adından Şamaxı rayonu, Cabanı kəndində yerləşən 4,72 ha torpaq sahəsi üzərində sərəncam verməyi satmağı bağışlamağı, dəyişməyi, ipoteka qoymağı, pulunu almağı, buna dair müqaviləni imzalamağı, bu tapşırığın yerinə yetirməsilə əlaqədar adından ərizə verməyi və digər hərəkətləri etməyi İddiaçı etibar etmişdir. İş materiallarında olan Şamaxı rayon İcra Hakimiyyəti Baçısının İkinci Cabanı kənd İnzibati ərazi dairəsi üzrə nümayəndəliyinin xx.xx.2022-ci il tarixli № 02 saylı arayışından görünür ki, JN-128 nömrəli dövlət aktında qeyd olunan Cavabdeh1 məxsus Şamaxı rayonu Cabanı kəndində yerləşən 4.72 ha kənd təsərrüfat təyinatlı torpaq sahəsinə aid olan torpaq vergisini 2004-cü ildən İddiaçı tərəfindən ödənilmişdir. İş materiallarında olan 10 fevral 2022-ci tarixli aktın surətindən görünür ki, Şamaxı rayon Aqrar islahat komissiyasının 1997-ci tarixli qəraraına əsasən JN-128 saylı dövlət aktına əsasən 2-ci Cabanı kənd sakinləri Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 məxsus 4,72 ha əkin sahəsi 2004-cü ildə faktiki olaraq İddiaçı satılmışdır və həmin vaxtdan indiyə kimi həmin torpaq sahəsini İddiaçı əkib becərir,torpaq vergisi də onun tərəfindən ödənilir. Aktın doğruluğunu X3, X5 və X10 imzaları ilə təsdiq etmişlər. İş materiallarında olan JN-128 saylı 41009028 kodlu torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin surətindən görünür ki, Şamaxı rayon AİK-nın 18 noyabr 1997-ci il tarixli 30 saylı qərarı ilə Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 4.72 ha torpaq sahəsi verilmişdir. Beləliklə, məhkəmə araşdırması zamanı tədqiq edilmiş sübutlarla müəyyən edilmişdir ki, İddiaçı və Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 Şamaxı rayonu Cabanı kəndində yerləşən 4.72 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin alqısatqısı barədə razılığa gəlmişlər. İddiaçı həmin torpaq sahəsinə görə müəyyənləşdirilmiş pulu cavabdehlərə ödəmiş, cavabdehlər torpaq sahəsini iddiaçıya təhvil verərək, başqa ünvana köçüb getmişdir. Lakin, tərəflər torpağa dair alqı-satqı müqaviləsini notarial qaydada yazılı müqavilə imzalamaqla rəsmiləşdirməmişlər. Həmin dövrdən hal-hazıradək qeyd olunan torpaq sahəsindən iddiaçı və onun ailə üzvləri istifadə və sahiblik etmişlər. Başqa sözlə, tərəflərin hər ikisi alqı-satqı müqaviləsini faktiki olaraq icra etmişlər. Lakin, onlar əqdin notarial qaydada təsdiq edilməsindən boyun qaçırmışlar. Qeyd edilənlər səbəbindən alqı-satqı müqaviləsi qanunla müəyyən edilmiş qaydada bağlanmadığından, iddiaçı torpağın mülkiyyətçisi kimi həmin torpağa dair müvafiq sənədləşdirmə işlərini apara bilmir. Bu səbəbdən o, hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 324.4-cü maddəsinə əsasən müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir. Həmin Məcəllənin 324.5-ci maddəsinə əsasən iradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir. Bütün yuxarıda göstərilən işin faktiki hallarının məcmusunu nəzərə almaqla, həmçinin onlara tətbiq ediləcək şərh olunan hüquq normalarını rəhbər tutmaqla məhkəmə belə qənaətə gəlir ki, Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 Şamaxı rayonu Cabanı kəndində yerləşən 4.72 torpaq sahəsinİ İddiaçı faktiki olaraq satmışdır. Lakin, tərəflər torpaq sahəsinə dair alqı-satqı müqaviləsini notarial qaydada yazılı müqavilə imzalamaqla rəsmiləşdirməmişlər. Odur ki, məhkəmə hesab edir ki, Şamaxı rayonu Cabanı kəndində yerləşən 4.72 hektar torpaq sahəsinə dair İddiaçı ilə Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 arasında xx.xx.2004-cü il tarixdə alqı-satqı müqaviləsi bağlanmış hesab edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 217.4 və 218.3-cü maddələrinə müvafiq olaraq məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdıraraq, onlardan istifadə edərək, yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanaraq, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-in 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia təmin edilsin. Şamaxı rayonu Cabanı kəndində yerləşən 4.72 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə dair İddiaçı ilə Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 arasında 01 fevral 2004-cü il tarixdə alqı-satqı müqaviləsi bağlanmış hesab edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Şamaxı Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Natiq İsmayılov
Məhkəmə qərarları › İş №2(074)-597/2022
Şamaxı Rayon Məhkəməsi Qətnamə — İş №2(074)-597/2022
09.06.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Torpaq üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver