Azərbaycan Respublikası adından MƏHKƏMƏ ƏMRİ Şamaxı rayonu İş № 2(074)-607/2022 21.04.2022 ŞAMAXI RAYON MƏHKƏMƏSİ Şamaxı Rayon Məhkəməsinin hakimi İsmayılov Natiq Əvəz oğlu, Kreditor X2 Borclu qarşı “pul” tələbi barədə məhkəmə əmrinin verilməsinə dair ərizəsinə baxaraq, müəyyən e t d i: Kreditor X6 məhkəməyə müraciət edərək, Borclu Bakı şəhəri 11 saylı Notariat Ofisinin xüsusi notariusu X5 tərəfindən “3M-442” reyestr nömrəsi ilə təsdiq edilmiş 02 aprel 2021-ci il tarixli kredit müqaviləsində göstərilmiş 25000 manat borcun və ödənilmiş 100 manat dövlət rüsumunun tutulmasını xahiş etmişdir. İş materiallarında olan 02 aprel 2021-ci il tarixli kredit müqaviləsindən görünür ki, X1 Şirvan Murad oğluna 25000 manat məbləğində borc pul vermişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 276.1-ci maddəsinə əsasən Kreditorun tələbi aşkardırsa və ya həmin tələb borclunun mübahisə edilməyən vəzifəsinə əsaslanırsa bu hallarda məhkəmə əmri verilə bilər. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 448.2-ci maddəsinə əsasən, borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz. Ərizəyə əlavə olunmuş sənədlərlə kreditorun tələbinin aşkar olduğu, tələb sadə yazılı formada bağlanmış əqdə və borclunun mübahisə edilməyən vəzifəsinə əsaslandığı təsdiq olunur. Buna görə də həmin tələb üzrə məhkəmə əmrinin verilməsini mümkün hesab edirəm. Beləliklə, təqdim edilmiş sənədlərlə təsdiq olunur ki, tərəflər arasında kredit müqaviləsi bağlanmış, borc verən X6 tərəfindən borc alan Borclu 25000 manat məbləğində verilmişdir. Lakin, borclu müqavilə əsasında üzərinə götürdüyü pul öhdəliyini lazımınca yerinə yetirməmişdir. Odur ki, kreditor borcludan borcun ödənilməsini tələb etməkdə haqlıdır. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Buna görə də ərizənin verilməsi üçün dövlət rüsumu kimi ödənilmiş 100 manat pul borcludan tələbkarın xeyrinə tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 275, 276, 280 və 281-ci maddələrini rəhbər tutaraq, əmr e t d i: Borclu (xx.xx.1979-cu ildə Şamaxı rayonu, Ərçiman kəndində anadan olmuş, Şamaxı rayonu, Ərçiman kəndində qeydiyyatda olan) 25000 manat pul və ödənilmiş dövlət rüsumuna görə 100 manat pul alınaraq kreditor X3 ödənilsin. Borclu məhkəmə əmrini aldığı gündən 10 gün müddətinə verilmiş tələbə və ya onun hissəsinə qarşı əmri vermiş məhkəməni yazılı xəbərdar etməklə etiraz edə bilər. Məhkəmə əmrindən şikayət verilə bilməz. Hakim Natiq İsmayılov
Məhkəmə qərarları › İş №2(074)-607/2022
Şamaxı Rayon Məhkəməsi Məhkəmə əmri — İş №2(074)-607/2022
21.04.2022 · Əmr icraatı - Müqavilə tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver