Azərbaycan Respublikası adından QƏTNAMƏ Şamaxı rayonu İş № 2(074)-61/2023 06.03.2023 ŞAMAXI RAYON MƏHKƏMƏSİ Şamaxı rayon Məhkəməsinin hakimi İsmayılov Natiq Əvəz oğlunun sədrliyi, Tamarova Züleyxa Kamil qızının katibliyi, İddiaçı iştirakı ilə İddiaçı Cavabdeh qarşı “uşağın onun himayəsində saxlanması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Şamaxı rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh qarşı “uşağın onun himayəsində saxlanması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlə birgə nikahlarından xx.xx.2016-cı il tarixdə doğulmuş X3 və xx.xx.2018-ci il tarixdə doğulmuş X2 anaları Cavabdeh qıznın himayəsindən alınaraq onun himayəsində saxlanılmasına dair qətnamə qət edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, cavabdehlə 2015-ci ildə rəsmi nikaha daxil olmuşdur. Birgə nikahdan xx.xx.2016-ci il tarixdə doğulmuş Əsra adlı və xx.xx.2018-ci il tarixdə doğulmuş Nəzrin adlı iki qızı var. Nikahları xx.xx.2021-ci il tarixdə Şamaxı rayon Məhkəməsində pozulmuş və uşaqlar hər ikisi cavabdehin tərbiyyəsində saxlanmışdır. 2021ci ilin oktyabr ayında Simuzər uşaqları ona təhvil vermiş və Simuzər də İcra Şöbəsinə gedərək alimentdən imtina etməsi barədə ərizə vermişdir. Hal-hazırda uşaqlar hər ikisi onun yanındadır. Lakin rəsmi olaraq analarının yanında hesab olunurlar. Amma, istəyir ki, uşaqlar qanuni qaydada onun yanında saxlansınlar. Mediasiyaya müraciət edib. Lakin o mediasiyaya gəlməyib. Odur ki, məhkəməyə müraciət edib. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edərək və ona uyğun izahat verərək bildirdi ki, uşaqları 11 oktyabr 2021-ci ildən anaları faktiki ona verib. O, uşaqların saxlanılması üçün aliment istəmir. Rəsmi şəkildə uşaqları onun himayəsinə verilməsini xahiş edir. Buna görə də iddianın təmin olunmasını xahiş edir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımı qaydada məlumatlandırılmış cavabdeh məhkəmə iclasında iştirak etməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5ci maddəsinə əsasən mülki işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iddiaçının izahatlarını dinləyərək, mülki işin materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan AZ-İİİ № 775193 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X6 xx.xx.2016-cı il tarixdə Şamaxı şəhərində anadan olmuşdur. Atası İddiaçı, anası Cavabdehdır. İş materiallarında olan AZ-T № 182531 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X4 xx.xx.2018-ci il tarixdə Bakı şəhəri, Yasamal rayonunda anadan olmuşdur. Atası İddiaçı, anası Cavabdehdır. İş materiallarında olan Şamaxı rayon Məhkəməsinin 2(074)-162/2021 saylı, xx.xx.2021-ci il tarixli, qətnaməsinin surətindən görünür ki, İddiaçı ilə Cavabdeh arasında xx.xx.2016-cı ildə Şamaxı rayon Qeydiyyat Şöbəsində bağlanmış, bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında xx.xx.2016-cı il tarixdə 175 nömrə ilə qeydə alınmış nikahın pozulması, tərəflərin birgə nikahından doğulmuş xx.xx.2016-cı il təvəllüdlü X6 və xx.xx.2018-ci il təvəllüdlü X5 cavabdehin (anasının)-Cavabdeh yanında qalması və İddiaçı 02 fevral 2021-ci il tarixdən başlayaraq birgə nikahdan doğulmuş xx.xx.2016-cı il təvəllüdlü X6 və xx.xx.2018-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay hər uşağa görə 110 manat olmaqla, cəmi 220 manat sabit pul məbləğində aliment alınıb Cavabdeh verilməsi qət edilmişdir. İş materiallarında olan icra edilməyən və qismən icra edilən icra sənədinin məhkəməyə və ya digər orqana qaytarılması haqqında qərardan görünür ki, tələbkar Cavabdeh xx.xx.2021-ci il tarixdə rəsmi ərizə ilə müraciət edərək, Şamaxı rayon Məhkəməsinin 2(074)-162/2021 saylı, xx.xx.2021-ci il tarixli icra sənədinin məhkəməyə qaytarılmasını xahiş etdiyindən icra sənədi məhkəməyə qaytarılmışdır. İş materiallarında olan Şamaxı rayon İcra Hakimiyyəti yanında Qəyyumluq və Himayəçilik üzrə Komissiyanın xx.xx.2023-cü il tarixli 5-75-6/2-64/2023 saylı rəyindən görünür ki, Komissiya 07 iyun 2016-cı il təvəllüdlü X6 və 09 avqust 2018-ci il təvəllüdlü X2 ataları İddiaçı yanında saxlanılmalarını məqsədəmüvafiq hesab edir. İş materiallarında olan Şamaxı şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin 06 mart 2023-cü il tarixli arayışından görünür ki, Şamaxı şəhəri F.Şahbazov küçəsi 5 saylı evdə yaşayan xx.xx.1984-cü ildə anadan olmuş İddiaçı oğunun qizları X6 və X1 ibarət ailə tərkibi vardır. Beləliklə, məhkəmə iclasında tədqiq edilmiş sübutlarla müəyyən edildir ki, hazırki iş üzrə tərəflər 20 iyul 2016-cı il tarixdə rəsmi nikaha daxil olmaqla ailə qurmuşlar, onların birgə nikahından 07 iyun 2016-cı il təvəllüdlü X6 və 09 avqust 2018-ci il təvəllüdlü X5 doğulmuşdur. Tərəflər arasında ailə münasibətləri baş tutmadığından məhkəmə tərəfindən onlar arasında bağlanmış nikah pozulmuş və birgə nikahdan doğulmuş uşaqlar cavabdehin yanında saxlanılmışdır. Bundan sonra cavabdeh uşaqları iddiaçıya təhvil verərək onun xeyrinə tutulan alimentdən imtina etmişdir. Uşaqları xx.xx.2021-ci il tarixdən iddiaçı saxlayır. İddiaçı hazırki tələbində uşaqların faktiki onunla yaşamasını əsas gətirərək, uşaqların onun himayəsində saxlanılmasını tələb edir. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Həmçinin 34-cü maddədə göstərilmişdir ki, ər ilə arvadın hüquqları bərabərdir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 5-ci maddəsi də belə məsələlərin həllində uşaqların mənafelərinin üstün tutulmalı olmasından bəhs edib. Həmçinin həmin qanunun 8-ci maddəsinə əsasən hər bir uşağın yaşamaq, normal şəraitdə fiziki, əqli və mənəvi cəhətdən inkişaf etmək hüququ vardır. Uşaq Hüquqları Haqqında BMT Konvensiyasının 9-cu maddəsində göstərilmişdir ki, «İştirakçı dövlətlər təmin edirlər ki, uşaq öz valideynlərinin arzusuna zidd olaraq onlardan ayrılmasın, bir şərtlə ki, məhkəmənin qərarına uyğun olaraq səlahiyyətli orqanlar tətbiq edilən qanuna və qaydalara müvafiq surətdə müəyyən etsinlər ki, bu ayrılıq uşağın ən yaxşı mənafeləri naminə labüddür. Belə ayrılıq o halda labüd ola bilər ki, valideynlər biri-birindən ayrı yaşasınlar və uşağın yaşayış yeri barədə qərar qəbul etmək lazım gəlsin». İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin mövqeyi də valideynləri ayrı yaşayan uşaqların yaşayış yerinin müəyyən olunması ilə bağlı məsələlərin həlli zamanı uşaqların mənafelərinə üstünlük verilməli olması ideyasına əsaslanır. Avropa Məhkəməsinin İnsan Hüquqları üzrə Avropa Konvensiyasının göstərilən məsələlərdən bəhs edən 8-ci maddəsilə və həmin konvensiyanın 7 saylı prtokolunun 5-ci maddəsilə bağlı formalaşmış hüquqi mövqeyinə diqqət etdikdə görərik ki, Avropa dəyərləri müstəvisində uşaqların saxlanması ilə bağlı atanın və ananın hüquqları fərdi maraq, uşaqların hüquqları isə daha üstün dəyər olan ictimai maraq kimi qiymətləndirilir və tələb olunur ki, belə məsələlərə baxılan zaman ictimai maraqla fərdi maraq arasında tarazlıq yaradılsın. Əgər uşaqların saxlanması ilə bağlı valideynlər arasında fikir ayrılığı yaranırsa dövlət uşaqların hüquqlarını ictimai maraq kimi qiymətləndirərək uşaqların tərəfindən mübahisəyə qarışır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin: 49.2-ci maddəsinə əsasən hər bir uşaq ailədə yaşamaq və tərbiyə almaq, öz valideynlərini tanımaq və onların qayğısından istifadə etmək, uşağın maraqlarına zidd olan hallar istisna olmaqla, onlarla birgə yaşamaq hüququna malikdir. 49.3-cü maddəsinə əsasən uşaq öz valideynləri tərəfindən tərbiyə olunmaq, öz maraqlarının təmin olunması, hərtərəfli inkişafı, onun ləyaqətinə hörmət olunması hüququna malikdir. 60.4-cü maddəsinə əsasən valideynlər ayrı yaşadıqda uşaqların yaşayış yeri onların razılığı ilə həll edilir. Valideynlər arasında razılıq olmadıqda, məhkəmə mübahisəni uşaqların hüquq və mənafelərini, onların rəyini və sair halları (uşaqların qardaş və bacılarına, valideynlərdən hər birinə olan bağlılığı, valideynlərin əxlaqi və digər şəxsi keyfiyyətləri, uşağın yaşı, onun inkişafı və tərbiyəsi üçün şərait yaradılması) nəzərə almaqla həll edir. Məhkəmə, işin hallarını, eləcə də qəyyumluq və himayəçilik komissiyasının rəyini, iddiaçının uşaqların lazımi qaydada saxlanılması üçün qənaətbəxş həyat şəraitinə malik olmasını, həmçinin uşaqların valideynləri tərəfindən tərbiyə olunmaq, valideyn qayğısından istifadə etmək və digər mənafelərini nəzərə alaraq, məhkəmə hesab edir ki, tərəflərin birgə nikahından doğulmuş iki azyaşlı uşağının iddiaçının yanında yaşamaları onların maraqlarının təmin olunması, hərtərəfli inkişafı və digər mənafeləri baxımından daha məqsədəmüvafiqdir. Odur ki, iddia təmin edilməli, tərəflərin birgə nikahından doğulmuş azyaşlı uşaqları iddiaçının himayəsinə verilməlidir. Mülki Prosessual Məcəllənin 14.2, 217.4 və 218.3-cü maddələrinə müvafiq olaraq məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdıraraq, onlardan istifadə edərək, yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanaraq, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-in 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia təmin edilsin. Tərəflərin birgə nikahlarından doğulmuş xx.xx.2016-cı il təvəllüdlü X6 və xx.xx.2018-ci il təvəllüdlü X4 iddiaçı (atası) İddiaçı himayəsində saxlanılsınlar. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Şamaxı Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Natiq İsmayılov
Məhkəmə qərarları › İş №2(074)-61/2023
Şamaxı Rayon Məhkəməsi Qətnamə — İş №2(074)-61/2023
06.03.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver