Məhkəmə qərarları › İş №2(074)-626/2025

Şamaxı Rayon Məhkəməsi Qətnamə — İş №2(074)-626/2025

30.10.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şamaxı rayonu İş № 2(074)-626/2025 30.10.2025 ŞAMAXI RAYON MƏHKƏMƏSİ Şamaxı Rayon Məhkəməsinin hakimi İsmayılov Natiq Əvəz oğlunun sədrliyi, Alıyeva Sevinc Ağasəf qızının katibliyi ilə, İlkin iddia İddiaçı və onun nümayəndəsi və vəkili Vəkil2, İlkin iddia üzrə Cavabdeh və onun nümayəndəsi və vəkili Vəkil1 iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “nikah pozulması, uşaqların atanın yanında saxlanması və aliment” tələbinə dair, İddiaçı Cavabdeh qarşı “aliment” tələbinə dair ilkin, iddiaçı Cavabdeh İddiaçı qarşı “nikahın pozulması, uşağın atadan alınıb anaya verilməsi və aliment” tələbinə dair qarşılıqlı iddia ərizələri üzrə mülki işə Şamaxı şəhərində, Şamaxı Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlə nikahdan olan övladları xx.xx.2010-cu il təvəllüdlü X4, xx.xx.2011-ci il təvəllüdlü X18 oğlunun və xx.xx.2016-cı il təvəllüdlü Nəbiyev Elgün İlkin oğlunun hazırki vəziyyətdə saxlanılmaları üçün hər ay hər uşağa görə 200 manat olmaqla, üç uşaq üçün cəmi 600 manat sabit pul məbləğində alimentin cavabdehdən alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İlkin iddia üzrə iddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, xx.xx.2007-ci ildə Cavabdeh ilə rəsmi nikaha daxil olub və nikahları qeydiyyat kitabında 95 nömrə ilə qeydiyyata alınmış və ona AZ-İ № 318549 nömrəli nikah şəhadətnaməsi verilmişdir. Cavabdeh ilə birgə nikahlarından uyğun olaraq xx.xx.2010-cu il təvəllüdlü X10, xx.xx.2011cı il təvəllüdlü X13 və xx.xx.2016-cı il təvəllüdlü X14 adında üç övladı doğulmuşdur. Məhkəməyə bildirir ki, onlar normal ailələr kimi yaşayıb, son vaxt evdə söz-söhbətlər yaradıb. 2024-cü ilin dekabrın 19-da səhər altı radələrində evdən getmiş, eşidib ki, Kürdəmir rayonuna atası evinə gedib. Bir neçə dəfə arxasınca gediblər, amma evlərinə geri qayıtmayıb. Hal-hazırda uşaqlar onun himayəsindədir, ona görə də cavabdehdən aliment tələb etmək qərarına gəlib. O, cavabdehlə birgə nikahlarından doğulmuş uşaqların hal-hazırda saxlanmaları üçün hər ay hər uşaq üçün 200 (iki yüz) manat olmaqla üç uşaq üçün cəmi 600 (alt yüz) manat sabit pul məbləğində alimentin uşaqların anası Cavabdeh alınıb ona verilməsi tam ədalətlidir. 2025-cü ildə yaşayış minimumu Azərbaycan Dövləti tərəfindən hər ay hər uşaq üçün 246 manat müəyyən edilmişdir. Bu məqsədlə əvvəlcə Mediasiya Təşkilatına müraciət edib. Əslini bu ərizəyə daxil etdiyi xx.xx.2025-cü il tarixli Mediasiya arayışından görünür ki, cavabdeh X1 prosesində iştirak etməmişdir. Qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı qarşı qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək onunla cavabdeh arasında bağlanmış xx.xx.2007-ci il tarixli 95 saylı nikahın pozulması və xx.xx.2010-cu il təvəllüdlü X10, xx.xx.2011-cı il təvəllüdlü X13 və xx.xx.2016-cı il təvəllüdlü X8 atadan alınaraq ananın himayəsinə verilməsi və hər uşağa görə 200 manat məbləğində, ümumilikdə 600 manat alimentin cavabdehdən alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Qarşılıqlı iddia üzrə iddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, cavabdeh İddiaçı ilə xx.xx.2007-ci ildə nikaha daxil olmuşlar. Bu nikahdan tərəflərin xx.xx.2010-cu il təvəllüdlü X10, xx.xx.2011-cı il təvəllüdlü X13 və xx.xx.2016-cı il təvəllüdlü X14 doğulmuşdur. Cavabdeh İddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək iddiaçıdan üç uşağın saxlanılması üçün aliment tələbi barədə iddia qaldırmışdır. Nikaha girdikdən sonra iddiaçı Cavabdeh ilə cavabdeh İddiaçı münasibətləri normal olsa da, sonradan tərəflərin münasibəti dözülməz həddə çatmışdır. Belə ki, dəfələrlə cavabdeh İddiaçı Cavabdeh qarşı şiddət göstərmiş, onu azyaşlı uşaqlarının qarşısında alçaltmışdır. Bu səbəbdəndir ki, ailənin böyük övladı anaya qarşı aqressiv davranır, hətta iddiaçı uşaqlarına zəng edib danışmaq istəyərkən onlar atalarının təsiri ilə onu söyüb təhqir edir. İddiaçının 2024-cü ilin 19 dekabrında səhər saat 06.00 radələrində evdən qaçmasının səbəbi onun döyülməsi, sonra da mal-qaranın zir zibilini yeməyə məcbur edilməsi və bir sözlə alçaldılması olmuşdur. İddiaçı əvvəllər döyüldüyü vaxtlarda atası evinə qayıtmaq istəsə də atasının sağlığında bunu edə bilməmişdir, belə ki, atası onu evinə qayıtmasına və hər şeyə dözməsini, bir sözlə ailədə belə şeylər olur deməklə onu belə ağır həyat şəraitində yaşamağa məhkum etmişdir. İddiaçı qorxusundan, uşaqlarından ayrı düşməmək üçün hər şeyə dözmüşdür. Cavabdehin ailə dəyərlərinə zidd hərəkətləri, mənəviyyatsızlığı, davranışları, şiddət göstərməsi, öz həyat yoldaşını dəfələrlə alçaltması sonda ailənin dağılmasına gətirib çıxarmışdır. Artıq onların bir ailə kimi bir yerdə yaşaması qeyrimümkündür. Ortaq fikirləri, bölüşə biləcəkləri heç bir şey qalmamışdır. İddiaçı azyaşlı övladlarının cavabdehin yanında qalmasını istəmir, çünki cavabdeh azyaşlı uşaqlara təzyiq göstərək onların psixoloji durumunu məhv edir. İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh Nəbiyeva Vüsalə Qəhrəman qızı ilə aralarında xx.xx.2007-ci il tarixində bağlanmış nikahın ləğv edilməsi, nikah ləğv edildikdən sonra birgə nikahdan olan övladları xx.xx.2010-cu il təvəllüdlü X4, xx.xx.2011-ci il təvəllüdlü X18 oğlunun və xx.xx.2016-cı il təvəllüdlü Nəbiyev Elgün İlkin oğlunun onun himayəsində saxlanması, cavabdeh Nəbiyeva Vüsalə Qəhrəman qızından xx.xx.2010-cu il təvəllüdlü X4, xx.xx.2011-ci il təvəllüdlü X18 oğlunun və xx.xx.2016-cı il təvəllüdlü Nəbiyev Elgün İlkin oğlunun yetkinlik yaşına çatanadək maddi cəhətdən saxlanmaları üçün hər ay hər uşağa görə 246 manat olmaqla, cəmi 738 manat alimentin tutulub ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, Cavabdeh ilə xx.xx.2007-ci il tarixində nikah qeydiyyatından keçib ailə qurub. Birgə nikahdan xx.xx.2010-cu il təvəllüdlü X10, xx.xx.2011-ci il təvəllüdlü X18 oğlu və xx.xx.2016-cı il təvəllüdlü X14 anadan olmuşlar. Onlar əvvəllər yaxşı münasibətdə olmuş, sonradan cavabdeh onu saymamış, həyat yoldaşı kimi onunla hesablaşmamış, dəfələrlə evdən qaçıb getmişdir. xx.xx.2024-cü il tarixində yenidən heç bir səbəb olmadan cavabdeh evdə dava-dalaş salmış və evdən qaçıb getmişdir. O və valideynləri dəfələrlə arxasınca gedib evə gəlməyini xahiş etsələr də, onunla yaşamaq istəmədiyini bildirmişdir. Artıq ailələri dağılmış, bərpası mümkün deyildir. Hesab edir ki, xx.xx.2007-ci il tarixində aralarında bağlanmış nikah ləğv edilməlidir. Nikah ləğv edildikdən sonra birgə nikahdan olan övladları xx.xx.2010-cu il təvəllüdlü X10, xx.xx.2011-ci il təvəllüdlü X13 və xx.xx.2016-cı il təvəllüdlü X14 onun himayəsində saxlanmalıdırlar. Şamaxı Rayon Məhkəməsinin 2(074)-822/2025 saylı, 12 iyun 2025-ci il tarixli qərardadı ilə, İddiaçı Cavabdeh qarşı “nikahın pozulması, uşaqların atasının yanında saxlanılması və aliment” tələbinə dair iddia üzrə 2(074)-822/2025 nömrəli mülki işlə Şamaxı Rayon Məhkəməsinin icraatında olan İddiaçı Cavabdeh qarşı “aliment” tələbinə dair ilkin, Cavabdeh İddiaçı qarşı “nikahın pozulması, uşağın atadan alınıb anaya verilməsi və aliment” tələbinə dair qarşılıqlı iddia ərizəsi üzrə 2(074)-626/2025 nömrəli mülki işin bir icraatda birləşdirilməsi və həmin işlərə eyni vaxtda 2(074)-626/2025 qeydiyyat nömrəsi ilə baxılması qərara alınmışdır. Məhkəmə iclasında iştirak edən ilkin iddia İddiaçı ilkin iddia tələbini müdafiə edərək və ona uyğun izahat verərək bildirdi ki, ilkin iddia tələbinin təmin edilməsi və qarşılıqlı iddia tələbinin rədd edilməsini xahiş etdi. Əlavə olaraq bildirdi ki, Vüsalə əvvəllər də evi dəfələrlə tərk edib. Cavabdehin öz bacısı qızı ona bildirib ki, cavabdeh əxlaqsızlıqla məşğul olur. O, Vüsaləyə şiddət göstərməyib. Uşaqlara zəng edib, boşanma üçün müraciət etmələrini deyirdi. Cavabdeh onun adına Bakıda və ya Kürdəmirdə ev alınsa geri qayıdacağını bildirirdi, lakin onun elə imkanı yoxdur. Məhkəmə iclasında iştirak edən ilkin iddia İddiaçı nümayəndəsi və vəkili Vəkil2 ilkin iddia tələbini müdafiə edərək və ona uyğun izahat verərək bildirdi ki, ilkin iddia tələbinin təmin edilməsi və qarşılıqlı iddia tələbinin rədd edilməsini xahiş etdi. Əlavə olaraq bildirdi ki, 2007-ci ildə ailə qurublar. 3 uşaqları olub. Xanım dəfələrlə evi tərk edib. 2024-cü ildə gecə saatlarında evi tərk edib, cavabdehin bacısı qızı onun əxlaqsızlıqla məşğul olduğunu deyib. Uşaqların atasının himayəsində saxlanılmasını və aliment təyin olunmasını xahiş edir. Uşaqlar atalarının yanında qalmaq istəyirlər. Psixoloji ekspertizanın və Qəyyumluq və Himayəçilik Komissiyasının rəyi də bunu təsdiq edir. Məhkəmə iclasında iştirak edən ilkin iddia üzrə Cavabdeh qarşılıqlı iddia tələbini müdafiə edərək və ona uyğun izahat verərək bildirdi ki, ilkin iddia tələbinin rədd edilməsi və qarşılıqlı iddia tələbinin təmin edilməsini xahiş etdi. Əlavə olaraq bildirdi ki, o, evi 2024cü ildə iddiaçı tərəfindən şiddət gördüyünə görə 1 dəfə tərk edib. Evdən gedəndə balaca oğluna onunla getməyi təklif edib, lakin o, razı olmayıb. Böyük övladlarına isə təklif etməyib. Digər övladlarına isə deməyib. Çünki onların onunla gəlməyəcəklərini bilirdi. Şiddət göstərdiyi üçün Kürdəmirdə polis şöbəsinə müraciət edib, oradan Şamaxıya müraciət etməyini bildiriblər. Lakin Şamaxı polis şöbəsinə müraciət etməyib. İddiaçı ilə barışmaq ehtimalına görə uşaq tələbi ilə bağlı məhkəmə müraciət etməyib. Evdən gedənə qədər uşaqlarla münasibəti yaxşı olub, daha sonra isə pisləşib. Məhkəmə iclasında iştirak edən ilkin iddia üzrə Cavabdeh nümayəndəsi və vəkili Vəkil1 qarşılıqlı iddia tələbini müdafiə edərək və ona uyğun izahat verərək bildirdi ki, ilkin iddia tələbinin rədd edilməsi və qarşılıqlı iddia tələbinin təmin edilməsini xahiş etdi. Əlavə olaraq bildirdi ki, Vüsalə hazırda anası ilə birlikdə Kürdəmir rayonunda yaşayır. Günəmuzd olaraq çalışır. Balaca uşaq anaya bağlıdır. Böyükləri isə ona qarşı öyrədiblər. Vüsalənin valideynləri uşaq tələbi ilə bağlı nə məhkəməyə nə də polisə müraciət etməyə icazə verməyiblər. Məhkəmə iclasında iştirak edən mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxsin nümayəndəsi X11 izahat verərək bildirdi ki, məhkəmənin qərarı ilə əlaqədar hər iki tərəfin mənzil-məişət və həyat şəraiti müayinə edilmişdir. Uşaların 15, 14 və 9 yaşaları olduğundan onlarla müvafiq söbtlər aparılmış və birgə nikahdan doğulmuş uşaqlar atalarının himayəsində yaşamaq istədiklərini bildirmişlər. Bu səbəbdən rəydə uşaqların atalarının himayəsində saxlanılmasını məqsədəmüvafiq hesab ediblər. Məhkəmə iclasında iclasında fikri dinlənilmiş azyaşlı xx.xx.2010-cu il təvəllüdlü X10 atasının yanında qalmaq istədiyini bildirdi. Əlavə olaraq bildirdi ki, anası evdə əsassız mübahisələr yaradıb. Onlara sevgi və qayğı göstərməyib. Anası evi dəfələrlə tərk edib. Onu gətirmək üçün Kürdəmir rayonuna getmiş və anasına onunla qalmaq istədiyini bildirmiş, lakin xalasının əri anasına uşaqları göndərməsini bildirmiş, anası isə, onları polislə hədələyib qovmuşdur. Hazırda Kürdəmir rayonunda anası xalasının evində, nənəsi, xalası, xalasının həyat yoldaşı və uşaqları ilə birlikdə yaşayırlar. Məhkəmə iclasında fikri dinlənilmiş azyaşlı xx.xx.2011-ci il təvəllüdlü X13 atasının yanında qalmaq istədiyini bildirdi. Əlavə olaraq bildirdi ki, anası evi dəfələrlə tərk edib. Onu gətirmək üçün Kürdəmir rayonuna getsələr də, onları polislə hədələyib qovalayıblar. Anası onlara zəng edib, başqa şəxslə evlənəcəyini, buna görə də atasının onu boşamasını üçün müraciət etməsini bildirib. Məhkəmə iclasında fikri dinlənilmiş azyaşlı xx.xx.2016-cı il təvəllüdlü X14 atasının yanında qalmaq istədiyini bildirdi. Əlavə olaraq bildirdi ki, anası evi tərk edəndə onunla getməsini təklif etməyib. Anası onları atıb gedib. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, İddiaçı Cavabdeh qarşı “nikah pozulması, uşaqların atanın yanında saxlanması və aliment” tələbinə dair iddiası qismən, İddiaçı Cavabdeh qarşı “aliment” tələbinə dair ilkin və iddiaçı Cavabdeh İddiaçı qarşı “nikahın pozulması, uşağın atadan alınıb anaya verilməsi və aliment” tələbinə dair qarşılıqlı iddiası qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan AZ-İ № 318549 nikah haqqında şəhadətnamənin əslindən görünür ki, İddiaçı və X7 arasında nikah 22 iyun 2007-ci il tarixdə Azərbaycan Respublikası Şamaxı Rayon Vətəndaşlıq Vəziyyəti X6 Şöbəsində bağlanmış, bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında həmin tarixdə 95 nömrə ilə qeyd edilmişdir. Nikah bağlandıqdan sonra ərə “Nəbiyev”, arvada “Nəbiyeva” soyadı verilmişdir. İş materiallarında olan AZ-İİ № 403048 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X10 12 aprel 2010-cu il tarixdə Şamaxı rayonu, Şamaxı şəhərində anadan olmuşdur. Atası İddiaçı, anası Cavabdehdır. İş materiallarında olan AZ-İİ № 749279 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X18 oğlu 07 oktyabr 2011-ci il tarixdə Şamaxı rayonu, Şamaxı şəhərində anadan olmuşdur. Atası İddiaçı, anası Cavabdehdır. İş materiallarında olan AZ-İİİ № 672702 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Nəbiyev Elgün İlkin oğlu 09 fevral 2016-cı il tarixdə Şamaxı rayonu, Şamaxı şəhərində anadan olmuşdur. Atası İddiaçı, anası Cavabdehdır. İş materiallarında olan 18 avqust 2025-ci il tarixli, 5-75/2-456/2025 saylı Şamaxı Rayonu İcra Hakimiyyəti yanında Qəyyumluq və Himayəçilik üzrə Komissiyasının rəyindən görünür ki, Komissiya 12 aprel 2010-cu il təvəllüdlü X4, 07 oktyabr 2011-ci il təvəllüdlü X18 oğlunun və 09 fevral 2016-cı il təvəllüdlü Nəbiyev Elgün İlkin oğlunun ataları İddiaçı himayəsində saxlanılmaları məqsədəmüvafiq hesab edir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 11 avqust 2025-ci il tarixli, 11/423 nömrəli rəyindən görünür ki, xx.xx.2010-cu il təvəllüdlü X4 və xx.xx.2011-ci il təvəllüdlü X9 hal-hazırda ataları İddiaçı bağlılıqları (qarşılıqlı əlaqə zamanı müsbət emosiyalar keçirmək, vasitəsiz münasibət qurmaq arzusu, müntəzəm ünsiyyətə can atmaq, əlaqələrin azalması ilə əlaqədar narahat olmaq) üzə çıxmaqla, anaları Cavabdeh bağlılıqları müəyyən olunmur. xx.xx.2016-cı il təvəllüdlü X8 hal-hazırda atası İddiaçı və anası Cavabdeh bağlılığı üzə çıxmaqla, atası İddiaçı bağlılığı daha çoxdur. X4, X9 və X8 hal-hazırda bir-birlərinə bağlılıqları, hissiemosional tələbatları yüksək olmaqla, uzun müddət ərzində ünsiyyətdə olmamaları onların emosional-iradi sferasına neqativ təsir göstərə bilər. X10, X13 və X14 psixi cəhətdən normal inkişaf etməklə, onların əqli inkişafında psixi xəstəliklə əlaqədar olmayan gerilik əlamətləri və idrak (psixi) proseslərinin inkişafında normadan kənaraçıxma halları müəyyən olunmur. X4, X9 və X8 psixikası və davranışlarında valideynlərinə qarşı olan münasibətləri ilə bağlı və hansı valideynin himayəsində yaşamaqlarını seçmələri ilə bağlı kənar psixoloji təsir əlamətləri müəyyən olunmur. Boşanmadan sonra uşaqla ünsiyyət qaydasının (ünsiyyət vaxtlarının və müddətinin) olunması, eləcə də uşağın hansı valideyninin himayəsində yaşamasının məqsədəuyğun olması, həmin halın gələcəkdə uşağın psixoloji vəziyyətinə və psixi inkişafına necə təsir göstərəcəyinin proqnozlaşdırılması məhkəmə-psixoloji ekspertizasının səlahiyyətinə aid deyildir. X4, X9 və X8 hal-hazırda psixoloji vəziyyətləri qənaətbəxş olmaqla, onların emosional-iradi sferalarında və idrak proseslərinin inkişafında normadan kənaraçıxma halları üzə çıxmır. İş materiallarında olan Şamaxı Rayon Məhkəməsinin e-16(074)-27/2025 saylı, 18 iyun 2025-ci il tarixli qərardadının surətindən görünür ki, ərizənin qismən təmin edilməsi, İddiaçı Cavabdeh qarşı “nikah pozulması, uşaqların atanın yanında saxlanması və aliment” tələbinə dair, İddiaçı Cavabdeh qarşı “aliment” tələbinə dair ilkin, iddiaçı Cavabdeh İddiaçı qarşı “nikahın pozulması, uşağın atadan alınıb anaya verilməsi və aliment” tələbinə dair qarşılıqlı iddia ərizəsi üzrə mülki işlə bağlı qəbul ediləcək məhkəmə aktı qanuni qüvvəsini alanadək 12 aprel 2010-cu il təvəllüdlü X4, 07 oktyabr 2011-ci il təvəllüdlü X18 oğlunun və 09 fevral 2016-cı il təvəllüdlü Nəbiyev Elgün İlkin oğlunun saxlanılması üçün, Cavabdeh 18 iyun 2025-ci il tarixdən başlayaraq hər ay hər uşağa görə sonrakı artımlar nəzərə alınmaqla, ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,30 misli həddində sabit pul məbləğində müvəqqəti alimentin tutularaq İddiaçı ödənilməsi, ərizənin qalan hissəsinin təmin edilməməsi və qərardadın dərhal icra edilməsi qərara alınmışdır. Şamaxı Rayon Məhkəməsinin 2(074)-626/2025 saylı, 30 oktyabr 2025-ci il tarixli qərardadı ilə İddiaçı Cavabdeh qarşı “nikah pozulması, uşaqların atanın yanında saxlanması və aliment” tələbinə dair iddia ərizəsi “aliment” tələbinə dair hissədə baxılmamış saxlanılmışdır. Mülki işin materiallarından və proses iştirakçılarının izahatlarından aydın olur ki, tərəflər uzun müddətdir ki, ayrı-ayrılıqda yaşayırlar, birgə təsərrüfat aparmırlar. Onlar nikahlarının pozulmasına qarşılıqlı şəkildə razıdırlar. Buna görə də məhkəmədən nikahlarının pozulmasını xahiş edirlər. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 21.1-ci maddəsinə əsasən, yetkinlik yaşına çatmayan ümumi uşaqları olan ər-arvadın nikahın pozulmasına qarşılıqlı razılığı olduqda, nikah onun pozulma səbəbləri məhkəmə qaydasında araşdırılmadan pozulur. Göstərilən qanunvericilik normasına əsasən məhkəmə hesab edir ki, yetkinlik yaşına çatmayan ümumi uşaqları olan tərəflər nikahlarının pozulmasına qarşılıqlı şəkildə razı olduqlarından, onların nikahı pozulma səbəbi məhkəmə qaydasında araşdırılmadan pozulmalıdır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 22.2.1 və 22.2.2-ci maddələrinin tələblərinə görə, bu Məcəllənin 22.1-ci maddəsində göstərilən məsələlər üzrə ər-arvad arasında saziş olmadıqda, eləcə də bu saziş uşaqların və ya tərəflərdən birinin marağını pozduqda, məhkəmə boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərindən hansının yanında qaldığını və uşaqlar üçün alimentin hansı valideyndən və hansı miqdarda tutulduğunu müəyyən etməlidir. Azərbaycan Respublikasının Konstitusiyasının 17-ci maddəsinini İİ-ci hissəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Azərbaycan Respublikası Konstitusiyasının 34-cü maddəsinin İİİ hissəsinə görə analıq, atalıq, uşaqlıq qanunla qorunur. Həmin maddənin İV hissəsinə görə uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də vəzifəsidir. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016cı il tarixli qərarının 7.1-ci bəndində qeyd edilir ki, yetkinlik yaşına çatmayan uşağın valideynlərdən hansının yanında qalması ilə bağlı mübahisə həll edilərkən uşağın üstün mənafeyi rəhbər tutulmaqla aşağıdakılar nəzərə alınmalıdır: uşağın yaşı; onun fikri; uşağın valideynlərdən hər birinə, qardaş və bacılarına bağlılığı; valideynlərin mənəvi və sair şəxsi keyfiyyətləri; valideynlərdən hər biri ilə uşaq arasında yaranmış münasibətlər; uşağın tərbiyəsi və inkişafı üçün şərait yaratmaq imkanı (valideynlərin peşəsi, iş rejimi, onların maddi və ailə vəziyyəti, səhhəti nəzərə alınmaqla); ayrı yaşayan valideynlərdən hər birinin yaşayış yeri üzrə mövcud vəziyyətini xarakterizə edən digər hallar. Həmin qərarın 7.6-cı bəndində məhkəmələrə tövsiyə edilir ki, nikahın pozulması zamanı yetkinlik yaşına çatmayan uşaqların kimin yanında qalması məsələsi həll olunarkən onların əqli, fiziki və psixoloji cəhətdən sağlam inkişafının və digər bacıqardaşları ilə artıq vərdiş etdikləri şəraitdə birlikdə yaşamalarının təmin olunması baxımından müstəsna hallar istisna olmaqla eyni valideynə verilmələri onların qanunla qorunan ən yaxşı mənafelərinə daha uyğundur. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinə əsasən, uşaqlar barəsində dövlət siyəsəti hər bir uşağın zəruri maddi və məişət şəraitində böyüyüb tərbiyə olunmasının, mütərəqqi tələblər əsasında təhsil almasının, layiqli vətəndaş kimi formalaşmasının təmin edilməsinə yönəldilir. Həmin Qanunun 5-ci maddəsinə əsasən, dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar. Azərbaycan Respublikasının normativ hüquqi aktları və müvafiq orqanların qərarları uşaq mənafelərinə zidd olmamalı və onların icrası uşaqların həyatına, inkişafına və tərbiyəsinə zərər gətirməməlidir. Yenə həmin Qanunun 19-cu maddəsinin 1-ci bəndinə əsasən uşağın maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 60.4-cü maddəsinə görə valideynlər ayrı yaşadıqda uşaqların yaşayış yeri onların razılığı ilə həll edilir. Valideynlər arasında razılıq olmadıqda, məhkəmə mübahisəni uşaqların hüquq və mənafelərini, onların rəyini və sair halları (uşaqların qardaş və bacılarına, valideynlərdən hər birinə olan bağlılığı, valideynlərin əxlaqi və digər şəxsi keyfiyyətləri, uşağın yaşı, onun inkişafı və tərbiyəsi üçün şərait yaradılması) nəzərə almaqla həll edir. Həmin Məcəllənin 52-ci maddəsinə əsasən uşaq ailədə onun maraqlarına toxunan istənilən məsələnin həlli zamanı öz fikrini bildirmək, habelə məhkəmə istintaqı və inzibati araşdırmaların gedişində dinlənilmək hüququna malikdir. Onun maraqlarına zidd olan hallar istisna olunmaqla, 10 yaşına çatmış uşağın fikri mütləq nəzərə alınmalıdır. Bu Məcəllə ilə nəzərdə tutulmuş hallarda məhkəmə və ya qəyyumluq və himayə orqanı yalnız 10 yaşına çatmış uşağın razılığı ilə qərar qəbul edə, habelə qərar qəbul edərkən 7 yaşına çatmış uşağın fikrini öyrənə və nəzərə ala bilər. «Uşaq hüquqları haqqında» xx.xx.1959-cu il tarixli Bəyannamənin 6-a maddəsinə əsasən uşaq mümkün olduqda, valideynlərin himayəsində və onların məsuliyyəti altında və hər halda, məhəbbət və mənəvi-maddi təminat mühitində böyüməlidir. «Uşaq hüquqları haqqında» BMT-nin xx.xx.1989-cu il tarixli Konvensiyasının 18-ci maddəsinə əsasən uşağın tərbiyəsi və inkişafı üçün əsas məsuliyyəti valideynlər daşıyırlar. Məhkəmə hər şeydən öncə qeyd edir ki, birgə nikahdan doğulmuş uşaqların mənafeyi, onların lazımi mühitdə yaşamaq, normal səviyyədə qidalanmaq, təhsil almaq hüquqlarının lazımı şəkildə həyata keçirmələri nəzərə alınmalıdır. Göstərilən qanunvericilik normasına əsasən, məhkəmə hesab edir ki, birgə nikahdan doğulmuş yetkinlik yaşına çatmayan uşaqların hazırda atasının himayəsində yaşaması, həmçinin məhkəmə-psixoloji ekspertizası və Şamaxı Rayon İcra Hakimiyyəti yanında Qəyyumluq və Himayəçilik üzrə Komissiyanın rəyi və digər mənafeləri nəzərə alınaraq, tərəflərin nikahları pozulduqdan sonra 12 aprel 2010-cu il təvəllüdlü X10, 07 oktyabr 2011ci il təvəllüdlü X18 oğlu və 09 fevral 2016-cı il təvəllüdlü Nəbiyev Elgün İlkin oğlu iddiaçının (atasının) yanında saxlanılmalıdır. Tərəflərin yetkinlik yaşına çatmayan uşaqları iddiaçının (atasının) yanında saxlandığından, uşaqların saxlanılması üçün aliment cavabdehdən hər ay sabit pul məbləği şəklində tutulmalıdır. Belə ki, Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 75.1-ci maddəsinə görə valideyinlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 75.4-cü maddəsinə görə isə uşaqların saxlanması üçün vəsait (aliment) valideyinlərdən məhkəmə qaydasında tutula bilər. Həmin Məcəllənin 78.1-ci maddəsinə görə valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəllənin 78.2-ci maddəsinə əsasən, sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Məhkəmə, tərəflərin maddi və ailə vəziyyətini və diqqətəlayiq olan digər halları, eləcə də ilkin iddia üzrə iddiaçının da bir valideyn kimi uşağını saxlamaq vəzifəsinin olmasını nəzərə alaraq hesab edir ki, 12 aprel 2010-cu il təvəllüdlü X10, 07 oktyabr 2011-ci il təvəllüdlü X18 oğlu və 09 fevral 2016-cı il təvəllüdlü Nəbiyev Elgün İlkin oğlunun yetkinlik yaşına çatanadək saxlanılması üçün 24 fevral 2025-ci il tarixdən başlayaraq sonrakı artımlar nəzərə alınmaqla hər ay hər uşağa görə ölkə üzrə müəyyən olunmuş minimum əmək haqının 0,27 misli həddində sabit pul məbləğində aliment ilkin iddia üzrə cavabdehdən ilkin iddia üzrə iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 234.2.1-ci maddəsinə əsasən şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələr dərhal icra olunur. Beləliklə də, məhkəmə hesab edir ki, İddiaçı Cavabdeh qarşı “nikah pozulması, uşaqların atanın yanında saxlanması və aliment” tələbinə dair iddiası qismən, İddiaçı Cavabdeh qarşı “aliment” tələbinə dair ilkin və iddiaçı Cavabdeh İddiaçı qarşı “nikahın pozulması, uşağın atadan alınıb anaya verilməsi və aliment” tələbinə dair qarşılıqlı iddiası qismən təmin edilməli, İddiaçı ilə Cavabdeh arasında bağlanmış nikah pozulmalı, tərəflərin birgə nikahından doğulmuş 12 aprel 2010-cu il təvəllüdlü X10, 07 oktyabr 2011-ci il təvəllüdlü X18 oğlu və 09 fevral 2016-cı il təvəllüdlü Nəbiyev Elgün İlkin oğlu ilkin iddia üzrə iddiaçının (atasının) - İddiaçı himayəsində saxlanılmalı və onların yetkinlik yaşına çatanadək saxlanılması üçün ilkin iddia üzrə Cavabdeh 24 fevral 2025-ci il tarixdən başlayaraq sonrakı artımlar nəzərə alınmaqla hər ay hər uşağa görə ölkə üzrə müəyyən olunmuş minimum əmək haqının 0,27 misli həddində sabit pul məbləğində aliment tutularaq ilkin iddia üzrə İddiaçı ödənilməli, qətnamənin alimentə dair hissəsi dərhal icra edilməli, İddiaçı Cavabdeh qarşı “nikah pozulması, uşaqların atanın yanında saxlanması və aliment” tələbinə dair iddiası və ilkin və qarşılıqlı iddialar qalan hissədə təmin edilməməlidir. Bununla yanaşı məhkəmə hesab edir ki, məhkəmə xərclərinin ödənilməsi məsələsi də həll olunmalıdır. Belə ki, Mülki Prosessual Məcəllənin 107-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 115.0 və 115.0.1-ci maddələrində göstərilmişdir ki, ekspertlərə verilməli olan məbləğlər işə baxılması ilə əlaqədar məsrəflərə daxildir. Həmin Məcəllənin 119.1-ci maddəsində isə təsbit olunmuşdur ki, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Buna görə iş üzrə məhkəmə xərcinə daxil olan 120 manat məbləğində ekspertiza xərcinin 60 manatı İddiaçı, 60 manatı Cavabdeh tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin hesabına köçürülməlidir. Bundan əlavə, məhkəmə hesab edir ki, tərəflərə onların nikah dövründə əldə etdikləri ümumi əmlaka dair paylarının bölünməsi məsələsinin Azərbaycan Respublikası Ailə Məcəlləsinin 36.9-cu maddəsində göstərilən müddət çərçivəsində həll edilməsinin məqsədə müvafiqliyi izah edilməlidir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 36.9-cu maddəsinə əsasən nikah pozulduqda ər-arvadın ümumi əmlakının bölünməsi haqqında onların tələbinə 3 illik iddia müddəti tətbiq olunur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 36.9-cu maddəsinin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 377.1-ci maddəsi ilə əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 29 iyul 2019-cu il tarixli qərarına əsasən Azərbaycan Respublikası Ailə Məcəlləsinin 8.2-ci maddəsinə müvafiq olaraq, həmin Məcəllənin 36.9-cu maddəsində müəyyən edilmiş 3 illik iddia müddətinin axımı Azərbaycan Respublikası Mülki Məcəlləsinin 377.1-ci maddəsinə əsasən, ər-arvadın hər birinin ümumi əmlaka olan mülkiyyət hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən hesablanır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddiaçı Cavabdeh qarşı “nikah pozulması, uşaqların atanın yanında saxlanması və aliment” tələbinə dair iddiası qismən, İddiaçı Cavabdeh qarşı “aliment” tələbinə dair ilkin və iddiaçı Cavabdeh İddiaçı qarşı “nikahın pozulması, uşağın atadan alınıb anaya verilməsi və aliment” tələbinə dair qarşılıqlı iddiası qismən təmin edilsin. İddiaçı ilə Cavabdeh arasında 22 iyun 2007-ci il tarixdə Azərbaycan Respublikası Şamaxı Rayon Vətəndaşlıq Vəziyyəti X6 Şöbəsində 95 nömrəli akt qeydi ilə rəsmiləşdirilmiş nikah pozulsun. Nikah pozulduqdan sonra tərəflərin birgə nikahından doğulmuş 12 aprel 2010-cu il təvəllüdlü X10, 07 oktyabr 2011-ci il təvəllüdlü X18 oğlu və 09 fevral 2016-cı il təvəllüdlü Nəbiyev Elgün İlkin oğlu ilkin iddia üzrə iddiaçı (atası) İddiaçı himayəsində saxlanılsın. 24 fevral 2025-ci il tarixdən başlayaraq 12 aprel 2010-cu il təvəllüdlü X10, 07 oktyabr 2011-ci il təvəllüdlü X18 oğlu və 09 fevral 2016-cı il təvəllüdlü Nəbiyev Elgün İlkin oğlunun yetkinlik yaşına çatanadək saxlanması üçün Cavabdeh İddiaçı xeyrinə sonrakı artımlar nəzərə alınmaqla hər ay hər uşağa görə ölkə üzrə müəyyən olunmuş minimum əmək haqının 0,27 misli həddində sabit pul məbləğində aliment tutulsun. İddiaçı Cavabdeh qarşı “nikah pozulması, uşaqların atanın yanında saxlanması və aliment” tələbinə dair iddiası, İddiaçı Cavabdeh qarşı “aliment” tələbinə dair ilkin və iddiaçı Cavabdeh İddiaçı qarşı “nikahın pozulması, uşağın atadan alınıb anaya verilməsi və aliment” tələbinə dair qarşılıqlı iddiası qalan hissədə təmin edilməsin. Qətnamənin alimentə dair hissəsi dərhal icra edilsin. Alimentin hesablanması zamanı Şamaxı Rayon Məhkəməsinin 18 iyun 2025-ci il tarixli, e-16(074)-27/2025 saylı qərardadına əsasən tutulan müvəqqəti alimentin məbləği nəzərə alınsın. İş üzrə keçirilmiş ekspertizanın xərcini təşkil edən 120 manat pulun 60 manatı İddiaçı, 60 manatı Cavabdeh tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin (X3 kod 210005 VÖEN **********, m/h AZ41NABZ********************, S.W.İ.F.T. BİK CTREAZ22 Məhkəmə Ekspertiza Mərkəzi VÖEN: **********, Hesab: AZ34CTRE********************) hesabına köçürülsün. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Şamaxı Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Natiq İsmayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar