Azərbaycan Respublikası adından QƏTNAMƏ Şamaxı rayonu İş № 2(074)-641/2020 27.07.2020 ŞAMAXI RAYON MƏHKƏMƏSİ Şamaxı rayon Məhkəməsinin hakimi Hümbətov Etibar Zülfüqar oğlunun sədrliyi, X10 katibliyi, İddiaçı və Cavabdeh nümayəndəsi X3 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “sabit pul məbləğində aliment tələbinə dair” iddia ərizəsi üzrə mülki işə Şamaxı rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı qarşı “sabit pul məbləğində aliment tələbinə dair” iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh övladları xx xxxxx 2017-ci il təvəllüdlü X2 yetkinlik yaşma çatana kimi saxlanılması üçün hər ay 180 manat sabit pul məbləğində alimentin tutulub ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh xx.xx.2017-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 180 manat sabit pul məbləğində alimentin tutulmasını xahiş etmişdir. Azərbaycan Respublikasının Mülki Prosesual Məcəlləsinin 53-cü maddəsinə əsasən iddiaçı məhkəmə tərəfindən qətnamə qəbul edilənə kimi iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa haqlıdır. Məhkəmə iclasında iştirak edən İddiaçı izahat verib bildirdi ki, cavabdehlə xx.xx.2016-cı il tarixdə rəsmi nikaha daxil olmuş, birgə nikahdan xx.xx.2017-ci il təvəllüdlü X5 anadan olmuş, cavabdehlə bir müddət mehriban yaşasalar da, sonradan ailə münasibətləri pozulmuş və ayrılmışlar. Uşaq onunla birlikdə yaşayır və cavabdehlə aralarında olan nikah pozulmamışdır. Cavabdeh keçən müddət ərzində o və birgə nikahdan doğulmuş uşaqla maraqlanmamış, heç bir maddi köməklik göstərməmişdir. Cavabdeh dönərxana işlədir və günlük 60-100 manat arası qazancı olur. Odur iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh nümayəndəsi X6 izahat verib bildirdi ki, cavabdeh heç bir yerdə işləmir. İİ qrup əlildir. Eyni zamanda dönərxananı da icarəyə götürmüşdür. Odur ki, nümayəndə iddiaçının 70 manat aliment verə biləcəyini qeyd etdi. Məhkəmə proses iştirakçılarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin olunmalıdır. İş materiallarında olan Şamaxı rayon Qeydiyyat Şöbəsinin xx.xx.2020-ci il tarixli № 05/Q-409/69 saylı arayışından görünür ki, Cavabdeh ilə X4 arasındakı nikah xx.xx.2016-cı ildə Şamaxı rayon Qeydiyyat Şöbəsində bağlanmış, bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında xx.xx.2016-cı ildə 154 nömrə ilə qeyd edilmişdir. Nikah bağlandıqdan sonra ərə Məmmədov, arvada Məmmədova soyadı verilmişdir. İş materiallarında olan AZ-İİİ № 936009 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X5xx.xx.2017-ci ildətarixdə Şamaxı şəhərində anadan olmuşdur. Atası Cavabdeh, anası İddiaçıdır. İşin araşdırılmış hallarından müəyyən edildi ki, tərəflər xx.xx.2016-cı il tarixdə rəsmi nikaha daxil olmuş, birgə nikahdan xx.xx.2017-ci il təvəllüdlü X1 olmuş, tərəflər faktiki olaraq ayrılmışlar. Birgə nikahdan doğulmuş uşaq iddiaçının yanında yaşayır. Hazırda isə iddiaçı birgə nikahdan doğulmuş uşağın yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay 180 manat alimentin tutulması iddiası ilə məhkəməyə müraciət etmiş, cavavdehin nümayəndəsi isə 70 manat aliment ödəməyə razı olduqlarını bildirmişdir. Məhkəmə hesab edir ki, birgə nikahdan doğulmuş uşağın saxlanılması üçün alimentin məbləği tərəflərin təklif etdiyi məbləğdə deyil, uşağın mənafeyi, maddi təminatı əsas götürülməklə hər ay 120 manat məbləğində müəyyən olunmalıdır. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 75.1-ci maddəsinə görə valideyinlər uşaqlarını saxlamağa borcludurlar. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 75.4-cü maddəsinə görə isə uşaqların saxlanması üçün vəsait valideyinlərdən məhkəmə qaydasında tutula bilər. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda, həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 100.2-ci maddəsinə görə aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. Azərbaycan Respublikasının MPM-in 234.2-ci maddəsinə əsasən şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələr dərhal icra olunur. Beləliklə məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin olunmalı, Cavabdeh xx xxxx 2020-ci il tarixdən başlayaraq birgə nikahdan doğulmuş xx.xx.2017-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 120 manat sabit pul məbləğində aliment alınıb İddiaçı verilməli, iddianın qalan hissəsi rədd edilməli, qətnamə dərhal icra edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-in 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh xx xxxx 2020-ci il tarixdən başlayaraq birgə nikahdan doğulmuş xx.xx.2017-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 120 manat sabit pul məbləğində aliment alınıb İddiaçı verilsin. Qətnamə dərhal icra edilsin. İddianın qalan hissəsi rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Şamaxı rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. SƏDRLİK EDƏN: ETİBAR HÜMBƏTOV
Məhkəmə qərarları › İş №2(074)-641/2020
Şamaxı Rayon Məhkəməsi Qətnamə — İş №2(074)-641/2020
27.07.2020 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver