Azərbaycan Respublikası adından QƏTNAMƏ Şamaxı rayonu İş № 2(074)-644/2021 15.07.2021 ŞAMAXI RAYON MƏHKƏMƏSİ Şamaxı rayon Məhkəməsinin hakimi İsmayılov Natiq Əvəz oğlunun sədrliyi, Dəmirov Eyyub Teyyub oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və X1 qarşı “torpağa dair alqı-satqı müqaviləsinin bağlanmış hesab edilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Şamaxı rayon Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və X1 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 ona satdığı 17 iyul 2003-cü il tarixdə Şamaxı rayonu, Mədrəsə qəsəbəsində yerləşən 0,08 ha torpaq sahəsinə dair aralarında alqı-satqı müqaviləsinin bağlanmış hesab edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, 17 iyul 2003-cü il tarixli alqı-satqı müqaviləsinə əsasən Cavabdeh1 məxsus olan Şamaxı rayonun Mədrəsə qəsəbəsində yerləşən 0.08 ha sahəsi olan həyətyanı fərdi yaşayış evini almış, müqavilə ev üçün bağlansa da, əslində ev ilə birlikdə yanaşı torpaq sahəsi ona pul ilə satılmışdır. Ev vaxtı ilə çox kiçik tikilmiş evlər olduğu üçün böyük məbləğdə dəyərləri olmamışdır. Evə dair müqavilə bağlandıqda aralarında əldə edilmiş razılığa əsasən evin həyətyanı torpaq sahəsi də onun istifadəsinə keçirmiş. Bu səbəbdən də torpağa mülkiyyət sənədi verilən zaman onun adına verilməli olduğu halda torpağa dair rəsmi alqı-satqı müqaviləsi bağlanmadığından torpağa dair sənəd onun adına verilməmişdir. Üstündən neçə illər keçməyinə baxmayaraq DƏDRX-ə müraciət etdiyi zaman məlum olmuşdur ki, torpaq evin keçmiş mülkiyyətçisi Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 adına keçirilmişdir. Göründüyü kimi qeyd edilən torpaq sahəsinin ona satılmasına dair iradə ifadəsi bildirilmiş olsa da müqavilə üzrə rəsmiləşdirilməmişdir. Hazırda 2003-cü ildən etibarən aldığı və istifadəsində olan torpaq səhəsinə dair DƏDRX-dən çıxarış almaq mümkün olmur. İddiaçı iddia ərizəsinə dəqiqləşdirmə verərək Şamaxı rayonu, Mədrəsə qəsəbəsi, M.Ə.Sabir küçəsi 22 saylı evin 0,08 ha torpaq sahəsinə dair onunla Cavabdeh1 arasında 17 iyul 2003-cü il tarixdə alqı-satqı müqaviləsi bağlanmış hesab edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsini müdafiə edərək və ona uyğun izahat verərək bildirdi ki, iddia tələbi tamamilə əsaslıdır. Belə ki, o, 2003-cü ildə evi almış, qeyd olunan ev onun adınadır. Torpaq sahəsi isə əvvəlki sahibinin adınadır. Buna görə də iddianın təmin olunmasını məhkəmədən xahiş edir. Cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və X4 məhkəmə baxışı iclasında iştirak etməmişlər. Cavabdehlərin faktiki olduğu yer məlum olmadığından, məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 147-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxmışdır. Məhkəmə iddiaçının izahatını diləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası Dövlət Tikinti və Arxitektura Komitəsi Baş X3 və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsinin 436 inventar işi nömrəli qeydiyyat vəsiqəsinin surətindən görünür ki, Şamaxı rayonu, Mədrəsə qəsəbəsi, M.Ə.Sabir küçəsində yerləşən bir mərtəbəli, iki otaqlı, 53,6 kvadrat ümumi sahəsi, 38,2 kvadrat yaşayış sahəsi olan 22 nömrəli yaşayış evi İddiaçı adına qeydə alınmışdır. İş materiallarında olan 17.07.2003-cü il tarixli 189959 saylı müqavilənin surətindən görünür ki, Paşaliyev Zakiryənin nümayəndəsi X2 rayonu, Mədrəsə qəsəbəsi, Sabir küçəsində yerləşən 22 nömrəli evi ******* manata İddiaçı satmışdır. İş materiallarında olan Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 14 saylı Şamaxı Ərazi İdarəsinin İddiaçı ünvanladığı 09.03.2021-ci il tarixli № **********80 saylı məktundan görünür ki, Əmlak Məsələləri Dövlət Xidmətinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 14 saylı Şamaxı Ərazi İdarəsinə Şamaxı rayonu, Mədrəsə qəsəbəsində yerləşən fərdi yaşayış evi və həyətyanı torpaq sahəsi üzərində mülkiyyət hüququnuzun dövlət reyestrində qeydiyyata alınmasına köməklik göstərilməsi barədə müraciətinizə baxılmış, təqdim etdiyi sənədlər mütəxəssislər tərəfindən araşdırılarkən məlum olmuşdur ki, fərdi yaşayış evinin həyətyanı torpaq sahəsinə ləğv olunmuş DTXK-nın Şamaxı rayon şöbəsi tərəfindən Cavabdeh1 JN:195A (kod********) nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə” verilmişdir. Paylı mülkiyyət hüququ üzrə hüquqlarınızın dövlət reyestrində qeydiyyata alınmasına razılıq vermədiyi üçün müraciətinin icrasından “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun 15.1.1 -ci maddəsinə əsasən imtina olunur. İş materiallarında olan JN-195A KOD 41002016 saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin surətindən görünür ki, Şamaxı rayonu Mədrəsə kənd sakini Cavabdeh1 və onun ailə üzvləri Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və X1 Şamaxı rayon Aqrar İslahat Komissiyasının 11 noyabr 1998-ci il tarixli 16 saylı qərarı ilə 0,08 ha torpaq sahəsi verilmişdir. Beləliklə, məhkəmə araşdırması zamanı tədqiq edilmiş sübutlarla müəyyən edilmişdir ki, Şamaxı rayonu, Mədrəsə qəsəbəsi, M.Ə.Sabir küçəsində yerləşən 0,08 ha torpaq sahəsi və üzərində yerləşən bir mərtəbəli, iki otaqlı, 53,6 kvadrat ümumi sahəsi, 38,2 kvadrat yaşayış sahəsi olan 22 nömrəli yaşayış evi cavabdehlərə məxsus olmuşdur. Cavabdehlər 17 iyul 2003-cü il tarixli 189959 nömrəli müqaviləyə əsasən 0,08 ha torpaq sahəsi üzərində yerləşən bir mərtəbəli, iki otaqlı fərdi yaşayış evini ******* manata iddiaçıya satmış, torpaq sahəsini və üzərindəki tikilini iddiaçıya təhvil verərək, başqa ünvana köçüb getmişlər. Lakin, tərəflər torpağa dair alqı-satqı müqaviləsini notarial qaydada yazılı müqavilə imzalamaqla rəsmiləşdirməmişlər. Həmin dövrdən hal-hazıradək qeyd olunan torpaq və üzərində yerləşən evdə fasiləsiz olaraq iddiaçı və onun ailə üzvləri yaşamış və sahiblik etmişlər. Başqa sözlə, tərəflərin hər ikisi alqı-satqı müqaviləsini faktiki olaraq icra etmişlər. Lakin, onlar əqdin notarial qaydada təsdiq edilməsindən boyun qaçırmışlar. Qeyd edilənlər səbəbindən alqı-satqı müqaviləsi qanunla müəyyən edilmiş qaydada bağlanmadığından, iddiaçı torpağın mülkiyyətçisi kimi həmin torpağa dair müvafiq sənədləşdirmə işlərini apara bilmir. Bu səbəbdən o, hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 24 iyun 2005-ci il tarixədək - mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olmuş 335.2-ci maddəsinə əsasən əgər tərəflərdən biri notariat qaydasında təsdiqlənməsi tələb olunan əqdi tamamilə və ya qismən icra etmişsə, digər tərəf isə əqdin notariat qaydasında təsdiqlənməsindən boyun qaçırırsa, əqdi icra etmiş tərəfin tələbi ilə məhkəmənin əqdi etibarlı saymaq ixtiyarı vardır. Bu halda əqdin sonradan notariat qaydasında təsdiqlənməsi tələb edilmir. “İ.K.Rəcəbovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki İşlər Üzrə Məhkəmə Kollegiyasının 03 iyun 2005-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbacyan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 22.03.2006-cı il tarixli Qərarında qeyd edilmişdir ki, Azərbaycan Respublikası MM-nin 335.2-ci maddəsinin tələbinə görə əgər tərəflərdən biri notariat qadasında təsdiqlənməsi tələb olunan əqdi tamamilə və ya qismən icra etmişsə, digər tərəf isə əqdin notariat qaydasında təsdiqlənməsindən boyun qaçırırsa, əqdi icra etmiş tərəfin tələbi ilə məhkəmənin əqdi etibarlı saymaq ixtiyarı vardır. Göstərilən maddənin mahiyyətinə görə əqdi icra etmiş tərəfin tələbi ilə məhkəmənin əqdi etibarlı hesab edə bilməsi üçün aşağıdakı halların mövcudluğu tələb olunur: əqdin özü qanuna zidd olmamalı və onun yazılı formada tərtib edilməsinə dair tələbə əməl edilmiş olmalıdır. Axırıncı məqam qanunvericiliklə etibarlılığı birbaşa yazılı formada tərtib edilməsindən asılı hala gətirilmiş əqdlər üçün xüsusi əhəmiyyət daşıyır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 324.4-cü maddəsinə əsasən müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir. Həmin Məcəllənin 324.5-ci maddəsinə əsasən iradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir. Məhkəmə, 2 otaqlı fərdi yaşayış evinin cavabdeh tərəfindən ******* manata iddiaçıya satılmasına dair 17 iyul 2003-cü il tarixli 189959 nömrəli müqavilədə fərdi yaşayış evinin 0,08 ha həyətyanı torpaq sahəsinin bütövlükdə göstərilməsini, kənd yerlərində fərdi yaşayış evlərinin üzərində yerləşdiyi torpaq sahəsi istisna olmaqa satılmasının praktikada tətbiq edilmədiyindən alıcının fərdi yaşayış evini bu qaydada əldə etməsinin ağlabatan olmadığını, eləcə də fərdi yaşayış evi satıldığı vaxtdan cavabdehin fərdi yaşayış evini və torpaq sahəsini alıcıya təhvil verərək başqa ünvana köçüb getməsini nəzərə alaraq, müqavilə tərəflərinin torpaq sahəsinin də satılmasında razılığa gəlmələrini lakin bunun alqı-satqı müqaviləsinin məzmununa daxil etmədikləri nəticəsinə gəlir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2, 217.4 və 218.3-cü maddələrinə müvafiq olaraq məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdıraraq, onlardan istifadə edərək, yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanaraq, iddia tələbinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Beləliklə məhkəmə iş üzrə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halında qiymət verərək hesab edir ki, cavabdeh evlə birlikdə torpaq sahəsinin də satılmasına dair iradə ifadə etdiyindən, torpaq sahəsindən və tikilidən ibarət daşınmaz əmlakı iddiaçıya sataraq ona təhvil verərək, 18 il əvvəl başqa ünvana köçüb getməklə torpaq sahəsini satmaqla bağlı iradəsini bir daha nümayiş etdirdiyindən, iddia tələbi təmin edilməli, torpaq sahəsinin alqı-satqısına dair müqavilə bağlamış hesab edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-in 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Şamaxı rayonu, Mədrəsə qəsəbəsi, M.Ə.Sabir küçəsi 22 saylı evin 0,08 ha torpaq sahəsinə dair İddiaçı ilə Cavabdeh1 arasında 17 iyul 2003-cü il tarixdə alqı-satqı müqaviləsi bağlanmış hesab edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Şamaxı Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Natiq İsmayılov
Məhkəmə qərarları › İş №2(074)-644/2021
Şamaxı Rayon Məhkəməsi Qətnamə — İş №2(074)-644/2021
15.07.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Torpaq üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver