Azərbaycan Respublikası adından QƏTNAMƏ Şamaxı rayonu İş № 2(074)-658/2022 18.08.2022 ŞAMAXI RAYON MƏHKƏMƏSİ Şamaxı rayon Məhkəməsinin hakimi İsmayılov Natiq Əvəz oğlunun sədrliyi, Tamarova Züleyxa Kamil qızının katibliyi, İddiaçı və onun nümayəndəsi Nümayəndə, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “aliment” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Şamaxı rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ilə birgə nikahlarından doğulmuş və hal- hazırda onun yanında qalan uşaqları xx.xx.2009-cu il təvəllüdlü X8 və xx.xx.2016-cı il təvəllüdlü X5 yetkinlik yaşlarına çatanadək saxlanmaları üçün cavabdehdən hər ay hər uşağa görə 193 manat - cəmi 386 manat alimentin alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, həyal yoldaşı Cavabdeh ilə ailə münasibəti pozulmuş və boşanmışlar. Cavabdehlə birgə nikahlarından üç övladları vardır. Onlardan ikisi xx.xx.2009-cu il təvəllüdlü X8 və xx.xx.2016-cı il təvəllüdlü X9 onun himayəsində, digər bir övladı isə 2011-ci il təvəllüdlü X4 isə anasının himayəsindədir. Cavabdeh ilə birgə nikahlarından doğulmuş xx.xx.2009-cu il təvəllüdlü X8 və xx.xx.2016-cı il təvəllüdlü X9 onun yanında qaldıqlarına görə onların yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün uşaqların anası cavabdehdən hər ay hər uşağa görə 193 manat aliment tutulub ona ödənilməlidir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edərək və ona uyğun izahat verərək bildirdi ki, aliment tələb edir. Cavabdeh hal-hazırda işləyir. Uşaqlar anasının yanında qalmaq istəmir. Buna görə də iddianın təmin olunmasını məhkəmədən xahiş edir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi Nümayəndə iddia tələbini müdafiə edərək və ona uyğun izahat verərək bildirdi ki, iddianın təmin olunmasını məhkəmədən xahiş edir. Əlavə olaraq bildirdi ki, aliment tələb etməkdə məqsədi cavabdehi öz evin qaytarmaqdır. Yoxsa o, hər üç nəvəsinə də özü baxa bilər. Məhkəmə iclasında iştirak edən Cavabdeh izahat verərək bildirdi ki, uşaqlarının hər üçü məhkəmə qətnaməsi ilə onun himayəsinə verilib. Lakin İddiaçı həmin qətnamədən Ali Məhkəməyə şikayət vermişdir. Hazırda Həmin işə baxılıb və uşaların hər üçünün onun yanında saxlanılmasına dair məhkəmə qərarı dəyişdirilmədən saxlanılıb. Buna görə də iddianın təmin olunmamasını xahiş edir. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia rədd edilməlidir. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X8 xx.xx.2009-cu ildə Şamaxı şəhərində anadan olmuşdur. Atası İddiaçı, anası Cavabdehdir. İş materiallarında olan Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X9 xx.xx.2016-cı ildə Şamaxı şəhərində anadan olmuşdur. Atası İddiaçı, anası Cavabdehdir. İş materiallarında olan Şamaxı rayon İHB-nin Göylər kənd İƏD üzrə nümayəndəliyinin xx.xx.2022-ci il tarixli, 80 saylı arayışından görünür ki, İddiaçı 2020-ci ilin iyul ayında həyat yoldaşı ilə ailə münasibətləri pozulmuşdur. Nəticədə həyat yoldaşı Cavabdeh bir uşağın- X2 özü ilə aparmışdır. Qalan iki övladı—X8 və oğlu X9 isə atası ilə qalmışdır. Həmin vaxtdan hər iki uşaq atasının himayəsində yaşayır. İş materiallarında olan Azərbaycan Respublikası Təhsil Nazirliyi Şamaxı rayon Təhsil Şöbəsi T.Kərimov adına Göylər kənd 2 saylı tam orta məktibinin xx.xx.2022-ci il tarixli, 41 saylı arayışından görünür ki, X8 T.Kərimov adına Göylər kənd 2 saylı tam orta məktəbin Vİ sinfində oxuyur. İş materiallarında olan Azərbaycan Respublikası Təhsil Nazirliyi Şamaxı rayon Təhsil Şöbəsi T.Kərimov adına Göylər kənd 2 saylı tam orta məktibinin xx.xx.2022-ci il tarixli, 40 saylı arayışından görünür ki, X9 T.Kərimov adına Göylər kənd 2 saylı tam orta məktəbin məktəbəhazırlıq sinfində oxuyur. İş materiallarında olan Azərbaycan Respublikası Təhsil Nazirliyi Bakı şəhəri Türkan qəsəbəsi Mirzəyev adına sağlamlıq imkanları məhdud uşaqlar üçün 6 nömrəli Respublika xüsusi internat məktəbinin xx.xx.2022-ci il tarixli 27 saylı arayışından görünür ki, X4 E.Mirzəyev adına sağlamlıq imkanları məhdud uşaqlar üçün 6 nömrəli Respublika xüsusi internat məktəbinin xx.xx.2020-ci ildə 4-cü sinfinə qəbul olmuş, xx.xx.2021-ci ildə PTPK qərarının bitməsi ilə əlaqədar xaric edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Təhsil Nazirliyi Abşeron rayon Təhsil Şöbəsi Ə.Qadaşov adına Perekeşkül qəsəbə tam orta məktəbinin xx.xx.2022-ci il tarixli, 70 saylı arayışından görünür ki, X1 rayonu Ə.Qadaşov adına Perekeşkül qəsəbə tam orta məktibində Vb sinifində hal-hazırda təhsil alır. İş materiallarında olan Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(105)-295/2022 saylı qətnaməsindən görünür ki, Cavabdeh İddiaçı qarşı nikahın ləğvi və sabit pul məbləğində aliment tələbinə dair ilk iddiası qismən təmin edilmiş, Cavabdeh və İddiaçı arasında Şamaxı rayonu Göylər kənd icra nümayəndəliyində 05 dekabr 2008-ci il tarixdə bağlanmış, nikahın bağlanması haqqında akt qeydləri kitabında 48 nömrəli akt qeydi ilə rəsmiləşdirilmiş nikahın pozulması, tərəflərin birgə nikahından doğulmuş xx.xx.2009-cu il təvəllüdlü X8, xx.xx.2010-cu il təvəllüdlü X4 və xx.xx.2016-cı il təvəllüdlü X5 ilk iddia üzrə iddiaçı Cavabdeh himayəsində saxlanması, İddiaçı xx.xx.2009-cu il təvəllüdlü X8, xx.xx.2010-cu il təvəllüdlü X4 və xx.xx.2016-cı il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay, hər uşağa görə 110 manat olmaqla, cəmi 330 manat sabit pul məbləğində aliment tutularaq Cavabdeh ödənilməsi, İddiaçı Cavabdeh xeyrinə tutulacaq alimentin vaxtının xx.xx.2010-cu il təvəllüdlü X3 görə ilk iddia üzrə iddiaçı Cavabdeh aliment tələbi ilə məhkəməyə müraciət etdiyi 03 iyun 2021-ci il tarixdən, xx.xx.2009-cu il təvəllüdlü X8 və xx.xx.2016-cı il təvəllüdlü X6 görə isə həmin uşaqlar İddiaçı alınıb Cavabdeh verildiyi vaxtdan hesablanması qət edilmişdir. İş materiallarında olan qərarın nəticəvi hissəsinə dair 2(102)-3536/2022 nömrəli iş üzrə xx.xx.2022-ci il tarixli çıxarışdan görünür ki, kassasiya şikayəti təmin edilmədən, qətnamə isə dəyişdirilmədən saxlanılmışdır. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, tərəflər xx.xx.2008-ci ildə rəsmi nikaha daxil olmuş, onların birgə nigahlarından xx.xx.2009-cu il təvəllüdlü X8, xx.xx.2010cu il təvəllüdlü X4 və xx.xx.2016-cı il təvəllüdlü X9 adlı uşaqları anadan olmuşdur. İddiaçı ilə cavabdeh 26 avqust 2021-ci il tarixdə boşanmışlar. Onların birgə nikahlarından olan övladlarının hər üçünün Cavabdeh yanında saxlanılması və onların saxlanılması üçün İddiaçı xx.xx.2009-cu il təvəllüdlü X8, xx.xx.2010-cu il təvəllüdlü X4 və xx.xx.2016-cı il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay, hər uşağa görə 110 manat olmaqla, cəmi 330 manat sabit pul məbləğində aliment tutularaq Cavabdeh ödənilməsi, İddiaçı Cavabdeh xeyrinə tutulacaq alimentin vaxtının xx.xx.2010-cu il təvəllüdlü X3 görə ilk iddia üzrə iddiaçı Cavabdeh aliment tələbi ilə məhkəməyə müraciət etdiyi 03 iyun 2021-ci il tarixdən, xx.xx.2009-cu il təvəllüdlü X8 və xx.xx.2016-cı il təvəllüdlü X6 görə isə həmin uşaqlar İddiaçı alınıb Cavabdeh verildiyi vaxtdan hesablanması qət edilmişdir. Həmin qətnamədən İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti isə təmin edilməmiş və qətanmə qanuni qüvvəsini almışdır. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2, 217.4 və 218.3-cü maddələrinə müvafiq olaraq məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdıraraq, onlardan istifadə edərək, yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanaraq, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-in 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: İddiaçı Cavabdeh qarşı “alimentin” tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Şamaxı Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Natiq İsmayılov
Məhkəmə qərarları › İş №2(074)-658/2022
Şamaxı Rayon Məhkəməsi Qətnamə — İş №2(074)-658/2022
18.08.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver