Azərbaycan Respublikası adından QƏTNAMƏ Şamaxı rayonu İş № 2(074)-667/2020 11.08.2020 ŞAMAXI RAYON MƏHKƏMƏSİ Şamaxı rayon Məhkəməsinin hakimi Hümbətov Etibar Zülfüqar oğlunun sədrliyi, X6 katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Məmmədova (Rəhimova) Rəsmyə Rəşid qızına qarşı “aliment tələbinə dair” iddia ərizəsi üzrə mülki işə Şamaxı rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “aliment tələbinə dair”iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh az yaşlı övladları xx.xx.2007-ci il təvəllüdlü X4 və xx.xx.2008-ci il təvəllüdlü X1 üçün hər ay hər uşağa 170 manat olmaqla, ümumilikdə 340 manat sabit pul məbləğində alimentin alınaraq ona verilməsi barədə qətnamə qət edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı izahat verib bildirdi ki, cavabdehlə onun arasında olan nikah Şamaxı rayon Məhkəməsinin xx.xx.2013-cü il tarixli qətnaməsi ilə pozulmuş, birgə nikahdan doğulmuş xx.xx.2007-ci il təvəllüdlü X4 və xx.xx.2008-ci il təvəllüdlü X3 onun yanında saxlanılmış, nikah pozulduqdan sonra uşaqları özü saxlamış, lakin hal-hazırda xəstə olduğu üçün uşaqların saxlanılmasında çətinlik çəkir. Cavabdeh isə bir dəfə də olsa uşaqlarla maraqlanmamış, onların saxlanılmasına maddi köməklik etməmişdir. Uşaqlar böyüdükcə onların tələbatı da artmış, hal-hazırda aylıq 100-200 manat qazancı ilə onlara baxması qeyri-mümkün olmuşdur. Uşaqların saxlanılması üçün isə hər uşağa aylıq 200-300 manat pul xərclənir. Odur ki, iddiaçı iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilmiş cavabdeh məhkəmə iclasına gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosesual Məcəlləsinin 185.5-ci maddəsinəəsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə iddiaçını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin olunmalıdır. İş materiallarında olan Şamaxı rayon Məhkəməsinin xx xxxxxxx 2013-cü il tarixli 2(074)-542/2013 saylı qətnaməsinin surətindən görünür ki, İddiaçı və Cavabdeh arasındakı xx.xx.2006-cı ildə Şamaxı rayon İHB-nin Həmyəli kənd nümayəndəliyində qeydə alınmış 7 saylı nikahın pozulması, tərəflərin birgə nikahından doğulmuş xx.xx.2007ci il təvəllüdlü X4 və xx.xx.2008-ci il təvəllüdlü X2 İddiaçı yanında qalmaları qət edilmişdir. İş materiallarında olan AZ-İ № 892988 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X4xx.xx.2007-ci ildətarixdə Şamaxı şəhərində anadan olmuşdur. Atası İddiaçı, anası RəhimovaRəsmyə Rəşid qızıdır. İş materiallarında olan AZ-İİ № 155024 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X3 xx.xx.2008-ci ildətarixdə Şamaxı şəhərində anadan olmuşdur. Atası İddiaçı, anası RəhimovaRəsmyə Rəşid qızıdır. İşin araşdırılmış hallarından müəyyən edildi ki, tərəflər arasındakı nikah məhkəmə qətnaməsi əsasında rəsmi qaydada poulmuş, birgə nikahdan doğulmuş xx.xx.2007-ci il təvəllüdlü X4 və xx.xx.2008-ci il təvəllüdlü X3 İddiaçı yanında saxlanılmışdır. Hazırda İddiaçı məhkəməyə müraciət edərək birgə nikahdan doğulmuş uşaqların saxlanılmasında maddi cəhətdən çətinlik çəkdiyini əsas gətirmiş və iki uşağın saxlanılması üçün hər ay hər uşağa görə 170 manat olmaqla, cəmi 340 manat məbləğində alimentin Cavabdeh tutularaq ona verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə hesab edir ki, birgə nikahdan doğulmuş uşaqların saxlanılması üçün alimentin məbləği uşaqların mənafeyi, maddi təminatı əsas götürülməklə hər ay hər uşağa görə 80 manat olmaqla, cəmi 160 manat sabit pul məbləğində müəyyən olunmalıdır. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 75.1-ci maddəsinə görə valideyinlər uşaqlarını saxlamağa borcludurlar. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 75.4-cü maddəsinə görə isə uşaqların saxlanması üçün vəsait valideyinlərdən məhkəmə qaydasında tutula bilər. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda, həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 100.2-ci maddəsinə görə aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. Azərbaycan Respublikasının MPM-in 234.2-ci maddəsinə əsasən şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələr dərhal icra olunur. Beləliklə məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin olunmalı, Cavabdeh xx xxxx 2020-ci il tarixdən başlayaraq birgə nikahdan doğulmuş xx.xx.2007-ci il təvəllüdlü X4 və xx.xx.2008-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay hər uşağa görə 80 manat olmaqla, cəmi 160 manat sabit pul məbləğində aliment alınıb İddiaçı verilməli, iddianın qalan hissəsi rədd edilməli, qətnamə dərhal icra edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-in 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh xx xxxx 2020-ci il tarixdən başlayaraq birgə nikahdan doğulmuş xx.xx.2007-ci il təvəllüdlü X4 və xx.xx.2008-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay hər uşağa görə 80 manat olmaqla, cəmi 160 manat sabit pul məbləğində aliment alınıb İddiaçı verilsin. Qətnamə dərhal icra edilsin. İddianın qalan hissəsi rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Şamaxı rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. SƏDRLİK EDƏN: ETİBAR HÜMBƏTOV
Məhkəmə qərarları › İş №2(074)-667/2020
Şamaxı Rayon Məhkəməsi Qətnamə — İş №2(074)-667/2020
11.08.2020 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver