Məhkəmə qərarları › İş №2(074)-679/2021

Şamaxı Rayon Məhkəməsi Qətnamə — İş №2(074)-679/2021

02.08.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şamaxı rayonu İş № 2(074)-679/2021 02.08.2021 ŞAMAXI RAYON MƏHKƏMƏSİ Şamaxı rayon Məhkəməsinin hakimi İsmayılov Natiq Əvəz oğlunun sədrliyi, Tamarova Züleyxa Kamil qızının katibliyi, İddiaçı iştirakı ilə İddiaçı cavabdeh Şamaxı rayon İcra və Probasiya Şöbəsi, 3-cü şəxs X10 qarşı “əsassız olaraq alınmış məbləğin ümumi aliment borcundan çıxılması” tələbinə dair mülki işə Şamaxı şəhərində, Şamaxı rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Şamaxı rayon İcra və Probasiya Şöbəsi, 3-cü şəxs X10 qarşı “əsassız olaraq alınmış məbləğin ümumi aliment borcundan çıxılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 2020-ci lin may ayından 10 mart 2021-ci il tarixinə kimi olan müddət üçün 13 dekabr 2008-ci il təvəllüdlü oğlu X1 görə əsassız olaraq ondan alınmış 1000 manat pulun ümumi aliment borcundan çıxılmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, cavabdehlə 2008-ci ilin dekabr ayının 11də rəsmi nikaha daxil olmuşdur. Birgə nikahdan 13.12.2008-ci il tarixdə doğulmuş Nurlan və 13.04.2012-ci il taridə doğulmuş Göyçək adlı bir qızı var. 26 iyun 2017-ci il tarixdə nikahları pozulmuş, uşaqlar anasının himayəsində saxlanılmışdır. Şamaxı rayon məhkəməsinin 2(074)-846/2019 saylı 10.09.2019-cu il tarixli icra sənədinə əsasən hər uşağa görə hər ay 100 manat məbləğində aliment ondan alınaraq iddiaçı X10 verilməlidir. Uşaqlardan biri X15 2020-ci ilin may ayından 10 mart 2021-ci il tarixinə kimi yəni 10 ay yanında olmuş, bütün ehtiyacları tərəfindən ödənilmişdir. Qanunun tələbinə görə aliment uşaq tələbkarın tərbiyəsinə verildiyi vaxtdan ödənilməlidir. Bu mənada uşaq yanında olduğu müddət üçün aliment ödəməməlidir. Bunu tələbkar da bilirdi, icra məmuru da, amma ardıcıl olaraq hər ay 200 manat ödəmişdir. İcra məmuruna bu 10 ayı Nurlana görə aliment ödəməli olmadığını deyəndə ona bildirmişdir ki, bunun üçün məhkəməyə müraciət etməlisən, məhkəmə həmin müddət üçün Nurlanın saxlanmasına görə səni aliment ödəməkdən azad edə bilər, bundan sonra həmin müddət üçün aliment borcunun ödənilməsindən azad edə bilər, ödənilmiş məbləği də ümumi aliment borcundan çıxarlar. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsini müdafiə edərək izahat verib bildirdi ki, Nurlan adlı övladı 10 ay onun yanında olmuşdur. Odur ki, həmin 10 ay üçün ödədiyi 1000 manat ödənişin ümumi aliment borcundan çıxılması barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımı qaydada məlumatlandırılmış cavabdeh və 3-cü şəxs məhkəmə iclasında iştirak etməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən mülki işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əvvəlki məhkəmə iclasında iştirak edən 3-cü şəxs X12 izahat verib bildirdi ki, iddiaçı tərəfindən ödənilmiş aliment məbləğinin bir neçə ayını iddiaçı tərəfindən başqa ada göndərildiyi üçün ala bilməmişdir. Həmçinin Nurlanı əmisi 1 həftəlik ailələri ilə görüşdürmək adı ilə ondan almış və geri gətirməmişdir. Pandemiya şəraiti ilə əlaqədar və maddi imkansızlıq ucbatından uşağın arxasınca gələ bilməmişdir. Yalnız bu ilin mart ayının 6-da gəlib Nurlanı almış və uşaq hazırda yanındadır. Nurlanın məktəbinin dəyişdirilməsindən xəbəri olmamışdır. Buna görə də iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməməlidir. İş materiallarında olan Şamaxı rayon Məhkəməsinin 26 iyul 2017-ci il tarixli 2(074)- 65/2017 saylı qətnaməsinin surətindən görünür ki, qətnamə ilə iddiaçı X5 ilə cavabdeh İddiaçı 11 dekabr 2008-ci il tarixdə bağlanmış və bağlanması barədə Şamaxı rayon Dağ- Bağırlı kənd icra nümayəndəliyində 11 dekabr 2008-ci il tarixdə 17 nömrə ilə qeydiyyat aparılmış nikah qeydinin pozulması, birgə nikahdan doğulmuş 13 aprel 2012-ci il təvəllüdlü X11 və 13 dekabr 2008-ci il təvəllüdlü X7 anasının yanında saxlanılması, cavabdeh İddiaçı 26 iyul 2017-ci il tarixdən başlayaraq 13 aprel 2012-ci il təvəllüdlü X11 və 13 dekabr 2008ci il təvəllüdlü X7 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay hər uşağa 80 manat olmaqla, cəmi 160 manat sabit pul məbləğində alimentin alınıb iddiaçı X4 verilməsi qət edilmişdir. İş materiallarında olan Şamaxı rayon Məhkəməsinin 10 sentyabr 2019-cu il tarixli 2(074)-846/2019 saylı qətnaməsinin surətindən görünür ki, Şamaxı rayon Məhkəməsinin 26 iyul 2017-ci il tarixli 2(074)-65/2017 saylı qətnaməsi ilə qət edilmiş alimentin miqdarı artırılsın və cavabdeh İddiaçı qətnamə qanuni qüvvəsini aldığı tarixdən başlayaraq 13.12.2008-ci il təvəllüdlü X13 və 13.04.2012-ci il təvəlüdlü X6 yetkinlik yaşına çatana kimi saxlanılmaları üçün hər ay hər uşağa görə 100 manat olmaqla, cəmi 200 manat sabit pul məbləğində aliment alınıb iddiaçı X10 verilməsi qət edilmişdir. İş materiallarında olan Şamaxı rayon İcra və Probasiya Şöbəsinin İddiaçı ünvanlanmış 30 aprel 2021-ci il tarixli məktubundan görünür ki, Şamaxı rayon icra və probasiya şöbəsinin icraatında olan Sumqayıt apellyasiya məhkəməsinin 2(105)- 3528/2017 saylı 28.02.2018-ci il tarixli icra sənədi borclu İddiaçı münasibətdə dəyişdirilmişdir. Azyaşlı X2 üçün hər ay tutulacaq 80 manat məbləğində aliment faktiki olaraq sonuncunun anasına verildiyi tarixdən hesablanmalıdır. Qətnamə qalan hissədə (birgə nikahdan doğulmuş azyaşlı X6 və X7 anasının yanında saxlanılmaları, İddiaçı 26.07.2017-ci il tarixdən başlayaraq, 13.04.2012-ci il təvəllüdlü X6 yetkinlik yaşma çatana kimi saxlanılmaları üçün hər ay hər uşağa 80 manat olmaqla, cəmi 160 manat sabit pul məbləğində alimentin alınıb tələbkar X8ma verilməsi) hissələrdə dəyişmədən saxlanılmalıdır. İcra sənədi üzrə aliment borcu azyaşlı X11 ilə bağlı 26.07.2017- ci il tarixdən (Sumqayıt apellyasiya məhkəməsinin 2(105)-3528/2017 saylı 28.02.2018- ci il tarixli icra sənədinə əsasən) 05.11.2019-cu il tarixə (Şamaxı rayon məhkəməsinin 2(074)- 846/2019 saylı 10.09.2019-cu il tarixli icra sənədinin verildiyi tarix) kimi 2160 manat (27 ay x 80 azn = 2160 azn ) təşkil edir. İcra sənədi üzrə aliment borcu azyaşlı X13 ilə bağlı 08.12.2018- ci il tarixdən (azyaşlının anaya verildiyi tarix) 05.11.2019-cu il tarixə {Şamaxı rayon məhkəməsinin 2(074)-846/20l9 saylı 10.09.2019-cu il tarixli icra sənədinin verildiyi tarix) kimi 880 manat (11 ay x 80 azn = 880 azn ) təşkil edir. Şamaxı rayon icra və probasiya şöbəsinin icraatında olan Şamaxı rayon məhkəməsin 2(074)-846/2019 saylı 10.09.2019-cu il tarixli icra sənədinə əsasən borclu İddiaçı azyaşlı X13 və X6 yetkinlik yaşma çatana kimi cəmi 200 manat sabit pul məbləğində aliment alınıb tələbkar X16ma verilməlidir. İcta sənədi üzrə aliment borcu 26.07.2017-ci il tarixdən 30.04.2021-ci il tarixə 3400 manat (17 ay x 200 azn = 3400 azn) təşkil edir. İcra sənədləri üzrə ümumilikdə aliment borcu 26.07.2017-ci il tarixdən 30.04.2021-ci ü tarixə qədər 6440 manat (880 azn+2160 azn+3400 = 6440 azn) təşkil edir. Borclu İddiaçı 30.04.2021-ci il tarixə qədər tələbkar X16ma cəmi 6112 manat ödənilmişdir. Borclu İddiaçı tələbkar X16ma olan aliment borcu cəmi 328 manat (6440-6112=328) təşkil edir. İş materiallarında olan Şamaxı RİH Başçısının Dağ-Bağırlı kənd İƏD üzrə nümayəndəsinin 07.04.2021-ci il tarixli, 28 saylı arayışından görünür ki, X13 həqiqətən 2020-ci ilin may ayından 2021-ci ilin mart ayının onu tarixinə kimi Şamaxı rayonu, Dağ- Bağırlı kəndində yaşamışdır. İş materiallarında olan Şamaxı rayon Təhsil şöbəsi Bağırlı-Dağ kənd tam orta məktəbin 08.04.2021-ci il tarixli, 08 saylı arayışından görünür ki, X13 həqiqətən şagirdlərin elektron yerdəyişməsi ilə əlaqədar 21.11.2020-ci il tarixdən Tovuz rayon Köhnə qala tam orta məktəbin Vİ sinifindən çıxarılıb, Bağırlı-Dağ kənd tam orta məktəbin Vİ sinifinə qəbul edilmişdir. İşin araşdırılmış hallarından müəyyən olunmuşdur ki, Şamaxı rayon Məhkəməsinin 26 iyul 2017-ci il tarixli 2(074)-65/2017 saylı qətnaməsi ilə qətnamə ilə iddiaçı X5 ilə cavabdeh İddiaçı 11 dekabr 2008-ci il tarixdə bağlanmış və bağlanması barədə Şamaxı rayon Dağ-Bağırlı kənd icra nümayəndəliyində 11 dekabr 2008-ci il tarixdə 17 nömrə ilə qeydiyyat aparılmış nikah qeydinin pozulması, birgə nikahdan doğulmuş 13 aprel 2012-ci il təvəllüdlü X11 və 13 dekabr 2008-ci il təvəllüdlü X7 anasının yanında saxlanılması, cavabdeh İddiaçı 26 iyul 2017-ci il tarixdən başlayaraq 13 aprel 2012-ci il təvəllüdlü X11 və 13 dekabr 2008-ci il təvəllüdlü X7 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay hər uşağa 80 manat olmaqla, cəmi 160 manat sabit pul məbləğində alimentin alınıb iddiaçı X4 verilməsi qət edilmişdir. Sumqayıt apellyasiya məhkəməsinin 2(105)-3528/2017 saylı 28.02.2018-ci il tarixli icra sənədi borclu İddiaçı münasibətdə dəyişdirilmişdir. Azyaşlı X2 üçün hər ay tutulacaq 80 manat məbləğində aliment faktiki olaraq sonuncunun anasına verildiyi tarixdən hesablanmalıdır. Sumqayıt apellyasiya məhkəməsinin 2(105)-3528/2017 saylı 28.02.2018-ci il tarixli icra sənədini əsas gətirərək azyaşlı 13 dekabr 2008-ci il təvəllüdlü X13 üçün 2020-ci lin may ayından 10 mart 2021-ci il tarixinə kimi olan müddət üçün alimentin ona geri qaytarılmasını xahiş edir. Lakin Şamaxı rayon Məhkəməsinin 10 sentyabr 2019-cu il tarixli 2(074)-846/2019 saylı qətnaməsi ilə Şamaxı rayon Məhkəməsinin 26 iyul 2017-ci il tarixli 2(074)-65/2017 saylı qətnaməsi ilə qət edilmiş alimentin miqdarı artırılsın və cavabdeh İddiaçı qətnamə qanuni qüvvəsini aldığı tarixdən başlayaraq 13.12.2008-ci il təvəllüdlü X13 və 13.04.2012-ci il təvəlüdlü X6 yetkinlik yaşına çatana kimi saxlanılmaları üçün hər ay hər uşağa görə 100 manat olmaqla, cəmi 200 manat sabit pul məbləğində aliment alınıb iddiaçı X10 verilməsi qət edilmişdir. Məhkəmə qeyd edir ki, X7 bir neçə ay atası İddiaçı yanında qalması, həmin dövr ərzində azyaşlının tələbatlarının onun tərəfindən qarşılanması iddiaçını həmin dövr üçün aliment öhdəliyini icra etməkdən azad etmir. Məhkəmə iclasında da həmçinin İddiaçı övladı 13 dekabr 2008-ci il təvəllüdlü X13 üçün 2020-ci lin may ayından 10 mart 2021-ci il tarixinə kimi olan müddət üçün ödədiyi alimentin ona geri qaytarılması üçün heç bir əsas müəyyən olunmadı. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunanlara əsasən məhkəmə iddiaçının Nurlan Feyzullayevin valideyni olaraq onu saxlamaq vəzifəsinin olmasını, bu vəzifənin yalnız aliment ödəməklə bitmədiyini, azyaşlı Nurlanın saxlanılması ilə bağlı gündəlik qayğıların cavabdehin üzərinə düşməsini nəzərə alaraq hesab edir ki, İddiaçı “əsassız olaraq alınmış məbləğin ümumi aliment borcundan çıxılması” tələbinə dair iddia tələbi təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsində isə təsbit olunmuşdur ki, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia tələbinin təmin olunmadığını nəzərə alıb, qeyd olunan prosessual hüquq normalarını rəhbər tutaraq məhkəmə hesab edir ki, iş üzrə iddiaçının ödədiyi 30 manat dövlət rüsumu iddiaçıya aid edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdeh Şamaxı rayon İcra və Probasiya Şöbəsi və 3-cü şəxs X10 qarşı “əsassız olaraq alınmış məbləğin ümumi aliment borcundan çıxılması” tələbinə dair iddiası təmin edilməsin. İş üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətinə Şamaxı Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Natiq İsmayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar