Azərbaycan Respublikası adından QƏTNAMƏ Şamaxı rayonu İş № 2(074)-718/2022 29.07.2022 ŞAMAXI RAYON MƏHKƏMƏSİ Şamaxı rayon Məhkəməsinin hakimi Hümbətov Etibar Zülfüqar oğlunun sədrliyi, Abdullayev Əsgər Yadigar oğlunun katibliyi ilə, İddiaçı, onun nümayəndəsi və vəkili Vəkil2, cavabdehlər Cavabdeh1, Cavabdeh2 Yuriyevnayanın, Cavabdeh4 nümayəndəsi və vəkili X3, Cavabdeh6 xüsusi notariusu X18, tərcüməçi X27 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 Yuriyevna, Cavabdeh3, Cavabdeh4, Qobustan rayon notariat kontoru və Şamaxı rayon Notariat Kontoruna qarşı etibarnamələrin və alqı-satqı müqavilələrinin ləğv edilməklə daşınmaz əmlak tələbi barədə dair iddia ərizəsinə dair mülki iş Şamaxı rayon məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 Yuriyevna, Cavabdeh3 qarşı “etibarnamələrin və alqı-satqı müqavilələrinin ləğv edilməklə daşınmaz əmlak tələbi barədə dair” iddia ərizəsi ilə məhkəməyə müraciət edərək adından cavabdehlər - Cavabdeh1 və X26 verilmiş naməlum saxta etibarnaməni və bu əsasda Cavabdeh3 tərəfindən aparılmış ona məxsus 0,12 hektar torpağın üzərində AN-İ № ******* saylı, xx.xx.2008-ci il tarixli alqı-satqı müqaviləsini ləğv edərək həmin torpaq üzərində qanuni mülkiyyət hüquqlarının bərpa edilməsi barədə qətnamə qət edilməsini məhkəmədən xahiş etmişdir. Daha sonra iddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 Yuriyevna, Cavabdeh3 və Cavabdeh4 qarşı tələbin dəqiqləşməsinə dair ərizə təqdim edərək adından cavabdehlər Cavabdeh1 və X26 verilmiş etibarnaməni və bu əsasda Cavabdeh3 tərəfindən aparılmış ona məxsus 0,12 hektar torpağ üzərində AN-İ № ******* saylı, xx.xx.2008-ci il tarixli alqı-satqı müqaviləsinin və sonda Cavabdeh4 satılmış torpağının AN-1 № ******* saylı, xx.xx.2011-ci il tarixli alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və bu müqavilə əsasında ona verilmiş çıxarışın ləğv edilərək həmin torpaq üzərində qanuni mülkiyyət hüquqlarının bərpa edilməsi barədə qətnamə qət edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa haqlıdır. Məhkəmə baxışı zamanı iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya iddiaçı bu hərəkətlərin işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Məhkəmə tərəfindən iddiaçının yazılı vəsatəti əsasında Qobustan rayon Notariat Kontoru və Şamaxı rayon Notariat Kontoru iş üzrə cavabdeh qismində işə cəlb edilmişlər. Məhkəmə iclasında iştirak etmiş İddiaçı iddianı müdafiə edərək izahat verib bildirdi ki, Şamaxı rayonu Aqrar İslahat Komissiyasının 29 may 1998-ci il tarixli 08 saylı qərarı ilə 12 hektar torpaq sahəsi mülkiyyətinə verilib. AN- İ № ******* saylı, xx.xx.2008-ci il tarixli Daşınmaz Əmlakın Alqı-satqı müqaviləsinin surətindən görünür ki, Cavabdeh5 təşkilatçılığı ilə onun səlahiyyətli nümayəndəsi hesab olunan Cavabdeh1 tərəfindən verilmiş etibarnaməyə əsasən onun adından çıxış edən Şamaxı rayon Nağaraxana kəndində yaşayan xx.xx.1967-ci il təvəllüdlü Cavabdeh2 adlı səxs satıcı qismində onun 0,12 ha torpağını Ağcabədi şəhəri M.Ə.Rəsulzadə küçəsi ev 231-də yaşayan xx.xx.1973-cü il təvəllüdlü Cavabdeh3 4050 (dörd min əlli) manata satmışdır. Digər AN-İ № ******* saylı, xx.xx.2011-ci il tarixli Daşınmaz Əmlakın Alqı-satqı müqaviləsinin surətindən görünür ki, Zərdab rayon Dövlət Notariat Kontorunda Cavabdeh3 başqa bir X4 adına etibarnamə vermiş və sonuncu da öz növbəsində ona məxsus 0,12 ha torpaq sahəsini ünvan 1-də yaşayan Cavabdeh4 adlı başqa bir şəxsə 4800 (dörd min səkkiz yüz) manata satmışdır. 2021-ci ilin Noyabrın ayında həmin torpaq sahəsinə dair Dövlət Reyestr Xidmətindən Çıxarış almaq üçün müraciət edərkən oradan ona bildirmişlər ki, guya o, Cavabdeh1 adına etibarnamə vermiş və o da Nağaraxana kənd icra nümayəndəsinin müavini işləyən X22 etibarnamə vermiş, sonuncu isə ona məxsus 0,12 ha torpaq sahəsini Ağcabədi rayon sakini olan Cavabdeh3 satmışdır. Cavabdeh3 isə qeyd etdiyi kimi ona məxsus həmin torpaq sahəsini digər bir şəxsin vasitəsilə ünvan 1 ünvanında qeydiyyatda olan Cavabdeh4 satdırmış, o isə həmin torpaq sahəsinə Çıxarış almışdır. Lakin həmin Çıxarışın hər hansı surəti onda yoxdur. Beləliklə, əvvəlcə özü iş üzrə müəyyən etmişdir ki, Cavabdeh5 rəhbəri işləmiş X12 cavabdehlər- Cavabdeh1, X28 və Cavabdeh3 ilə əlbir olaraq qrup şəklində qeyri-qanuni əməllərlə məşğul olmuşlar. Halbuki heç kəsə sözügedən mübahisəli 0,12 ha torpaq sahəsinə dair etibarnamə verməmişdir. Belə qanunsuzluğu və saxtakarlığı aşkar etdikdən sonra Şamaxı rayon prokuroruna şikayət etmişdir. Həmin şikayəti baxılmaq üçün Şamaxı rayon Polis Şöbəsinə göndərilmiş və HK-1-1199/2021 nömrəli iş kimi araşdırma aparılmışdır. Həmin 4 iş əvvəlcə Şamaxı rayon Polis Şöbəsinin təhqiqatçısı Telman Xasayevə, daha sonra isə istintaq bölməsinin baş müstəntiqi Mirxalid Kazımovun icraatına verilmişdir. Araşdırmanın yekununda toplanmış materiallar üzrə HK-1-1199/2021 araşdırmaya dair cinayət işinin başlanmasının rədd edilməsinə dair qərar çıxarılmış və həmin qərarın əsili 09 fevral 2022-ci il tarixdə ona göndərilmişdir. Şamaxı rayon Polis Şöbəsində aparılmış araşdırmadan görünür ki, istintaq bölməsinin baş müstəntiqi Mirxalid Kazımov tərəfindən tam və hərtərəfli araşdırma aparılmış və ona məxsus 0,12 ha (12 sot) torpaq sahəsinin onun adından saxta etibarnamə verilməklə qanunsuz yollarla özgəninkiləşdirilməsi faktı müəyyən edilmişdir. İş üzrə ona yəni İddiaçı məxsus sözügedən 0,12 ha torpaq sahəsinə dair əqdə bağlı tərtib edilmiş sənədlərin saxtalaşdırılması və bu əsasda Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 320.1-ci maddəsinin tərkib əlamətləri müəyyən olunmuşdur. Lakin Azərbaycan Respublikası CPM-nin 75-ci və 75.1.1-ci maddələrinə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 320.1-ci maddəsi böyük ictimai təhlükə törətməyən cinayətlər kateqoriyasına aid edildiyindən 14 (on dörd) il bundan əvvəl baş vermiş cinayətə görə kimsə məsuliyyətə cəlb oluna bilməz. Çünki, Azərbaycan Respublikası CPM-nin 75ci və 75.1.1-ci və 39-cu maddələrində göstərilib ki, böyük ictimai təhlükə törətməyən cinayətə görə əməlin törədildiyi gündən iki ildən çox vaxt keçdikdə həmin qanunsuz əməlin sahibi barədə cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət işi üzrə icraata isə xitam verilməlidir. Ona görə də Azərbaycan Respublikası CPM-nin 39-cu maddəsinə əsasən şikayəti üzrə qanunsuz əməllərin baş verdiyi tarixdən 14 il keçdiyinə görə iş üzrə təqsirkar şəxslər barəsində cinayət işinin başlanması mümkün olmadığından ona Şamaxı rayon məhkəməsinə mülki qaydada iddia ərizəsi ilə müraciət etməsi tövsiyyə edilmişdir. Şikayəti üzrə polis baş müstəntiqinin ona göndərdiyi HİK-1- 1199/2021 saylı, 09 fevral 2022-ci il tarixli qərardan görünür ki, aparılmış araşdırmaya dair cinayət işinin başlanması rədd edilsə də ona məxsus 0,12 ha torpağın qanunsuz yollarla özgəninkiləşdirilməsinə dair sənədlərin saxtalaşdırılması faktı aşkar olunmuşdur. İş üzrə cavabdehlər - Cavabdeh1, X31 və X13 bir-bir ilə əlbir olaraq Qobustan rayon Dövlət Notariat X2 birgə etibarnamə və alqı-satqı müqaviləsi tərtib edərək ona məxsus 0,12 ha torpaq sahəsinə dair saxta etibarnamə və saxta alqısatqı müqaviləsi tərtib etmiş və sonra qarışıqlıq yaradaraq izi itirmək üçün başqalarını da bu prosesə cəlb etmişlər. X37 adları çəkilən cavabdehlərin izahatları alınarkən onlar bildirmişlər ki, guya onlar onu ümumiyyətlə tanımırlar və ona məxsus 0,12 ha torpaq sahəsi üçün kimsəyə etibarnamə verməmişlər və o cümlədən həmin torpağa dair kimsə də onlara etibarnamə verməmişdir. Bütün bu qeyri-qanuni alqı-satqı müqaviləsindən və adlarına tərtib olunmuş saxta etibarnamələrdən guya onların heç birisinin xəbəri yoxdur. İzahatı alınan Qobustan rayon DNK-nun notariusu X11 isə belə bir qanunsuzluq törətdiyini xatırlamadığını və guya onun özünün həmin torpağın satılmasında səlahiyyətli şəxs kimi iştirak etdiyini düşündüyünü bildirmişdir. Guya heç nə onun dəqiq yadında qalmayıb və bu səbəbdən onun tərəfindən verilmiş etibarəni xatırlamır və s. Lakin Şamaxı rayon Polis Şöbəsinin baş müstəntiqinin araşdırması zamanı onun haqlı olduğu, cavabdehlərin və o cümlədən Qobustan rayon DNK-nun rəisi olmuş Tofiq Seyidovun təqsirkar olmaları sübuta yetirilmişdir. Bundan əlavə, alqı-satqı müqavilələri sənədlərinin əsillərini əldə edə bilməmişdir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin və Mülki Qanunvericiliyin tələblərindən göründüyü kimi ona məxsus torpaq sahəsi üzərində maneəsiz olaraq sərəncam vermək və ondan istifadə etmək hüququ var. Lakin onun bu hüququ pozulmuşdur. Ona görə də, məhkəmədən xahiş edir ki, iddia ərizəsi təmin edilsin, adından cavabdehlər Cavabdeh1, X26 verilmiş etibarnaməni və bu əsasda Cavabdeh3 tərəfindən aparılmış ona məxsus 0,12 hektar torpağı üzərində AN-1 N° ******* saylı, xx.xx.2008-ci il tarixli alqı-satqı müqaviləsinin və sonda Cavabdeh4 satılmış torpağının AN-1 № ******* saylı, xx.xx.2011-ci il tarixli alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və bu müqavilə əsasında ona verilmiş Çıxarışın ləğv edilərək həmin torpaq üzərində qanuni mülkiyyət hüquqlarının bərpa edilməsi barədə qətnamə qət edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi və vəkili Vəkil2 iddia tələbinin tam əsaslı olduğunu bildirərək təmin olunması barədə qətnamə qət edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh1 izahat verib bildirdi ki, İddiaçı əvvəllər tanımamışdır. Onu Şamaxı rayon Polis şöbəsində araşdırma aparılanda tanımışdır. Hal-hazırda da, məhkəmədə iddiaçı olduğunu bilir, cavabdeh X23 isə tanıyır. 1999-cu ildən 2012-ci ilə kimi Şamaxı RİHB-nın Nağaraxana kəndi inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin baş məsləhətçi mühasibi işləmişdir. Həmin dövrdə İrina Kiriyeva icra nümayəndəsinin müavini işləmişdir. Hazırki iddia tələbilə də bağlı bildirir ki, mübahisələndirilən etbarnamədəki imza onundur. Lakin o etibarnaməni harada və nə vaxt imzalaması yadına gəlmir. Mübahisəldirilən torpaq sahəsinin yerləşdiyi ərazini tanıyır, həmin torpaq sahəsi ilə bağlı etibarnamə almamış və həmin torpaq sahəsi ilə bağlı X22 etibarnamə verməmişdir. Amma etibarnamədəki imza özünündür. Bu necə ola bilər özü də bilmir. Həmin torpaq sahəsi ilə bağlı X22 etibarnamə verməmiş, heç Qobustan notariat kontorunda olması yadına gəlmir. Məhkəmə iclasında iştirak edən Cavabdeh2 Yuriyevnaya izahat verib bildirdi ki, Şamaxı rayon Nağaraxana kəndində qeydiyyatda olmaqla həmin ünvanında ailə üzvləri ilə birlikdə yaşayır. Hazırda Nağaraxana kənd icra nümayəndəsinin müavini işləyir. Nağaraxana kəndi ərazisində torpaq sahibi olmuş İddiaçı və həmin torpaq sahəsinin satıldığı Cavabdeh3 tanımamışdır. Cavabdeh1 tanıyır, o, Nağaraxana kənd bələdiyyə sədri işləmiş X9 qardaşıdır. Lakin, İddiaçı məxsus olmuş torpaq sahəsinə dair heç vaxtı Cavabdeh1 adından ona etibarnamə verilməmiş və heç vaxt həmin torpaq sahəsini Cavabdeh3 satmamışdır. Onun adından saxta sənədlər hazırlanmış və saxta imza edilmişdir. Bu məsələləri polisdə araşdırma başlayandan sonra bilmişdir. Bildiyinə görə adına Cavabdeh1 adından etibarnaməni və onun adından Cavabdeh3 ilə alqı-satqı müqaviləsi imzalamasını Qobustan Notariat Kontorunun sədri işləmiş Tofiq Seyidov və Cavabdeh3 birlikdə saxtalaşdırıb törətmişlər. Bundan başqa iddia tələbilə bağlı bildirir ki, İddiaçı iddia ərizəsi ilə tanış olanda ona məlum olmuşdur ki, göstərilən əməliyyat ərizəçinin yazdığı kimi Cavabdeh5 həyata keçirilib və İddiaçı nümayəndəsi kimi təqdim olunan Cavabdeh1 (JN-702A) saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədə göstərilən 0,12 ha torpaq sahəsini ona etibarnamə ilə vermiş, o, guya Azad Kamo oğlunun adından çıxış edərək həmin torpaq sahəsini Cavabdeh3 satmışdır. X41 nə də Elsevər Məzahir oğlunu tanımır. Əminliklə bildirir ki, belə bir əməliyyatda iştirak etməmişdir. Onu bu işə necə qoşmalarını bilmir. İşdən görünür ki, alqı-satqı müqaviləsini tərtib edən Qobustan rayon DNK-nın rəhbəri Seyidov Tofiq mülkiyyət sahibinin iştirakı olmadan həmin sənədi təsdiq etmişdir. Məlumdur ki, bu əməliyyat əsasən notariat kontorunda başlamışdır. Lakin cavabdeh yəni özü hesab edilir. Qadın olmasından, Azərbaycan dilini tam bilməməsindən istifadə edərək onu belə bir əmələ qoşublar. Əminliklə bildirir ki, bu işdən xəbəri yoxdur. Ola bilsin ki, o dövrdə onlar məlum Dövlət obyektinin torpaqlarını sənədləşdirən zaman sənədlərin arasında bilmədən ona imza etdiriblər. Buradan belə bir suallar ortaya çıxır. İddia ərizəsində Azad Kamo oğlu göstərir ki, sözügedən torpaq sahəsi əvvəllər "xxxx" MMC-nin balansında olmuş, daha sonra qanunla müəyyən edilmiş qaydada guya ona verilmişdir. Hansı qanunla? Bildirir ki, göstərilən torpaq sahəsi 1998-ci il tarixdə Kirovka (Nağaraxana) kənd icra nümayəndəsinin qərarı ilə birbaşa Azad Kamo oğluna verilmişdir. Bunu sabiq icra nümayəndəsi Abı Həsənov təsdiq edə bilər. Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə notariat kontoruna kim tərəfindən verilib? Nağaraxana bələdiyyəsindən şəhadətnaməni kim götürüb? Onun məlum şəhadətnaməni əldə edə bilməsinə bir əsas vardırmı? Elsevər Məzahir oğlu 4050 manat pulu kimə verib? Şamaxı polis şöbəsinin müstəntiqi sözü gedən şəhadətnamənin notariusa kim tərəfindən təqdim olunduğunu və digər halları nə üçün araşdırmayıb? Əgər Hüseynov X1 nümayəndəsi olubsa nə üçün Elsevərlə özü alqı-satqı aparmamış, alqı-satqının ona havalə etmişdir? Göstərilən torpaq sahəsinin alqısatqısında əgər Azad Kamo oğlunun dediyi kimidirsə yəqin ki, iştirakçılar (əgər belədirsə) müəyyən maddi maraq güdüblər. Bir daha bildirir ki, həmin müqavilədə onun imzanın olmasına inanmır. Bu məsələdə müəyyən qaranlıq məqamlar var. İddiaya etiraz edir Elsevər Məzahir oğluna torpaq satmamışdır. Bu işdən xəbəri yoxdur. Məhkəmə iclasında iştirak edən Cavabdeh6in xüsusi notariusu X29 izahat verib bildirdi ki, qeyd edilən alqı-satqı müqaviləsi ilə bağlı notariat əməliyyatını o həyata keçirmişdir. Əməliyyat etibarnamə əsasında olursa, onda etibarnamə ilə bağlı bütün sənədlər tələb olunur. Ona görə də, əminliklə bildirir ki, Şamaxı rayon DNK-da xx.xx.2008-ci il tarixdə aparılan əməliyyat tam qanun çərçivəsində aparılmışdır. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilməsinə baxmayaraq, Cavabdeh4 məhkəmə iclasına gəlməmiş, onun nümayəndəsi və vəkili Vəkil1 məhkəməyə iddia müddətinin tətbiq olunmasına dair ərizə göndərərək göstərmişdir ki, iddia tələbi üzrə əsas mübahisə predmeti olaraq AN-İ № ******* saylı 24 sentyabr 2008-ci il tarixli alqı-satqı müqaviləsi göstərilmişdir. Hazırda məhkəmənin icraatında olan iddia tələbi üzrə istər umumi iddia müddəti, istərsə də müqavilə və ya daşınmaz əşyalarla bağlı iddia müddətləri iddiaçı tərəfindən buraxılmışdır. Ona görə də İddiaçı Cavabdeh4 və qeyrilərinə qarşı saxta naməlum etibarnamənin və alqı-satqı müqaviləsinin ləğv edilməklə daşınmaz əmlak tələbində iddia üzrə qanunvericiliyin müddəlarına uyğun olaraq iddia müddətinin tətbiq edərək iddianın rədd olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh4 İbrəhim qızının nümayəndəsi və vəkili X6 həmçinin məhkəməyə iddia ərizəsinə etiraz qeydlərini göndərərək, göstərmişdir ki, cavabdehlər Cavabdeh4 ilə Cavabdeh3 arasında tam qanuni olaraq AN-İ № ******* saylı 24 sentaybr 2008-ci il tarixli alqı-satqı müqaviləsi bağlanmışdır. Həmin alqı-satqı müqaviləsinə əsasən Cavabdeh4 adına 26 noyabr 2011-ci il tarixli **********14 reyestr nömrəli Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarış verilmişdir. Belə olan halda iddiaçının hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etməsi Cavabdeh4 konstitusion hüququ olan mülkiyyət hüquqlarının pozulmasına yönəlmişdir. Bu isə yolverilməzdir. Bundan əlavə olaraq iddia tələbindən də aydın olduğu kimi iddiaçı tərəf 24 sentyabr 2008-ci il tarixli alqı-satqı müqaviləsinin ləğvi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Hazırkı dövrdə isə həmin müqavilənin bağlandığı vaxtdan 14 ilə yaxın müddət keçmişdir. Azərbaycan Respublikası Mülki Məcəllənin müddəalarına uyğun olaraq ümuni iddia müddəti on il, müqavilə tələbləri üzrə iddia müddəti üç il və daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir. Bununla da iddiaçının qeyd olunan mübahisə ilə bağlı iddia müddətini ötürdüyü də aşkardır. İddia tələbinin qanunsuz və əsassız olmasına dair bir xüsusatı qeyd edərək bildirmişdir ki, mülki prosessual qanunvericiliyin müddəalarına uyğun olaraq iddia ərizəsi məhkəməyə daxil olduqdan sonra həmin işlə bağlı yeni iddia ərizəsinin verilməsi yolverilməzdir.Tərəflər iddia tələbinin həcminin dəyişdirilməsi, iddia ərizəsinə əlavə formasında öz iddia ərizələrinə dəyişiklik edə bilərlər. Lakin İddiaçı qanunvericiliyin bu normasını da pozaraq mülki işin icraatı zamanı məhkəməyə yeni iddia ərizəsi ünvanlamışdır. Məhkəmədən İddiaçı Cavabdeh4 və qeyrilərinə qarşı saxta naməlum etibarnamənin və alqı-satqı müqaviləsinin ləğv edilməklə daşınmaz əmlak tələbinə dair iddiasının rədd olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsasən, məhkəmə mülki işə onun və nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə proses iştirakçılarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin olunmalıdır. İş materiallarında olan JN-702A KOD 41011018 saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədən görünür ki, İddiaçı Kono oğluna Şamaxı rayon AİK-nın 28 may 1998-ci il tarixli 08 saylı qərarı ilə 0,12 ha torpaq sahəsi verilmişdir. İş materiallarında olan Qobustan rayon DNK-da tərtib olunduğu qeyd edilmiş xx.xx.2008-ci il tarixli ƏN-İ № 117244 saylı etibarnamənin surətindən görünür ki, İddiaçı Kona oğlu DTK tərəfindən verilmiş JN 702A Kod 41011018 nömrəli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnaməyə əsasən 0,12 ha torpaq sahəsi üzərində sərəncam verməyi, satmağı, bağışlamağı, ipoteka (girov) qoymağı pulunu almağı, buna dair müqaviləni imzalamağı, bu tapşırığın yerinə yetirilməsi ilə əlaqədar adından ərizə verməyi və digər hərəkətləri etməyi 17 avqust 2009-cu ilədək X26 etibar etmişdir. İş materiallarında xx.xx.2008-ci il tarixli AN-İ № ******* saylı daşınmaz əmlakın alqı-satqı müqaviləsindən görünür ki, Qobustan rayon DNK-nun xx.xx.2008-ci il tarixli 7E-2823 nömrəli reyestrlə qeyd edilmiş İddiaçı Kona oğlu tərəfindən verilmiş etibarnaməyə əsasən onun adından çıxış edən X31 DTK tərəfindən verilmiş JN 702A Kod 41011018 nömrəli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnaməyə əsasən 0,12 ha torpaq sahəsini 4050 manata Cavabdeh3 satmışdır. İş materiallarında olan hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Seriya MH № ******* saylı Çıxarışa əsasən Şamaxı rayonu, Nağaraxana kəndi ərazində yerləşən 0,12 ha torpaq sahəsi Cavabdeh3 məxsusdur. İş materiallarında olan Zərdab rayon DNK-nun xx.xx.2011-ci il tarixli ƏN-İ № 149825 saylı etibarnamənin surətindən görünür ki, Cavabdeh3 DƏDRX-dn xx.xx.2008-ci il tarixli ********** saylı Çıxarışa əsasən ona məxsus olan Şamaxı rayonu Nağaraxan kəndi ərazidində yerləşən 0,12 ha torpaq sahəsi üzərində sərəncam verməyi, satmağı, bağışlamağı, ipoteka (girov) qoymağı pulunu almağı, buna dair müqaviləni imzalamağı, bu tapşırığın yerinə yetirilməsi ilə əlaqədar adından ərizə verməyi və digər hərəkətləri etməyi 16 aprel 2029-cu ilədək X5 etibar etmişdir. İş materiallarında xx.xx.2011-ci il tarixli AN-İ № ******* saylı daşınmaz əmlakın alqı-satqı müqaviləsindən görünür ki, Zərdab rayon DNK-nun xx.xx.2011-ci il tarixli 7E-1829 nömrəli reyestrlə qeyd edilmiş Cavabdeh3 tərəfindən verilmiş etibarnaməyə əsasən onun adından çıxış edən X7 Daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2008-ci il tarixli ********** qeydiyyat, Seriya MH ******* nömrəli çıxarışa əsasən Şamaxı rayonu Nağaraxan kəndi ərazisində yerləşən 0,12 ha torpaq sahəsini 4800 manata Cavabdeh4 satmışdır. İş materiallarında olan Hüquqların Dövlət qeydiyyatı haqqında Daşınmaz əmlakın Dövlət reyestrindən Seriya MA № ******* saylı Çıxarışa əsasən Şamaxı rayonu, Nağaraxana kəndi ərazində yerləşən 0,12 ha torpaq sahəsi Cavabdeh4 məxsusdur. İş materiallarında olan Şamaxı RPŞ-nin 09 fevral 2022-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarından görünür ki, əməldə Azərbaycan Respublikası CM-nin 320.1-ci maddəsinin tərkib əlamətləri olması müəyyən edilsə də, toplanmış material üzrə Azərbaycan Respublikası CM-nin 75-ci maddəsinə əsasən Azərbaycan Respublikası CPM-nin 39.1.3-cü maddəsi tətbiq edilməklə cinayət işinin başlanması rədd edilməsi qərara alınmışdır. Qərarla müəyyən edilmişdir ki, Şamaxı rayon Nağaraxana kəndi ərazisində yerləşmiş 12 sot torpaq torpaq sahəsinin İddiaçı adından etibarnamə verilməklə özgəninkiləşdirilməsi ilə bağlı tərtib edilmiş sənədlər saxta yolla hazırlanmışdır, həmin sənədlərin hazırlanmasına görə torpaq sahəsinin sahibi olmuş İddiaçı hər hansı bir razılığı olmamışdır. Buna görə də, qeyd edilən torpaq sahəsinin qanuni sahibi İddiaçı qaytarılması üçün həmin torpaq sahəsi ilə bağlı tərtib edilmiş əqdlə bağlı sənədlərin saxta olması müəyyən edildiyindən həmin əməldə - hüquq verən rəsmi sənədi istifadə etmək məqsədi ilə saxtalaşdırma və qanunsuz hazırlama, yəni Azərbaycan Respublikası CM-nin 320.1-ci maddəsinin tərkib əlamətləri olması müəyyən edilmişdir. Eyni zamanda nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası CM-nin 75-ci maddəsində göstərilmişdir ki, «75.1. Cinayət törətdiyi gündən aşağıda müəyyən edilən müddətlər keçdikdə, şəxs cinayət məsuliyyətinə cəlb edilə bilməz: 75.1.1. böyük ictimai təhlükə törətməyən cinayətin törədildiyi gündən iki il keçdikdə;...». Qeyd edilənlərə əsasən, Azərbaycan Respublikası CM-nin 320.1-ci maddəsi böyük ictimai təhlükə törətməyən cinayətlər kateqoriyasına aid olduğundan həmin cinayətə görə əməlin törədildiyi gündən iki il keçdikdə şəxs cinayət məsuliyyətinə cəlb edilə bilməz. Hazırkı cinayət işi üzrə, toplanmış istintaq sübutlarına əsasən, iş üzrə hüquq verən rəsmi sənəd istifadə etmək məqsədi ilə qanunsuz hazırlanmaqla əməldə Azərbaycan Respublikası CMnin 320.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törədilmiş olsa da, o, bu əməl 2008-ci il tarixdə, yəni 14 (on dörd) il əvvəl törətdiyindən və qanunvericilikdə göstərilən 02 (iki) ildən artıq müddət keçdiyindən şəxs cinayət məsuliyyətinə cəlb edilə bilməz. Eləcə də nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası CPM-nin 39-cu maddəsində göstərilmişdir ki, «39.1. Aşağıdakı hallarda cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir):.... 39.1.3. cinayət məsuliyyətinə cəlbetmə müddətləri keçdikdə (cinayət məsuliyyətinə cəlbetmə müddətinin dayandırılması halları istisna edilməklə);...». Göründüyü kimi, törədilmiş əmələ görə Azərbaycan Respublikası CM-nin 75-ci maddəsinə əsasən müddətin keçməsi ilə bağlı cinayət məsuliyyətinə cəlb edilməsi mümkün olmadığından Azərbaycan Respublikası CPM-nin 39.1.3-cü maddəsi tətbiq edilməklə cinayət işi başlanmamalıdır. İş üzrə Azərbaycan Respublikası CPM-nin 39-cu maddəsinə əsasən cinayət işinin başlanması mümkün olmadığından, müraciət edən tərəfindən Şamaxı rayon məhkəməsində mülki qaydada iddia qaldırılmalıdır. Beləliklə də qərara alınmışdır ki, qərarın təsviri hissəsində göstərilənlərə əsasən, əməldə Azərbaycan Respublikası CM-nin 320.1-ci maddəsinin tərkib əlamətləri olması müəyyən edilsə də, toplanmış material üzrə Azərbaycan Respublikası CM-nin 75-ci maddəsinə əsasən Azərbaycan Respublikası CPM-nin 39.1.3-cü maddəsi tətbiq edilməklə cinayət işinin başlanması rədd edilsin. Qərarın surəti müraciət edən X15 və İddiaçı göndərilməklə torpaq sahəsinin qanuni sahibinə qaytarılması üçün həmin torpaq sahəsi ilə əlaqədar tərtib edilmiş əqdlə bağlı sənədlərin ləğv edilməsi məqsədilə Şamaxı rayon məhkəməsində mülki qaydada iddia qaldırmaq hüquqları izah edilsin. İş materiallarında olan Qobustan rayon Dövlət Notariat Ofisinin 14 iyul 2022-ci il tarixli, 86 saylı məktubuna əsasən Şamaxı rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(074)-718/2022 nömrəli məktubu və xx.xx.2022-ci il tarixli 2(074)-7İ8/2022 saylı qərardadı ilə bağlı qərarda göstərilən vət.X19 adından Cavabdeh1 adına verilmiş xx.xx.2008-ci il tarixdə Cavabdeh5 təsdiq edilmiş 7E-2485- saylı etibarnamə aşkar edilməmişdir. Yuxarıda göstərilmiş tarixdə aparılmış 7E- 2485-saylı notariat hərəkəti Qobustan rayonu, Cəyirli kənd sakini X16 adından aparılmış digər notariat hərəkətidir. X19 adından qərardadda göstərilən tarixlərdə heç bir notariat hərəkəti aparılmamışdır. İşin araşdırılmış hallarından müəyyən olunur ki, Şamaxı rayon AİK-nın xx.xx.1998-ci il tarixli 08 saylı qərarı ilə 0,12 ha torpaq sahəsi İddiaçı Kono oğlunun mülkiyyətinə ayrılmış və bu barədə torpağın mülkiyyətə verilməsinə dair JN-702A KOD 41011018 saylı şəhadətnamə verilmişdir. İddiaçı həmin torpaq sahəsini hər hansı şəxsin etibarnaməli idarəçiliyinə verilməsi üçün iradə ifadə etmədiyi halda, bu torpaq sahəsi üzərində sərəncam verməyi, satmağı, bağışlamağı, ipoteka (girov) qoymağı pulunu almağı, buna dair müqaviləni imzalamağı, bu tapşırığın yerinə yetirilməsi ilə əlaqədar adından ərizə verməyi və digər hərəkətləri etməyi 17 avqust 2009-cu ilədək X22 etibar etməsinə dair onun adından saxta yolla Qobustan rayon DNK-da verildiyi qeyd edilmiş xx.xx.2008ci il tarixli ƏN-İ № 117244 saylı etibarnamə hazırlanmış və X28 həmin etibarnamə əsasında hərəkət edərək, xx.xx.2008-ci il tarixli AN-İ № ******* saylı daşınmaz əmlakın alqı-satqı müqaviləsini imzalayaraq torpaq sahəsini Cavabdeh3 satmışdır. Sonuncu Zərdab rayon DNK-da verdiyi xx.xx.2011-ci il tarixli ƏN-İ № 149825 saylı etibarnamə ilə mübahisəli torpaq sahəsini xx.xx.2029-cu ilədək X4 etibarnaməli idarəçiliyinə vermiş, sonuncu həmin etibarnamə əsasında hərəkət edərək, xx.xx.2011-ci il tarixdə imzaladığı AN-İ № ******* saylı daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən mübahisəli torpaq sahəsini Cavabdeh4 satmışdır. 26 noyabr 2011-ci il tarixdə mübahisəli torpaq sahəsi daşınmaz əmlakın Dövlət reyestrində Cavabdeh4 mülkiyyətinə qeydə alınmış və bu barədə Daşınmaz əmlakın Dövlət reyestrindən Seriya MA № ******* saylı çıxarış verilmişdir. Yanaşı yoxlanılmış Şamaxı RPŞ-nin 09 fevral 2022-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarı ilə iddiaçıya məxsus torpaq sahəsinə dair sənədlərin saxtalaşdırılma yolu tərtib edildiyi təsdiq edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (Bundan sonra MM-in) 324.1-ci maddəsinə əsasən əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. MM-in 324.3-ci maddəsinə əsasən Bu Məcəlləyə və ya tərəflərin razılaşmasına uyğun olaraq bağlanması üçün bir tərəfin iradə ifadəsinin zəruri və yetərli olduğu əqd birtərəfli əqddir. MM-in 331.1-ci maddəsinə əsasən yazılı əqd onun məzmununu ifadə edən və əqdi bağlayan şəxs və ya şəxslər və ya onların lazımınca vəkil etdikləri şəxslər tərəfindən imzalanmış sənədin tərtibi yolu ilə bağlanmalıdır. MM-in 334.1-ci maddəsinə əsasən əqdin notariat qaydasında təsdiqlənməsi bu Məcəllənin 331-ci maddəsinin tələblərinə uyğun gələn sənəddə notariusun və ya bu cür notarial hərəkəti yerinə yetirməyə hüququ çatan digər vəzifəli şəxsin təsdiqləyici qeyd etməsi yolu ilə həyata keçirilir. MM-in 337.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. MM-in 358.1-ci maddəsinə əsasən səlahiyyətsiz şəxsin əşyaya və ya hüquqa dair sərəncam verməsi, əgər səlahiyyətli şəxsin icazəsi (qabaqcadan verilmiş razılığı) ilə həyata keçirilirsə, etibarlıdır. MM-in 358.2-ci maddəsinə əsasən əşyaya və ya hüquqa dair sərəncam verilməsi, əgər səlahiyyətli şəxs bunu bəyənirsə, etibarlı olur. MM-in 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin (Bundan sonra TM-in) 84-cü maddəsinin 1-ci hissəsinə əsasən torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur. TM-in 84-cü maddəsinin 3-cü hissəsinə əsasən torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin pozulmuş hüquqları qanunvericilikə nəzərdə tutulmuş qaydada bərpa edilir və hüquqların pozulması nəticəsində onlara dəyən zərər tam həcmdə ödənilir. Cavabdeh tərəf ərizə ilə müraciət edərək hazırkı tələbə iddia müddətinin tətbiq edilməsini xahiş etmişdir. İddiaçı sənədlərin saxtalaşdırılma yolu ilə mülkiyyətindəki torpaq sahəsinin özgəninkiləşdirilməsinin ona 2021-ci ilin noyabr ayında həmin torpaq sahəsinə dair Dövlət Reyestr Xidmətindən Çıxarış almaq üçün müraciət edərkən bəlli olduğunu bildirmişdir. Məhkəmə cavabdeh tərəfin həmin halın iddiaçıya daha əvvəl bəlli olması barədə sübut təqdim etmədiyini nəzərə alaraq, mübahisəli sənədlər barədə ona 2021-ci ilin noyabr ayında, həmin torpaq sahəsinə dair Dövlət Reyestr Xidmətindən Çıxarış almaq üçün müraciət edərkən bəlli olduğu barədə iddiaçının bildirdiklərini işin hallarına uyğun sayır və iddia müddətinin onun tərəfindən keçirilmədiyi nəticəsinə gəlir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 354.2-ci maddəsinə əsasən bu Məcəllənin 347.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, maraqlı şəxs əqdin bağlanmasına təsir etmiş zorakılığa və ya hədəyə son qoyulduğu gündən və ya əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər. Vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmış əqd mübahisəyə əsasən məlum olduğu andan bir ay ərzində mübahisə edilə bilər. Məhkəmə tədqiq edilmiş sübutlara əsaslanaraq və qanunvericiliyin yuxarıda göstərilən normalarını rəhbər tutaraq iddia tələbi üzrə belə nəticəyə gəlir ki, iddiaçı 0,12 ha torpaq sahəsinə dair xx.xx.2008-ci il tarixli ƏN-İ № 117244 saylı etibarnaməni vermədiyindən, həmin etibarnamə sənədlərin saxtalaşdırılması yolu tərtib edildiyindən, bu etibarnamə, eləcə də özünün etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmayan, sənədlərin saxtalaşdırılması yolu tərtib edilmiş həmin etibarnamə əsasında bağlanmış 24 sentyabr 2008-ci il tarilxi AN-1 №0174676 saylı daşınmaz əmlakın alqı-satqı müqaviləsi etibarsız olmuşdur. Eyni zamanda bu əqd də, etibarsız olmaqla özünün etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmadığından, bununla da Cavabdeh3 həmin əmlaka dair mülkiyyətçi hüquqları əmələ gəlmədiyindən, onun həmin torpaq sahəsini etibarnaməli idarəçiliyə verməsinə dair imzaladığı etibarnamə və onun əsasında bağlanmış 23 noyabr 2011-ci il tarilxi AN-1 № ******* saylı daşınmaz əmlakın alqı-satqı müqaviləsi etibarsız olmuşdur. Mübahisəli əqdlərin tərtib olunması nəticəsində iddiaçının qanunvericilikə nəzərdə tutulmuş torpaq mülkiyyətçisi hüquqları pozulmuşdur. Odur ki, İddiaçı adından cavabdehlər X10 və X24 adına verilmiş, iddiaçıya məxsus 0,12 hektar torpaq üzərində İddiaçı səlahiyyətli nümayəndəsi Cavabdeh1 ilə Cavabdeh3 arasında Şamaxı rayonu Nağaraxana kəndi ərazisində yerlən 0,12 hektar torpaq sahəsinə dair 24 sentyabr 2008- ci il tarilxi AN-1 №0174676 saylı daşınmaz əmlakın alqı-satqı müqaviləsi və Cavabdeh3 ilə Cavabdeh4 arasında Şamaxı rayonu Nağaraxana kəndi ərazisində yerləşən 0,12 hektar torpaq sahəsinə dair 23 noyabr 2011-ci il tarilxi AN-1 № ******* saylı daşınmaz əmlakın alqı-satqı müqaviləsi etibarsız hesab edilməli, etibarsız əqdlər əsasında verilmiş Hüquqların Dövlət qeydiyyatı haqqında Daşınmaz əmlakın Dövlət reyestrindən Seriya MH № ******* saylı Çıxarış və Hüquqların Dövlət qeydiyyatı haqqında Daşınmaz əmlakın Dövlət reyestrindən Seriya MA № ******* saylı Çıxarış ləğv edilərək Şamaxı rayonu, Nağaraxana kəndi ərazində yerləşən 0,12 ha torpaq sahəsi üzərində İddiaçı qanuni mülkiyyət hüquqları bərpa edilməli, iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia təmin edilsin. İddiaçı adından cavabdehlər X10 və X24 adına verilmiş, iddiaçıya məxsus 0,12 hektar torpaq üzərində İddiaçı səlahiyyətli nümayəndəsi Cavabdeh1 ilə Cavabdeh3 arasında Şamaxı rayonu Nağaraxana kəndi ərazisində yerlən 0,12 hektar torpaq sahəsinə dair 24 sentyabr 2008-ci il tarilxi AN-1 №0174676 saylı daşınmaz əmlakın alqı-satqı müqaviləsi və Cavabdeh3 ilə Cavabdeh4 arasında Şamaxı rayonu Nağaraxana kəndi ərazisində yerləşən 0,12 hektar torpaq sahəsinə dair 23 noyabr 2011-ci il tarilxi AN-1 № ******* saylı daşınmaz əmlakın alqı-satqı müqaviləsi etibarsız hesab edilsin. Hüquqların Dövlət qeydiyyatı haqqında Daşınmaz əmlakın Dövlət reyestrindən Seriya MH № ******* saylı Çıxarış və Hüquqların Dövlət qeydiyyatı haqqında Daşınmaz əmlakın Dövlət reyestrindən Seriya MA № ******* saylı Çıxarış ləğv edilərək Şamaxı rayonu, Nağaraxana kəndi ərazində yerləşən 0,12 ha torpaq sahəsi üzərində İddiaçı qanuni mülkiyyət hüquqları bərpa edilsin. Qətnamədən rəsmi qaydada alındığı gündən bir ay müddətində Şamaxı rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Etribar Hümbətov
Məhkəmə qərarları › İş №2(074)-718/2022
Şamaxı Rayon Məhkəməsi Qətnamə — İş №2(074)-718/2022
29.07.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Torpaq üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver