Azərbaycan Respublikası adından QƏRARDAD Şamaxı rayonu İş № 2(074)-723/2020 25.08.2020 ŞAMAXI RAYON MƏHKƏMƏSİ Şamaxı rayon Məhkəməsinin hakimi Hümbətov Etibar Zülfüqar oğlunun sədrliyi, Dəmirov Eyyub Teyyub oğlunun katibliyi, X1 iştirakı ilə, X1 Cavabdeh qarşı “alimentin tutulması barədə” iddia ərizəsi üzrə mülki işə Şamaxı rayon Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X2 Cavabdeh qarşı “alimentin tutulması barədə” iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında iştirak edən X2 məhkəməyə ərizə təqdim edərək izahat verib bildirdi ki, o, işə mahiyyəti üzrə baxılmasını tələb etmir. Odur ki, işin baxılmamış saxlanılmasını, iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin geri qaytarılmasını xahiş etdi. Məhkəmə ərizəni və iş materiallarını araşdıraraq hesab edir ki, iddiaçı iddia ərizəsinin geri qaytarılmasına dair ərizə verdiyindən, həmçinin cavabdeh iddiaya mahiyyəti üzrə baxılmasını tələb etmədiyindən iddiaçının ərizəsi təmin edilməli və iddia ərizəsi ona əlavə edilmiş sənədlərlə birlikdə iddiaçıya geri qaytarılmaqla mülki iş baxılmamış saxlanılmalıdır. Azərbaycan Respublikasının Mülki Prosesual Məcəlləsinin 259.0.11-ci maddəsinə əsasən, iddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə, məhkəmə işi baxılmamış saxlamaqda haqlıdır. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikasının Mülki Prosesual Məcəlləsinin 263-264 və 267-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X1 Cavabdeh qarşı “alimentin tutulması barədə”iddia ərizəsi ona əlavə edilmiş sənədlərlə birlikdə iddiaçıya geri qaytarılsın və mülki iş baxılmamış saxlanılsın. Qərardaddan 10 gün müddətinə Şamaxı rayon Məhkəməsinə şikayət verilə bilər. SƏDRLİK EDƏN: ETİBAR HÜMBƏTOV
Məhkəmə qərarları › İş №2(074)-723/2020
Şamaxı Rayon Məhkəməsi Qərardad — İş №2(074)-723/2020
25.08.2020 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver