Azərbaycan Respublikası adından QƏTNAMƏ Şamaxı rayonu İş № 2(074)-733/2023 28.09.2023 ŞAMAXI RAYON MƏHKƏMƏSİ X22 Murtuza oğlunun sədrliyi, Abdullayev Əsgər Yadigar oğlunun katibliyi, İddiaçı və Cavabdeh1 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsin 14 saylı Şamaxı ərazi idarəsinə qarşı torpağa dair alqı-satqı müqaviləsinin bağlanmış hesab olunması barədə iddia ərizəsi üzrə mülki işə Şamaxı Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı cavabdehlər Cavabdeh1 və “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsin 14 saylı Şamaxı ərazi idarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onunla Cavabdeh1 arasında Şamaxı rayonu, Çuxuryurd kəndində yerləşən Torpağın mülkiyyətə verilməsinə dair JN-114F saylı, 41017018 kodlu şəhadətnamədə göstərilən 0,20 ha torpaq sahəsinin 0,10 ha hissəsinə dair xx.xx.2004-cü il tarixdə alqı-satqı müqaviləsinin bağlanmış hesab olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, xx.xx.2004-cü il tarixdə Şamaxı rayon DNK-nda təsdiq olunmuş, reyestr nömrəsi 4ə-8-458 olan alqı-satqı müqaviləsinə əsasən, Bakı şəhəri, Xətai rayonu, Axundov küçəsi 3/9-da yaşayan Cavabdeh1 sonuncuya məxsus 0,10 ha torpaq sahəsində yerləşən ev almışdır. Hazırda həmin evə və torpaq sahəsinə çıxarış almaq istəyir. Bunun üçün, DƏDKR publik hüquqi şəxsin 14 saylı Şamaxı ərazi idarəsinə müraciət etmiş, lakin, torpaq sahəsinin hazırda başqa şəxsin adına qeydiyyatdan keçməsi əsasında, həmin idarə torpaq sahəsinə çıxarış verməkdən imtina etmişdir. Ona bildirilmişdir ki, məhkəməyə müraciət etməlidir. Sözügedən evi X6 X20 almış, sonra həmin evi xx.xx.2004-cü il tarixdə 4ə-1-187 saylı müqaviləyə əsasən, X20 almış, daha sonra isə ondan Cavabdeh1 almışdır. Həmin vaxtlarda torpaq sahəsi 0,20 ha ölçüdə olmuş, Raziyyə həyəti 2 yerə bölərək, 0,10 ha bir başqa şəxsə, 0,10 ha üzərində yerləşən evi isə ona satmışdır. Evi alarkən həmin evin həyətyanı torpaq sahəsinə dair hər hansı bir mülkiyyət sənədinin olduğunu bilmirdi. Hesab edir ki, ev torpaq sahəsilə birlikdə satılır. Raziyyə ilə də belə danışıb razılaşmışdırlar. Həmin vaxtdan ev və 0,10 ha həyətyanı torpaq sahəsi onun faktiki istifadəsindədir. Torpağın mülkiyyətə verilməsinə dair JN -114F saylı 41017018 kodlu şəhadətnaməni də, bu yaxınlarda ona vermişdirlər ki, evi və torpağı o, almışdır. Hesab edir ki, torpaq sahəsinə dair alqı-satqı müqaviləsi, elə evə dair alqı-satqı müqaviləsi bağlandığı vaxtdan bağlanmış hesab edilməlidir. Məhkəmə iclasında İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında Cavabdeh1 iddia tələbini qəbul edərək göstərdi ki, xx.xx.2004-cü il tarixdə onunla İddiaçı arasında alqı-satqı müqaviləsi bağlanmış, həmin müqaviləyə əsasən, o, Şamaxı rayonu, Çuxuryurd kəndində, 1000 kv.m. torpaq sahəsində yerləşən ümumi sahəsi 34 kv.m. olan fərdi yaşayış evini və torpaq sahəsini həmin şəxsə satmışdır. Odur ki, torpağa dair alqısatqı müqaviləsinin bağlanmış hesab olunması barədə iddianın təmin olunmasına etiraz etmədiyini bildirdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş X5 və X12 ifadələrində bildirdilər ki, onlar Şamaxı rayonu, Çuxuryurd kəndində İddiaçı qonşuluğunda yaşayırlar, həqiqətən də, İddiaçı 0,10 ha torpaq sahəsini və üzərində olan fərdi yaşayış evini Raziyyə adlı şəxsdən 2004-cü ildə almış və həmin vaxtdan da, ev və torpaq sahəsi Nəzərin istifadəsindədir. Məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq, iş üzrə digər cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsin 14 saylı Şamaxı ərazi idarəsinin nümayəndəsi məhkəməyə gəlməmişdir. Məhkəmə cavabdehin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etdi. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 138.1-ci maddəsinə əsasən, məhkəmə işdə iştirak edən şəxsləri məhkəmə iclasının vaxtı və yeri, prosessual hüquq və vəzifələri, işə şifahi və ya yazılı icraat qaydasında baxılması, habelə ayrı-ayrı prosessual hərəkətlər haqqında xəbərdar etməlidir. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən, işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan Torpağın mülkiyyətə verilməsinə dair JN-114F kod 41017018 nömrəli Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin surətindən görünür ki, Şamaxı rayonu, Çuxuryurd kənd sakini X7 mülkiyyətinə Şamaxı rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli 17 saylı qərarı ilə 0,20 ha torpaq sahəsi verilmişdir. İş materiallarında olan Şamaxı rayon Məlhəm Bələdiyyəsinin arayışından görünür ki, Şamaxı rayonu, Çuxuryurd kənd sakini İddiaçı həqiqətən xx.xx.2004-cü il tarixdə (müqavilə № 231882) Cavabdeh1 almış olduğu Məlhəm bələdiyyəsinin Çuxuryurd kəndi ərazisində yerləşən 0,10 ha həyətyanı torpaq sahəsi üçün Məlhəm bələdiyyəsinə torpaq vergisi ödəmişdir. İş materiallarında olan Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 14 saylı Şamaxı ərazi idarəsinin İddiaçı ünvanlanmış məktubunda göstərilir ki, qeydiyyat üçün təqdim olunmuş sənədlər araşdırılarkən məlum olmuşdur ki, Bakı şəhəri, Xətai rayonu, Axundov küçəsi 3/9-da yaşayan Cavabdeh1 xx.xx.2004-cü il tarixdə Şamaxı rayon DNK-da təsdiq olunmuş alqı-satqı müqaviləsinə əsasən, aldığınız fərdi yaşayış evin yerləşdiyi həyətyanı torpaq sahəsi 0,10 göstərilmişdir. Lakin, həmin torpaq sahəsinə iəğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən evin birinci mülkiyyətçisi X7 adına xx.xx.2002-ci il larixdə JN-114FA nömrəli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə verilmişdir. Evin yerləşdiyi 0.10 ha həyətyanı sahəsi X7 mülkiyyətində olduğuna görə, həmin həyətyanı torpaq sahəsini Sizin adınıza qeydiyyata alınması qanunaziddir. Evin yerləşdiyi torpaq sahəsinə dair alqı-satqı müqaviləsi təqdim ediləcəyi təqdirdə, əmlakın üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması məsələsinə qanunamüvafiq qaydada yenidən baxılacaqdır. İş materiallarında olan Şamaxı Rayon İcra Hakimiyyəti Başçısının Çuxuryurd kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin arayışından görünür ki, İddiaçı Şamaxı rayonu Çuxuryurd kənd 02 nömrəli təsərrüfatbaşına kitabda 125 nömrəli şəxsi hesabda 0,10 ha torpaq sahəsi və fərdi yaşayış evi vardır. İş materiallarında olan xx.xx.1990-cı il tarixdə bağlanmış və notarial qaydada təqsdiq olunmuş müqavilənin surətindən görünür ki, X11 2000,0 kv.metr həyətyanı torpaq sahəsində yerləşən Şamaxı rayonu Çuxuryurd kəndində 2 otaqlı, 1 mərtəbəli 22,8 kv.metr yaşayış sahəsi və 34,2 kv.metr ümumi sahəsi olan evi X1. İş materiallarında olan xx.xx.2002-ci il tarixdə notarial qaydada təsdiq olunmuş müqavilədən görünür ki, X4 rayonu Çuxuryurd kəndində yerləşən 1955-ci ildə tikilmiş, ümumi sahəsi 2000,0 kv.metr torpaq sahəsində yerləşən 34,2 kv.metr yaşayış sahəsi, 22,8 kv.metr iki otaqlı divarı bağdadıdan olan yaşayış evini X17 adından çıxış edən X2. İş materiallarında olan qeydiyyat vəsiqəsinin təsdiq edilmiş surətindən görünür ki, Şamaxı rayonu, Çuxuryurd kəndində yerləşən bir mərtəbədən, iki yaşayış otağından, 34,2 kv.m. ümumi sahəsən ibarət fərdi yaşayış evi şəxsi mülkiyyət əsasında Şamaxı rayon DNK-nun xx.xx.2004-cü il tarixli alqı-satqı müqaviləsinə əsasən, Cavabdeh1 adına qeydə alınmışdır. İş materiallarında olan xx.xx.2002-ci il tarilxi 231882 nömrəli müqavilədən görünür ki, X3 rayonu Çuxuryurd kəndində yerləşən 1955-ci ildə tikilmiş, ümumi sahəsi 1000,0 kv.metr torpaq sahəsində yerləşən 34,2 kv.metr yaşayış sahəsi, 22,8 kv.metr iki otaqlı divarı bağdadıdan olan yaşayış evini İddiaçı satmışdır. İş materiallarından görünür ki, Şamaxı rayonu Çuxuryurd kəndində olan 1000,0 ha torpaq sahəsinə və üzərində yerləşən fərdi yaşayış evinə dair İddiaçı adına texniki pasport verilmişdir. Beləliklə, məhkəmə araşdırması zamanı tədqiq edilmiş sübutlarla müəyyən edilmişdir ki, İddiaçı Cavabdeh1 xx.xx.2004-cü il tarixdə Şamaxı rayon DNK-da təsdiq olunmuş alqı-satqı müqaviləsinə əsasən, fərdi yaşayış evini və həmin evin yerləşdiyi həyətyanı torpaq sahəsi olan 0,10 ha sahəsini almış, lakin həmin torpaq sahəsinə ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən evin birinci mülkiyyətçisi X7 adına Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə verilmişdir. İddiaçı ailə üzvləri ilə həmin torpaq sahəsində yerləşən evdə yaşayır və birgə təsərrüfar aparırlar. X3 rayonu Çuxuryurd kəndində yerləşən 1955-ci ildə tikilmiş, ümumi sahəsi 1000,0 kv.metr torpaq sahəsində yerləşən 34,2 kv.metr yaşayış sahəsi, 22,8 kv.metr iki otaqlı divarı bağdadıdan olan yaşayış evini İddiaçı satmışdır. Şamaxı rayonu Çuxuryurd kəndində 1000,0 ha torpaq sahəsində yerləşən İddiaçı adına texniki pasport verilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 324.1-ci maddəsinə əsasən, əqd mülki hüquq münasibətlərinin əmələ gəlməsinə, dəyişdirilməsinə və xitamına yönəlmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. 324.4-cü maddəsinə əsasən, müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir. 324.5-ci maddəsinə əsasən, iradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir. Mübahisə edilən hüquq münasibətlərinin yarandığı dövrdə qüvvədə olan Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 34-cü (hazırda qüvvədə olan 88-ci maddə) maddəsinə əsasən, tikiliyə, qurğuya mülkiyyət hüququ başqasına keçərkən həmin obyektin müvafiq torpaq sahəsinə mülkiyyət hüququ da keçir. Məhkəmə, fərdi yaşayış evinin cavabdeh tərəfindən iddiaçıya satılmasına dair xx.xx.2004-cü il təsdiq olunmuş alqı-satqı müqavilədə fərdi yaşayış evinin bütövlükdə göstərilməsini, kənd yerlərində fərdi yaşayış evlərinin üzərində yerləşdiyi torpaq sahəsi istisna olmaqla satılmasının praktikada tətbiq edilmədiyindən, alıcının fərdi yaşayış evini bu qaydada əldə etməsinin ağlabatan olmadığını, eləcə də, fərdi yaşayış evi satıldığı vaxtdan cavabdehin fərdi yaşayış evini və torpaq sahəsini alıcıya təhvil verdiyini nəzərə alaraq, müqavilə tərəflərinin torpaq sahəsinin də satılmasında razılığa gəlmələrini, lakin bunun alqı-satqı müqaviləsinin məzmununa daxil etmədikləri nəticəsinə gəlir. Beləliklə, məhkəmə iş üzrə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halında qiymət verərək hesab edir ki, cavabdeh evlə birlikdə torpaq sahəsinin də satılmasına dair iradə ifadə etdiyindən, torpaq sahəsindən və tikilidən ibarət daşınmaz əmlakı iddiaçıya sataraq, ona təhvil verdiyindən, iddiaçı hazırda öz ailə üzvləri ilə birlikdə həmin evdə yaşadıqlarından, iddia tələbi təmin edilməli, İddiaçı ilə Cavabdeh1 arasında Şamaxı rayonu Çuxuryurd kəndində yerləşən Torpağın mülkiyyətə verilməsinə dair JN-114F saylı 41017018 kodlu şəhadətnamədə göstərilən 0,20 ha torpaq sahəsinin 0,10 ha hissəsinə dair xx.xx.2004-cü il tarixli alqı-satqı müqaviləsi bağlanmış hesab edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2, 217.4 və 218.3-cü maddələrinə müvafiq olaraq, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdıraraq, onlardan istifadə edərək, yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanaraq, iddia tələbinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-in 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia təmin edilsin. İddiaçı ilə Cavabdeh1 arasında Şamaxı rayonu Çuxuryurd kəndində yerləşən Torpağın mülkiyyətə verilməsinə dair JN-114F saylı 41017018 kodlu şəhadətnamədə göstərilən 0,20 ha torpaq sahəsinin 0,10 ha hissəsinə dair xx.xx.2004-cü il tarixli alqı-satqı müqaviləsi bağlanmış hesab edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətinə Şamaxı Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1(bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Fərid Yaqubov
Məhkəmə qərarları › İş №2(074)-733/2023
Şamaxı Rayon Məhkəməsi Qətnamə — İş №2(074)-733/2023
28.09.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Torpaq üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver