Məhkəmə qərarları › İş №2(074)-771/2022

Şamaxı Rayon Məhkəməsi Qətnamə — İş №2(074)-771/2022

26.07.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Torpaq üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şamaxı rayonu İş № 2(074)-771/2022 26.07.2022 ŞAMAXI RAYON MƏHKƏMƏSİ Şamaxı rayon Məhkəməsinin hakimi Hümbətov Etibar Zülfüqar oğlunun sədrliyi, Abdullayev Əsgər Yadigar oğlunun katibliyi, İddiaçı, maraqlı tərəf Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik şəxsin 14 saylı Şamaxı ərazi idarəsinin nümayəndəsi X3 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və maraqlı tərəf Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik şəxsin 14 saylı Şamaxı ərazi idarəsinə qarşı alqı-satqı müqaviləsinin bağlanmış hesab edilməsinə dair iddia ərizəsi üzrə mülki işə Şamaxı Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı məhkəmədə cavabdehlər Cavabdeh1, Cavabdeh2 və maraqlı tərəf Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik şəxsin 14 saylı Şamaxı ərazi idarəsinə qarşı alq-satqı müqaviləsinin bağlanmış hesab edilməsinə dair iddia qaldıraraq, Şamaxı rayonu Nağarxana kəndində yerləşən ümumi sahəsi 48,1 m2, yaşayış sahəsi 23,3 m2 olan fərdi yaşayış evinin 0,21 ha həyətyanı torpaq sahəsinə dair alqı-satqı müqaviləsi bağlanmış hesab olunması və mülkiyyətində olan fərdi yaşayış evini vahid daşınmaz əmlak kimi daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasına dair qətnamə çıxaırlmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddianı müdafiə edərək izahat verib göstərdi ki, Şamaxı rayonunun Nağaraxana( keçmiş Kirovka) kəndi ərazisində yerləşən vətəndaş Cavabdeh1 məxsus 0.21 ha həyətyanı torpaq sahəsində yerləşən ümumi sahəsi 48.1 m2, yaşayış sahəsi 23.3 m2 olan fərdi yaşayış evini Şamaxı RİH-nin Kirovka kəndi üzrə İcra nümayəndəliyində 06.10. 1999-cü il tarixdə təsdiq olunmuş 73 saylı alqı-satqı müqaviləsinə əsasən almışdır. Alqı-satqı müqaviləsi bağlandıqdan sonra Cavabdeh1 həmin kənddən köçüb daimi yaşamaq üçün Rusiyaya getmişdir. Həmin vaxtdan fərdi yaşayış evi və onun yerləşdiyi 0.21 ha torpaq sahəsi onun faktiki istifadədir. Şamaxı Rayonlararası Dövlət Texniki İnventarlaşma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən həmin ev onun adıına qeydiyyata alınmış və 17 avqust 2005-ci il tarixdə 939 nömrəli qeydiyyat vəsiqəsi verilmişdir. Fərdi yaşayış evini və onun yerləşdiyi 0.21 ha torpaq sahəsini vahid daşınmaz əmlak kimi daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması üçün o, xx.xx.2022-ci il tarixdə “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsin 14 saylı Ərazi İdarəsinə müraciət etmişdir. Lakin, 14 saylı Ərazi İdarəsi tərəfindən onun ərizəsinin icrasından imtina verilmişdir. İmtina məktubu onunla əsaslandırıİmışdır ki Şamaxı rayon Nağaraxana kəndi ərazisindən aldığı evin yerləşdiyi 0.21 ha torpaq sahəsinə ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən Şamaxı rayon Aqrar İslahat Komissiyasının 29 may 1998-ci il tarixli 08 saylı qərarına əsasən evin birinci mülkiyyətçisi Cavabdeh1 Miixayioviç və onun arvadı Cavabdeh2 adlarına JN-149 , kod 41011018 nömrəli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə tərtib edilmişdir. Evin yerləşdiyi 0.21 ha həyətyanı torpaq sahəsi Cavabdeh1 Mlixayloviç və Cavabdeh2 mülkiyyətində qaldığına görə, həyətyanı torpaq sahəsini onun adına qeydiyyata alınması mümkün olmamışdır. Evin yerləşdiyi torpaq sahəsinə dair alqısatqı müqaviləsi təqdim ediləcəyi təqdirdə əmlakın üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması məsələsinə qanunamüvafiq qaydada yenidən baxılacaqdır. Azərbaycan Respublikasında 1996-cı ildə Torpaq İslahatı aparılan zaman Şamaxı rayon Aqrar İslahat Komissiyası tərəfindən Kirovka kəndi ərazisindən torpaq almaq hüququ olan subyektlərin siyahısında evin keçmiş mülkiyyətçisi Cavabdeh1 və onun arvadı Cavabdeh2 adları daxil edilmişdir. Lakin, ev və onun yerləşdiyi 0.21 ha torpaq sahəsi 1999-cu ildə ona satılmışdır. Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi həyətyanı torpaq sahəsinə şəhadətnamə tərtib edərkən bunu nəzərə almamış və həyətyanı torpaq sahəsinə mülkiyyət şəhadətnaməsini evin köhnə mülkiyyətçilərinin adlarına tərtib olunmuşdur. Belə çıxır ki, evin yerləşdiyi 0.21 ha torpaq sahəsini almamışdır. Evin yerləşdiyi torpaq sahəsi onun mülkiyyətinə alqı-satqı yolu ilə keçməsinə baxmayaraq, torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə müvafiq dövlət məmurlarının səhvi nəticəsində evin köhnə mülkiyyətçisinin adına işlənilmişdir. 1994-cü ildə qüvvədə olan Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 34-cü maddəsinə əsasən tikiliyə, qurğuya mülkiyyət hüququ başqasına keçərkən həmin obyektin müvafiq torpaq sahəsinə mülkiyyət hüququ da keçir. Həmin hüquq norması hal-hazırda qüvvədə olan Torpaq Məcəlləsinin 88-ci maddəsində də öz təsdiqini tapmışdır. Ona görə də hesab edir ki, evin yerləşdiyi torpaq sahəsi də Şamaxı RİH-nin Kirovka kəndi üzrə İcra nümayəndəliyində 06.10. 1999-cü il tarixdə təsdiq olunmuş 73 saylı alqı-satqı müqaviləsinə əsasən onun mülkiyyətinə keçmişdir və onun üzərində mülkiyyət hüquqları qeydiyyata alınmalıdır. Bu səbəbdən də, Şamaxı rayonun Nağaraxana kəndində yerləşən ümumi sahəsi 48.1 m2, yaşayış sahəsi 23.3 m2 olan fərdi yaşayış evinin 0.21 ha həyətyanı torpaq sahəsinə dair alqı-satqı müqaviləsi bağlanmış hesab olunması və mülkiyyətində olan fərdi yaşayış evini vahid daşınmaz əmlak kimi, daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik şəxsin 14 saylı Şamaxı ərazi idarəsinin nümayəndəsi X4 izahat verib göstərdi ki, iddiaçının “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsin 14 saylı Şamaxı Ərazi İdarəsinə daxil olmuş Şamaxı rayon Nağaraxana kəndi ərazisində yerləşən 0.21 ha həyətyanı torpaq sahəsində yerləşən fərdi yaşayış evinin üzərində mülkiyyət hüquqununun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasına köməklik göstərilməsinə dair ərizəsinə və həmin əmlaka aid sənədlərə baxılmışdır. Onun təqdim etmiş sənədləri araşdırılarkən məlum olmuşdu ki, Şamaxı rayon Nağaraxana kəndi ərazisindən onun əldə etdiyi fərdi yaşayış evinin yerləşdiyi 0.21 ha torpaq sahəsinə ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən Şamaxı rayon Aqrar İslahat Komissiyasının 29 may 1998-ci il tarixli 08 saylı qərarına əsasən evin əvvəlki mülkiyyətçisi Cavabdeh1 və onun arvadı Cavabdeh2 adlarına JN-149, kod 41011018 nömrəli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə tərtib edilmişdir. Evin yerləşdiyi 0.21 ha həyətyanı torpaq sahəsi Cavabdeh1 və onun arvadı Cavabdeh2 mülkiyyətində qaldığına görə, həyətyanı torpaq sahəsini iddiaçının adına qeydiyyata alınması mümkün olmamışdır. Evin yerləşdiyi 0.21 ha torpaq sahəsinə dair alqı-satqı müqaviləsi iddiaçı tərəfindən təqdim ediləcəyi təqdirdə əmlakın üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması məsələsinə qanunamüvafiq qaydada yenidən baxılacaqdır. Qeyd edilən mübahisəli torpaq sahəsi ilə bağlı 14 saylı Şamaxı Ərazi İdarəsində arxiv sənədlərinin sırasında mövcud olan torpağın mülkiyyətə verilməsinə dair JN-149F №li 41011018 saylı Şəhadətnamədən görünür ki, hazırda mübahisələndirilən torpaq sahəsi X5 adınadır. İddia tələbinin həllini məhkəmənin mülahizəsinə buraxdı. Məhkəmə proses iştirakçılarının izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia aşağıda qeyd edilənlərə əsasən təmin edilməlidir. İş materiallarında olan Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 14 saylı Şamaxı ərazi iidarəsinin 26 may 2022-ci il tarilxi **********78 saylı məktubunda göstərilir ki, “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsin 14 saylı Şamaxı Ərazi İdarəsinə daxil olmuş Şamaxı rayon Nağaraxana kəndi ərazisində yerləşən 0.21 ha həyətyanı torpaq sahəsində yerləşən fərdi yaşayış evinin üzərində mülkiyyət hüquqununun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasına köməklik göstərilməsinə dair ərizəsinə və həmin əmlaka aid sənədlərə baxılmışdır. Təqdim olunmuş sənədləri araşdırılarkən məlum olmuşdu ki, Şamaxı rayon Nağaraxana kəndi ərazisindən onun əldə etdiyi fərdi yaşayış evinin yerləşdiyi 0.21 ha torpaq sahəsinə ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən Şamaxı rayon Aqrar İslahat Komissiyasının 29 may 1998-ci il tarixli 08 saylı qərarına əsasən evin əvvəlki mülkiyyətçisi Cavabdeh1 və onun arvadı Cavabdeh2 adlarına JN-149, kod 41011018 nömrəli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə tərtib edilmişdir. Evin yerləşdiyi 0.21 ha həyətyanı torpaq sahəsi Cavabdeh1 və onun arvadı Cavabdeh2 mülkiyyətində qaldığına görə, həyətyanı torpaq sahəsini iddiaçının adına qeydiyyata alınması mümkün olmamışdır. Evin yerləşdiyi 0.21 ha torpaq sahəsinə dair alqı-satqı müqaviləsi iddiaçı tərəfindən təqdim ediləcəyi təqdirdə əmlakın üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması məsələsinə qanunamüvafiq qaydada yenidən baxılacaqdır. İş materiallarında olan 06 sentyabr 1999-cu il tarixdə bağlanmış müqavilədən görünür ki, X9 ilə Cavabdeh1 Mixolyovdan Şamaxı rayonu Kirovka kəndində yerləşən 42,1 m2 sahəsi olan yaşayış evini 30000000 manata satmışdır. İş materiallarında olan Şamaxı rayon Nağaraxana kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin 07 may 2022-ci il tarixli 108 saylı arayışından görünür ki, İddiaçı, anası X6, arvadı X12, oğlu X15 və 2015-ci il təvəllüdlü X16 ilə 1999-cu ilin oktyabr ayından halhazıradək Cavabdeh1 aldığı yaşayış evində yaşayır və 0,21 ha həyətyanı torpaq sahəsindən istifadə edirlər. İş materiallarında olan Qeydiyyat vəsiqəsinin surətindən görünür ki, Şamaxı rayonu Nağaraxana kəındində bir mərtəbədən, iki yaşayış otağından, 23,3 m2 yaşayış sahəsindən 42,1 m2 ümumi sahəsi olan fərdi yaşayış evi Nağaraxana kənd icra nümayəndəliyinin 2 nömrəli təsərrüfatbaşına kitabı şəxsi hesab № 150 vətəndaş İddiaçı adına 17 avqust 2005-ci il tarixdə 07 №-li reyestr kitabında 57-ci səhifədə 939 reyestr nömrəsi ilə qeydə alınmışdır. İnventar № 362. İş materiallarında olan fərdi yaşayış fonduna daxil olan yaşayış evinin texniki pasportundan görünür ki, İddiaçı Şamaxı rayonu Nağaraxana kəndində inventar nömrəsi 362, qeyd nömrəsi 939, 2 yaşayış otağı, ümumi sahəsi 42,1 m2, yaşayış sahəsi 23,3, köməkçi sahəsi 18,2 m2 olan yaşayış evi vardır. İş materiallarında olan torpağın mülkiyyətə verilməsinə dair JN-149F kod 41011018 saylı şəhadətnamənin surətindən görünür ki, X7 Şamaxı rayonu Aqrar İslahat Komissiyasının 29 may 1996-cı il tarilxi 08 saylı qərarı ilə 0,12 hektar torpaq sahəsi verilmişdir. İş materiallarında olan Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 14 saylı Şamaxı Ərazi İdarəsinin 26 iyul 2022-ci il tarixli **********32 saylı məktubunda göstərilir ki, “Şamaxı rayon Nağaraxana kəndində 0.21 ha torpaq sahəsində yerləşən fərdi yaşayış evinin hüquqi rejiminə dair ( JN-149, kod 41011018 nömrəli şəhadətnamə) məlumatların təqdim edilməsi barədə məktubunuza “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsin 14 saylı Şamaxı Ərazi İdarəsində baxılmışdır. Məlumat üçün bildiririk ki, Torpaq islahatı zamanı Şamaxı rayonun Nağaraxana kəndi ərazisindən torpaq almaq hüququ olan subyektlərin siyahısında 149 nömrə ilə Cavabdeh1 və Cavabdeh2naın adları qeyd olunmuşdur. Qeyd olunan siyahıda torpaq sahəsinin ölçüsü 0.21 ha qeyd olunmuşdur. Sözügedən 0.21 ha torpaq sahəsində yerləşən fərdi yaşayış evini Cavabdeh1 06 oktyabr 1999-cu il tarixdə Şamaxı RİH-nin Nağaraxana(Kirovka) kəndi üzrə nümayəndəliyində bağlanmış 73 nömrəli alqı-satqı müqaviləsinə əsasən İddiaçı satmışdır. İddiaçı adına 17 avqust 2005-ci il tarixdə 939 nömrəli qeydiyyat vəsiqəsi verilmişdir. Aparılmış araşdırma nəticəsində məlum olmuşdur ki, Cavabdeh1 və Cavabdeh2naın adlarına olan JN-149, kod 41011018 nömrəli şəhadətnamə ləğv edilmiş DTXK-nın Şamaxı rayon şöbəsi tərəfindən Ərazi İdarəsinin arxivinə təhvil verilməmişdir. DTXK tərəfindən təqdim olunmuş Şəhadətnamələrin qeydiyyat kitabında JN-149 nömrəli şəhadətnamənin mülkiyyətçisinin adı pozularaq, üzərində Mirzəyeva Aida qeyd olunmuşdur. Arxivdə saxlanılan JN-149F, kod 41011018 nömrəli X1 adınadır. Lakin, şəhadətnamədə göstərilən torpaq sahəsinin ölçüsü 0.12 ha qeyd olunub, torpaq sahəsinin konfiqurasiyası İddiaçı məxsus fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsinin konfiqurasiyası ilə fərqlidir. İş materiallarında olan Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 14 saylı Şamaxı Ərazi İdarəsinin 26 iyul 2022-ci il tarixli **********32 saylı məktubunda göstərilir ki, “Şamaxı rayonu, Nağaraxana kəndində yerləşən İddiaçı xx.xx.2005-ci il tarixli 939 nömrəli qeydiyyat vəsiqəsinə əsasən məxsus olan fərdi yaşayış evinin yerləşdiyi 0.21 ha torpaq sahəsinin baza məlumatlarında X7 məxsus JN-149A, kod 41011018 nömrəli şəhadətnamə ilə üst-üstə düşməsi barədə məlumatların təqdim edilməsinə dair məktubunuza “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsin 14 saylı Şamaxı Ərazi İdarəsində baxılmışdır. Məlumat üçün bildiririk ki, İddiaçı xx.xx.2005-ci il tarixli 939 nömrəli qeydiyyat vəsiqəsinə əsasən məxsus olan fərdi yaşayış evinin yerləşdiyi 0.21 ha torpaq sahəsi elektron baza xatirəsində 149F nömrəsi ilə qeyd olunmuşdur. Torpaq islahatı zamanı Şamaxı rayonu, Nağaraxana kəndi ərazisindən torpaq almaq hüququ olan subyektlərin siyahısında 149 nömrə ilə Cavabdeh1 və Cavabdeh2nanın adları qeyd olunmuşdur. İddiaçı qeyd olunan fərdi yaşayış evini Cavabdeh1 alqı-satqı müqaviləsi əsasında əldə etmişdir. Arxivdə saxlanılan JN-149F, kod 41011018 nömrəli X1 adınadır, lakin, şəhadətnamədə göstərilən torpaq sahəsinin ölçüsü 0.12 ha qeyd olunub, torpaq sahəsinin konfiqurasiyası İddiaçı məxsus fərdi yaşayış evinin yerləşdiyi 0.21 ha torpaq sahəsinin konfiqurasiyası ilə fərqlidir. X5 adına olan JN-149F, kod 41011018 nömrəli şəhadətnamədə torpaq sahəsinin koordinatları qeyd olunmamışdır. Sözügedən şəhadətnamə Ərazi İdarəsinin istifadəsində olan mövcud elektron baza xəritəsində də qeyd olunmamışdır. Bu səbəbdən həmin torpaq sahəsinin elektron baza məlumatlarında yerləşmə mövqeyini müəyyən etmək mümkün olmamışdır.” İşin araşdırılmış halları ilə müəyyən olur ki, iddiaçı X2 rayonunun Nağaraxana (keçmiş Kirovka) kəndi ərazisində yerləşən vətəndaş Cavabdeh1 məxsus 0.21 ha həyətyanı torpaq sahəsində yerləşən ümumi sahəsi 48.1 m2, yaşayış sahəsi 23.3 m2 olan fərdi yaşayış evini Şamaxı RİH-nin Kirovka kəndi üzrə İcra nümayəndəliyində 06.10. 1999cü il tarixdə təsdiq olunmuş 73 saylı alqı-satqı müqaviləsinə əsasən almışdır. Alqı-satqı müqaviləsi bağlandığı vaxtdan fərdi yaşayış evi və onun yerləşdiyi 0.21 ha torpaq sahəsi onun faktiki istifadədir. Bu evə dair Şamaxı Rayonlararası Dövlət Texniki İnventarlaşma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən həmin ev onun adına qeydiyyata alınmış və 17 avqust 2005-ci il tarixdə 939 nömrəli qeydiyyat vəsiqəsi verilmişdir. Lakin Şamaxı rayon Nağaraxana kəndi ərazisindən İddiaçı əldə etdiyi fərdi yaşayış evinin yerləşdiyi 0.21 ha torpaq sahəsinə, ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən Şamaxı rayon Aqrar İslahat Komissiyasının 29 may 1998-ci il tarixli 08 saylı qərarına əsasən evin əvvəlki mülkiyyətçisi Cavabdeh1 və onun arvadı Cavabdeh2 adlarına JN-149, kod 41011018 nömrəli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə tərtib edilmişdir. Evin yerləşdiyi 0.21 ha həyətyanı torpaq sahəsi Cavabdeh1 və onun arvadı Cavabdeh2 mülkiyyətində qaldığına görə, həyətyanı torpaq sahəsini iddiaçının adına qeydiyyata alınmamışdır. Hazırda isə torpağın mülkiyyətə verilməsinə dair JN-149F №li 41011018 saylı X1 adına qeydə alınsa da, lakin, şəhadətnamədə göstərilən torpaq sahəsinin ölçüsü 0.12 ha qeyd olunub, torpaq sahəsinin konfiqurasiyası İddiaçı məxsus fərdi yaşayış evinin yerləşdiyi 0.21 ha torpaq sahəsinin konfiqurasiyası ilə fərqlidir. X5 adına olan JN-149F, kod 41011018 nömrəli şəhadətnamədə torpaq sahəsinin koordinatları qeyd olunmamışdır. Həmin vaxtdan hal-hazıra kimi həmin torpaq sahəsi iddiaçının sahibliyində və qanuni istifadəsindədir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. 01 sentyabr 2000-ci il tarixədək qüvvədə olmuş Azərbaycan Respublikası Mülki Məcəlləsinin 43-cü maddəsinə əsasən tərəflərdən biri notariatda təsdiq edilməli olan əqdi tamamilə və ya qismən icra etmişsə, digər tərəf isə əqdi notariatda təsdiq etdirməkdən boyun qaçırırsa, əqddə qanuna zidd əməl olmadıqda, məhkəmə əqdi icra etmiş tərəfin tələbi üzrə, onu bağlanmış hesab etməyə haqlıdır. Bu halda, əqdin notariat tərtibatı tələb olunmur. “İ.K.Rəcəbovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki İşlər Üzrə Məhkəmə Kollegiyasının 03 iyun 2005-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbacyan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2006-cı il tarixli Qərarında qeyd edilmişdir ki, Azərbaycan Respublikası MM-nin 335.2-ci maddəsinin tələbinə görə əgər tərəflərdən biri notariat qadasında təsdiqlənməsi tələb olunan əqdi tamamilə və ya qismən icra etmişsə, digər tərəf isə əqdin notariat qaydasında təsdiqlənməsindən boyun qaçırırsa, əqdi icra etmiş tərəfin tələbi ilə məhkəmənin əqdi etibarlı saymaq ixtiyarı vardır. Göstərilən maddənin mahiyyətinə görə əqdi icra etmiş tərəfin tələbi ilə məhkəmənin əqdi etibarlı hesab edə bilməsi üçün aşağıdakı halların mövcudluğu tələb olunur: əqdin özü qanuna zidd olmamalı və onun yazılı formada tərtib edilməsinə dair tələbə əməl edilmiş olmalıdır. Axırıncı məqam qanunvericiliklə etibarlılığı birbaşa yazılı formada tərtib edilməsindən asılı hala gətirilmiş əqdlər üçün xüsusi əhəmiyyət daşıyır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə iş üzrə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halında qiymət verərək hesab edir ki, fərdi yaşayış evinin alqı-satqısına dair əqd qanuna zidd olmadığından, eləcə də fərdi yaşayış evinin satılmasına dair evin mülkiyyətçisi tərəfindən yazılı formada iradə ifadə etdiyindən, fərdi yaşayış evi iddiaçı tərəfindən faktiki qəbul edildiyindən fərdi yaşayış evinin 0,21 ha həyətyanı torpaq sahəsinə dair 06 oktyabr 1999cu il tarixdə alqı-satqı müqaviləsi bağlanmış hesab edilməli, iddia tələbi təmin edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. İddiaçı ilə cavabdehlər Cavabdeh1, Cavabdeh2 arasında Şamaxı rayonunun Nağaraxana (keçmiş Kirovka) kəndində yerləşən ümumi sahəsi 48,1 m2, yaşayış sahəsi 23,3 m2 olan fərdi yaşayış evinin 0,21 ha həyətyanı torpaq sahəsinə dair 06 oktyabr 1999cu il tarixdə alqı-satqı müqaviləsi bağlanmış hesab edilsin. Qətnamə qanuni qüvvəsini aldıqdan sonra mülkiyyət hüquqlarının Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik şəxsin 14 saylı Şamaxı ərazi idarəsi tərəfindən qeydiyyata alınması üçün əsasdır. Qətnamədən 1 ay müddətinə Şamaxı Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrliok edən Etibar Hümbətov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar